L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

Şagirdlər Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Möminə xatunu,
Uzun Həsənin anası Sara xatunu, Xurşidbanu Natəvanı xatırlaya bilərlər.
2-ci sual: – Yəqin ki, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Firidun
bəy Köçərli, Əliağa Şıxlinski kimi tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyəti
haqqında müəyyən məlumatınız var. Bəs onların həyat yoldaşları haqqında
nə bilirsiniz?
Tarix dərsliklərində bu haqda heç bir məlumat olmadığından və ya ötəri
məlumat verildiyindən, çox güman ki, şagirdlər geniş bilik nümayiş etdirə
bilməyəcəklər. Lakin bu sual onları mövzu ətrafında düşünməyə və bu haqda
bilik almağa sövq edə bilər.
Bundan sonra müəllim şagirdlərin diqqətini dərslikdəki mətnin başlığına
(“Kölgədə qalmayanlar”) yönəldir: – Sizcə, bu mətndə nədən danışılacaq?
Oxu vä söz ehtiyatı
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki obraz, tarixi şəxsiyyət haqqında fikir yürütmək üçün müvafiq
epizodlardan istifadə edir.
t Mətndəki hadisələri izah etmək üçün müxtəlif versiyalar irəli sürür.
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -
dirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
Mətni “Qeydgötürmə” texnikası ilə oxutmaq olar. Bu məqsədlə dərslikdəki
1-ci tapşırıq verilir:
1. Qruplara bölünərək mətnləri oxuyun. Aşağıdakı nümunəyə uyğun
cədvəl tərtib edin və mətnə istinadən qeydlərinizi yazın. 
Mətnin müxtəlif qruplar üçün nəzərdə tutulmuş hər bir hissəsinin sonunda
2.2.2 standartını reallaşdırmaq üçün sual və tapşırıqlar qoyulmuşdur. Araş -
dırmaya çox vaxt itirməmək üçün müəllim hər bir qrup üçün qoyulmuş suallar
üzrə müəyyən məlumatlar verə bilər ki, şagirdlər həmin informasiyadan istifa -
də etməklə təqdimat zamanı mətni genişləndirsinlər.
I qrup:
2. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.
Ø Həsən bəyin təhsilli müsəlman qızı ilə evlənmək istəyinin səbəbi nə idi?
Ø “Əkinçi” qəzetinin nəşri hansı səbəbdən dayandırılmışdı?
Ø H.Z.Tağıyevin bir xeyriyyəçi kimi daha hansı xidmətlərini xatırlayırsınız?
Tapşırıqda qoyulmuş 1-ci suala cavab verərkən şagirdlər H.Zərdabi haqqında
bildiklərini xatırlamalıdırlar. Bu şəxs Azərbaycan tarixində ilk teatr tamaşasını
... xanımın xarakterindəki əsas cəhətlər
Bu cəhəti təsdiq edən hadisə (epizod)
99
TARİXİ ŞƏXSİYYƏTLƏR


səhnələşdirən, ilk qəzet nəşr edən, Azərbaycan xalqının milli oyanışında böyük
rol oynamış mütərəqqi fikirli maarifpərvər ziyalı kimi qalmışdır. Sözsüz ki, belə
bir şəxs özünə ömür-gün yoldaşı seçərkən onun da təhsilli olmasını, maarifçi
fikirləri dəstəkləməsini istəyirdi. 
2-ci suala cavab vermək üçün şagirdlər “Əkinçi” qəzetinin nəşr edildiyi dövrün –
1875-78-ci illərin siyasi mənzərəsini xatırlamalıdırlar. Müəllim I qrupa kömək
məqsədilə Qılman İlkinin “Bakı və bakılılar” kitabından bir parçanı onlara təqdim
edə bilər: “1877-ci ildə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu.
Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda,
“Əkinçi”yə müharibə barədə bir kəlmə də çap etməyə icazə verilmədi. Həsən bəy
bu barədə yazırdı: “Deyil ki müharibənin gedişi, hətta mü ha ri bə zamanı Rusiya
içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı, Moskvada soyuqdan
sərçələrin donub ölməsini də qəzetə yazmağa mü saidə etməmişdilər. Senzorun
fikrincə, bunu müsəlmanlar “Ruslara Allahın qəzəbi keçmişdir” deyə izah
edərlər...”
Həmin bu günlərdə Dağıstanda iğtişaş başladı... Bütün Qafqazda üsyanın
başlayacağından qorxuya düşən çar hökuməti “Əkinçi”nin də bu işdə böyük rol
oynayacağını düşünüb qəzeti bağlatdırdı”.
H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti haqqında müxtəlif mənbələrdə kifayət
qədər məlumat var.
II qrup:
3. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.
Ø Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında nə bilir siniz?
Ø 1905-1906-cı illərdə Qarabağda baş vermiş erməni-müsəlman davası haq -
qında nə bilirsiniz?                                                                                                                               
Ø Cavanşirlər nəslinin daha hansı görkəmli nümayəndələrini tanıyırsınız?
Şagirdlərə Cəlil Məmmədquluzadənin əsərləri, onun buraxdığı “Molla Nəsrəd -
din” jurnalı haqda daha geniş məlumatlar vermək olar.
3-cü sualda tələb olunan informasiya şagirdlər üçün yenidir. Şagirdlərə bu
nəslin bəzi nümayəndələri haqda müəyyən məlumatlar vermək olar ki, onlar özləri
həmin şəxslər haqqında əldə etdikləri və ya bildikləri məlumatları mətnə əlavə
etsinlər: 
• 
Pənahəli xan Qarabağlı (1693-1763) – Qarabağ xanlığının qurucusu
• 
İbrahimxəlil xan Cavanşir (1732-1806) – Qarabağ xanı
• 
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) – İbrahimxəlil xanın
vəliəhdi, general-mayor
• 
Mehdiqulu xan Cavanşir (1775-1845) – Qarabağın sonuncu hakimi, general-
mayor, Xurşidbanu Natəvanın atası
• 
Xurşidbanu Natəvan (1832-1897) – Azərbaycanın görkəmli şairəsi. Qara -
bağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi
III qrup:
100
III 
BÖLMƏ 


4. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.
Ø Əliağa Şıxlinski haqqında bildiklərinizi söyləyin.
Ø Şıxlinskilər nəslinin başqa hansı nüma yən dələrini tanıyırsınız?
Ø Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaranma tarixi haqqında bildik lə ri -
nizi söyləyin.
Əliağa Şıxlinski 1865-ci il martın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndində
anadan olmuşdur. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski
1886-cı ildə Sankt-Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1904-
1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşdu. Port-
Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə “Qızıl qılınc”la
mükafatlandırıldı.
Şıxlinskinin yazdığı “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri dərs vəsaiti
kimi hərbi kadrların yetişdirilməsində istifadə edilirdi. Bundan əlavə, onun “Şıx -
linski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazır -
lanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci
ildə general-mayor rütbəsi verildi. Beləcə, o, çar ordusunun aparıcı mü 
tə -
xəssislərindən birinə çevrildi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının ya ran ması
Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında ar-
tilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin olundu.
1920-ci il aprelin 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy
Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi.
Vuruşmağın mənasız olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin
partladılmasına icazə vermədi və yeni sovet hökuməti digərlərindən fərqli olaraq
Əliağa Şıxlinskiyə toxunmadı.
1928-ci ildə “Rusca-azərbaycanca qısa hərbi lüğət” çap etdirən Şıxlinski buna
görə SSRİ Hərbi İnqilab Şurasının fəxri fərmanı ilə təltif edildi. 
Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.
2-ci sual. Şıxlinskilər nəslinin nümayəndələri:
– Cavad bəy Şıxlinski (1874-1959 – general-mayor, rus, Azərbaycan və İran
qoşun başçısı, Əliağa Şıxlinskinin qardaşı oğlu)
– Qiyas bəy Şıxlinski (1875-1972 – XX əsrin 20-ci illərində antisovet qaçaq
hərəkatının başçılarından biri, siyasi mühacir, I Dünya müharibəsi illərində
azər  baycanlı əsirlərin xilas edilməsi və milli legionların yaradılmasında yaxın -
dan iştirak etmişdir)
– İsmayıl Şıxlı (1919-1995 – Azərbaycanın görkəmli yazıçısı, “Dəli Kür”,
“Ölən dünyam” və s. əsərlərin müəllifi)
Müəllimin nəzərinə!
3-cü sual. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yaranma tarixi:
Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaradılmasında isveçrəli jurnalist Anri
Dünanın böyük rolu olub. O, 1859-cu ildə qanlı Solferino döyüşünün şahidi olduq-
dan sonra bu haqda kitab yazıb. Böyük əks-səda doğuran bu kitab 1863-cü ildə
Cenevrədə beynəlxalq konfransın təşkilinə səbəb olub. Konfransda müharibədən
101
TARİXİ ŞƏXSİYYƏTLƏR


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə