L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

Tədqiqat sualı: – Gimnaziya necə yaranıb? Tədris müəssisəsi olan gimna -
ziya digər tədris müəssisələrindən nə ilə fərqlənir?
Oxu
Fəndaxili şaquli inteqrasiya:
5-ci sinif. 2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
7-ci sinif. 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
9-cu sinif. 2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
Oxu zamanı şagirdlərin düzgün orfoepiya və intonasiya qaydalarına necə
əməl etmələrinə diqqət yetirilir. “Orfoqrafiya və orfoepiya” rubrikasında “L”
samiti ilə başlanan şəkilçilərin yazılışı və tələffüzü ilə bağlı tapşırıqla fəndaxili
şaquli inteqrasiya edilir. 
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
Müəllim mətnə dair bir neçə faktoloji sualla onun nə dərəcədə qavra nıldı -
ğını yoxlayır. Daha sonra dərslikdə verilmiş 2-ci tapşırıq üzərində iş gedir.
2. Mətndə gimnaziya ilə bağlı hansı məsələlərə toxunulmuşdur? Sizcə,
bu mövzu ilə bağlı hansı vacib məsələlər mətndə əks olunmayıb? Hə -
min məsələləri sual şəklində qeyd edin. Əlavə mənbələri araşdırmaqla
bu sualları cavablandırın. Topladığınız yeni məlumatları mətnin mü-
vafiq hissələrinə əlavə edin.
Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər motivasiya mərhələsində tərtib
etdikləri BİBÖ cədvəlinə nəzər salırlar. Mətndəki məlumatlardan çıxış edərək
şagirdlər “Öyrəndim” sütununda müəyyən qeydlər aparırlar. “İstəyirəm bilim”
sütununda cavabı tapılmış sualların altından yaşıl, açıq qalmış sualların
altından qırmızı xətt çəkilir. Müəllim bildirir ki, əldə edilən istənilən məlumat
insanda yeni, daha dərin biliklərə həvəs doğurur. Buna görə də mətni oxuduq-
dan sonra yaranmış sualları ayrıca vərəqdə qeyd etmək tapşırılır.
Beləliklə, əldə edilmiş yeni biliklər nəzərə alınmaqla yeni BİBÖ cədvəli qu-
rulur. Şagirdlər 2-ci sütunda açıq qalmış suallara yeni suallar əlavə edirlər;
məsələn:
– Gimnaziyalar adi məktəblərdən nə ilə fərqlənir?
– Gimnaziyaya neçənci sinifdən qəbul edirlər? və s.
Qeyd.
Şagirdlərə Almaniya təhsil sistemində gimnaziyanın özəllikləri haqqında
məlumat verilə bilər. Gimnaziya – əsasən, humanitar sahədə istedad və
qa biliy yəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətləri
göstərən ümumtəhsil müəssisəsidir. Gimnaziyalarda təhsil, adətən, 5-ci
sinif dən 12-ci sinfə qədər nəzərdə tutulur və burada şa gird lərə dərinləş -
diril miş ümumi təhsil verilir. Hazırda gimnaziyaların əvvəl lər mövcud olan
60
II 
BÖLMƏ 


profillər – qədim dillər, yeni dillər, riyaziyyat və təbiətşünaslıq üzrə
bölünməsi sistemi, demək olar ki, yoxdur. Burada ayrı-ayrı fənlərin, yaxud
fənn qruplarının öyrənilməsinin məcburi olaraq qalmasına baxmayaraq,
yuxarı sinif şagirdlərinin öz fərdi qabiliy yət lərini inkişaf etdirmək üçün geniş
imkanları vardır. Belə ki, onlara fənlə rin daha geniş seçimi təklif edilir. Fənlər
təlim profilinə uyğun olaraq bö lüş dürülür (dil-ədəbiyyat-incəsənət profili,
ictimai-elmi profil və yaxud riyaziy yat-təbiət elmləri profili). Yuxarı siniflərdə
təhsili başa vurana və kamal at testatı almaq üçün imtahanları verənə
qədər şagirdlər hər üç profil üzrə fənləri öyrənmək məcburiyyətindədirlər.
İlahiyyat və bədən tərbiyəsi də icbari fənlərdəndir. Gimnaziyanın yuxarı
siniflərində təhsil dörd fənn üzrə kamal attestatı imtahanlarının verilməsi
ilə başa çatır. Kamal attestatı im tahanları müvəffəqiyyətlə verildikdən
sonra tam orta təhsil haqqında şə hadətnamə verilir. Bu şəhadətnamə
təhsili istənilən profil üzrə ali təhsil müəssisəsində davam etdirmək hüququ
verir.
Şagirdlərin topladıqları məlumatlar problemlər üzrə qruplaşdırılır və mətnin
müvafiq hissələrinə əlavə edilir.
Dinlämä vä danışma 
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
t Dinlədiyi mətndəki məlumatları əvvəl əldə etdiyi məlumatlarla müqayisə
edərək öz fikrini formalaşdırır.
3. Orta əsrlərdə xristian ölkə lərindəki gimnaziya ilə mü səlman ölkələ rin -
 dəki mədrəsə arasındakı fərqli və oxşar cə hətləri araşdırın və müza -
ki rə  edin.
Bu çalışmanı icra etmək üçün mədrəsələr haqqında aşağıdakı mətni səs -
lən dirmək olar. Dinləmədən sonra gimnaziya ilə mədrəsələrin oxşar və fərqli
cəhətləri müqayisə edilir.
MƏDRƏSƏ (dinləmə mətni)
“Mədrəsə” sözünün ərəb dilindən tərcüməsi “dərs oxunan yer” deməkdir.
Müsəlman dünyasında təhsil ocaqlarına verilən ümumi addır.
Bu gün, təəssüf ki, yalnız “mollaxana” kimi anlaşılan mədrəsələr vaxtilə
bütün dünya üçün elm mərkəzləri rolunu oynayıb.
İslam dininin elm və biliyə verdiyi müstəsna dəyər sayəsində ilk dövrlər -
dən etibarən müsəlman torpaqlarında təhsil müəssisələri fəaliyyət göstər -
mişdir. Sonrakı dövrlərdə xilafətin hər bölgəsində irili-xırdalı mədrə sələr
açıl ma ğa başladı. Bu mədrəsələrdə, bir qayda olaraq, dini elmlər daha
geniş tədris edilirdi. Mədrəsələrin çoxu müstəqil şəkildə deyil, kitabxana la -
rın, məscidlərin nəzdində fəaliyyət göstərirdi. IX əsrdə Ərəb xilafətinin müx -
təlif yerlərində onlarla iri mədrəsə fəaliyyət göstərirdi. 
61
SÖZLƏRİN TARİXİ


1998-ci ildə çap olunmuş “Ginnesin rekordlar kitabı”nda yazılanlara
əsasən, dünyada bu günə qədər davamlı fəaliyyət göstərən ilk ali təhsil
ocağı 859-cu ildə Mərakeşin Fəs şəhərində təsis edilmiş Qərəviyyin məd -
rəsəsi sayılır. Burada ilahiyyat elmləri ilə yanaşı, ərəb dili qrammatikası,
mən tiq, tibb, riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya və musiqi də
tədris olunurdu.
Orta əsrlərdə müsəlman Şərqinin ən iri təhsil ocağı XI əsrdə böyük alim
Xacə Nizamülmülkün təşəbbüsü ilə Bağdadda təşkil edilmiş Nizamiyyə
mədrəsəsi idi. Nizamiyyə mədrəsəsi o dövrün imkanları baxımından ən
yüksək səviyyəli təhsil şəraiti, ən savadlı müəllim kadrları və ən mütərəqqi
təhsil proqramı ilə təchiz edilmişdi. Burada təkcə müsəlmanlar deyil, Avro -
padan gəlmiş onlarla tələbə də təhsil alırdı. Həmin dövrdə qədim yunan və
Roma fəlsəfəsi ərəb dilinə tərcümə olunaraq burada tədris edilirdi.
Qeyd.
Müəllim verilmiş tapşırıqdan istifadə edərək şagirdlərdə müqayisəetmə
bacarığını formalaşdırmaq üçün müəyyən təlimatlar verə bilər. Şagirdlərə
bildirilir ki, adətən, eyni kateqoriyadan olan anlayışlar müqayisə edilir.
Müxtəlif kateqoriyalı anlayışların müqayisəsi kiçikyaşlı uşaqlara və ya in-
tellektual səviyyəsi aşağı olanlara tapşırıla bilər. Məsələn, gimnaziyanın fab -
riklə müqayisəsi zamanı bir cümlə ilə kifayətlənmək mümkün 
dür:
gimnaziya – təhsil ocağı, fabrik isə istehsalat müəssisəsidir. Lakin gim-
naziya və mədrəsənin hər ikisi təhsil ocağıdır. Belə olduqda müqayisənin
sistemli şəkildə aparılması üçün parametrlər müəyyən olunmalıdır, yəni
müqayisə müəyyən göstəricilər əsasında aparılmalıdır. Ona görə də gim-
naziya ilə mədrəsənin müqayisəsi üçün, ilk növbədə, həmin göstəricilər
müəyyən ləş dirilməlidir.
Şagirdlər gimnaziya və mədrəsəni aşağıdakı göstəricilər üzrə müqayisə
edə bilərlər:
– adlarının etimologiyası;
– fəaliyyət göstərdiyi areal;
– tarixi inkişaf yolu;
– təhsil sistemi və tədris olunan fənlər.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.
t Qrafik materialların şərhi ilə müşayiət olunan məruzə hazırlayır.
t Hazırladığı tezislərdən istifadə etməklə şifahi şəkildə rabitəli mətn qurur.
4.  Qruplarla iş.
Lisey, universitet, akademiya ilə bağlı araşdırma aparın
və “Təhsil ocaqlari: tarix və müasirlik” mövzu sunda təq di mat ha zır -
layın.
Təqdimat zamanı qrafik informasiya materiallarından – şəkillərdən,
xronoloji cədvəl lərdən və s.-dən istifadə edin. 
Qeyd.
Qruplara layihə işinin ev tapşırığı kimi verilməsi tövsiyə olunur. Bu cür
tapşırıqlar müstəqil tədqiqat aparmaqla yanaşı, şagirdlərin sosial ba ca -
62
II 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə