L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 12. NƏRİMAN NƏRİMANOVUN OĞLUNA MƏKTUBU  (2 saat)



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

Dərs 12. NƏRİMAN NƏRİMANOVUN OĞLUNA MƏKTUBU  (2 saat)
Motivasiya
Müəllim Nəriman Nərimanovun şəklini nümayiş etdirərək soruşur:
– Şəkildə gördüyünüz şəxs haqqında nə bilirsiniz?
BİBÖ cədvəli çəkilir və alınan cavablar birinci sütunda qeyd edilir.
Sorğu davam etdirilir:
– Bəs Nəriman Nərimanov haqqında daha nə bilmək istərdiniz?
Alınan cavablar ikinci sütunda qeyd edilir. Yönəldici suallar vasitəsilə ma -
rağı N.Nərimanovun ədəbi yaradıcılığı və siyasi baxışlarına istiqa mət lən dir -
mək tövsiyə edilir. Müəllim qeyd edir ki, N.Nərimanovun siyasi baxışları,
ha kimiyyət haqqında düşüncələri oğlu Nəcəfə yazdığı məktubda öz əksini
tapıb.
Oxu vä söz ehtiyatı
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Mətni oxuyarkən səs seçimi və tonu ilə müəllifin hiss və duyğularını əks
etdirir.
Mətn fasilələrlə “Səsli oxu” texnikası ilə oxunur. Şagirdlərə tövsiyə olunur
ki, sürətli oxumaqdan daha çox, səs tonuna fikir versinlər. Mətndəki hiss və
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə
oxu yur.
Mətni oxuyarkən səs seçimi və tonu ilə
müəllifin hiss və duyğularını əks etdirir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndəki obraz, tarixi şəxsiyyət haq -
qında fikir yürütmək üçün müvafiq
epi zodlardan istifadə edir.
Mətndəki məlumatları əvvəlki bilikləri
ilə müqayisə edərək nəticə çıxarır.
Mətndə sətiraltı ifadə olunmuş fikirləri
şərh edir.
2.2.2. Tərkib hissələri arasında əla -
qə ni gözləməklə mətni genişlən dirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları
mət  nin müvafiq hissələrinə əlavə edir.
1.1.1. Danışanın mövzuya müna si -
bətini müəyyən etmək üçün təd qiqat
xarakterli suallar verir.
Suallar verməklə deyəcəyi fikir üçün
zəmin yaradır. 
1.2.4. Ümumiləşmiş fikirləri yığcam
şə kildə təqdim edir.
Fikirləri ümu mi ləşdirərək bir neçə tezis -
lə ifadə edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir.  
Tabeli mürəkkəb cümlədə əvəzliyin
funksiyasını müəyyənləşdirir.
107
TARİXİ ŞƏXSİYYƏTLƏR


dü şüncələrə uyğun səs tonunu tənzimləməyin vacibliyi xatırladılır. Mətn
məktub şəklində oldu ğun dan burada müəllifin əhvali-ruhiyyəsini – kədər və
peşmanlıq hissini mü vafiq səs seçimi ilə əks etdirmək lazımdır. Bunun üçün,
ilk növbədə, mətni düz 
gün duymaq, anlamaq vacibdir. Müəllim kiçik bir
parçanı özü oxuya bilər. Mətndaxili tapşırıqların icrası üçün edilən fasilələr
zamanı intonasiyanın nə dərəcədə düzgün seçildiyi təhlil oluna bilər.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki obraz, tarixi şəxsiyyət haqqında fikir yürütmək üçün müvafiq
epizodlardan istifadə edir.
t Mətndəki məlumatları əvvəlki bilikləri ilə müqayisə edərək nəticə çıxarır.
t Mətndə sətiraltı ifadə olunmuş fikirləri şərh edir.
Mətndəki əsas fikirləri müəyyən etmək üçün 2-ci tapşırığa nəzər salmaq
lazımdır. Bu tapşırığın icrası bütün mətni əhatə edir. Mətn kiçik ixtisarlarla 4
hissəyə bölünmüşdür. Hər hissədə N.Nərimanov oğluna bir fikir çatdırmaq
istəyir. Hər bir hissəni oxuduqdan sonra həmin fikri müəyyənləşdirmək və
qeyd  etmək olar. Bunun üçün dərslikdəki mətndaxili suallar cavablandırılır.
3. Mətndəki faktlardan çıxış edərək müəyyənləşdirin: Nərimanov bu
məktubu nə vaxt yazıb?
Şagirdlər sillogizm qurmaqla bu suala cavab verə bilərlər. Bunun üçün
mətndəki iki fakta diqqət yetirmək lazımdır:
1. Müəllif 1895-ci ilin yanvarında olmuş hadisələri xatırladır.
2. Müəllif bildirir ki, həmin hadisələrdən 30 il keçir.
Deməli, məktub 1925-ci ilin yanvar ayında yazılıb. Müəllif bildirir ki, N.Nə -
rimanov 1925-ci ilin martında vəfat edib. Buradan belə nəticəyə gəlmək olar
ki, məktub onun ölümündən iki ay əvvəl yazılıb.
4. Oxuduğunuz hissədən çıxış edərək Nərimanovun xarakteri və həyata
baxışı haqqında fikir yürüdün. Məktubdan yeni nə öyrəndiniz?
Şagirdlər oxuduqları iki hissədən çıxış edərək Nərimanov haqqında yeni
məlumatları tezislər şəklində ifadə edir və BİBÖ cədvəlinin “Öyrəndim” sütu-
nunda yazırlar.
Fənlərarası inteqrasiya: “Azərbaycan tarixi”, st. 4.1.1. Dövlətçiliyin möhkəm -
lən   diril məsində və inkişafında tarixi şəxsiyyətlərin (Məhəmməd Əmin Rəsul za -
də, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) rolunu dəyərləndirir.
5. Nərimanovun siyasi fəaliyyəti haqqında bildiklərinizi məktubun bu
his səsindən oxuduqlarınızla müqayisə edin. 
Şagirdlər Azərbaycan tarixi fənnindən N.Nərimanov haqqında öyrəndik -
lərini bu hissədəki yeni məlumatlarla müqayisə edib nəticə çıxarırlar.
108
III 
BÖLMƏ 


6. Altından xətt çəkilmiş cümləni şərh edin.
Əgər zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə insanları kimsə məc -
bur edir, onda imtina et.
Bu cümlə ilə Nərimanov oğluna siyasətə qoşulduğu təqdirdə kimlərinsə
əlində alət olmağın təhlükəsi barədə xəbərdarlıq edir. (Tarixi mənbələrdən də
məlumdur ki, V.İ.Leninin ölümündən sonra Stalin Nərimanovu Şərq xalqlarının
nümayəndəsi kimi Kremldə saxlayır, lakin onunla hesablaşmırdı.)
7. Sizcə, məktubun bədbin ruhda olmasının səbəbi nədir?
Bu suala cavab vermək üçün yenə də şagirdlər tarix üzrə bilikləri xatırla -
ma lı, o dövrdə Azərbaycanda və ümumiyyətlə, Sovet İttifaqında baş verən
ha disələrin siyasi mənzərəsini yaratmalıdırlar.
9-cu tapşırıqda verilmiş başlıqların mətnin hansı hissəsinə uyğun gəldiyini
müəyyən etmək tələb olunur. Həmin başlıqları mətnin hissələrinin ardıcıllığına
uyğun olaraq və hər bir hissənin məzmununu bir neçə tezislə ümumiləş dir -
məklə aşağıdakı kimi düzmək olar:
I hissə. Ədəbi yaradıcılığının qayəsi
1895-ci il yanvarın 15-də “Nadanlıq” pyesinin tamaşaya qoyulmasından
keçən 30 il böyük bir zamandır. Bu zaman ərzində, əslində, daha çox iş görmək
olardı. Lakin yazılanlar çox azdır. Buna baxmayaraq şərait, dolanbac həyat
yolları, mühitin geriliyi, ətalət və mənasız çəkişmələrin doğurduğu iztirab, tökü -
lən qanlar, göz yaşları... bu əsərlərdə öz əksini tapıb.
II hissə. Nəyə görə həkimlik?
Qayğılarla dolu həyat – qardaş və bacılarının ailəsinə baxmaq, onların
uşaqlarının tərbiyəsi ilə məşğul olmaq, hər birinin yeni həyat qurmasına yar -
dımçı olmaq ehtiyacı tez bir zamanda universitet təhsili almağı məcbur edirdi.
Hüquq və təbiyyat fakültələri arasında aparılan seçimə iki amil təsir edir:
kimsədən asılı olmamaq istəyi və valideynləri kimi başqalarına yardım gös -
tər mək həvəsi. Buna görə də o, təhsil müddətinin uzun olması və çətin li yinə
baxmayaraq, həkimlik sənətini seçir.
III hissə. Nərimanovun siyasi baxışları və təmsil etdiyi hakimiyyətə mü na -
sibəti
N.Nərimanov daim başqaları üçün yaşamaqdan təskinlik tapırdı. Rusiyada
qurulan hökumətin də bu yolu tutduğuna inanaraq bolşe vik lə rin proq ramını
qəbul etmişdi. Onun dünyada köləliyin ləğv ediləcəyinə inamını hakimiyyətdə
təmsil olunan şəxslərin fəaliyyəti sarsıtdı. İlk vaxtlar zəruri olan hakimiy yətin
bir əldə cəmləşməsini davam etdirmək bolşevizmi süquta apara bilər. Artıq
nöqsanlar haqqında kommunistlər öz aralarında da danışa bilmir lər. Hamının
susduğu vaxtda N.Nərimanov susmur, MK-ya yaz   dığı məruzədə bütün nöq -
sanlar haqqında söz açır.
109
TARİXİ ŞƏXSİYYƏTLƏR


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə