L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

5. Verilmiş baş cümləyə hansı budaq cümləni əlavə etsək, tamamlığın sualına
cavab verər?
İndi kim birinci gəlsə, ...
A) qələbə qazanacaq.  
B) mükafatı da ona verəcəklər.
C) qalib də odur.
D) o da çempion olacaq.
E) turnirin qalibi olacaq.
6. Budaq cümləsi mübtədanın sualına cavab verən tabeli mürəkkəb cümləni seçin.
A) 
Əsas problem onda idi ki, Həsən sənədlərin hamısını gətirməmişdi.
B) Bil ki, son sözü zaman deyəcək.
C) Əsas məsələ budur ki, problemi düzgün qoya biləsən.
D) Kim ki səhv etməkdən qorxur, heç bir işə başlaya bilməz.
E) Yer var ki, susmağın daha yaxşıdır.
7. Cümlələrdən birini mürəkkəb cümləyə çevirəndə budaq cümlə təyinin sualına
cavab verir:
A) Bu günlə yaşayıb gələcəyini düşünməyən insanlar var.
B) Məqsədimiz gələcək nəsilləri vətənpərvər yetişdirməkdir.
C) Kəndimizə qaz çəkildiyi hamıya məlum idi.
D) Dağlara duman çökəndə çiskin də bir tərəfdən başlayır.
E) Bu liseyin respublikada ən yaxşı tədris müəssisəsi olduğunu söyləyirlər.
8. Tabeli mürəkkəb cümlələrdən birini sadələşdirdikdə budaq cümləni feili sifət
tərkibi kimi ifadə etmək olar:
A) Yaxşı olar ki, bilik və bacarıq bir-birini tamamlasın.
B) Qurban kişi hələ də inana bilmirdi ki, oğlu cəbhədə həlak olub.
C) Sevda sözünü yenicə qurtarmışdı ki, yolun enişində maşın göründü.
D) Onun arzusu bu idi ki, gec-tez yenə də rəssamlığa qayıtsın.
E) Bir  daha qət etdim ki, geriyə qayıtmayım.
10. Hansı cümlədə “ki”dən sonra vergül düzgün qoyulmamışdır?
A) Elə  adamlar var ki, yalnız pisə rast gəldikdən sonra yaxşının qədrini bilirlər.
B) O heç ağlına da gətirə bilməzdi ki, ucqar bir dağ kəndində belə bir muzey
ola bilər.
C) O yerdə ki, təmizlik var, orada xəstəlik olmaz.
D) Çox çəkmədi ki, xəstə iynənin təsiri ilə yuxuladı.
E) Biz nəfəsimizi yenicə dərmişdik ki, hücum əmri verildi.
134
IV 
BÖLMƏ 


135
KAMİLLİYƏ DOĞRU
V BÖLMƏ
KAMİLLİYƏ DOĞRU
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
17.
Yalandan necə qorunmalı
Tabeli mürəkkəb cümlələrdə
“ki” ədat və bağlayıcı kimi  
2.1.1, 2.2.3, 2.2.2,
4.1.1, 4.1.2
3
112-117 136-140
18.
Müəllimin vəzifəsi
Tabeli mürəkkəb cümlələrdə
səbəb bağlayıcıları və “ona
görə... + ki bağlayıcısı”
2.2.1, 2.2.3, 4.1.1,
4.1.2
2
126-131 140-142
19.
Kompüterin tarixi
Tabeli mürəkkəb cümlələrdə
“-sa
2
” şəkilçisinin
funksiyaları
2.2.2, 1.1.2, 1.2.4,
3.1.4, 4.1.1
3
132-140 143-146
20.
Esperanto
Təkrar
2.2.3, 2.2.2, 2.1.2,
1.2.4, 1.1.1, 3.1.1,
4.1.1, 4.1.2
3
118-125 147-152
Kiçik summativ qiymətləndirmə
1
153-154
Yekun
12


Dərs 17. YALANDAN NECƏ QORUNMALI (3 saat)
Motivasiya
Motivasiya məqsədilə dərslikdə mətnin əvvəlində qoyulmuş suallardan
istifadə etmək olar. Lakin bundan əvvəl müəllim belə bir sualla müraciət edə
bilər: – İnsan hansı hallarda yalan danışır?
Aşağıdakı cavablar alına bilər:
– günahını gizlətmək üçün;
– özünü öymək, olduğundan daha bacarıqlı və ağıllı göstərmək üçün;
– qarşısındakını aldadıb başqa istiqamətə yönəltmək üçün;
– başqasını sakitləşdirmək üçün və s.
Daha sonra dərslikdəki motivasiya suallarına keçmək olar:
1. Sizcə, insanın danışarkən yalan söylədiyini bilmək mümkündürmü?
Bunu hansı əlamətlərə görə müəyyən etmək  olar?
2. Şəkildə gördüyünüz cihaz haqqında nə deyə
bilərsiniz?
1-ci sualla bağlı şagirdlər həyatda gördük 
-
lərindən, şəxsi müşahidələrindən misallar gətirə
bilərlər.
2-ci sualla bağlı şagirdlərə baxdıqları film lər dən
yalan detektoru vasitəsilə istintaq epi 
zod larını
xatırlatmaq olar.
Standartlar
Təlim nəticələri
2.1.1. Tanış olmayan söz və ifadə lə -
rin kontekstə uyğun mənasını şərh
edir.
Çoxmənalı sözlərin kontekstə uyğun
mənasını izah edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndəki fikirləri ümumiləşdirərək te -
zis şəklində ifadə edir.
2.2.2. Tərkib hissələri arasında əla -
qə ni gözləməklə mətni genişlən dirir. 
Mətndə məntiqi ardıcıllığı təmin etmək
üçün tərkib hissələri arasına müvafiq
keçid cümlələri əlavə edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir.  
Tabeli mürəkkəb cümlənin tərkib his sə -
lərini bağlayan vasitələri müəyyən edir.
4.1.2. Sözləri və söz birləşmələrini
müxtəlif sintaktik vəzifələrdə işlədir.  
Tabeli mürəkkəb cümləni sadələş di rə -
rək budaq cümləni müvafiq cümlə üzvü
vəzifəsində işlədir.
136

BÖLMƏ 


Oxu vä söz ehtiyatı
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh
edir.
t Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.
Mətn Qeydgötürmə üsulu ilə səssiz oxunur. (Oxu üçün 7-8 dəqiqə vaxt
ayırmaq olar.) Mətn üç hissəyə ayrılmışdır. Müəllim bildirir ki, şagirdlər hər bir
hissəni məzmununa uyğun başlıqla adlandırmalıdırlar. Onlar hər bir hissədəki
əsas fikirləri 1-2 tezislə ifadə etməlidirlər.
Mətndə şagirdlər üçün yeni olan terminlər və alınma sözlər var. Mətnin
məzmununun mənimsənilməsində bu sözlərin rolu böyükdür. Ona görə də
əvvəlcə söz ehtiyatı ilə bağlı 3, 6, 7, 10, 11, 12, 13-cü tapşırıqlar yerinə yetirilir. 
3. 
Patoloji sözünün mənasını izah edin. 
“Azərbaycan dilinin izahlı lüğəti”ndə “patoloji” sözünün iki mənası veril mişdir:
1) tibb. Patologiyaya aid olan, patologiya ilə əlaqədar olan.  
2) məc. Qeyri-normal, normadankənar, xəstə. 
Mətndə sözün hansı mənada işləndiyini müəyyən etmək üçün həmin sözün
işləndiyi kontekstə diqqət yetirilir: “Amma patoloji yalançılar var ki, birisini al-
dadan zaman çox vaxt düz onun gözlərinin içinə baxırlar”. Beləliklə, demək
olar ki, bu söz 2-ci (məcazi) mənada işlənmişdir. 
Şagirdlərin bu sözü daha dərindən anlamaları üçün onun ilkin terminoloji
mənası ilə məcazi mənası arasındakı yaxınlığı araşdırmaq tövsiyə olunur.
Bunun üçün izahda işlənmiş “patologiya” sözünün də izahını vermək lazımdır:
İnsan və heyvan orqanizmində xəstəliklər və qeyri-normal proseslərlə  bağlı
qanunauyğunluğu öyrənən elm. 
Tapşırıq 10. “Parametr” sözünün də izahı (proses, sistem və ya texniki
qurğunun hər hansı bir xassəsini xarakterizə edən ölçü, göstərici) verildikdən
sonra şagirdlər tapşırığın ikinci hissəsini cavablandıra bilərlər: “parametr”
sözünü “göstərici” sözü ilə əvəz etmək olar. 
4. Mətndə 
test sözü hansı mənada işlənmişdir?
Şagirdlər “test” sözünü, ilk növbədə, pedaqoji termin – qiymətləndirmə
üsulu kimi qəbul edirlər. Lakin ingilis dilində “test” sözünün ilkin mənası sınaq -
dır. Mətndə də bu söz məhz ilkin mənasında işlənmişdir. “Testdən keçirmək”
dedikdə “sınaqdan çıxarmaq” nəzərdə tutulur. 
Tapşırıq 11.“Reaksiya” sözü də çoxmənalıdır. “Azərbaycan dilinin izahlı
lüğəti”ndə bu sözün 5 mənası verilmişdir. Lakin mətndəki mənasına
(Mürəkkəb insan orqanizminin müxtəlif qıcıqlara reaksiyasının səbəbləri...)
uyğun olanı belədir: “Hər hansı bir təsirə cavab olaraq əmələ gələn
təsir”.Cavab: A.  
7. 
Poliqraf və poliqrafiya sözlərinin mənaları arasındakı fərqli və oxşar
cəhətləri müəyyənləşdirin.
137
KAMİLLİYƏ DOĞRU


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə