L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

genişşaxəli müzakirələr tələb etdiyindən müəllim şagirdləri nitqlərində diqqətli
olmağa  dəvət edir, bildirir ki, onlar hissə qa pılaraq səslərini ucaltmamalı, aqres-
siv əl-qol hərəkətlərinə yol vermə məlidirlər.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələri müəyyən
edir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən isti -
fadə edir.
t Tabeli mürəkkəb cümlədə vergül işarəsindən istifadə edərkən “ki” bağ -
layıcısı ilə bağlayıcı söz tərkibində işlənən “ki” ədatını fərqləndirir.
8-ci tapşırıq dil qaydaları üçün motivasiya rolunu oynayır. Nöqtələrin yerinə
uyğun gələn sözlər artırıb cümlələri tamamlamaq tapşırılır. Verilmiş cümlə -
lərdə nöqtələrin yerinə göy rənglə verilmiş sözlər artırılmışdır.
1. Mirzə Kazım bəy din haqqında mübahisələrə girişmirdi, 
çünki
islamın
sərt qaydaları əsasında tərbiyə edilmişdi.
2. Mirzə Kazım bəy bilirdi 
ki
, Sankt-Peterburqda onun üçün daha geniş
imkanlar açıla bilər.
3. O öz elmi yaradıcılığında 

mövzuya toxunurdusa, onu dərindən tədqiq
edirdi.
Əlavə edilən sözlərin morfoloji əlamətləri müəyyənləşdirilir. Məlum olur ki,
çünki, ki bağlayıcı,  nə sual əvəzliyidir. Onların sintaktik vəzifəsi isə tabeli
mürəkkəb cümlənin komponentlərini bir-birinə bağlamaqdır. Şagirdlərin əldə
etdikləri bu məlumata “Qrammatika” rubrikasında verilmiş nəzəri məlumat da
əlavə edildikdən sonra 9-cu çalışma üzərində iş aparılır.
9. Tabeli mürəkkəb cümlələri cədvəl üzrə qruplaşdırın.
A) İntonasiya ilə bağlananlar: 
5-ci, 9-cu cümlələr
B) Bağlayıcı ilə bağlananlar: 
2-ci, 3-cü,  6-cı cümlələr
C) Bağlayıcı sözlə bağlananlar: 
4-cü, 8-ci cümlələr
D) Şəkilçi ilə bağlananlar: 
1-ci, 7-ci cümlələr
10-cu tapşırıq da əldə edilmiş bacarıqların möhkəmlənməsinə xidmət edir. 
10. Aşağıdakı cümlələrin hansında “ki” ədat, hansında bağlayıcıdır?
A) Kim demiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum, oy! 
(A.İldırım)
B) Kim ki ruhən güclü və möhkəmdir, onu sındırmaq mümkün olma -
yacaq.
Bu zaman fəndaxili şaquli inteqrasiya da yaratmaq mümkündür (VII sinif,
st. 4.1.2). Köməkçi nitq hissələrinin omonimliyini yada salan şagirdlər sual
əvəzlikləri ilə birləşib bağlayıcı söz yaradan ki ədatı ilə ki bağlayıcısının fərqini
müşahidə edirlər. Ki bağlayıcısının (“A” variantı) vəzifəsi yalnız baş və budaq
96
III 
BÖLMƏ 


cümləni bağlamaqdır və başqa nitq vahidləri ilə birlik yaratmır. Ki ədatının (“B”
variantı) vəzifəsi isə söz və cümlələrin təsir gücünü artırmaqdır. Belə məqam -
lar dan birində təsir gücünü artırdığı sual əvəzlikləri ilə birlikdə bağlayıcı söz
funksiyasını yerinə yetirir.
Bu məqamda şagirdlərin VII sinifdə qazandıqları biliklərə (bağlayıcılar) yeni
məlumatlar əlavə etmək olar. Bağlayıcıların bir qisminin cümlədə əsas və asılı
tərəfləri (baş və budaq cümləni) bağladığı üçün tabelilik bağlayıcısı ad -
landırıldığı onların nəzərinə çatdırılır.
11-ci tapşırıq məhz bu biliyi dərinləşdirməyə yönəlmişdir.
11. Verilmiş mürəkkəb cümlələrdə tabelilik bağlayıcıla rını müəyyənləşdirin.
Şagirdlərin diqqətini bir məqama yönəltmək vacibdir: tapşırığı yerinə yetir -
mək üçün seçilmiş cümlələrin bir çoxunda həm tabelilik, həm də tabesizlik
bağlayıcıları iştirak edir, lakin tabelilik bağlayıcıları mürəkkəb cümlənin tərkib
hissələrini, tabesizlik bağlayıcıları isə həmcins üzvləri və tabesiz mürəkkəb
cümlənin kom po nent lərini bağlayır (4-cü cümlə istis na olmaqla). 
1. Tarix başdan-başa dəyişkənlik 

tale dönüklüyü silsiləsindən ibarətdir,
çünki
xalqlar növbə ilə 
gah
qalib gəlir, 
gah
məğlub olurlar. 
2. 
Əgər
atmosfer təzyiqi düşərsə, buludlu 

yağışlı hava gözlənilməlidir.
3. Deyirlər 
ki
, məşhur yunan filosofu Sokrat bir kəsin üzünə baxmaqla onun
şəxsiyyətini müəyyənləşdirərmiş.
4. Pəncərə 
hərçənd
ağır idi, 
amma
Qaraca qız 
da
qüvvətli idi. 
5. 
Bir halda ki 
heç nə bacarmırsan, daha adını niyə sədr qoyubsan? 
6. Danabaş kəndini tanıyan hər kəs Məhəmmədhəsən əmini 

tanıyır,
çünki
Məhəmmədhəsən əmi kəndin sayılıb-seçilən kəslərindəndir.
Mətnin kompleks təhlili
Kompleks təhlil üçün nəzərdə tutulmuş “İmam Şamil və Mirzə Kazım bəy”
mətni bu dərsdə əldə edilmiş informasiyanı genişləndirir. İlk üç tapşırıq mətnin
düzgün qavranılmasına xidmət edir.
1-ci tapşırıqda  verilmiş cümlələri uyğun gələn abzasların əvvəlinə artırmaq
lazımdır.
• Mirzə Kazım bəyi ən çox təəccübləndirən Şeyxin elmi söhbətlərə marağı
olur. (2-ci abzas)
• Şeyxlə bir neçə görüşü Mirzə Kazım bəydə böyük təəssürat yaratmışdı.
(3-cü abzas)
• Şeyx Şamilin adı dünya tarixinə ən böyük müqavimət lideri kimi düşmüş dür.
(1-ci abzas)
2-ci tapşırığı icra edən şagirdlər sillogizm qurmaq bacarıqlarından istifadə
etməlidirlər.
1-ci hökm: 1834-cü ildə başlayan mübarizə 25 il davam edib. (1859-cu ilə kimi)
2-ci hökm: Bu zaman (1859-cu ildə) Şeyx Şamilin 62 yaşı var idi.
97
TARİXİ ŞƏXSİYYƏTLƏR


Nəticə: Şeyx Şamili 1797-ci ildə (1859 – 62) anadan olmuşdur.
4-cü tapşırıqda nömrələnmiş cümlələrdə tabeli mürəkkəb cümlənin kom -
ponentlərini bağlayan vasitələr müəyyənləşdirilir (1-ci cümlədə ay dın laş dır -
ma-tabelilik bağlayıcısı olan “ki”; 2-ci cümlədə eyni növdən olan “belə ki”; 3-cü
cümlədə səbəb bağlayıcısı olan “buna görə də”; 4-cü cümlədə “-sa
2
” hissəciyi).
5-ci tapşırıq fəndaxili şaquli inteqrasiya yaratmağa xidmət edir (VI sinif, st.
4.1.3). Bu tapşırıqla bağlı “Xatırla!” rubrikasına müraciət edilir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 11. KÖLGƏDƏ QALMAYANLAR  (3 saat)
Motivasiya
1-ci sual: – Xalqımızın tarixində iz qoymuş görkəmli qadın şəxsiyyətlərdən
kimləri tanıyırsınız?
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndəki obraz, tarixi şəxsiyyət haq -
qın da fikir yürütmək üçün müvafiq epi-
zodlardan istifadə edir.
Mətndəki hadisələri izah etmək üçün
müx təlif versiyalar irəli sürür.
2.2.2. Tərkib hissələri arasında əla qə -
ni gözləməklə mətni genişlən dirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları
mət nin müvafiq hissələrinə əlavə edir.
1.1.1. Danışanın mövzuya müna 
si -
bətini müəyyən etmək üçün təd qiqat
xarakterli suallar verir.
Müzakirə zamanı tərəf-müqabilinə sual
verməklə onun mövqeyini aydınlaş 
-
dırır.
1.2.1. Dil vahidlərindən məqsədyönlü
istifadə etməklə müxtəlif for malı mətn -
 lər qurur.
Müzakirə zamanı çıxışını tələb olunan
formata uyğunlaşdırır.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Tabeli mürəkkəb cümlədə baş və budaq
cümlənin yerini müəyyənləşdirir.
4.1.2. Sözləri və söz birləşmələrini
müx  təlif sintaktik vəzifələrdə işlədir.
Tabeli mürəkkəb cümləni sadə ləş di rə -
rək budaq cümləni baş cümlənin mü-
vafiq üzvü vəzifəsində işlədir.
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözlə məklə
özünün və başqasının yazısını tək mil -
ləşdirir. 
Cümlələr arasındakı məntiqi ardıcıllığı
bərpa etməklə mətndə düzəlişlər edir.
98
III 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə