L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

Şagirdlər kontekstdən çıxış edərək və ya lüğətin köməyi ilə “ateist” sözü -
nün mənasını müəyyənləşdirə bilərlər. Lakin tapşırığın 2-ci hissəsi daha dərin
araşdırmalar tələb edir.
Şərh.
Bir çox alınma sözlərdə eyni hissəciklər təkrar olunur ki, Azərbaycan
dilin də onlar ayrılıqda məna kəsb etməsələr də, alındığı dildə müstəqil
söz və ya müəyyən funksiya daşıyan morfemdir. Şagirdlər bu hissəcik -
lərin etimoloji mənasını bilsələr, bir çox sözləri izah edə bilərlər.
“Ateizm” sözünün etimologiyası:
– inkar bildirən hissəcik, “sız
2
” (anormal, alogizm)
teos (yun.) – Allah
Ayrılıqda “teos” sözünün etimoloji mənasını biləndən sonra şagirdlər tərki -
bində bu sözün işləndiyi digər sözləri də izah edə bilərlər:
teologiya (teos logos) – ilahiyyat, din haqqında elm;
politeizm (poli – çox + teos izm) – çoxilahlılıq;
monoteizm (mono – tək + teos izm) – təkallahlılıq.
Dinlämä vä danışma
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
t Məntiqi sillogizm qurmaqla fikrin yanlış, yoxsa doğru olduğunu sübut edir.
Tapşırıq: – Professorun və Eynşteynin məntiqini sillogizm şəklində ifadə
edin. (5-ci tapşırıq)
Professorun qurduğu sillogizm:
I hökm – Hər şeyi Allah yaradıb.
II hökm – Şər mövcuddursa, deməli, onu da Allah yaradıb.
Nəticə – Allah şərdir. 
Yanlışlıq ondan ibarətdir ki, əslində, şər mövcud deyil, Allah yalnız gözəl
şeylər yaradıb. Şər xeyirin yoxluğunun göstəricisidir. 
Eynşteynin qurduğu sillogizm:
I hökm – Allah insanın ürəyinə sevgi verib və bu sevgi xeyir işlər eləməyə
yönəlib.
II hökm – Elə insanlar var ki, ürəklərində bu sevgi yoxdur və orda şər “məs -
kən salıb”.
Nəticə – Şər insanlarda ilahi məhəbbətin yoxluğu deməkdir.  Deməli, şəri
Allah yox, insanlar yaratmışlar. 
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.
t Digər fənlər üzrə aldığı biliklərdən istifadə etməklə elmi mətn qurur.
6. Digər fənlərdən aldığınız biliklərə istinad etməklə “Sükunət (durğun -
luq, hərəkətsizlik) mövcuddurmu?” mövzusunda müzakirə keçirin.
Verilmiş mövzu ətrafında şagirdlər müxtəlif fikirlər və fərziyyələr söyləyə
bilərlər. Bu zaman onlar mətndəki fikirlərdən də çıxış edə bilərlər. Diqqət yetir mək
lazımdır ki, söylənilənlər digər fənlərdən əldə olunmuş biliklərə əsaslansın. 
131
ƏXLAQİ DƏYƏRLƏR


Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü müəyyənləşdirir.
7-ci tapşırığı yerinə yetirərkən şagirdlər əvvəlki dərslərdə qazanılmış bilik
və bacarıqlardan istifadə edirlər: 1) oxu duq ları mətndən seçilmiş nümunədə
baş və budaq cümləni müəy yənləş di rirlər; 2) baş cümlədəki əvəzliyi, onun
sintaktik vəzifəsini təyin edirlər; 3) bu daq cümləni feili sifət tərkibi kimi ifadə
edərək baş cümlənin təyini vəzi fə sində işlədirlər: “Ateist alim onun guya sil-
logizm üzərində qurulmuş küfrünü alt-üst edən bir məntiqlə qarşılaşmışdı”. 
8-11-ci tapşırıqlar şagirdlərdə cümlə qurmaq bacarığının inkişafına xidmət
edir. 8-ci tapşırıqda tabesiz mürəkkəb cümlə verilmişdir. Bu cümləni sintaktik
təhlil etmək, zərflikləri müəyyənləşdirmək, daha sonra iki tabeli mürəkkəb
cümlə qurmaq lazımdır.
İstinin olmadığı yerdə soyuq yaranır, işığın olmadığı yerdə qaranlıq çökür.
O yerdə ki isti yoxdur, orda soyuq yaranır, o yerdə ki işıq yoxdur, orda
qaranlıq çökür.
9-cu tapşırıqda cümləyə “belə ki” bağlayıcısı artırmaqla tabeli mürəkkəb
cümlə qurmaq olar:
Allah şəri yaratmayıb, belə ki, şər, əslində, insanın ürəyində ilahi məhəb -
bətin yoxluğunun nəticəsidir. 
11-ci tapşırıqda 1-ci beytdəki cümlənin komponentləri arasına “ki” bağla -
yıcısı əlavə etməklə cümlənin tabeli mürəkkəb cümlə, 2-ci beytdəki cümlənin
komponentləri arasına “amma” əlavə etməklə cümlənin tabesiz mürəkkəb
cümlə olduğunu təsdiq etmək olar.
12-15-ci tapşırıqlar bölmədə keçilən dil qaydalarını möhkəmlətməyə
xidmət edir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dil
qay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçün
nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 109-110) təqdim olunmuşdur.
Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər. 
132
IV 
BÖLMƏ 


133
ƏXLAQİ DƏYƏRLƏR
IV BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
ÇAY FİNCANLARI
Nüfuzlu ali məktəbin bir neçə məzunu vaxtilə onlara dərs demiş qoca profes-
sorun evinə  qonaq gəlmişdi. Söhbət əsnasında gənclər həyatda rastlaşdıqları
çoxsaylı çətinliklər dən, problemlərdən şikayətlənirlər.
Qonaqlarına çay təklif edən professor mətbəxə keçdi, az sonra çaydan və fin-
canlarla  geri qayıtdı. Fincanlar müxtəlif idi. Burada büllur, çini, çox bahalı və
əksinə, adi şüşədən və plastikdən olan fincanlar vardı. Qonaqlar özlərinə fincan
götürəndən sonra professor dedi:
Fikir verin, siz hamınız özünüzə gözəl fincanları seçdiniz, sadə və ucuz olan-
lar isə qaldı. Bu, normal haldır. Lakin yaşadığınız problem və streslərin mənbəyi
də elə bundadır. Başa düşün, fincan özlüyündə çayı daha yaxşı etmir. Əksər hal-
larda o, sadəcə, daha bahalıdır, bəzən isə hətta içdiyimizi kölgədə qoyur. Əslində,
sizin arzu etdiyiniz heç də fincan deyil, yalnız çay idi. 
Lakin siz şüurlu olaraq ən
yaxşı fincanları seçdiniz, çünki
... 
İndi isə fikirləşin: həyat çaydır, iş, pul, vəzifə, cəmiyyət – bütün bunlar isə fin -
canlardır. Bəzən fikrimizi yalnız fincanda cəmləyərək biz çayın özünün dadından
zövq almağı unuduruq. Xoşbəxtlik heç də ən yaxşı şeylərə sahib olmaq deyil,
sahib olduqlarından yaxşı istifadə etməkdir. 
1. Mətndəki əsas fikirdən çıxış edərək göy rənglə verilmiş cümləni tamamlayın.
______________________________________________________________
2. Uyğunluğu müəyyən edin.
1) kölgədə qoymaq
A)
hədələyərək dalınca 
danışmaq
2) kölgəsini qamçılamaq
B) kiminsə hi mayəsinə sığınmaq
3) kölgədə qalmaq
C) nəyəsə, kiməsə üstün gəlmək, irəli keçmək
4) kölgəsində dolanmaq
D) fərqlənməmək, özünə diqqəti cəlb etməmək
3. Mətnin sonuncu cümləsindəki fikri təsdiq edən kəlamı seçin.
A) Xoşbəxt o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-
dövlətə ehtiyacı yoxdur. (Demokrit)
B) Ağıllı adam – var-dövlətin ağası, axmaq adam – var-dövlətin nökəri. (Atalar
sözü)
C) Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir. (O.Balzak)
D) Yaxşı oğul neylər ata malını, yaman oğul neylər ata malını. (Atalar sözü)
E) Adamı qeyrət işlədər, dəyirmanı su. (Atalar sözü)
4. Mətnin III abzasında qalın hərflərlə yazılmış sözlərin məhz bu ardıcıllıqla veril -
məsinin məntiqə uyğun olduğunu əsaslandırın.
_______________________________________________________



Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə