L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

yöndə şa gir d ləri xəbərdar etməlidir. Bu məqsədlə şagirdlər müzakirənin şərtləri
ilə tanış olduqdan sonra onlara “Reqlament nədir” mətnindəki məlumatlar
mənimsədilməli, orada irəli sürülmüş müddəalara əməl etməyin vacib olduğu
xatırladılmalıdır.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.
4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə
işlədir.
t Tabeli mürəkkəb cümləni sadələşdirərək budaq cümləni baş cümlənin
müvafiq üzvü vəzifəsində işlədir.
 8-ci tapşırıqdan istifadə etməklə dil qaydaları üçün motivasiya yaratmaq olar.
Tapşırığın şərtinə görə, verilmiş mürəkkəb cümlələrdə bağlayıcı vasitələr müəy -
yən edilir.
Daha sonra şagirdlərə verilmiş qaydaları dəqiqləşdirmək təklif olunur. Düzgün
variantı seçməklə qaydalar tamamlanır:
• Bağlayıcı sözün iştirak etdiyi komponent 
budaq
cümlədir.
• Komponentlər “ki” bağlayıcısı ilə bağlandıqda baş cümlə 
əvvəl
gəlir.
• Komponentlər səbəb bağlayıcısı ilə bağlandıqda baş cümlə 
əvvəl
gəlir.
• Xəbəri feilin şərt şəkli ilə ifadə olunan komponent  
budaq
cümlədir.
Tapşırığın icrasından sonra əldə edilən nəticələr “Qrammatika”  rubrikasında
verilmiş materialla tutuşdurulur. Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin
yerini müəyyənləşdirmək məqsədilə tədqiqat praktik çalışmalar vasitəsilə davam
etdirilir.
9-cu tapşırıqda baş və budaq cümlələri göstərmək və onları bir-birinə bağlayan
vasitələri müəyyən etmək nəzərdə tutulur. Motivasiyada aparılan müşahidələr və
oxunan nəzəri məlumatdan istifadə etməklə tapşırıq yerinə yetirilir. Burada ve -
rilmiş cümlələrdə baş və budaq cümlənin yerini müəyyən etmək tələb olunur.
Bunun üçün aşağıdakı sxemdən istifadə etmək olar.
Müəllimlərə tövsiyə olunur ki, baş və budaq cümlənin yerinin müəyyən olun -
Cümlə
Baş və budaq cümlənin yeri
Bağlayıcı vasitə
1-ci
Baş cümlə budaq cümlədən sonra gəlir.
-sa
2
şəkilçisi
2-ci
Baş cümlə budaq cümlədən sonra gəlir.
bağlayıcı söz
3-cü
Baş cümlə budaq cümlədən əvvəl gəlir.
bağlayıcı
4-cü
Baş cümlə budaq cümlədən əvvəl gəlir.
bağlayıcı 
5-ci
Baş cümlə budaq cümlədən sonra gəlir.
“-mı
4
” ədatı
104
III 
BÖLMƏ 


ması metodikasını şagirdlərə aydınlaşdırsınlar; hansı cümlədən sual yarandığını,
hansının bu suala cavab verdiyini şagirdlərlə birgə müəyyənləşdirsinlər. Daha
sonra nəticənin düz günlüyünü yoxlamaq üçün budaq cümlə baş cümlənin həmin
suala cavab verən üzvü kimi işlədilə bilər.
10-cu tapşırıqda verilmiş cümlələri sadələşdirmək tələb olunur. Bunun üçün
kömək məqsədilə nümunələrin sonunda sadələşdirmə zamanı istifadə olunacaq
sözlər (əsasən, qoşmalar) verilib:
1. Mən uzun məktub yazdım, ona görə ki qısa yazmağa vaxtım yox idi.
(B.Paskal)
(üçün)
Qısa yazmağa vaxtım olmadığı üçün mən uzun məktub yazdım.
2. Qulli 
ver liliputların gö 
zün 
də nə 
həng dağ kimi görü 
nürdü, çünki
onların boyu təx mi nən 15 sm idi. 
(görə)
Liliputların boyu təx mi nən 15 sm olduğuna görə Qulliver onların gö -
zün də nə həng dağ kimi görü nürdü. 
3. Hərçənd sözümü deyib ürəyimi boşaltdım, amma onun qəlbinə dəydi -
yimə görə indi də peşmanam. 
(baxmayaraq)
Sözümü deyib ürəyimi boşaltdığıma baxmayaraq, onun qəlbinə dəydi -
yimə görə indi də peşmanam.
4.
Süleymandaşı rus dilində “qranat” adlandırılmışdır, çünki xarici görü -
nüşü nar dənələrini xatırladır. 
(görə)
Xarici görünüşü nar dənələrini xatırlatdığına görə Süley man daşı  rus
dilində “qranat” adlandırılmışdır.
5.
Hər bir dilin müəyyən qanunauyğunluqları olsa da, istisnalar da az
deyil.
(baxmayaraq)
Hər bir dilin müəyyən qanunauyğunluqlarının olmasına baxmayaraq,
istisnalar da az deyil.
Yazı
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -
məklə özünün və başqasının yazısını təkmilləşdirir. 
t Cümlələr arasındakı məntiqi ardıcıllığı bərpa etməklə mətndə düzəlişlər
edir.
11-ci tapşırıqda aşağıdakı mətn verilmişdir:
Məktəbimiz XIX əsrin sonlarında tikilmiş binada yerləşir. Bina  me marlıq ba -
xımın dan maraqlı olsa da, təhsil ocağı üçün o qədər də yara mır. Yuxarı mərtə -
bə lərdə yerləşən otaqlar geniş və işıqlıdır. Yemək xana və akt zalı  birinci
mərtəbədəki  ən böyük otaqlarda təşkil olunub.  Lakin  mərtəbələr arasında pillə -
kənlər kifayət qədər enli deyil.
Diqqətlə oxuduqda görmək olar ki, sonuncu cümlə yerində deyil. O, mətnin
3-cü cümləsi ilə bağlıdır və onunla qarşılaşdırma əlaqəsi yaradır:
Yuxarı mərtəbələrdə yerləşən otaqlar geniş və işıqlıdır. Lakin  mərtəbələr
arasında pillə kənlər kifayət qədər enli deyil.
105
TARİXİ ŞƏXSİYYƏTLƏR


Mətnin kompleks təhlili
Kompleks təhlil üçün nəzərdə tutulmuş mətn mövzu ilə bağlıdır. 
“İlk məruzəçi qadın” mətninə qoyulmuş ilk tapşırıq şagirdlərin orfoqrafiya
bacarığını yoxlasa da, daha çox “Söz ehtiyatı” və “Oxuyub anlama” stan dart -
larını reallaşdırır. Azərbaycan dilinə daxil olunmuş alınma sözlər arasında
həm “kompaniya”, həm də “kampaniya” sözləri var:
Kompaniya – 1. Səhmdarların ticari və ya sənaye birliyi, şirkət. İnşaat kom -
pa niyası. 2. Vaxtlarını bir yerdə keçirən kiçik qrup, bir yerə yığışmış dost və həm -
fi kirlər.  Dost kompaniyası.
Kampaniya – hər hansı vacib ictimai-siyasi, sosial-məişət və ya təsərrüfat
probleminin həllinə nail olmaq üçün keçirilən silsilə tədbirlər.  Seçki kampaniyası.
Kontekstdən görünür ki, mətndə məhz kampaniyadan söhbət gedir.
2-ci tapşırığı yerinə yetirmək üçün mətndəki məlumatları düzgün dəyərlən -
dir mək lazımdır. Zaqafqaziya pambıqçılarının XIII qurultayının nə vaxt keçiril -
diyini müəyyən etmək üçün həmin vaxtdan 7 il əvvəl Bakı milyonçuları ilə
ziyalıların keçirdiyi qurultayın vaxtına (1905-ci il) istinad etmək lazımdır.
4-cü tapşırığı icra etmək üçün şagirdlərə yenicə qazandıqları bacarığın (tabeli
mürəkkəb cümlələrdə baş və budaq cümlələrin yerini və onları bir-birinə bağlayan
vasitələri müəyyən etmək) nümayişi lazım gəlir. 
1. Digər Bakı milyonçuları bu kampaniyaya qoşulsalar da, yığılan pullar kifayət
etmirdi.
Budaq cümlənin xəbəri feilin şərt şəkli ilə ifadə olunduğuna görə əvvəl budaq
cümlə, sonra isə baş cümlə işlənib.
2. Həmidə xanımdan xahiş edirlər ki, qurultayda çıxış edib təkliflərini versin.
Bağlayıcı vasitə ki bağlayıcısıdır, əvvəl baş cümlə, sonra isə budaq cümlə
işlənib.
3. Hərçənd onun razılığını alırlar, lakin Bakı qoçuları qurultay salonunun
qarşısını kəsirlər.
Bağlayıcı vasitə güzəşt bağlayıcısı (hərçənd) olduğuna görə əvvəl budaq
cümlə, sonra isə baş cümlə işlənib.
5-ci, 6-cı və 7-ci tapşırıqlar 
fəndaxili şaquli inteqrasiyaya
xidmət edir. 
V sinif, 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma
üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.  
VII sinif, 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
Bu məqsədlə “Xatırla!” rubrikasına nəzər salmaq lazımdır. Burada müxtəlif
nitq hissələrinə aid sözlərin quruluşca növü, sözün başlanğıc forması və kökü,
eləcə də mürəkkəb sözlərin yazılış qaydaları yada salınır.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymət ləndirmə aparılır.
106
III 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə