L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

8-ci tapşırıq və onunla mövzuca bağlı olan “Xatırla!” rubrikasındakı tap şı -
rıq lar fəndaxili şaquli inteqrasiyaya xidmət edir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 15. ALTI NƏFƏR VƏ YEDDİNCİ (3 saat)
Motivasiya
Müəllim oxunacaq mətnin ideyası və ya mövzusu ilə bağlı şagirdləri dü -
şünməyə sövq edir.
Mövzu ilə bağlı dərslikdə qoyulmuş tapşırıqdan istifadə oluna bilər:
1. Cənubi Qafqazda sovet hakimiyyəti qurulduqdan sonra ayrı-ayrı
yerlərdə bolşeviklərə qarşı gedən mübarizə, qaçaq hərəkatı haq qında
bildiklərinizi danışın. 
Əlavə olaraq “Axırıncı aşırım” filmi xatırlana, Abbasqulu ağa obrazına
şagirdlərin münasibəti soruşula bilər.
İdeya ilə bağlı aşağıdakı suallar qoyula bilər: 
– İnsanlıq borcu və vəzifə borcu anlayışlarını necə izah edərdiniz? Elə bir
situasiya danışın ki, kimsə insanlıq borcunu yerinə yetirib, vəzifə borcunu yox
və ya əksinə. Sizcə, bunların hansı daha önəmlidir?
Standartlar
Təlim nəticələri
2.1.2. Həqiqi və məcazi mənalı söz
və ifadələrin mənasını kontekstə uy -
ğun dəqiqləşdirməklə şərh edir.  
Mətndə rast gəldiyi frazeoloji birləş mə -
ləri və obrazlı ifadələri izah edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
də yərləndirir.
Mətndəki obraz haq qın da fikir yürüt -
mək üçün həyat hadisələrindən mi -
sal  lar gətirir.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam
şəkildə təqdim edir. 
Qarşıya çıxan sualla bağlı fikirlərini
ümu  miləşdirərək gəldiyi nəticələri la ko -
nik ifadə edir.
3.1.4. Müxtəlif əməli yazılar (hesa bat,
akt) yazır.
Verilmiş situasiyaya uyğun hesabat
yazır.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Tabeli və tabesiz mürəkkəb cümlələri
xüsusiyyətinə görə fərqləndirir.
Eyni fikri sadə cümlə və tabeli mü rək -
kəb cümlə şəklində ifadə edir.
125
ƏXLAQİ DƏYƏRLƏR


Oxu vä söz ehtiyatı
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə
uyğun dəqiqləşdirməklə şərh edir.  
t Mətndə rast gəldiyi frazeoloji birləşmələri və obrazlı ifadələri izah edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki obraz haq qın da fikir yürütmək üçün həyat hadisələrindən
misal lar gətirir.
Mətn səsli oxu ilə oxunur. Oxunduqca mənası çətinlik yaradan sözlərin
izahı verilir. 
2.“Bolşevik”, çekist” və “mauzer” sözlərini izah edin və etimoloji mənasını
araş dırın.   
Bolşevik – Rusiya sosial-demokrat fəhlə partiyasının parçalanma ilə
əlaqədar yaranan radikal (ekstremist) qanadı. “Bolşeviklər” (çoxluq) adı 1903-cü
ildə partiyanın II qurultayında Leninin tərəfdarlarının Mərkəzi Komitəyə seç -
kilər zamanı qələbə qazanmasından sonra meydana gəlmişdir. Bu fraksiyaya
müxalif olanlar  isə  “menşeviklər”(azlıq) adlandırılmışdır.
Çekist – ÇEKA əməkdaşı. Bu söz rus dilində “Чрезвычайная Комиссия” –
“Fövqəladə Komissiya” mürəkkəb adının ixtisarından yaradılmışdır. Bolşevik
hakimiyyətinin ilk illərində bu komissiya ölkədə təhlükəsizlik məsələlərinə nə -
zarət edirdi.
Mauzer – 1896-cı ildən istehsal olunan 7,63 mm kalibrli avtomat tapança.
Alman ixtiraçısı və biznesmeni Peter Mauzer tərəfindən işlənib hazırlanmışdır.
3. Aşağıdakı ifadələri izah edin. Onlardan hansı frazeoloji ifadədir?

sinfi mübarizə torunda dola şıb qalmaq – s
ovet hökuməti dövründə fəhlə-
kəndli və istismarçı (burjua və mülkədar) siniflər arasında gedən mübarizə
nəzərdə tutulur. Bolşevik hakimiyyətinin ilk illərində bir çoxları bu müba ri -
zə yə qoşulmuş, lakin sonradan bolşevizmin yanlış ideologiya olduğunu
anla sa lar da, ondan yaxa qurtara bilməmişdilər. Sandro belə çekistlərdən
biri idi;  

yaxa ələ verməmək – yaxalanmamaq, tutul mamaq, ehtiyatlı olmaq;  təhlü -
kədən yayınmaq. Frazeoloji ifadədir;

taleyin acı şərbətini içmək – həyatı ağır sınaqlarına məruz qalmaq.
Bu obrazlı ifadə müstəqil leksik vahid kimi dilimizdə sabitləşmədiyindən
onu frazeoloji ifadə hesab etmək olmaz.
4. Nəyə görə müəllif öz fikrinə düzəliş edir: “yeddi nəfər” əvəzinə “altı
nəfər və yeddinci” ifadəsini işlədir?
Müəllim bu suala öz əlavəsini edə bilər: – Sonda tonqal ətrafında halay
vuranda isə dəstədəkiləri “yeddi gürcü” adlandırır?
Şərh. Dəstəni məhv etmək tapşırığını almış Sandro dəstə üzvləri ilə artıq
çox yaxın olmuşdu. Həmin gecə vəzifə borcunu yerinə yetirəcəyini bilirdi və
buna görə vicdan əzabı çəkirdi.  Həmin an Sandronun altı nəfərdən heç bir
fərqi yox idi.
126
IV 
BÖLMƏ 


5. Quram Coxadzenin nitqindəki fikirlərə münasibət bildirin. Hansı
cümlələri aforizm kimi qəbul edərdiniz?
Coxadzenin nitqindən aşağıdakı ifadələri aforizm kimi qəbul etmək olar: 

Dünyanın işi belədir: iki vuruşanın biri qalib gəlir, o biri məğlub olur.

Döyüşdə ölən düşmən düşmənlikdən çıxır. 

Vətəni özünlə apara bilməzsən, əgər kisə kimi onu dalına yükləyib aparsan,
onda onun zərrəcə qiyməti olmaz. Aparacağın yalnız Vətən həsrəti olacaq. 
Danışma
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir. 
t Qarşıya çıxan sualla bağlı fikirlərini ümumiləşdirərək gəldiyi nəticələri
lakonik ifadə edir.
6. Əsərdə baş verən faciənin əsl səbəbi nədir?
Bu sualı cavablandırmaqla şagirdlər tənqidi təfəkkürlərini nümayiş etdirmiş
olurlar. Əgər insanların ölümü faciə kimi nəzərdə tutulursa, sözsüz ki, onun
səbəbi Sandronun vəzifə borcunu üstün tutaraq silahdaşlarına xəyanətidir. Lakin
müəllim şagirdləri daha dərin fikirlərə yönəldə bilər. Əsərdə söhbət insan fa ciə -
sindən gedir. Bu mənada əsl faciə Sandronun daxilində gedən mübarizə, onun
düşdüyü çıxılmaz vəziyyətdir ki, onun da səbəbi cəmiyyətdə gedən pro seslərdir. 
7. Vəzifə borcu ilə insanlıq borcu arasında seçim etməli olsa idiniz, han -
sı na üstünlük verərdiniz? Fikrinizi əsaslandırın. 
Bu tapşırığı yerinə yetirərkən dərsin əvvəlindəki müzakirəyə qayıt maq
tövsiyə edilir. Yarımçıq qalmış suallara, müzakirə olunmamış məsələlərə yeni -
dən münasibət bildirmək tapşırılır. Müzakirə aparılarkən şagirdlərin fikrini
düzgün ifadə etmək, arqumentlərlə əsaslandırmaq bacarığı qiymətləndirilir.
Şagirdlər müxtəlif həyat situasiyaları düşünə bilərlər; məsələn, şagird dərsə
gələrkən küçədə yaşlı bir adamın yıxıldığını görüb ona kömək etmək qərarına
gəlir. Dərsə gecikəcəyinə baxmayaraq, dayanıb ona ilkin yardım göstərir, təcili
yardım maşını gələnə qədər onun yanından aralanmır. 
Müzakirə zamanı şagirdlərin gəldiyi ən optimal nəticə belə ola bilər:
“İnsanlıq borcu yüksək mənəvi dəyərlərlə bağlı olur. İnsan, ilk növbədə, bu
dəyərlərə sadiq qalmalıdır”.
Yazı
3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
t Verilmiş situasiyaya uyğun hesabat yazır.
8-ci tapşırıqda şagirdlər yeni bir əməli yazı növü – hesabat yazmalıdırlar.
Bu tapşırığı müşayiət edən “Nitq bacarıqları” rubrikasında hesabatın forması
və onu tərtib etmək qaydaları haqqında məlumat verilir.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabeli və tabesiz mürəkkəb cümlələri xüsusiyyətinə görə fərqləndirir.
t Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlə şəklində ifadə edir.
127
ƏXLAQİ DƏYƏRLƏR


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə