L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

IV hissə. Hakimiyyət haqqında düşüncələr
Hakimiyyət dalınca qaçmaq insanı korlayır. Hakimiyyət insanın  bütün ba -
ca rığını və nöqsanlarını büruzə verir. Kütləni aldatmadan, uğurla öz arxasınca
apara bilməyən bu işdən imtina etsə, yaxşıdır. Əgər kütlə qiymət verirsə, sənin
hakimiyyət başında qalmağını labüd hesab edirsə, xalqa mənfəət verəcək -
sənsə, imtina etmə.
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -
dirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
Bu standartdan çıxarılmış təlim nəticəsini reallaşdırmaq üçün 8-ci tapşırıq
üzərində iş aparmaq mümkündür. A, B, C, D ilə işarələnmiş parçalar N.Nə ri -
manovun məktubundan çıxarılmışdır. Mətndaxili əlaqəni düzgün dəyərlən dir -
mədən həmin parçaları mətnə əlavə etmək çətinlik yaradar.
A. Məktubun sondan ikinci abzasında N.Nərimanovun hakimiyyət haq -
qında düşüncələri əks olunub. Bu parça da həmin fikirlərlə birbaşa bağlıdır.
B. Məktubun 3-cü mətndaxili tapşırıqdan əvvəlki hissələri N.Nərimanovun
ədəbi yaradıcılığı ilə bağlıdır. Bu hissədə o, mühit, şərait, dövrün çəkişmələri
və onlardan doğan iztirablar və s. məsələlərə toxunur, bu barədə ədəbi əsər -
lərində söz açır. Parça həmin hissənin sonunda işlənə bilər.
C. 3-cü mətndaxili tapşırıqdan sonra N.Nərimanov ailə problemləri, bu
problemlərin aradan qaldırılması istiqamətində gördüyü işlər haqqında söz
açır. Bu məsələlərin onun təhsil almasına da təsiri yox deyildi. Parça həmin
hissənin birinci və ikinci abzasları arasına artırılsa, natamamlıq aradan qalxar.
D. Məktubun 4-cü mətndaxili tapşırıqdan sonrakı hissəsində N.Nə rima no -
vun bolşevizmə olan səmimi münasibəti, hakimiyyətin bolşeviklərin bir ço xu -
nu korladığı, bolşevizmin süquta aparıldığı  haqqında söhbət gedir. Parça da
bu baxımdan həmin hissənin sonuncu abzasından əvvələ artırıla bilər.
Dinlämä vä danışma
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün təd -
qiqat xarakterli suallar verir.
t Suallar verməklə deyəcəyi fikir üçün zəmin yaradır. 
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
t Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.
10-cu tapşırıqda qoyulmuş müzakirə mövzusu (“Sizcə, tarixi şəxsiyyətə
qiy mət  ve  rər kən müasir döv rün dü şün  cəsi və tələblərin dən çıxış etmək nə
də rəcədə düzgündür?”) iştirakçılar arasında mübahisə yarada və müzakirəyə
debat elementləri qata bilər. Buna görə də əvvəlcə şagirdlərə “Nitq bacarıq -
ları” rubrikasında verilmiş “Müzakirə zamanı dinləmə və danışma” qaydaları
ilə tanış olmaq tapşırılır. Müəllim şagirdlərin diqqətini xüsusi olaraq bəzi qay-
dalara yönəldə bilər:
110
III 
BÖLMƏ 


l Çıxışa hazırlaşarkən əsas fikirlə yanaşı, nit qini zin girişi və sonluğu haqqında da
düşünün.
Şərh. Bəzən müzakirə iştirakçısı ağlına gəlmiş fikri digərlərinə çatdırmaq
üçün tez-tələsik söhbətə müdaxilə edir və onun çıxışı bitkin olma dı -
ğından təsirsiz qalır. Buna görə də çıxışa hazırlaşarkən nitqin girişi
və sonluğunu formalaşdırmaq lazımdır. Çıxışın girişi müzakirə işti -
rak çılarının diqqətini dərhal cəlb etməlidir. Sonluq isə əsas fikri
ümumiləşdirməlidir.
l Suallarınızı məqsədyönlü verin.
Şərh. Verilən sual ya danışanın fikrini aydınlaşdırmağa, ya da deyiləcək
fikir üçün zəmin yaratmağa xidmət etməlidir.
Qeyd. 10-cu tapşırıqda müzakirəyə hazırlıq məqsədilə müəyyən töv si yələr
verilmişdir. Yaxşı olar ki, şagirdlər 1-ci saatın sonunda mü za kirəyə
hazırlıq mərhələsini bitirsinlər. Gələn saatda isə müzakirə keçirilsin.
Bunun üçün onlar müzakirə olunacaq tarixi şəxsiyyətlərin siyahısını
tutmalı və həmməruzəçilər seçməlidirlər. Elə şəxsiyyətlər seçil -
məlidir ki, onların fəaliyyətində ziddiyyətli məqamlar olsun; məs.:
Şah İsmayıl, Nadir şah, Mircəfər Bağırov və b. Siyahı bütün şagird -
lərə elan olunmalıdır. Həmməruzəçilərin olması heç də qalan şa -
gird ləri müzakirəyə hazırlaşmaqdan azad etməməlidir. 
Müzakirənin gedişi zamanı məlumatlar zəngin və ya zəif ola bilər. Bunlar
müzakirənin keyfiyyətinə təsir göstərsə də, önəmli olan müzakirə qaydalarına
necə əməl etməkdir. 
Bu fəaliyyət zamanı 1.2 standartının bir neçə alt-standartı reallaşdırıla bilər.
Lakin müəllim məruzədə səsləndirilən fikirlərin ümumiləşdirilməsinə və şagird -
lərin onlara münasibət bildirməsinə xüsusi diqqət yetirməlidir.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.  
t Tabeli mürəkkəb cümlədə əvəzliyin funksiyasını müəyyən edir.
11-ci tapşırıqla dil qaydalarına motivasiya yaratmaq olar. Verilmiş cümlələr -
də budaq cümlələri baş cümlədəki işarə əvəzliklərinin yerində işlətmək tələb
olunur. Tapşırıq iki mərhələdə icra edilə bilər. Əvvəlcə baş və budaq cümlələr
müəyyən edilir, sonra isə budaq cümlə sadə cümlənin əvəzliyi yerinə işlənir.
1. Vəziyyətin belə davam etməsi o deməkdir ki, bolşevizm əvvəl-axır süquta
uğrayacaq

Vəziyyətin belə davam etməsi bolşevizmin əvvəl-axır süquta uğrayacağı
deməkdir.
2. Bu ona dəlalət edir ki, biz işimizə pis yanaşırıq.
111
TARİXİ ŞƏXSİYYƏTLƏR


112
III 
BÖLMƏ 
Bu bizim işimizə pis yanaşmağımıza dəlalət edir.
3. Biz o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə məşğul olaraq əsl işi əldən
buraxmışıq. 
Biz boş işlərlə məşğul olaraq əsl işi əldən buraxacaq qədər təkəbbürlü
olmuşuq.
4. Yaxşısı budur, bu işdən imtina et. 
Yaxşısı bu işdən imtina etməkdir.
Tapşırıq yerinə yetirildiyi zaman məlum olur ki, həmin cümlələrin baş cüm -
lə sində işarə əvəzlikləri ilə ifadə olunan cümlə üzvləri budaq cümlələr va -
sitəsilə aydınlaşdırılır. 
Əldə edilən nəticələr ümumiləşdirilir, “Qrammatika”  rubrikasında verilmiş
nəzəri materialla tutuşdurulur.
Tədqiqat qrammatik tapşırıqların icrası ilə davam etdirilir.
12-14-cü tapşırıqlar keçilmiş nəzəri qaydanı möhkəmləndirməyə xidmət
edir. Şagirdlər tabeli mürəkkəb cümlələrdə işlənmiş bağlayıcıları seçir və
onların funksiyalarını, bağlayıcı sözün budaq cümlə də, ona cavab olaraq
işlənən sözün isə baş cüm lədə işləndiyini müəyyənləşdirirlər.
13. Nöqtələrin yerinə  bağlayıcı söz və ya işarə əvəzliyi işlət məklə
cümlə ləri  tamamlayın.
1. Həyat 
(nə qədər)
şirindirsə, o qədər də çətindir. 
2. O yerdə ki böyüyün sözü eşidilmir, 
(orada)
iş getməz. 
3. 
(O yerdə ki)
məqsəd yoxdur, orada insan da yoxdur. 
4. Qorxaq
(o) 
adamdır ki, təhlükə vaxtı ayaqları ilə düşünür. 
5. Kim ki yalnız özünü sevir və düşünür
(ona)
eqoist deyirlər. 
6. Sultan özünü 
(elə)
aparırdı ki, elə bil qardaşı oğlunun rəng verib
rəng  al dı  ğını  görmürdü. 
15-16-cı tapşırıqlar məntiqi təfəkkürün və dil bacarıqlarının inkişafına
yönəlmişdir. Belə ki, sadə cümlələri mürəkkəb cümləyə və əksinə çevirmək
şagirddən yalnız qrammatik biliklər tələb etmir. Burada cümlənin mənasını
saxlamaq da əsas şərtlərdəndir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dil
qay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçün
nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 86) təqdim olunmuşdur. Sinfin
səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər. 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə