L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

9-cu tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. 
9. “Səhər Quram Coxadze əmr etdi ki, atları yəhərləsinlər” cümləsini sadə
cümləyə çevirin. Budaq cümlə baş cümlənin hansı üzvünə çevrildi?
Şagirdlər verilmiş cümləni sadələşdirib təhlil edirlər. Budaq cümlənin baş
cümlədəki buraxılmış tamamlıq olduğu müəyyənləşdirilir.
10-cu tapşırıqda sadə cümləni mürəkkəb cümləyə çevirmək tələb olunur:
Tonqal gur yansa da, Sandro odun dalınca getmək bəhanəsi ilə dəstədən
aralandı.
11-ci tapşırıq çətinlik dərəcəsi yuxarı olan tapşırıqdır. Qrammatik əsası
müəyyənləşdirilməli olan cümlə çox maraqlıdır.
Sandronun bənizi əhəng kimi ağarmışdı, nəfəsi çatmırdı, sanki boğu lurdu.
Bu cümlə quruluşca mürəkkəb cümlədir. Baxmayaraq ki, ilk baxışda
komponentlərdəki xəbərlərdə ifadə olunan hərəkətlər Sandro ilə bağlıdır, lakin
bu cümlənin tərkibində 3 cümlə vardır:
1. Sandronun bənizi əhəng kimi ağarmışdı.
2. nəfəsi çatmırdı – şəxssiz cümlə
3. boğu lurdu – O boğulurdu.
12-ci tapşırıqda verilmiş tabesiz mürəkkəb cümləni tabeli mürəkkəb cüm -
ləyə çevirmək tapşırılır:
Sonra qalanlarını da bir-bir elə vurdu ki, onlar heç məsələnin nə yerdə
olduğunu başa düşmədilər. 
Bu tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Nəzəri
material mənimsədilir, tabeli və tabesiz mürəkkəb cümlələrin oxşar və fərqli
xüsusiyyətləri müəyyənləşdirilir. 
13-16-ci tapşırıqlar keçilmiş materialın möhkəmləndirilməsinə xidmət edir.
17-ci tapşırıqda verilmiş tabeli mürəkkəb cümləni həm tabesiz mürəkkəb
cümləyə, həm də sadə cümləyə çevirmək tələb olunur:
Səni eşitmələri üçün ucadan danışmaq, qulaq asmaları üçün astadan
danışmaq lazımdır. (tabesiz mürəkkəb cümlə)
Səni eşitmələri üçün ucadan, qulaq asmaları üçün astadan danışmaq
lazımdır.
Mətnin kompleks təhlili
Mətnə qoyulmuş suallar daha çox bu bölmədə və əvvəlki siniflərdə keçilmiş
qrammatik mövzularla bağlıdır.
2-ci tapşırıq. Mətndə göy rənglə tabeli mürəkkəb cümlələr verilmişdir.
Budaq cümlələr tamamlığın sualına cavab verir.
3-cü tapşırıq. “Mükafatlandırılacaq” sözünün tərkibinə görə təhlili:

mükafat – sözün kökü;

-lan – isimdən feil düzəldən şəkilçi;

-dır – feildən feil düzəldən şəkilçi;
128
IV 
BÖLMƏ 



-ıl – feilin məchul növ şəkilçisi;

-acaq – gələcək zaman şəkilçisi;

mükafatlandırıl – sözün başlanğıc forması.
4-cü tapşırıq cümlə üzvü rolunda çıxış edən feili tərkibləri müəyyənləş dir -
mək bacarığı tələb edir.
5-ci tapşırıq. “Qanı qaralmış Toğrul qoyunları otlağa hayladı”. Şagirdlər bu-
rada “qanı qaralmış” ifadəsinin feili sifət tərkibi deyil, frazeoloji birləşmə
olduğunu müəyyənləşdirirlər.
6-cı tapşırıq. Mətndə işlənmiş “bəs”, “axı”, “kaş” sözləri ədat, “kimi” isə
qoşmadır.
7-ci tapşırıqla “Xatırla!” rubrikasına keçid yaranır. Bu rubrikada feilin şəkil -
ləri haqqında məlumat verilmişdir.  Bu, təkrara xidmət edir. Şagirdlər suallara
cavab verməklə aşağı siniflərdə feil bəhsi üzrə keçilmiş materialı təkrarlamış
olurlar.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 16. ŞƏR MÖVCUDDURMU (2 saat)
Motivasiya
Şagirdlərin 7-ci sinifdə oxuduqları “Albert Eynşteyn dərslərindən “iki” alırdı?”
mətni xatırlanır:
1. Albert Eynşteyn haqqında nə bilirsiniz?
Ø Şagird ikən Eynşteynin müəllimləri ilə münasibətini xatırlayın.
Ø Nisbilik nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir?
Şərh.
Nisbilik nəzəriyyəsi Albert Eynşteyn tərəfindən 1905-ci ildə xüsusi nis-
bilik nəzəriyyəsi və 1916-ci ildə ümumi nisbilik nəzəriyyəsi olmaqla irəli
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Məntiqə əsaslanaraq mətndəki müba -
hi səli məqama aydınlıq gətirir.
2.1.1. Tanış olmayan söz və ifa də lə rin
kontekstə uyğun mənasını şərh edir.
Alınma sözün etimoloji tərkibini araş -
dır maqla kontekstə uyğun izahını verir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət
bildirir.
Məntiqi sillogizm qurmaqla fikrin yanlış,
yoxsa doğru olduğunu sübut edir.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nü mu -
nələri qurur.
Digər fənlər üzrə aldığı biliklərdən istifa -
də etməklə elmi mətn qurur.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Eyni fikri sadə cümlə və tabeli mü rək -
kəb cümlə şəklində ifadə edir.
129
ƏXLAQİ DƏYƏRLƏR


sürülmüş məkan və zaman haqqında fiziki nəzəriyyədir. Ümumi şəkildə
bu nəzəriyyə belə izah olunur: bu həyatda hər şey zaman çərçivəsində
nisbi xarakter daşıyır.
Oxu vä söz ehtiyatı
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Məntiqə əsaslanaraq mətndəki mübahisəli məqama aydınlıq gətirir.
Proqnozlaşdırılmış oxu texnikası tətbiq oluna bilər. Sual: – Mətnin adı
sizdə hansı assosiasiyalar yaradır? Sizcə, mətndə nədən danışılacaq?
Mətnin oxusu zamanı müəyyən hissələrdə şagirdlərin fikrini öyrənmək,
onların bu barədə mülahizələrini dinləmək, hadisələrin necə inkişaf edəcəyini
proqnozlaşdırmaq təklif olunur. Mətnin bölünə biləcək hissələri aşağıdakı
şəkildə təklif edilir. (Müəllim bu bölgünü lazım bildiyi şəkildə dəyişə bilər.)
I hissə – mətnin əvvəlindən  “ ... belə çıxır ki, Allah şərdir” cümləsi daxil ol-
maqla.
Suallar:
– Professorun sözlərinə münasibətiniz necədir?  
– “... bizim əməllərimiz bizim özümüzü müəyyən edir” fikrini izah edin. (3-cü
sual)
– Sizcə, professor haqlıdırmı?
– Siz həmin tələbənin yerinə olsa idiniz, nə cavab verərdiniz?
II hissə – “... təsvir etmək üçün yaratdığı bir anlayışdır” cümləsi də daxil ol-
maqla.
Suallar:
– Tələbənin gətirdiyi arqumentlərlə razısınızmı? 
– Siz professorun yerində olsa idiniz, buna necə cavab verərdiniz?
III hissə – mətnin sonuna qədər.
Suallar: 
– Tələbənin gətirdiyi arqumentə münasibətiniz necədir?  
– Tələbənin cavabını nisbilik nəzəriyyəsi ilə necə əlaqələndirərdiniz?
– “Şər mövcuddurmu?” sualına siz necə cavab verərdiniz?
4-cü tapşırıq şagirdlərin oxuyub-anlama bacarığının yoxlanmasına xidmət
edir. 1, 2, 5-ci cümlələr Eynşteynin fikirləri ilə uyğun gəlir.
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh
edir.
t Alınma sözün etimoloji tərkibini araşdırmaqla kontekstə uyğun izahını verir.
2-ci tapşırıq söz ehtiyatı ilə bağlı olsa da, araşdırma tiplidir.
2. “Ateist” sözünün mənasını izah edin. Bu sözün etimologiyasını araş -
dırmaqla “teologiya”, “politeizm” və “monoteizm” sözlərinin məna la -
rı nı  müəy yənləşdirin.
130
IV 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə