L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

həyatını xilas etmək üçün kiminsə sirrini vermək, kimisə ələ vermək” mə nasını
verir. 
4. Altından xətt çəkilmiş frazeoloji birləşmələrin mənalarını izah edin. 
Ø
“Ayağı yer tutmaq”
və 
“ayağı yer almaq”
ifadələri arasındakı məna fərqini
müəyyənləşdirin.
ayağı yer tutmaq – gəzə bilmək, yeriməyə başlamaq, güclənmək.
ayağı yer almaq – ürəklənmək, özünü inamlı hiss etmək, yerini möhkəmlətdikcə diliuzun
olmaq, özünə güvənmək.
Ø
“Ara vurmaq” 
və 
“ara qarışdırmaq”
ifadələri arasındakı məna fərqini
müəyyənləşdirin.
ara qarışdırmaq – xaos, qarışıqlıq yaratmaq, şuluq salmaq.
ara vurmaq – kimləri isə küs dür mək, münasibətlərini korlamaq, əlaqələrini kəsmək.
Ø
“Dili söz tutmamaq” 
və 
“dili dönməmək”
ifadələri arasındakı məna fərqini
müəyyənləşdirin.
dili dönməmək – dilinə gətirə bilməmək, deməyə qıy ma maq.
dili söz tutmamaq – bu və ya başqa səbəbə görə da nışa bilməmək; da nı ş ıq qabiliyyətini
itirmək.
Ø Dördündən biri mənasına görə fərqlidir:
a) qulağı çalmaq 
(eşitmək, xəbər tutmaq)
b) qulağına çatmaq 
(eşitmək, xəbər tutmaq)
c) qulaq vermək 
(qulaq asmaq, dinləmək) Fərqlidir.
d) qulağına dəymək 
(eşitmək, xəbər tutmaq)
Yazı
3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqə -
lən dirərək əsaslandırır.  
t Həyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən misallar
gətir məklə yazdığı mətndəki fikri əsaslandırır.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -
məklə özünün və başqasının yazısını təkmilləşdirir.   
t Verilmiş meyarlar əsasında yazını redaktə edir.
5-ci tapşırıqda “Mən onunla dostluq edirəm, çünki...” və ya “Elə bir dost
axtarıram ki...” mövzusunda esse yazmaq tapşırılmışdır. Esse yazmaq
qaydaları ilə şagirdlər artıq tanışdırlar. “Nitq bacarıqları” rubrikasında mətnin
tərkib hissələri və abzaslar arasında əlaqə yaradan cümlələrin olmasının vacib -
liyi haqqında məlumat  və nümunələr verilmişdir. Buradakı tövsiyələr dərsliyin
28-ci səhifəsində eyni rubrikada (“Essenin strukturu”) verilmiş tövsiyələrin
davamıdır. 
Esse mühakimə xarakterli yazı olsa da, mühakimələri əsaslandırarkən
nəqli və təsviri xarakterli parçalara yer vermək mümkündür və bəzən bu hətta
qaçılmazdır. Belə olan hallarda mətnin rabitəli olması üçün əsas məsələ bu
parçaları əlaqələndirməkdir. Şagirdlərin essedə həyatdan gətirdikləri nümu -
nələr mühakimələrin daha dərindən açılmasına xidmət etməlidir. Bunu bir şərt
və meyar kimi onların diqqətinə çatdırmaq lazımdır.  
122
IV 
BÖLMƏ 


Beləliklə, müəllim şagirdlərə əvvəlcədən qiymətləndirmə meyarlarını
təqdim edə bilər:
1. Öz fikirlərini məntiqi ardıcıllıqla qələmə almaq.
2. Onları əsaslandırmaq üçün həyatdan nümunələr gətirmək.
3. Mətnin tərkib hissələri və abzaslar arasında keçid cümlələri yazmaqla
mətnin rabitəliliyini təmin etmək.
Şagirdlərdən birinin essesi verilmiş meyarlar əsasında kollektiv şəkildə
redaktə olunması tövsiyə edilir.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlənin müxtəlif növləri
şəklində ifadə edir.
6-cı tapşırıq “Tabeli mürəkkəb cümlənin sadələşdirilməsi” mövzusuna
keçid üçün motivasiya xarakteri daşıyır. 
6. “Məsələ burasındadır ki, bizim amallarımız birdir” cümləsində al tın dan
xətt çəkilmiş komponent hansı suala cavab tələb edir? 
Ø Mürəkkəb cümlədə baş və budaq cümləni müəyyənləşdirin.
Ø Mürəkkəb cümlənin 2-ci komponentini həmin suala cavab verən cümlə
üzvü kimi işlədin. 
“Məsələ bizim amallarımızın bir olmasındadır”. Budaq cümlə III növ təyini
söz birləşməsi şəklində sadə cümlənin xəbəri kimi ifadə olunmuşdur. 
Bu dərsdə şagirdlərin yenə də cümlə qurmaq, fikirlərini aydın, düzgün ifadə
etmək bacarığı inkişaf etdirilir.
7-ci tapşırıq keçilmiş qrammatik mövzunu möhkəmləndirməyə xidmət edir.  
Dərslikdə 7-ci tapşırığın mərhələ-mərhələ necə yerinə yetiriləcəyi izah
edilmişdir.
Nümunə:
Nə tökərsən aşına, o da çıxar qaşığına.
Baş cümlə:
o da çıxar qaşığına.
Budaq cümlə: 
nə tökərsən aşına.
Aşına tökdüyün qaşığına çıxar.
8-9-cu tapşırıqlar da eyni məqsədi daşıyır və əldə olunmuş bacarıq ların
vərdişə çevrilməsinə xidmət edir.
10. 
Verilmiş tabeli mürəkkəb cümlələri sadələşdirin. Hansı
cümlədə feili tərkibə çevrilən budaq cümlə tamamlıq kimi çıxış edir? 
Analiz
Etiraf etməliyik ki,
bir çox piyadalar yol hərəkəti qaydalarını
bilmirlər.
Heç kimə sirr deyil ki, 
123
ƏXLAQİ DƏYƏRLƏR


Şagirdlər müəyyənləşdirirlər ki, 1-ci cümləni sadələşdirəndə tərkibə
çevrilən budaq cümlə tamamlıq kimi çıxış edir. 
Bir çox piyadaların yol hərəkəti qaydalarını bilmədiklərini etiraf
etməliyik.
11-ci tapşırıq:
A – 2
B – 1
C – 4 
D – 3
12-ci tapşırıq:
Mən uşaqların deyil, buludların ağlamağını istəyirəm. 
Mən güllələrin deyil, güllərin açılmasını istəyirəm.
Mən ümidlərin deyil, yanğınların sönməsini istəyirəm.
13-cü tapşırıq. Debat. Təklif edilmiş cümlə çox maraqlıdır: 
Harada kadr çatışmır, məzun ları hə min bölgəyə göndərmək lazım dır.
Bu tapşırığın məqsədi şagirdlərin fikirlərini ifadə etmək bacarığını
yoxlamaqdan ibarətdir. 
Mətnin kompleks təhlili
1-3-cü tapşırıqlar oxuyub-anlamağa xidmət edir.
3-cü tapşırıq. Mətnin sonuncu cümləsində deyilir: “Gənc o gündən vali -
deyn ləri ilə daha çox vaxt keçirməyə başladı”. Lakin 2-ci abzasda deyilir ki,
uşaqkən qonşusu onun həlak olmuş atasını əvəz etməyə çalışmışdı.
4-8-ci tapşırıqlar şagirdlərin qrammatik biliklərini yoxlamağa xidmət edir.
4-cü tapşırıq. 1-ci abzasda iki sadə, iki mürəkkəb cümlə var. Müəllim so-
nuncu cümlənin üzərində daha geniş dayanır: “Cavan oğlan çox məşğul idi;
o, keçmişi xatırlamağa, yaxınlarına diqqət yetirməyə vaxt tapmırdı”. Bura da
cümlənin komponentləri arasında işlənmiş durğu işarəsi ilə bağlı şagird lə rin
fikri soruşula bilər. Tabesiz mürəkkəb cümlələrdə aydınlaşdırma əlaqəsi haq -
qında məlumat verilərkən deyilmişdi ki, aydınlaşdırıcı cümlə ümu mi ləş dirici
cümlədəki fikri genişləndirirsə, nöqtəli vergül qoyulur. Müəllim bu cümləni bir
qədər dəyişə bilər: “Cavan oğlan çox məşğul idi: o, səhərdən axşama kimi
işləyirdi”. Bu cümlədə isə 2-ci komponent birincidəki fikri konkretləşdirir, ona
görə də tərkib hissələri arasında qoşa nöqtə qoyulur.
5-ci tapşırıq. Göy rəngdə verilmiş cümlə adlıq cümlədir. “Adlıq cümlə”
mövzusu ilə şagirdlər VIII sinifdən tanışdırlar.
6-cı tapşırıq. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə.
7-ci tapşırıq. 
Fərq yalnız onda idi ki, stolun üstündən kiçik qutu yox olmuşdu. 
Fərq yalnız stolun üstündəki kiçik qutunun yox olmasında idi.
Qoca deyərdi ki, burada onun üçün ən qiymətli bir şey sax lanılır.
Qoca burada onun üçün ən qiymətli bir şeyin saxlanıldığını deyərdi. 
Birinci cümlə sadələşərkən budaq cümlə xəbər, ikinci cümlədə tamamlıq
rolunda çıxış edir.
124
IV 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə