L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

4. 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi imzalandı və 
Azər bay -
canın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı
əraziləri isə İranın əlinə keçdi.
5. 1961-ci ildə qurulmuş Berlin divarı 1990-cı ilin noyabrında söküldü və
nəticədə 
vahid Almaniya dövləti yarandı.
6. 1410-cu ildə Qara Yusiflə Sultan Əhməd arasında baş vermiş  döyüşdə
Cəlairilər məğlub oldu və 
onların Azərbaycandakı hakimiyyətinə son
qoyuldu
.
7. 
1920-ci ildə bolşeviklər Azərbaycanda siyasi hakimiyyəti ələ aldı və
Azərbaycan Demokratik Respublikası süqut etdi.
1
2-ci çalışmada da zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələri
müəyyənləşdirmək tələb olunur. Bu haqda kifayət qədər bilik əldə etmiş
şagirdlər bu tapşırıq vasitəsilə mürəkkəb cümlənin növlərini fərq lən dir mək
bacarıqlarını daha da möhkəmləndirirlər.
13-cü çalışmada nəzm parçalarında verilmiş mürəkkəb cümlələri və kom -
po nent lər arasında məna əlaqəsini tapmaq tələb olunur. Şagirdlər bitkin mis ra  lar -
dakı cümlələrə diqqət yetirməli, mürəkkəb cüm lə lərin tərəfləri ara sındakı məna
əlaqə lərini müəyyənləşdirməlidirlər. Tapşırıq bu baxımdan çox ma raq lıdır. 
Nümunə: “Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur” – misrasındakı cümlə quruluşca mürək -
kəbdir.
I cümlə – Bu yerləri, bu göyləri yağış yuyur.
II cümlə – Gün qurudur.
Sonra mürəkkəb cümlənin komponentləri arasında məna əlaqəsi müəyyən -
ləş dirilir. Verilmiş cümlədə bu, zaman əlaqəsidir.   
Mətnin kompleks təhlili
Fəndaxili şaquli inteqrasiya:
6-cı sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm
məqamları vurğulayır.
6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 
9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
“Nesin” soyadı necə yarandı” mətni üzərində aparılacaq təhlil zamanı 1-4-cü
tapşırıqlar “Oxu”, 5-8-ci tapşırıqlar isə “Dil qaydaları” məzmun xəttini əhatə
edir. Daha sonra şagirdlərin diqqətini “Xatırla!” rubrika sındakı “Əvəzliyin məna
növləri” mövzusu üzrə tapşırıqlara yönəltmək olar.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
66
II 
BÖLMƏ 


Dərs 7. HİND, İSPAN, YOXSA TÜRK TOYUĞU (2 saat)
Motivasiya
Müəllim dərslikdə motivasiya üçün qoyulmuş sualla bağlı şagirdlərin
fikirlərini öyrənir.
1. Hinduşka quşunun vətəni, eləcə də bu sözün mənşəyi və morfoloji
tərkibi ilə bağlı mülahi zələrinizi söyləyin.
Tədqiqat sualı: – Şəkildə gördüyünüz quşu Azərbaycan dilində “hinduşka”
adlandırırlar. Sizcə, bu quşa “hind toyuğu” deyilsə, doğrudur, yoxsa “hinduşka”? 
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə oxu -
yur.
Mətni oxuyarkən cümlələrdə əlavədən
əvvəl, ümumiləşdirici sözdən sonra,
elə cə də həmcins üzvlər və mürəkkəb
cüm lənin tərkib hissələri arasında
pauza edir.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şə -
kildə təqdim edir.
Fikirləri ümu mi ləşdirərək bir neçə te -
zis lə ifadə edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir. 
Əlavə biliklərindən istifadə etməklə
mətndəki fikir və faktları şərh edir.
2.2.2. Tərkib hissələri arasında əla -
qə ni gözləməklə mətni genişləndirir.
Mətndəki müəyyən faktlarla bağlı şərh -
lərini müvafiq hissələrə əlavə edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və
ifadələrin mənasını kontekstə uyğun
dəqiqləşdirməklə şərh edir.
Mətndəki alınma sözün və onun Azər -
baycan dilindəki qarşılığının məna ça -
lar ları arasındakı fərqi izah edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Tabesiz mürəkkəb cümlənin kom 
po -
nent ləri arasında məna əlaqələrini fərq -
ləndirir.
Sadə cümlələr arasında müvafiq məna
əlaqəsi yaratmaqla tabesiz mürəkkəb
cüm lələr qurur.
Tabesiz mürəkkəb cümlənin kom 
po -
nentləri arasında bağlayıcı vasitələri
müəyyənləşdirir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz
nitqdə durğu işarələrindən istifadə
edir.
Tabesiz mürəkkəb cümlənin kom 
po -
nentləri arasında müvafiq durğu işa rə -
lərindən istifadə edir.
67
SÖZLƏRİN TARİXİ


68
II 
BÖLMƏ 
Oxu vä söz ehtiyatı
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Mətni oxuyarkən cümlələrdə əlavədən əvvəl, ümumiləşdirici sözdən
sonra, eləcə də həmcins üzvlər və mürəkkəb cümlənin tərkib hissələri
arasında pauza edir.
Mətn “Səsli oxu” texnikası ilə oxunur. Bu zaman mətnin düzgün intonasiya
ilə oxunmasına diqqət yetirmək lazımdır. Əlavədən əvvəl, həmcins üzvlər, elə -
cə də mürəkkəb cümlələrin tərkib hissələri arasında pauza gözlənilməklə oxu
davam etdirilir. 
Fəndaxili üfüqi inteqrasiya:
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
t Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.
Birinci abzasın sonunda diqqət  2-ci və 3-cü çalışmalara yönəldilir. 
2. 1-ci abzasda rast gəl diyiniz üç mühüm mə lu matı tezislər şəklində ifa -
də edin.  Onların ara sından ən mühümünü seçin.
Birinci abzasda vurğulanan üç əsas məqam aşağıdakılardır:
1. Orta əsrlərdə hinduşkanı “hind toyuğu”, “ispan toyuğu”, “türk toyuğu”
adlandırırdılar.
2. Bu quşun vətəni Şimali Amerikadır. 
3. Onu Avropaya 1519-cu ildə ispan də niz çiləri Meksikadan gətiriblər.
Fənlərarası inteqrasiya:
Ümumi tarix. 8-ci sinif. 3.1.1. Dövlətlərin (İngiltərə, Fransa, Rusiya, ABŞ,
Osmanlı, İran, Çin, Hindistan, Mərkəzi Asiyanın türk dövlətləri, Qazaxıstan,
Krım, Sibir, Volqaboyu, Qafqaz xalqları) yaranmasını, idarəçilik formalarını,
siyasi, sosial-iqtisadi münasibətləri təhlil edir.
Ümumi tarix. 8-ci sinif. 4.1.1. Tarixi şəxsiyyətləri (Oliver Kromvel, Maksimilian
Robespyer, I Pyotr, II Yekaterina, Corc Vaşinqton, Bencamin Franklin, Köprülü
Mehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar) müqayisə
edir.
Azərbaycan dili. 9-cu sinif. 2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir. 
t Əlavə biliklərindən istifadə etməklə mətndəki fikir və faktları şərh edir.
Azərbaycan dili. 9-cu sinif. 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözlə -
məklə mətni genişləndirir.
t Mətndəki müəyyən faktlarla bağlı şərhlərini müvafiq hissələrə əlavə edir.
Növbəti suallara cavab vermək üçün şagirdlər “Ümumi tarix” (8-ci sinif)
fənni üzrə müəyyən biliklərindən istifadə etməlidirlər.
Müəllimin nəzərinə!
1. Mətndə işlənmiş alınma sözlərin qarşısında tələffüzü verilmişdir. Tələf -
füzü verilməyən sözlər latın dilindən alındığı üçün yazıldığı kimi oxunur;
məsələn: furkee [furkee]


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə