L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
BERTA BENS
Avtomobil istehsalının pioneri sayılan Karl Bens 1872-ci ildə 23 yaşlı Berta ilə
evlənərkən böyük maliyyə çətinlikləri çəkirdi. Ərinin is tedadına və gələcə yi nə
inanan gənc qadın onun bütün işlərinə həm mənəvi, həm də maddi cə hətdən
dəstək olmuşdu. 
1888-ci ildə Karl Bens üç il əvvəl ixtira etdiyi avtomobilin satışına başlasa da,
alıcılar maşına şübhə ilə yanaşırdılar. Həmin il avqustun 5-də ərinin xə bəri olmadan
Berta avtomobili götürərək iki oğlu ilə bərabər Manheymdən ana sının yaşadığı
Pforsheym şəhərinə yola düşür. Ümumi uzunluğu 106 km olan yolda Berta bir
sıra çətinliklərlə qarşılaşır, amma  hamısından çıxış yolu tapır. Avtomobil yolun
yoxuş hissələrini öz gücü ilə çıxa bilməyəndə Berta sükan arxasına kiçik oğlunu
oturdub özü böyük oğlu ilə maşını itələyirdi. Yolda o özü avtomobilin əyləc
sistemində, ötürücü qutusunda olan nasazlıqları aradan qaldırmalı oldu. 
Axşam nigaran qalmış Karl Bens səyahətin uğurla başa çatdığını bildirən tele-
qram alır. Bertanın səyahəti ona avtomobilin çatışmazlıqlarını müəy yən ləş dirib
aradan qaldırmağa kömək edir. Məsələn, Berta ərinə avtomobildə quraşdırılmış
ötürücü sürət qutusuna “dağ sürət ötürücüsü” əlavə etməyi məsləhət gör müş dü.
Bu səyahəti ilə Berta Bens ərinin avtomobilini çox effektiv reklam etməklə
bərabər, həm də bir sıra ilklərə imza atmışdı: o, dünyada avtomobillə ilk səyahətə
çıxmış, sükan arxasında oturmuş ilk qadın olmuşdur. 
2008-ci il fevralın 25-də Bertanın səyahət zamanı keçdiyi yol  “Berta Bens
adına memorial tras” adı ilə rəsmi turist trası statusu aldı və indi alman sənaye
tarixinin mötəbər abidəsi kimi tanınır. 
1. Cümlələri mətnin müvafiq abzaslarının sonuna əlavə edin.
l Yolboyu Berta benzini apteklərdən alırdı (o zaman benzin aptekdə tə miz -
ləyici vasitə kimi satılırdı). ___
l 1888-ci ildə ona Manheymdə avtomobil sürmək üçün polis tərə findən icazə
verildiyini təsdiqləyən sənəd – ilk sürücülük vəsiqəsi təqdim edilmişdi. ___
l 2011-ci ildə Almaniyada Karl və Berta Benslərin bioqrafiyaları əsasında “Karl
və Berta” bədii televiziya filmi çəkilmişdir. ___   
l Berta öz cehizini firmanın xilası üçün istifadə etmişdi.  ___
2. Mətndə hansı suala cavab tapmaq mümkün deyil?
A) Berta Bens nə vaxt anadan olmuşdur?
B) Berta Bens nə vaxt vəfat etmişdir?
C) Səyahətə çıxarkən Bertanın neçə yaşı olmuşdur?
D) Karl Bens ilk avtomobilini nə vaxt yaratmışdı?
E) Dünyada avtomobillə ilk səyahət hansı şəhərlər arasında olmuşdur?
A
B
C
D
113
TARİXİ ŞƏXSİYYƏTLƏR


3. “Nə üçün Berta ərinə avtomobildə quraşdırılmış ötürücü sürət qutusuna “dağ
sürət ötürücüsü” əlavə etməyi məsləhət görmüş dü?” sualına cavab verən
cümləni mətndən seçin.
4. Kontekstdən çıxış edərək “ilkə imza atmaq” ifadəsinin mənasını müəy yən -
ləşdirin.
_____________________________________________________________
5. Mürəkkəb cümlələrdən birində həm tabesizlik, həm də tabelilik bağlayıcısı
işlənmişdir.
A) Elə süfrəni yığışdırmaq istəyirdilər ki, ortaya plov gəldi.
B) Əgər Şəkiyə yolun düşsə, Xan sarayına mütləq baş çək.
C) Ona görə əlimi öyrətdim bu sənətə,
Bir gün sənə dil açıb düşməyim xəcalətə. (N.Gəncəvi)
D) Hərçənd mən Çinarlıdan deyiləm, ancaq müharibədən qabaq bu kənd
haqqında çox eşitmişdim. (Ə.Vəliyev)
E) Madam ki qapına bağlıdır yolum,
İşim ah olacaq, qurbanın olum. (N.Gəncəvi)
6. Cümlələrdən birində baş cümlə budaq cümlədən sonra işlənmişdir.
A) Xoşbəxtik ki, bizim belə igid, qəhrəman, cəsur övladlarımız var.
B) Milləti sevmək odur ki, onun hər bir nümayəndəsinin uğuruna öz uğurun
kimi sevinəsən.
C) Elə sözə başlamaq istəyirdi ki, zalda çaxnaşma başladı.
D) Dil o zaman inkişafdan qalır ki, millət ünsiyyət vasitəsi kimi başqa dillərə
üstünlük verir.
E) Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur.
7. Cümlələrdən biri tabesiz mürəkkəb cümlədir. 
A) O yerdə ki rütubətlilik çoxdur, insanlar arasında revmatizm xəstəliyi geniş
yayılmış olur.
B) Kim ki çox çalışıb az qazanır, deməli, haqqını tələb etməyi bacarmır. 
C) Necə gözəl günlər idi: vətən göylərinin səması aydın və  günəşli idi.
D) Kimə ki ürək qızdırıb söz deyirsən, ondan da qorxmalı olursan.
E) Tələb necə qoyulursa, təklif də o cür hazırlanmalıdır.
8. Budaq cümləsi əvvəldə işlənən mürəkkəb cümləni seçin.
A. Kim ki səxavətlidir, axirətini satın alıb.
B. Haraya üz tuturam, üzlərdə sevinc, fərəh görürəm.
C. O adama bel bağla ki, əməli ilə sözü bir olsun.
D. Deyirlər ki, nəvə övladdan şirindir.
114
III 
BÖLMƏ 


115
ƏXLAQİ DƏYƏRLƏR
IV BÖLMƏ
ƏXLAQİ DƏYƏRLƏR
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
13.
Dağda şəlalə kimi
Sadə cümlənin tabeli
mürəkkəb cümləyə
çevrilməsi
2.2.1, 2.2.3, 4.1.1,
4.1.2
2
88-92
116-120
14.
Əli və Ömərin nağılı
Tabeli mürəkkəb cümlənin
sadələşdirilməsi
2.2.3, 2.1.2, 3.1.2,
3.1.3, 4.1.1
2
93-98
120-125
15.
Altı nəfər və yeddinci
Tabeli və tabesiz mürəkkəb
cümlələrin fərqləndirilməsi
2.1.2, 2.2.3, 1.2.4,
3.1.4, 4.1.1
3
99-104 125-129
16.
Şər mövcuddurmu
Təkrar
2.2.3, 2.1.1, 1.1.2,
1.2.2, 4.1.1
2
105-110 129-132
Kiçik summativ qiymətləndirmə
1
133-134
Yekun
10


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə