L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

1) “Tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin birində sadalanan cüm -
lələr olduqda daha geniş fasilə (
!
) olan tərkib hissələri arasında” nöqtəli vergül
qoyulur.
2) “Tərkibində vergül olmayan (
!
) aydınlaşdırma əlaqəli bağlayıcısız tabesiz
mürəkkəb cümlənin tərkib hissələri arasında” qoşa nöqtə qoyulur.
Lakin elmi və bədii ədəbiyyatdakı nitq materiallarının araşdırılması göstərir ki:
Qeyd.
Bir çox hallarda qoşa nöqtə cümlədə, bir növ, bərabərlik işarəsi funk si -
yasını yerinə yetirir. Müqayisə üçün bildirək ki, ümumiləşdirici sözlə həm -
cins üzvlər arasında da qoşa nöqtə qoyulur. Burada da həmcins üzvlər
ümumiləşdirici sözün mənasını konkretləşdirir. Elə TQDK-nın adıçəkilən
vəsaitində verilən nümunə də bunu sübut edir: “Tərəflər razılığa gəldilər:
sülh danışıqları davam etdiriləcək”. (Tərəflər arasındakı razılığın mahiy -
yəti sülh danışıqlarının davam etdirilməsidir.)
Qeyd.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri müstəqil cümlə kimi bitkin fikir
ifadə etdikdə və onların arasında məna bağlılığı o qədər də güclü ol ma -
dıq da nöqtəli vergül qoyulur. Bir çox hallarda nöqtəli vergülü nöqtə və
ya vergüllə də əvəz etmək olar. TQDK-nın adıçəkilən vəsaitində ve ri lən
nümunə: “Zabit sərhəd boyunca uzanan yollara baxdı; yolda bir qaraltı
görünmür, elektrik dirəklərindəki lampalar yanmırdı”.  Burada nöqtəli
vergül qoyulmasının səbəbi heç də sadalanan cümlələrin olması deyil,
son iki komponentin birinci komponentdəki fikri şərh etməsi, genişlən -
dirməsidir. Başqa bir cümləyə nəzər salaq: “Uşaqların hərəsi bir işlə
məşğul idi: Samir kitab oxuyur, Nərgiz kompüterdə nə isə axtarır, İlqar
sabahkı dərslərinə hazırlaşırdı”. Burada qoşa nöqtədən istifadə olunub,
çünki sadalanan cümlələr ümumilik bildirən cümlədəki fikri konkret -
ləşdirir
13. Boşluqların yerinə uyğun gələn durğu işarəsini müəy yənləşdirin.
1-ci cümlədə komponentlər arasında qoşa nöqtə qoyulur, çünki ikinci kom-
ponent 1-cidəki “bahalı” sözünü konkretləşdirir.
2-ci cümlədə komponentlər arasında qoşa nöqtə qoyulur, çünki ikinci kom-
ponent 1-cidəki “ədalətli” sözünü konkretləşdirir.
3-cü cümlədə komponentlər arasında nöqtəli vergül qoyulur, çünki ikinci
komponent 1-cidəki fikri əlavə məlumatla zənginləşdirir.
4-cü cümlədə komponentlər arasında qoşa nöqtə qoyulur, çünki ikinci kom-
ponent 1-cidəki “bağlıdır” sözünü konkretləşdirir.
14-15-ci çalışmalar növbəti dil qaydasına (qarşılaşdırma və bölüşdürmə
əlaqələri) keçid üçün motivasiya rolunu oynayır.
1. Aydınlaşdırıcı cümlə ümumilik bildirən cümlədəki fikri konkret -
ləşdirdikdə tərkib hissələri arasında 
qoşa nöqtə (:) 
qoyulur.
2. Aydınlaşdırıcı cümlə ümumilik bildirən cümlədəki fikri geniş -
ləndirdikdə tərkib hissələri arasında 
nöqtəli vergül (;) 
qoyulur.
72
II 
BÖLMƏ 


14-cü çalışmada 1-ci komponentləri eyni olan iki cümlə verilir. Şagirdlər ikin -
ci komponentə görə cümlələrdəki məna əlaqələrini müəyyənləşdirməlidirlər.
Aydınlaşdırma əlaqəsi haqqında məlumatı olan şagirdlər, sözsüz ki, 1-ci cüm -
lə dəki məna əlaqəsini müəyyənləşdirəcəklər. İkinci cümlə müzakirə olunarkən
müəllim yönəldici suallarla “qarşılaşdırma” sözünün səsləndiril məsinə nail
olmalıdır. 
15-ci çalışmada şagirdlər komponentlər arasında məna əlaqəsinə görə qar -
şılaşdırma və bölüşdürmə (ya, ya da) bağlayıcılarını müəyyənləş dirmə lidirlər.
16-cı çalışma qrammatik qaydaların izahında müqayisəli təhlil bacarığını
inkişaf etdirir. Verilmiş tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı
məna əlaqəsi (zaman) müəyyənləşdirilir. Bunu müəyyən etmək üçün kompo -
nentlərin yeri dəyişdirilir. Cümlənin məzmununa heç bir xələl gəlmir. Növbəti
addımda cümlənin komponentləri arasına bölüşdürmə bağlayıcısı (gah, gah
da) artırılır. Əvvəlcə eyni zamanda baş vermiş hadisələr haqqında məlumat
verən cümlədə vəziyyət dəyişmiş olur: bir-birini əvəz edən (növbələşən) ha -
di sələr haqqında məlumat verilmiş olur. Bu haldan istifadə edərək nəzəri
məlumat daha da möhkəmləndirilir: bölüşdürmə əlaqəli tabesiz mürəkkəb
cümlələr hökmən bölüşdürmə bağlayıcılarından biri ilə işlənir.
Qeyd.
Bu tapşırığı yerinə yetirməklə şagirdlər həm də cümlədə bağlayıcıların
rolunu, cümlənin ifadə etdiyi fikrə tə sir göstərdiyini müəyyənləşdirirlər.
Şagirdlərə başqa bir misal da gətir 
mək olar: “Uşaqlar çəmənlikdə
oynayır, böyüklər nahara hazırlıq görür dülər” cümləsində zaman əlaqəsi
mövcuddur, lakin “isə” bağlayıcısı əla  və etməklə qarşılaşdırma əlaqəsi
yaradırıq: “Uşaqlar çəmənlikdə oynayır, böyüklər isə nahara hazırlıq
görürdülər”. Şagirdlərə onu da bildirmək lazımdır ki, bağlayıcı vasitəsilə
məna əlaqəsinin dəyişdirilməsi həmişə mümkün olmur. Mürəkkəb
cümlənin tərkib hissələrində ifadə olu nan fikirlər buna şərait yaratmalıdır.
17. Aşağıdakı iki aforizmi və onların mənaları arasındakı fərqi şərh
edin. Onlardan hansının tabesiz mürəkkəb cümlə olduğunu deyin. 
l
Siz vaxtı itirirsinizsə, vaxt da sizi itirir. 
l
Siz vaxtı itirirsiniz, vaxt isə sizi itirir. 
Bu çalışma şagirdlərdən qrammatik biliklərlə yanaşı, söz oyunu üzərində
qurulmuş cümləni izah etmək bacarığı tələb edir. Tapşırıqdakı 2-ci cümlə
qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Cümlələri belə izah etmək
olar: Siz vaxtınızı boş işlərə sərf edirsinizsə, tarixdə heç bir iz qoymursunuz.
Növbəti çalışmalarda şagirdlərdən tabesiz mürəkkəb cümlənin komponent -
ləri arasında məna əlaqəsini, bağlayıcı vasitələri müəyyənləşdirmək tələb ol-
unur.
18-ci çalışmada cümlələr arasında uyğunluğu müəyyən edərək tabesiz
mürəkkəb cümlələr yaradılır, onlar arasındakı məna əlaqəsi (qarşılaşdırma)
və bağlayıcı tapılır (1 – D; 2 – A; 3 – E; 4– C; 5 – B).
73
SÖZLƏRİN TARİXİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə