L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 13. DAĞDA ŞƏLALƏ KİMİ  (2 saat)



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

Dərs 13. DAĞDA ŞƏLALƏ KİMİ  (2 saat)
Motivasiya 
Dərslikdəki 1-ci tapşırıqdan motivasiya kimi istifadə edilir:
1. Aşağıdakı fikirlərə münasibət bildirin. 
“Həyat yaşanan günlər deyil, yadda qalan günlərdir”. 
(P.A.Pavlenko) 
“Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən”.
(M.Cəlil)
Oxu 
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur. 
t Şeiri deklamasiya edərkən səs tonu, pauza, məntiqi vurğu vasitəsilə
şairin fikir və duyğularını daha qabarıq ifadə edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir. 
t Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibət
bildirir.
Sinif 3 qrupa bölünür. Hər qrupa şeirin bir hissəsi tapşırılır. Mətnə qoyulmuş
suallar qruplar arasında bölüş dü rü lür.
I hissə – 88-ci səhifə;
II hissə – 89-cu səhifədə “Diri ikən, sağ ikən...” cümləsinə qədər;
III hissə – “Diri ikən, sağ ikən...” cümləsindən sona qədər.
I qrup:
2. Şeirin ilk misra 
la 
rından çıxış edərək şai 
rin həyat kredosunu müəy 
-
yənləşdirin.
3. “İnci üzə çı xar mı, çalxalanmasa üm man?” cümləsi ilə şair nə demək
istəyir?
4. Həyatda kədərin də öz gözəlliyi olduğu, kə dər dən də zövq duy ma ğın
mümkünlüyü  fik  rinə mü nasibət bil dirin.
II qrup:
5. Nə üçün “ölü can lar” ifadəsi dır naq içərisində ya zılıb?
6. Dərsliyin 3-cü böl məsində oxuduğu nuz “Kölgədə qalmayanlar” mətnini
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə oxu -
yur. 
Şeiri deklamasiya edərkən səs tonu,
pau za, məntiqi vurğu vasitəsilə şairin fi -
kir və duyğularını daha qabarıq ifadə edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir. 
Mətndə obrazlı şəkildə ifadə olunmuş
fikirləri şərh edərək münasibət bildirir.
4.1.1. Mürəkkəb cümlənin növlərini fərq -
 lən dirir.  
Eyni fikri sadə cümlə və tabeli mü rək kəb
cüm lənin müxtəlif növləri şəklində ifadə edir.
4.1.2. Sözləri və söz birləşmələrini müx -
təlif sintaktik vəzifələrdə işlədir.
Sadə cümlənin müvafiq üzvünü budaq
cümlə kimi ifadə etməklə tabeli mü rək -
kəb cümlə qurur. 
116
IV 
BÖLMƏ 


xatırlayın. “Kölgədə qalmamaq” və “kölgə axtarmaq” ifa də lərini müqa -
yi səli izah edin.
7. Hansı insanları “gün dən qaçıb həmişə kölgə axtaranlar” ad lan dırmaq olar?
III qrup:
8. “Min-min dəfə ölə 
nin matəmi yassız ke çər”  cümləsini necə ba 
şa
düşürsünüz? Bu fikir sizə hansı atalar sözü nü xatırladır?
9. Şeirin son parça sında şairin oxuculara aşılamaq istədiyi fikri izah edin. 
Təqdimat zamanı qruplar şeirin öz sualları ilə bağlı hissəsini ucadan oxu -
malı, qoyulmuş suala əsasən bu hissəni şərh etməlidir. Şagirdlərə izah edil -
məlidir ki, intonasiya heç də şeiri yüksək pafosla oxumaqdan ibarət deyil. Şeiri
elə oxumaq lazımdır ki, dinləyici müəllifin əsas fikrini anlasın, onun keçirdiyi
his ləri duysun. Deklamasiya zamanı səs seçimi, səsin tonu və ucalığı, pauza -
lar, məntiqi vurğu dinləyiciyə təsir edən, onu duyğulandıran amillərdir.
Nümunə
I qrup:
Seçilmiş hissə: dərsliyin 88-ci səhifəsindəki hissə.
2. Şeirin ilk misra la rından çıxış edərək şai rin həyat kredosunu müəy yən ləş -
dirin.
Misralardan çıxış edərək şairin həyat kredosunu belə müəyyənləşdirmək olar:
1. Şair həyatda fəal mövqe tutmağa üstünlük verir, yeknəsəqliyi sevmir.  
2. Həyatda qazandığı kiçik qələbələrlə kifayətlənən deyil.
3. Həyatın yaxşı və pis günlərindən zövq almağı bacarır.
4. İnanır ki, bu həyatda insanı ancaq əməlləri yaşadır.
3. “İnci üzə çı xar mı, çalxalanmasa üm man?” cümləsi ilə şair nə demək
istəyir?
“İnci” dedikdə mirvari nəzərdə tutulur. Məlumdur ki, mirvari dənizin dibində
olur və onu əldə etmək o qədər də asan deyil. Şair demək istəyir ki, insan hə -
yat da nəyə isə nail olmaq istəyirsə, mütləq çalışmalı, zəhmət çəkməli, çətin -
lik lərə sinə gərməlidir. 
4. Həyatda kədərin də öz gözəlliyi olduğu, kə dər dən də zövq duy ma ğın
mümkünlüyü  fik  rinə mü nasibət bil dirin.
Elə insanlar var ki, rahat həyat axtarır, mənfi emosiyadan uzaq qaçmağa
çalışır, “Nəyimə gərək?” deyib yaxalarını hər işdən kənara çəkirlər. Daim se -
vinc axtarsalar da, əslində, anlamırlar ki, özlərini necə bir qəmə məhkum edib -
lər. Şair bildirir ki, əgər ürəyi təlatümə gətirən hislər olmasa, bu həyatda in san
zövq almadan yaşayar. “Kədərdən zövq almaq” deyəndə şair həyatın məhz
ağır günlərində ruhdan düşməməyə, bu vəziyyətdən çıxmaq üçün əziyyətə
qatlaşmağa çağırır, bunun özünün ayrı bir zövq olduğunu bildirir. Şairin fik -
rincə, həyatı gözəlləşdirən onun keşməkeşli olmasıdır.
II qrup
Seçilmiş hissə: dərsliyin 89-cu səhifəsinin əvvəlindən “Diri ikən, sağ ikən”
misrasına qədər olan hissə.
117
ƏXLAQİ DƏYƏRLƏR


5. Nə üçün “ölü can lar” ifadəsi dır naq içərisində ya zılıb?
Şagirdlər bu ifadənin məcazi mənada işləndiyini düşünə bilərlər. Lakin on -
ların rus ədəbiyyatından məlumatlı olsalar, burada həmin ifadənin sitat oldu -
ğunu – N.V.Qoqolun “Ölü canlar” əsərinə eyham vurulduğunu söyləyə bilərlər.
6. Dərsliyin 3-cü böl məsində oxuduğu nuz “Kölgədə qalmayanlar” mətnini
xatırlayın. “Kölgədə qalmamaq” və “kölgə axtarmaq” ifa 
də 
lərini
müqayi səli izah edin.
7. Hansı insanları “gün dən qaçıb həmişə kölgə axtaranlar” ad lan dırmaq olar? 
Verilən frazeoloji birləşmələr bir-biri ilə tamamilə zidd məna daşıyır.
“Kölgədə qalmamaq” daim öndə getmək, diqqət mərkəzində olmaq, həyatdan
geri qalmamaq, “kölgə axtarmaq”, əksinə, gözə çarpmamaq, diqqət cəlb et -
məmək mənasını verir. Burada şair həmişə başqalarının arxasında giz lə -
nənləri, başını cəncələ salmamaq üçün öz fikrini söyləməkdən çəkinənləri,
dünyaya başqalarının gözü ilə baxanları qınayır. 
III qrup
Seçilmiş hissə: dərsliyin 89-cu səhifəsində “Diri ikən, sağ ikən” misrasından
sona qədər olan hissə.
8. “Min-min dəfə ölə nin matəmi yassız ke çər” cümləsini necə ba şa düşür sü -
nüz? Bu fikir sizə hansı atalar sözü nü xatırladır?
Qorxaq insanlar, şairin təbirincə, yaşamaqdan qorxan, çalışmaqdan qorxan,
fikir söyləməkdən qorxanlardır. Belə insanlar həyatda heç bir iz buraxma -
dığına, onların varlığı bilinmədiyinə görə yoxluqları da hiss olunmur. Yoxluğu
hiss olunmayan insanın varlığının da heç bir əhəmiyyəti yoxdur. Bu fikir “İgid
bir dəfə ölər, qorxaq min dəfə” atalar sözü ilə səsləşir. 
9. Şeirin son misrala rında şairin oxuculara aşılamaq istədiyi fikri izah edin. 
Şeirin son parçası B.Vahabzadənin qanadlı ifadəyə çevrilmiş aşağıdakı
misraları ilə səsləşir:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Fəndaxili şaquli inteqrasiya:
5-ci sinif. 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini,
yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət
bildirməsini) izah edir. 
Dərsdə bəzi orfoepiya qaydalarının yada salınması şagirdlərin diqqətini
düzgün tələffüzə yönəldir. Bəzən şagirdlər yanlış olaraq belə düşünürlər ki,
Azərbaycan dilində sözlərin yazıldığı kimi tələffüz edilməsi ədəbi  dilin
normalarına düzgün riayət etmək deməkdir. Ona görə də dərslərdə səsli oxu -
dan istifadə edilərkən şagirdlərin nitqində buraxılan orfoepik səhvlərin dü zəl -
dil məsi xüsusilə vacibdir. Bu dərsdə “Orfoqrafiya və orfoepiya” rubrikasında
qo şasaitli sözlərin tələffüz qaydaları yada salınır. Müəllim 5-ci sinifdə keçilən -
ləri xatırladaraq nümunələr gətirməklə rubrika üzərində iş apara bilər. 
118
IV 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə