L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

padşahın belə bir fərman veribsə, onu mənə göstər, mən də onun iradəsini görərək
buna uyğun hərəkət edərəm”.
Beləliklə, Sisianov 11 topu olan piyada batalyonu, 3 eskadron, 2 kazak yüzlüyün -
dən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyagin
rəhbərlik edirdi.
1803-cü ilin dekabrında Sisianovun təslim olmaq ultimatumuna Cavad xan belə
cavab verdi: “Nə ixtiyarla mənimlə belə danışırsan?! Mən ki sənə tabe deyiləm… “Elə
bu gün cavab ver” – bu nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Bu bir. O
ki qaldı şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək. Gəncəyə yalnız meyitlərin
üstündən keçə bilərsən, mən öləndən sonra, özgə cür yox”. (Bu hə min məktub idi ki,
Əlimərdan bəy tərcümə etmişdi.) 1804-cü il yanvarın 3-də sübh çağı Gəncə qalasına
hər tərəfdən od yağdırıldı. Hücum zamanı mayor Dmitri Lisa ne viç Cavad xanı öldürdü.
Onun oğlu Hüseynqulu ağa da qəhrəmancasına həlak oldu.
Əlavələr dinlənildikdən sonra oxu davam etdirilir. Şagirdlər mətnin ikinci
hissəsini oxuyurlar, 3-cü tapşırığı yerinə yetirməklə bu hissənin məzmun ardı -
cıllığını müəyyən edirlər. 
4-cü tapşırıq da 2.2.2 standartının reallaşdırılmasına xidmət edir. Şa -
girdlərə tapşırılır ki, mətnin strukturunu, hissələr arasındakı əlaqəni düzgün
müəyyənləşdirsinlər və verilmiş cümlələri uyğun gələn hissələrə əlavə et -
sinlər:
A – 61-ci səhifədə 4-cü abzasın əvvəlinə;
B – 61-ci səhifədə 5-ci abzasın 2-ci cümləsindən sonra;
C – 61-ci səhifədə 1-ci abzasın sonuna;
D – 61-ci səhifədə 2-ci abzasın sonuna.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Elmi mətndəki ziddiyyətli məqamları aşkar edir və onlara münasibət
bildirir.
Məlum olduğu kimi, bir çox tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti ilə bağlı
ziddiyyətli fikirlər mövcuddur. Bu hala Mirzə Cəfər Topçubaşovla bağlı fakt-
larda da rast gəlinir. 5-ci tapşırıq məhz bu ziddiyyətli məqamların araşdırılması
ilə bağlıdır.
5. Mirzə Cəfər Topçubaşovun doğum yeri ilə bağlı mətndəki məlu mat lar -
da hansı ziddiyyətlər var?
Çalışmanın icrasına başlamazdan əvvəl müəllim şagirdləri “Nitq baca -
rıqları” rubri kasında verilmiş “Oxu bacarığı və tənqidi təfəkkürün inkişafı” ilə
bağlı müd dəalarla tanış edir. Yadda saxlamaq lazımdır ki, bu tip çalışmalarda
mütləq həqiqəti tapmaqdan daha çox, tənqidi təfəkkürü inkişaf etdirməyi ön
plana çıxarmaq vacibdir.
Mətnin 2-ci hissəsində deyilir ki, “Mirzə Cəfər Topçubaşov 1790-cı ildə
Gən cə şə  hə rində anadan olub”. Lakin 1-ci hissədən belə məlum olur ki, Mirzə
Cəfərin atası Əlimərdan bəy 1795-ci ilə qədər Tiflisdə yaşayıb və II İraklinin
87
TARİXİ ŞƏXSİYYƏTLƏR


xidmətində olub. Tarixdən məlum olduğu kimi, II İrakli ilə Cavad xanın münasi -
bətləri o qədər də yaxşı olmayıb. Belə olduğu təqdirdə Əlimərdan bəyin ailəsi
1790-cı ildə Gəncəyə necə gedə bilərdi?
Bu ziddiyyət aşkar edildikdən sonra ədəbiyyatşünas alim Vilayət Quli ye -
vin “Tarixdə iz qoyan şəxsiyyətlər” kita bından parça oxunur. Bu parçada
M.C.Topçubaşovun 1795-ci il Tiflis hadisələri ilə bağlı xatirələri verilib. Belə
çıxır ki, həmin zaman Mirzə Cəfərin 5 yaşı varmış. Xatirələrdə isə belə
ifadələrə rast gəlirik: “... atam tapşırdı ki, 6 yaşlı bacımı da götürüb məscidə
gedim...”, “...gizlincə Kürə yaxınlaşdım və  yaxşı üzə bildiyimə görə  o biri
sahilə keçməyə müvəffəq oldum”. 5 yaşlı uşağın üzüb Kürü keçməsi ağla -
batan deyil. Belə çıxır ki, elmi ədəbiyyatda Mirzə Cəfər Topçubaşovun doğum
tarixi düzgün göstərilməyib.
Dinlämä
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqi -
qat xarakterli suallar verir. 
t Dinlədiyi mətndəki mübahisəli məqamları aydınlaşdırmaq üçün suallar
tərtib edir.
Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl şagirdlərə tapşırır ki, mət -
ni dinləyərkən oradakı faktların dərslikdən oxuduqları mətnlə müqayisəsini
aparsınlar və onlar üçün qaranlıq qalan məqamları sual şəklində qeyd etsinlər.
Bunun üçün əvvəlcədən şagirdlərə tapşırılır ki, mətni dinləyərkən tarixləri,
adları (yer və ya insan adları) qeyd etsinlər. Bu onlarda məlumatın yadda
saxlanıl masına yardım edəcəkdir.
Rus hərbi tarixçisi S.O.Kişmişevin “Nadir şahın Herata, Qəndəhara,
Hindistana səfəri və onun ölümündən sonra İranda baş verən
hadisələr” kitabından: 
“Əlimərdan bəy və onun oğlu Mirzə Cəfərin zadəgan olması ba -
rədə 1818-ci ildə gürcü çarı şəhadətnamə vermişdi. Şəha dətna mə -
də deyilirdi ki, Topçubaşıların əcdadlarını İran şahları Xora  san  dan
Tiflisə köçürmüşdülər. Gürcü çarı onları köçkünlər üzərində başçı
qoydu. Əliəkbər bəy topçuluğu bildiyinə görə çar İrakli onu topçu -
başı vəzifəsinə təyin etdi. Həmin vəzifəyə Gürcüstanda yalnız əsil-
nə cabətli zadəganlar təyin edilirdilər. Əliəkbər bəy Azxuri adlı yerdə
döyüşdə həlak olduqdan sonra çar İrakli onun yetim qalmış uşaq -
larını – Əlimərdan bəyi, Hacıağa və Ağahüseyni öz sarayına qəbul
etdi və onlar çar qulluqçuları ilə birgə tərbiyə olundular. Ağa  Mə -
həmməd şah Tiflisi aldıqda isə həmin Əlimərdan bəy bütün ailəsi ilə
birgə əsir götürüldü. Gəncəli Cavad xan onları pulla ondan alıb özü
də Əlimərdan bəyin qızı ilə evləndi və ona fəxri nazir rütbəsi verdi”. 
88
III 
BÖLMƏ 


Dinləmə mətnindəki yeni faktlarla bağlı şagirdlərdə başqa suallar yarana
bilər.
1. Dərslikdəki mətndə deyilirdi ki, Ağa Məhəmməd şah Qacar Əlimərdan
bəyin ailəsini əsir götürdükdən sonra onu Cavad xana hədiyyə verdi. Dinləmə
mətnində isə deyilir ki, Cavad xan Əlimərdan bəyin ailəsini pulla aldı? Bun-
lardan hansı doğrudur?
2. Dərslikdə Gəncə şəhəri zəbt olunduqdan sonra Əlimərdan bəyin taleyi
barədə heç bir məlumat verilmir. Belə bir təəssürat yaranır ki, o da rus ordu -
suna qarşı döyüşlərdə həlak olub. Dinləmə mətnindən isə aydın olur ki, Əli -
mərdan bəy 1818-ci ilə kimi yaşayıb. Bəs Gəncənin süqutundan sonra onun
taleyi necə olub? Necə oldu ki, Əlimərdan bəyin ailəsi yenidən Tiflisə köçdü?
Müəllim bildirir ki, tarixdə kifayət qədər boşluqlar var. Bu boşluqları doldur-
maq istəyərkən tarixçilər bəzən öz məntiqlərinə və təxəyyüllərinə əsaslanırlar,
ona görə də elmdə ziddiyyətlər yaranır. Belə hallarda həqiqəti aşkar etməyin
ən düzgün yolu ilkin mənbələrə müraciət etməkdir.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.
4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə
işlədir.
t Tabeli mürəkkəb cümləni sadələşdirərək budaq cümləni baş cümlənin
müvafiq üzvü vəzifəsində işlədir.
6-cı tapşırıq dil qaydaları üçün motivasiya yarada bilər. 
6. Cümlələri oxuyun. Altından xətt çəkilmiş komponent digər kompo -
nentdən doğan hansı suala cavab verir? 
Tapşırığın düzgün yerinə yetirilməsi üçün nümunə verilib. Qalan cümlələrlə
də iş nümunədə göstərildiyi kimi yerinə yetirilir.
1. Əliəkbər bəy gürcü ordusuna topçubaşı təyin olundu 
(niyə?)
, çünki o,
topçuluq sənətini yaxşı bilirdi.
2. Elə ki Ağa Məhəmməd şah Tiflisi aldı
(nə vaxt?)
, Əlimərdan bəy ailəsi
ilə birgə əsir götürüldü.
3. Rahiblər Cəfəri monastırda gizlətdilər ki 
(nə məqsədlə?)
, farslar onu
tapa bilməsinlər.
Ø İndi isə cümləni sadələşdirərək altından xətt çəkilmiş komponenti cümlə
üzvü kimi işlədin. 
Tapşırığın bu hissəsində həmin cümlələr sadələşdirilir, bu zaman altından
xətt çəkilmiş komponent söz birləşməsinə çevrilərək sadələşdirilmiş cümlənin
mürəkkəb üzvünə çevrilir.
1. Əliəkbər bəy topçuluq sənətini yaxşı bildiyinə görə gürcü ordusuna
topçubaşı təyin olundu.
89
TARİXİ ŞƏXSİYYƏTLƏR


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə