L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

Napoleon kompleksi – alçaqboylu adamların şöhrət, uğur, var-dövlət sahibi
olmağa can atması. Napoleon Bonapart tarixə Fransa imperatoru, böyük qələbə
əzminə malik bacarıqlı sərkərdə kimi düşmüşdür. Yəqin ki, o bu gün məşhur tortun
və bəstəboylu, miniatür bədən quruluşlu adamlara xas olan kompleksin  onun adını
da şıdığını eşitsəydi, çox təəccüblənərdi. Geniş yayılmış psixoloji problem olan
natamamlıq kompleksinin Napoleonla nə əlaqəsi var? Məsələ burasındadır ki, boyu
cəmi 1 m 51 sm olan Napoleon böyük uğurlar qazanmış, tükənməz enerjiyə, özü nə -
 ina  ma və məqsədəçatma əzminə malik insan kimi yadda qalmışdır. “Napoleon komp -
leksi” terminini əsərlərində ilk dəfə avstriyalı psixoloq Alfred Adler insan fəaliy yətinin
müxtəlif sahələrində yüksək fəallıq göstərən alçaqboylu kişilərin davranışını təsvir
edərkən işlətmişdir. 
“Mirzəyi” rəqsi – Azərbaycanın qədim rəqslərindən biri. Qarabağlı ney ustası
Mirzə tərəfindən təqribən 1860-70-ci illərdə bəstələnib. Bir əsrdən də artıq vaxt
keçməsinə baxmayaraq, bu rəqs hələ də öz populyarlığını itirməmişdir. Xalq ara sında
tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almış dır.
“Mirzəyi” rəqsi həm qadınlar, həm də kişilər tərəfindən ifa edilir. Müəllifi rəq sin
melodiyasını ney alətində yaratsa da, tar və kamança ifasında da gözəl səs lənir.
Bununla yanaşı, “Dərbəndi”, “Aşqabadi”, “Əsgərani”, “Qars” və digər milli rəqs lərimiz
də var ki, onlar Azərbaycanın coğrafi adlarını özündə yaşadır.
Alqoritm – qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan
əməliyyatlar ardıcıllığı. Latınca “qayda-qanun” deməkdir. Alqoritm 783-850-ci illərdə
Xarəzmdə (indiki Özbəkistanda) yaşamış IX əsrin məşhur özbək riyaziyyat çı sı Mə -
həm məd ibn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının
latınca yazılışı ilə (Algorithmi) bağlıdır. Əl-Xarəzminin yazdığı trak tatın XII əsrdə latın
dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sis te mi ilə tanış olmuş,
onluq say sistemini və onun hesab qaydalarını alqoritm ad  landırmışlar. Ümumiyyətlə,
alqoritm – verilmiş məsələnin həlli üçün lazım olan əmə liyyatları müəyyən edən və
onların yerinə yetirilmə ardıcıllığını göstə rən formal yazılışdır. Hesablama maşınla -
rının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır.
Yəni istər sadə, istərsə də mürəkkəb məsə ləni maşının həll etməsi üçün proqram
tərtib edilməlidir.
Abbası – Səfəvilər dövründə gümüş pul. XVI-XVII əsrlərdə Qafqaz, Yaxın Şərq
və Orta Asiyada geniş yayılmışdı. Səfəvi şahı I Abbas taxta çıxanda yeni pullar kəs -
di. 1620-ci ildə kəsilən bu iri gümüş pullar “abbasi” adlandı. Onun çəkisi iki misqal, yəni
7,7 qram, dəyəri 200 dinara, bu da 4 şahıya bərabər idi. 20 tümən bir abbası idi.
II qrup. 
4. Etimoloji baxımdan eponim sayılan brend adları və bu adların tarix çə  si ilə
bağlı əlavə biliklərinizdən istifadə etməklə mətni genişləndirib nəql edin.
Porşe – əsasən, idman avtomobilləri istehsal edən, həmçinin dizayn xidmətləri
göstərən və maliyyə əməliyyatları aparan alman avtomobil kompaniyası. Kompaniya
Avstriya avtomühəndisi və biznesmeni Ferdinand Porşenin (1875-1951) adını daşıyır.
Porşenin ən tanınmış konstruksiyaları “Folksvagen” maşınları (məş hur “böcək”),
alman “Tiger” tankları və özüyeriyən “Ferdinand” topudur.  1999-cu ildə F.Porşe yüzil-
liyin ən yaxşı avtokonstruktoru adına layiq görülüb.
Simens – elektrotexnika, elektronika, energetik avadanlıq, nəqliyyat, tibbi ava -
77
SÖZLƏRİN TARİXİ


danlıq və işıq texnikası istehsalı, eləcə də sənayenin müxtəlif sahələrində, nəqliyyat
və rabitədə ixtisaslaşmış xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət
göstərən alman transnasional (bir neçə ölkədə istehsalat bölmələri olan kompaniya
və ya korporasiya) konserni. Kompaniyanın qərargahları Berlində və Münhendə
yerləşir. Əsası 1847-ci ildə görkəmli alman alimi, ixtiraçısı, sənayeçisi, ictimai və siyasi
xadimi Verner fon Simens (1816-1892) tərəfindən qoyulub və onun adını daşıyır.
Beynəlxalq vahidlər sistemində elektrik keçiriciliyi vahidi də alimin şərəfinə simens
(beynəlxalq işarəsi – S) adlandırılıb.
Honda – əsasən, minik avtomobili və motosiklet istehsalçısı kimi tanınan bey nəl -
xalq sənaye kompaniyası. 1948-ci il sentyabrın 24-də Soiçiro Honda (1906-1991)
tərəfindən yaradılmışdır və onun adını daşıyır. Qərargahı Tokioda yerləşir. Kom pa ni -
yanın dünya avtomobil bazarına çıxmaq qərarı Yaponiya hökuməti tərəfindən nara -
zılıqla qarşılanmışdı. Hesab edilirdi ki, dünya bazarında “Toyota”, “Nissan” və “Mit  subişi”
ilə rə qa bət son nəticədə ölkənin iqtisadi maraqlarına toxuna bilər. Bununla belə, kom-
paniya 1959-cu ildə motosikl istehsalı üzrə dünya liderliyinə nail oldu. 1973-cü il enerji
böh  ra nından sonra qənaətcil “Honda” avtomobilləri böyük populyarlıq qazandı və 1980-
ci ildə Yaponiyanın ən böyük avtomobil istehsalçıları üçlüyünə daxil oldu.
Mersedes və ya Mersedes-Bens – alman avtomobil markası, eləcə də 1883-cü ildə
yaradılmış avtomobil kompaniyası. Karl Bens (1844-1929) al man mü hən disi, avto-
mobil ixtiraçısı, avtomobil istehsalının pioneri olmuşdur. 1883-cü ildə Man heym  də
velosiped emalatxanasının əsasında “Benz&Company Rheinische Gasmotoren-Fab-
rik” kompaniyasını təşkil etmiş, 1885-ci ildə daxiliyanma mühərriki ilə işləyən ilk avto -
mobilini hazırlamışdır. 1893-cü ildə ikiyerli dördtəkərli “Vikto riya” avto mobili, 1894-cü
ildə ilk avtomobil yürüşlərində iştirak etmiş “Velo” avtomo bil mo deli,  bir il sonra ilk yük
maşı nı, həmçinin tarix də ilk avtobuslar yaradıl mışdı. 1926-cı il iyunun 28-də Bens və
digər alman mü həndisi, konstruktoru və sənayeçisi Qotlib Daymlerin kompaniyaları
birləşir və yeni kompaniyanın bütün avtomobilləri “Mer se des-Bens” adlanmağa baş la -
nır. Mersedes (əsl adı Adriana Manuela Ramona) avstriyalı biznesmen Emil Elli ne kin
qızı idi. Daymlerin işçisi olan Ellinek müəssisədə istehsal olunan avtomobil mar  ka -
sı na qızının adını vermişdi. 1902-ci il fevralın 23-də bu söz rəs mi ticarət mar kası ki mi
qeydiyyatdan keçdi. 1903-cü ilin iyununda isə Emil El linek soyadının Ellinek-Merse -
des soyadı ilə əvəz edilməsi üçün rəsmi icazə aldı.
III qrup. 
5. Kraliça Viktoriyanın şərəfinə adlandırılmış yer adlarının belə geniş coğrafi
arealda yayılmasının səbəbini izah etməyə çalışın.
Şagirdlər tarix dərslərindən əldə etdikləri məlumatlara istinad edərək bunun
səbəbini izah edə bilərlər. I Viktoriya 1837-1901-ci illərdə Böyük Britaniya və İrlandiya
Birləşmiş Krallığının kraliçası, 1876-cı ildən etibarən isə Hindistanın imperatriçəsi
olmuşdur. Onun hökmranlıq dövrü İngiltərənin müstəmləkəçilik siyasətinin geniş vüsət
alması ilə səciyyələnir. Sözsüz ki, yeni zəbt olunan ərazi və məntəqələrin bir çoxu
Viktoriyanın adı ilə adlandırılırdı. 
6. İsgəndərin adı ilə bağlı olan mayak (dünyanın yeddi möcüzəsindən biri)
və qədim Şərqin ən zəngin kitabxanası haqqında əldə etdiyiniz məlu mat -
lardan istifadə etməklə mətni genişləndirin.
78
II 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə