L Dərslik komplektinin ümumi prinsipləri


Mürəkkəb cümlənin növlərini fərqləndirir



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.  
t Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlənin müxtəlif növləri
şəklində ifadə edir.
4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə
işlədir.
t Sadə cümlənin müvafiq üzvünü budaq cümlə kimi ifadə etməklə tabeli
mürəkkəb cümlə qurur. 
10-cu tapşırıq motivasiya xarakteri daşıyır. Tapşırıqda B.Vahabzadənin
yuxarıda təhlil olunmuş şeirindən iki misralıq parça və onun nəsrlə ifadəsi
verilmişdir. Cümlələr eyni məzmun daşısa da, quruluş baxımından fərqlənir.
1-ci cümlə quruluşca sadə, 2-ci cümlə mürəkkəbdir. Şagirdlər tapşırığa qo -
yulmuş suallara cavab verərkən cümlənin quruluşunu və mürəkkəb cüm lədə
budaq cümlənin bütövlükdə bir cümlə üzvünün sualına cavab verdiyini
müəyyənləşdirirlər. 
Nəzəri materiallar mənimsədildikdən sonra 11-15-ci tapşırıqlar yerinə ye-
tirilir. Təcrübə göstərir ki, şagirdlər mürəkkəb cümlə qurmaqdan çəkinir,
danışarkən və ya yazarkən sadə cümlələrdən istifadə edirlər. Şagirdlərdə
mürəkkəb cümlə qurmaq bacarığını formalaşdırmaq və inkişaf etdirmək üçün
bu tip tapşırıqların əhəmiyyəti çox böyükdür.
16-cı tapşırıq da şagirdlərdə müxtəlif konstruksiyalı cümlələrdən istifadə
etməklə mətn qurmaq bacarığını inkişaf etdirir.
Şərh. Şeyx Şamil müharibəni uduzandan sonra I Nikolay onu süfrə başın -
da əsir kimi oturtmuşdu. Şeyxin dediyi sözdə eyham ondan ibarət
idi ki, yəni mən də sənə qalib gəlib süfrəmin başında əsir kimi oturtsa
idim, bundan böyük şərəf duyardım. 
Nümunələr:
Məlumdur ki, Şeyx Şamil Rusiya ilə 25 il müharibə aparmış və sonda
məğlub olmuşdu.
Aydındır ki, Şeyx Şamil süfrə başında qonaq kimi otursa da, ev sahibinin
əsiri idi. 
“Xatırla!” rubrikasında  şagirdlərin 5–7-ci siniflərdə “İsim” bəhsindən keç -
dikləri biliklər yada salınır. Bu, mətnin kompleks təhlili zamanı onlara lazım
olacaq. 
Mətnin kompleks təhlili
Bu rubrikada verilmiş hekayədə insanpərvərlikdən, xeyirxahlıqdan danışılır.
1-3-cü tapşırıqlar mühakimə və analiz tələb edir. 4-5-ci tapşırıqlar mürəkkəb
cümlə ilə bağlı biliklərin yoxlanmasına xidmət edir.
Mətndə göy rənglə fərqləndirilmiş iki budaq cümlə var:
Məsələ bundadır ki, mənim qardaşım əlildir.
Artıq neçə saat dır ki, biz kömək istəyirik.
Şagirdlərdən bu cümlələrdə bağlayıcı vasitələri, eləcə də baş və budaq
cümlənin yerini müəyyənləşdirmək tələb olunur. Cavab tələb edən komponenti
müəyyən etməklə baş cümlələri müəyyənləşdirmək olar.
119
ƏXLAQİ DƏYƏRLƏR


Fəndaxili şaquli inteqrasiyaya xidmət edən sonuncu tapşırıqlar ismin mor-
foloji xüsusiyyətləri ilə bağlıdır:
6-cı tapşırıq – ismin adlıq halının qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik
hallardan fərqlən dirilməsi;
7-ci tapşırıq – ismin mənsubiyyət və hal şəkilçilərinin müəyyənləşdirilməsi;
8-ci tapşırıq – ismin müəyyən və qeyri-müəyyən təsirlik hallarının fərqlən -
di rilməsi.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 14. ƏLİ VƏ ÖMƏRİN NAĞILI  (2 saat)
Motivasiya
Dərsə oxu mətninə qoyulmuş motivasiya sualı ilə başlamaq olar.
1. Sizcə, dostluğun əsasında nə dayanır? Dostluqla tanışlıq arasındakı
sərhədi necə müəyyənləşdirirsiniz?
“Beyin həmləsi” üsulu ilə şagirdlərin fikirləri heç bir dəyişiklik olmadan
lövhədə qeyd edilir. Əgər bu fikirlər arasında “həmrəylik”, “həyata baxışların
eyni olması” meyarları səslənərsə, müəllim bu fikrin üzərində daha geniş
dayanıb onu şərh etməyi tapşıra bilər. 
Oxu vä söz ehtiyatı
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir. 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Həyatda gördüklərindən, eşitdiklərindən
misallar gətirməklə mətndəki fikirlərə
münasibət bildirir.
2.1.2. Həqiqi və məcazi mənalı söz
və ifadələrin mənasını kontekstə uy -
ğun dəqiqləşdirməklə şərh edir.
Kontekstdən çıxış edərək frazeoloji
birləşmələrin mənasını izah edir.
3.1.2. Formalaşmış fikir və müla hi -
zələrini həyat hadisələri ilə əlaqə lən -
dirərək əsaslandırır.
Həyatda gördüklərindən, oxuduq la rın -
dan və eşitdiklərindən misallar gətir mək -
lə yazdığı mətndəki fikri əsaslandırır.
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözlə mək -
lə özünün və başqasının yazısını
təkmilləşdirir.   
Verilmiş meyarlar əsasında yazını re -
daktə edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Eyni fikri sadə cümlə və tabeli mü rək -
kəb cümlənin müxtəlif növləri şəklində
ifadə edir.
120
IV 
BÖLMƏ 


t Həyatda gördüklərindən, eşitdiklərindən misallar gətirməklə mətndəki
fikirlərə münasibət bildirir.
Mətn “İstiqamətləndirilmiş oxu” texnikası ilə oxunur. Müəllim əvvəlcədən
suallar tərtib edir və şagirdlərə tapşırılır ki, mətni oxuyub bitirəndən sonra
həmin suallara cavab versinlər. Müəllim aşağıdakı sualları təqdim edə bilər
(suallar nümunə xarakteri daşıyır, müəllimlər sinfin səviyyəsinə uyğun başqa
suallar tərtib edə bilərlər): 
1. Xanı səciyyələndirən xüsusiyyətləri söyləyin və əsaslandırın. (Obrazlar
xəritəsi)
2. Xanın dostlara dediyi “Bəlkə də, yalançı deyilsiniz, sadəcə, yanılırsınız?”
cümləsini şərh edin. Bununla xan nə demək istəyirdi? 
Şərh. 
“Yalançı” o şəxsə deyilir ki, hər hansı səbəbdən başqasını aldatmaq
istəsin. Bəzən insan hər hansı bir məsələdə özünü haqlı bilir, əslində
isə yanılır. Özünü bu və ya digər məsələ ilə bağlı nəyəsə inandırır, lakin
sonradan bunun doğru olmadığını görür.
3. Sizcə, dostları zindana salan xan nə üçün onların qarşısında məhz belə
şərt qoydu?
4. Dostlar xana nə “dərs vermişdilər?”
5. Amal nədir? 
6. Sizcə, xan nə üçün özünə bu vaxta qədər dost qazana bilməmişdi?
Mətni oxuyandan sonra şagirdlərin cavabları dinlənilir, müzakirə aparılır.
Şagirdlərə tapşırılır ki, fikirlərini izah edərkən həyatda gördükləri, eşitdikləri
hadisələrdən nümunələr gətirsinlər. Sonra 2-ci tapşırıq yerinə yetirilir. 
2. Sizcə, mətndə bu iki fikirdən hansı daha qabarıq verilib:
1. İnsan öz amallarına sadiq qalmaq naminə əzablara dözür.
2. Yalnız amalları bir olan insanlar dost ola bilərlər.
Şərh. 
Hər iki fikir mətndə öz əksini tapmışdır. Lakin müəllif bir fikri daha
qabarıq çatdırmaq istəyib ki, dostluq özü də insanın amalına bağlı olan
bir şeydir.  Əgər insanın amalı, məqsədi, prinsipləri olmasa, o, həyatda
heç nəyə nail ola bilməz.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə
uyğun dəqiqləşdirməklə şərh edir. 
t Kontekstdən çıxış edərək frazeoloji birləşmələrin mənasını izah edir.
Mətndəki məcazi mənalı söz və ifadələr üzərində iş aparılır.
Mətndə çoxlu frazeoloji birləşmələr və məcazi mənada işlənmiş sözlər
vardır. Şagirdlərin söz ehtiyatının genişləndirilməsi və mətnin qavranılması
baxımından bu sözlər üzərində iş aparılması çox əhəmiyyətlidir.  
3. Mətnin 2-ci abzasında kursivlə verilmiş “sıxmaq” və “satmaq” sözlə -
rinin kontekstə uyğun mənalarını izah edin. Həmin sözlərin həqiqi və
məcazi mənaları arasındakı əlaqəni müəyyənləşdirin.
“ ... həyatda kimi yaxşıca sıxsan, ən yaxın dostunu da satar” cümləsində
“sıxsan” sözü “incitsən, ağır işgəncələrə məruz qoysan”, “satar” sözü “öz canı nı,
121
ƏXLAQİ DƏYƏRLƏR


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə