L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

layıcı vasitələri müşahidə etmək tövsiyə olunur. Müşahidənin nəticələri qeyd
edilir: bu komponentlər arasında vergül (,), nöqtəli vergül (;) və qoşa nöqtə
(:) işarələrindən istifadə olunur. Müşahidələr başqa nümunələr əsasın da da
davam etdirilə bilər. Durğu işarələrinin işlənmə yeri bağlayıcı vasitə lərə görə
də müəyyən olunur. Qeyd edilir ki, və bağlayıcısı işlənərkən heç bir durğu
işarəsindən istifadə olunmur.
12-ci çalışma da, də bağlayıcıları ilə bağlı durğu işarələrinin işlənmə qay -
da larındakı fərqin müşahidə və analizini tələb edir. Hər iki cümlə təhlil edil -
dikdən sonra belə nəticəyə gəlmək olur ki, birinci cümlə həmcins üzvlü sadə
cümlə, ikinci isə tabesiz mürəkkəb cümlədir. Birinci cümlədə vergül həmcins
üzvləri, ikincidə isə tabesiz mürəkkəb cümlənin komponentlərini ayırır. Ayrılma
yerləri fərqli olduğundan birinci cümlədə durğu işarəsi də bağlayıcısından
sonra işlənib. Tabesiz mürəkkəb cümlənin komponentlərinin ayrılma yeri fərqli
olduğundan də bağlayıcısından sonra vergül işarəsi işlənməyib.
Qeyd.
Yazıda durğu işarələri ilə bağlı ən çox buraxılan səhvlər qarşılaşdırma
bağlayıcılarının (amma, ancaq, lakin, isə) işlənməsi zamanı müşahidə
olu  nur. Belə ki, çox zaman bu bağlayıcılardan əvvəl vergül qoyulur. Ona
görə də bu mövzu ilə bağlı həmin məsələyə daha çox diqqət yetirilmişdir.
13-cü çalışma eynitipli çalışmadır. Verilmiş tabesiz mürəkkəb cümlələrdə
bağlayıcı vasitə kimi qarşılaşdırma bağlayıcıları (isə, amma) işlən mişdir. Amma
bağlayıcısı tabesiz mürəkkəb cümlənin komponentləri arasında, daha doğrusu,
ikinci komponentin əvvəlində işləndiyinə görə vergül birinci kom po nentdən
son ra, yəni amma bağlayıcısından əvvəl işlənib. İsə bağla yıcısı isə bu sər -
həddə işlənmədiyindən vergül işarəsi ondan əvvəl deyil, qayda üzrə, birinci
komponentdən sonra işlənib.
14 və 15-ci çalışmalar tətbiqedici çalışmalardır: birincidə durğu işarələ rinin
istifadəsində yol verilmiş səhvləri müəyyənləşdirmək, ikincidə isə buraxıl mış
durğu işarələrini bərpa etmək tələb olunur.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dil
qay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçün
nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 57-58) təqdim olunmuşdur.
Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.
81
SÖZLƏRİN TARİXİ


II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
REYUNYON ADASI
Bəzən hansısa bir yerin adı siyasi səbəblərdən dəfələrlə dəyişir. Buna maraqlı
nümunə kimi Hind okeanında yerləşən Reyunyon adasını göstərmək olar. Uzun
müddət adada yaşayış olmamış və heç bir ölkə ona iddia irəli sürməmişdi.
Lakin 1649-cu ildə bura Etyen de Flakur adlı bir fransız gəldi və adanı Fransa
ərazisi elan etdi. O, adanı həmin dövrdə hökmranlıq edən Burbonlar sülaləsinin
şərəfinə “Burbon” adlandırdı.
1793-cü ildə Burbonlar sülaləsinin nümayəndəsi XVI Lüdovik inqilabçılar
tərəfindən edam olundu və adaya xalqla respublikaçılar hökumə tinin birliyini  ifadə
edən Reyunyon  (Birləşmə) adı verildi. 1804-cü ildə Napo leon Bonapart özünü
imperator elan edəndə ada, 
təbii ki
, Bonapart adası adlanmağa başladı.
1815-ci
ildə Napoleon devrildi və taxt-tac Burbonlardan olan XVII Lüdo vikə keçdi. Bundan
sonra adaya Burbon adı qaytarıldı.
1830-cu ildə Burbonlar yenə hakimiyyətdən qovuldular və taxt-tac onlara
qohum olan Orleanlar sülaləsinə keçdi. Onları da öz növbəsində 1848-ci ildə
devirdilər və elə o zaman adaya Reyunyon adı qaytarıldı. Bundan sonra haki -
miyyətə bir dəfə də Bonapartlar gəldi. 
Lakin buna baxmayaraq, adanın adı “...”
deyə bir daha dəyişdirilmədi. 
1. Cədvəli doldurun. Boşluqlara uyğun gələn məlumatı yerləşdirin.
2. Mətnin sonuncu cümləsində nöqtələrin yerinə hansı ifadə uyğun gəlir?
A) dünya beş gündür
B) dərə xəlvət, tülkü bəy
C) düşər-düşməzi olar
D) qorxan gözə çöp düşər
E) mal yiyəsinə oxşayar
A
B
C
Tarix
Adanın adı
Dəyişmə səbəbi
1649
Reyunyon
1804
Burbonlar sülaləsi yenidən
hakimiyyətə gəldi.
82
II 
BÖLMƏ 


3. Verilmiş məlumatların mətndəki yerini müəy yən ləş dirin.
Rusiyaya qarşı müharibədə məğlubiyyət Napoleon imperiyasının da ğıl -
masının başlanğıcı oldu.  A   B   C
Napoleon Bonapartın qardaşı oğlu Şarl Lui Napoleon Bonapart (III Na -
poleon) Fransanın sonuncu monarxı oldu.   A   B   C
X əsrdən başlayaraq bura ərəb dənizçiləri gəlib-gedirdilər. Avropalılardan bu
adaya ilk dəfə XV əsrdə portuqaliyalılar gəlmişdi.   A   B   C
4. Mətnin 2-ci və 3-cü abzaslarının birinci cümləsinin tərkib hissələri arasında
hansı məna əlaqəsi var?
A) zaman   B) ardıcıllıq   C) aydınlaşdırma   D) qarşılaşdırma   E) bölüşdürmə
5. Durğu işarələri düzgün işlənməmiş cümlələri göstərin. 
1. Ovçu kəkliyə iki güllə atdı, ancaq heç biri dəymədi. 
2. İndi bu quru çöllərdə, nə quşların səsi eşidilir, nə də cüyürlərin izi görünürdü.
3. Göyərçin həm gözəl quşdur, həm də, hamı onu sülh rəmzi kimi qəbul edir.
4. Bu yerlərə yaz tez gəlir; artıq martın əvvəllərində badam ağacı çiçəkləyir.
5. Ovçu vaxtında kənara atıldı, lakin, canavarın iti dırnağı yenə də onun
ayağını yaraladı. 
A) 1, 2, 3       B) 2, 4, 5     C) 2, 3, 5    D) 1, 2, 5   E) 2, 3, 4
6. Biri tabesiz mürəkkəb cümlə deyil
A) Külək bərk vıyıldayır, ildırım hamını vahiməyə salırdı. 
B) Efir yağları qızılgüldən alınır və ondan dərmanların, eləcə də kosmetik
vasitələrin hazırlanmasında istifadə olunur.
C) Cəngavər düşmənini bir həmlədə yerə sərdi, ancaq onu öldürməkdə bu
dəfə də tərəddüd etdi.
D) Döyüş dayanmışdı, ancaq hələ də  güllə səsləri eşidilirdi.
E) Kənddə çal-çağır idi, bircə o, kədərli halda küçələrdə dolaşırdı.
7. Cümləni elə davam etdirin ki, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə
alınsın.
Soyuqlar çox tez düşdü, ...
A) günəş isə hələ də yeri isitməkdə idi. 
B) köçəri quşlar da uçub isti ölkələrə getdilər. 
C) qış payızı vaxtsız yola saldı. 
D) mülayim hava qasırğa ilə əvəz olundu. 
E) bir azdan qar da yağmağa başladı. 
83
SÖZLƏRİN TARİXİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə