L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

zərər çəkənlərə humanitar yardım üzrə təşkilatın yaradılması haq da qərar qəbul
edilib və bunun üçün 5 nəfərdən ibarət komissiya yaradılıb. BQXK müstəqil və
müharibə edən tərəflərə qarşı neytral mövqe tutan təşkilatdır. Bu təşkilatın əsas
prinsipi ondan ibarətdir ki, hətta müharibə belə müəyyən qaydalar əsasında
aparılmalıdır. Müharibədə əsir düşənlərin, hətta qatı cinayət kar ların belə öz
hüquqları var və onları pozmaq olmaz. Bu qaydalar Cenevrə kon ve n siyalarında
təsbit olunmuşdur. Onları dünyanın bütün ölkələri imzaladığından həmin qay da -
ları pozan tərəf Beynəlxalq Məhkəməyə cəlb olunur.
IV qrup:
5. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.
Ø
Firidun bəy Köçərli haqqında nə bilirsiniz?
Ø
Qori Müəllimlər Seminariyası barədə bildiklərinizi danışın. 
Ø
Danışılan dövrdə Azərbaycanda kimsəsiz, imkansız uşaqların çoxlu ğu
nə ilə əlaqədar idi?
Ø
Vəkilovlar ailəsinin daha hansı görkəmli nümayəndələrini tanıyırsınız?
Müəllimin nəzərinə!
1-ci sual. Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəl -
mişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə Aleksey
Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədilə
bu məktəbə gəlir və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış olur.
1879-85-ci illər ərzində o, seminariyada təhsil alır, 1895-1918-ci illər ərzində bu-
rada dərs deyir. 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şö bə -
sinin müvəqqəti təli mat çısı təyin olunur, 1918-20-ci illərdə onun təşəbbüsü ilə
həmin şöbənin əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işlə -
mişdir. Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi
şöbəsi tərəfindən 1920-ci ildə, əlli səkkiz yaşında güllələnərək qətlə yetirilir. 
O, 300-dən artıq dərsliyi, o cümlədən “Vətən dili” dərsliyini redaktə etmiş,
metodika və üslubunu dəyişdirərək zənginləşdirmişdir. 
2-ci sual. 1877-ci il idi. 60 yaşlı Mirzə Fətəli Axundov və Tiflis mü səl man mək -
təbinin 47 yaşlı şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə xalqın maariflən məsi
uğrunda çalışır, seminariyanın nəzdində Azərbaycan şöbəsinin açıl ma sından ötrü
get-gəldən yorulmur, Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç Romanovu
yola gətirməyə çalışırdılar: “Cənab canişin, biz rusların, xris tian ların vəzifədə
olmalarından narahat deyilik. Mən demirəm ki, savadsız mü səl mana vəzifə ver-
ilsin. Ancaq heç olmasa, beş idarədən birində bir vəzifəli şəxs, ya da kargüzar
işçi bizim xalqın nümayəndəsi olsa, pis olmaz. Kənddən gələn rəiyyət qalır
gözünü döyə-döyə, onun dediyini başa düşmürlər”.
Mirzə Fətəli daha sonra canişinə Peterburq Universitetinin professoru Mirzə
Cəfər Topçubaşov, maarif xadimi Həsən bəy Zərdabi və Peterburq Universitetinin
fəxri doktoru Mirzə Kazım bəy haqqında xüsusi məlumat verərək bildirir ki, bu
böyük zat təkcə Rusiya Elmlər Akademiyasının müxbir üzvü deyil, həm də Lon-
102
III 
BÖLMƏ 


donda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali
Antikvarilər Kral Cəmiyyətinin üzvü seçilmişdir: “Azərbaycanlı oğullar Fransada,
Almaniyada, Vyanada, Rusiyada ali təhsil alırlar. Ancaq hamı bunu edə bilmir”. Bu
sözlərdən sonra Qafqaz canişini qərar verir: “Ölkənin azərbaycanlı əhalisi üçün
Zaqafqaziya Müəllimlər Seminariyası yanında təcrübə məqsədilə üç il müddətinə
müstəqil Azərbaycan şöbəsi açılsın. Təcrübə yaxşı nəticə verərsə, üç ildən sonra
həmin şöbəni azərbaycanlılar üçün müstəqil seminariyaya çevirib Qoridən Azər -
baycanın mərkəzinə köçürməli”. Beləliklə, 1879-cu ildə Qafqaz Təhsil Dairəsi
görkəmli maarifpərvərlərin və bu yolda çalışan Azərbaycan ziyalılarının arzularını
həyata keçirdi. (Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabından)
3-cü sualla əlaqədar şagirdlər sözügedən dövrlə bağlı mühüm tarixi hadisələri
xatırlamalıdırlar. 1918-ci ildə  I Dünya müharibəsi hələ davam edirdi. Digər tərəf -
dən Azərbaycanın daxil olduğu Rusiya imperiyasında vətəndaş müharibəsi baş -
lanmış dı. Bütün bunlar ölkədə aclıq və səfalətə səbəb olurdu.
4-cü sual. Qazax rayonunun Salahlı kəndindən çıxmış Vəkilovlar nəslinin bir
çox nümayəndələri Azərbaycan tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdir: 
– Rəhim bəy Vəkilov (1898-1934) Azərbaycanın görkəmli siyasi xadimi, Azər -
bay can Demokratik Respublikası parlamentinin üzvü olmuşdur.
– Məmmədrza ağa Vəkilov (1864-1944) Azər bay can Demokratik Respublikası
parlamentinin üzvü, Azər bay canda səhiyyənin ilk təşkilatçılarından biri olmuşdur.
– Mustafa bəy Vəkilov (1896-1965) Azərbaycan Demokratik Respublikası par-
lamentinin üzvü, daxili işlər naziri olmuşdur.
Sözsüz ki, bu siyasi xadimlərlə yanaşı, Vəkilovlar nəslindən olan Səməd Vurğun,
Yusif Səmədoğlu, Vaqif Səmədoğlu kimi şair və yazıçılarımız da xatırlanmalıdır.
Hər bir qrup bu və digər materiallardan istifadə etməklə öz hissəsini genişlən -
dirilmiş şəkildə nəql edir.
Dinlämä vä danışma
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün təd -
qiqat xarakterli suallar verir. 
t Müzakirə zamanı tərəf-müqabilinə sual verməklə onun mövqeyini
aydınlaşdırır.
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif for -
malı mətnlər qurur.
t Müzakirə zamanı çıxışını tələb olunan formata uyğunlaşdırır.
7-ci tapşırıq 1.1.1 və 1.2.1 standartlarından çıxan təlim nəticələrinin reallaş -
ma sına xidmət edir. Eyni zamanda “Nitq bacarıqları” rubrikasının inkişafında
növbəti mərhələ sayıla bilər. Təklif edilmiş müzakirə mövzu baxımından mətnlə
sıx bağlıdır, onun məntiqi davamıdır. Amma bu mərhələ həm də dinləmə və
danışma bacarıqlarının inkişafına yönəldiyindən müəllim əldə ediləcək təlim
nəticələrinin səviyyəsini yoxlamaq üçün əvvəlcədən meyarlarını hazırlamalı, bu
103
TARİXİ ŞƏXSİYYƏTLƏR


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə