L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 10. MİRZƏ KAZIM BƏY  (2 saat)



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

Dərs 10. MİRZƏ KAZIM BƏY  (2 saat)
Motivasiya
Mətnin əvvəlində motivasiya məqsədilə qoyulmuş sualdan istifadə edilir:
1. Azərbaycan tarixi fənnindən aldığınız biliklərə əsaslanaraq XIX əsrin
1-ci rübündə Cənubi Qafqazda baş vermiş ən vacib siyasi hadisələri
sadalayın və şərh edin.
Şagirdlər bu dövrün tarixini 8-ci sinifdə keçiblər. Onlar Rusiya–İran müha -
ribələri, “Gülüstan” və “Türkmənçay” müqavilələri nəticəsində Şimali Azərbay -
canın Rusiyanın tərkibinə keçməsi, Şamil hərəkatı və s. haqda danışa bilərlər.
Müəllim bu dövrdə Rusiya–Azərbaycan mədəni əlaqələri barədə (A.Bakı -
xanov, M.F.Axundov, A.S.Puşkin, M.Y.Lermontov və b.) suallar verə bilər.
Oxu vä söz ehtiyatı
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki əsas fikirləri vurğulayır.
Mətni “Qeydgötürmə” texnikası ilə oxutmaq olar. Dərslikdəki 2-ci tapşırıq
bu məqsədə xidmət edir:
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndəki əsas fikirləri vurğulayır.
2.1.1. Tanış olmayan söz və ifadələ -
rin kontekstə uyğun mənasını şərh
edir.
Kontekstdən çıxış edərək sözlərin
mə  nalarını müəyyənləşdirir və lüğət -
dəki mənası ilə müqayisə edir.
2.2.2. Tərkib hissələri arasında əla -
qəni gözləməklə mətni genişlən dirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları
mət nin müvafiq hissələrinə əlavə edir.
3.1.2. Formalaşmış fikir və mü la hi -
zələrini həyat hadisələri ilə əlaqə lən -
dirərək əsaslandırır.
Həyatda gördüklərindən, oxuduq la rın -
dan və eşitdiklərindən misallar gətir -
məklə yazdığı mətndəki fikri əsas landırır.
1.2.3. Nitq prosesində danışığı (səs
seçimi, səsin ucalığı, hiss, ton) ilə ifa -
də tərzini (poza, jest, mimika) uz laş -
dı rır.
Debat zamanı emosiyaya qapılmadan
səsinin ucalığını, jest və mimikalarını
tənzimləyir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərq ləndirir. 
Tabeli mürəkkəb cümlənin tərkib his sə -
lərini bağlayan vasitələri müəyyən edir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz
nitqdə durğu işarələrindən isti 
fadə
edir.
Tabeli mürəkkəb cümlədə vergül işarə -
sin dən istifadə edərkən “ki” bağlayıcısı
ilə bağlayıcı söz tərkibində işlənən “ki”
ədatını fərqləndirir.
93
TARİXİ ŞƏXSİYYƏTLƏR


2. Mətni oxuduqca iş vərəqində aşağıdakı cədvələ uyğun olaraq Mirzə
Kazım bəyin həyatının əsas mərhələlərini qeyd edin.
Mətnin oxusu başa çatdıqdan sonra oradakı vacib məqamları nə dərəcədə
mənimsədiklərini yoxlamaq məqsədilə şagirdlərə suallar vermək olar:
• Quba xanlığının maliyyə vəziri kim idi? Onun oğlu kiminlə ailə qurmuşdu?
• Bu izdivacdan doğulan uşağın adı nə idi?
• Rusiya hakim dairələri Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərən
Hacı Qasımı niyə Həştərxana sürgün etdi?
• Mirzə Məhəmmədəlinin dünyagörüşü və dini  kimin təsiri ilə dəyişdi?
• Necə oldu ki, Mirzə Kazım bəy Kazan Universitetində baş müəllim vəzi -
fəsinə təyin edildi?
• Mirzə Kazım bəyin 26 yaşında London Kral Asiya Cəmiyyətinin həqiqi
üzvü seçilməsinin səbəbi nə idi?
• Mirzə Kazım bəy nə zaman Rusiya Elmlər Akademiyasının müxbir üzvü
seçildi?
• Mirzə Kazım bəy 1849-cu ildə hansı universitetin rəsmi dəvəti ilə orada
işlə məyə gedir və həmin universitetdə Şərq fakültəsinin açılmasına nail
olur?
• Mirzə Kazım bəy yazdığı əsərlərə görə hansı mükafatlara layiq görülüb?
• Mirzə Kazım bəyin dostları və tələbələri arasında hansı məşhur şəxslərin
adlarını çəkə bilərsiniz?
Suallara cavab verərkən şagirdlərin öz qeydlərindən istifadə etmələrinə
imkan yaradılmalıdır. Müəllim tərəfindən bu sualların verilməsi şagirdlərin
götürdükləri qeydlərin düzgün və tam olub-olmamasının yoxlanmasına xidmət
edir.
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh
edir.
t Kontekstdən çıxış edərək sözlərin mənalarını müəyyənləşdirir və
lüğətdəki mənası ilə müqayisə edir.
3. Kontekstdən çıxış edərək “izdivac”, “missioner”, “protestant”,  “erudi -
si ya”, “fakültə”, “dekan” sözlərinin mənalarını izah edin.
Ø Hansı sözlərin mənalarının araşdırılması mətni daha dərindən başa düş -
mə yə kömək etdi?
Çalışmaq lazımdır ki, sözlərin ifadə etdiyi anlayış mətnin məzmunundan
çıxarılsın. Bunun üçün şagirdlərə ipucu da vermək olar. Yalnız son məqamda
gəlinmiş qənaətin doğruluğuna əmin olmaq üçün lüğətdən istifadə edilməlidir.
Köməkçi suala cavab olaraq şagirdlər müəy 
yən ləşdirirlər ki, bu sözlər
arasında “missioner” və “protestant” sözlərini anlamadan mətndəki əsas
motivlərdən birini – Mirzə Kazım bəyin xristianlığı qəbul etməsi hadi səsini
başa düşmək çətin olar.
Həyatından vacib məqamlar
Baş verdiyi tarix
94
III 
BÖLMƏ 


2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən dirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
4-cü tapşırığa əsasən, mətndə adı çəkilən şəxsiyyətləri araşdırmaqla şa gird -
 lər eyni zamanda Mirzə Kazım bəy şəxsiyyətinin böyüklüyünü dərk etmiş olurlar.
5-ci tapşırıqda verilmiş cümlələr “Mirzə Kazım bəy” mətninin müvafiq
yerlərinə keçid cümlələri artırmaqla əlavə edilir.
Yazı
3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqə -
ləndirərək əsaslandırır. 
t Həyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən misallar
gətir məklə yazdığı mətndəki fikri əsaslandırır.
6-cı tapşırıqda verilmiş məlumatlardan istifadə etməklə “Məhəmmədəli
niyə Aleksandr oldu?” mövzusunda esse yazmaq tapşırılır. Nəqli xarakterli par -
çalardan ibarət məlumatlardan istifadə edərkən şəxsi fikirlərini, müna sibət lə -
ri ni də irəli sürmək, mühakimə xarakterli bir esse yazmaq əsas tələb kimi
qoyul malıdır. Sözsüz ki, burada əsas mühakimələr Mirzə Kazım bəyin xris -
tianlığı qəbul etməsinin səbəbləri və buna münasibət bildirilməsi ilə bağlı ola
bilər. Çox güman ki, şagirdlərin bu haqda formalaşmış fikirləri var. Onlara töv -
siyə edilir ki, öz fikirlərini oxuduqları, gördükləri, eşitdikləri hadisələrlə əla -
qələndirsinlər. Məsələn, ola bilsin ki, Məhəmmədəli xristianlığı qəbul etdik dən
sonra atasının və qohumlarının buna sərt reaksiyası onu islamdan daha da
uzaqlaşdırıb. Bəlkə də, şagirdlər həyatda buna bənzər situasiyalarla rast -
laşıblar və bunu misal göstərə bilərlər. Və ya onlar xristian dininə mənsub bir
sıra tanınmış şəxslərin islamı qəbul etməsini misal gətirərək Mirzə Kazım
bəyin səhv addım atdığını əsaslandıra bilərlər.
Qeyd.
Son dövrlərdə bəzi gənclər və yeniyetmələr arasında dini fanatizmin
yayılması ilə bağlı şagirdlərə xəbərdarlıq etmək lazımdır ki, onlar ifadə -
lə rində səmimi, lakin ehtiyatlı olmalıdırlar. Din azadlığı Azərbaycan
Konstitusiyasında təsbit olunmuş azadlıqlardan biridir. Bununla yanaşı,
hər kəs bu məsələ ilə bağlı öz mövqeyini bildirərkən başqasının şəxsiy -
yə tinə toxunan kəskin ifadələrə yol verməməli, tolerant olmalı, sadəcə,
öz fikrini əsaslandırmağı bacarmalıdır.
Dinlämä vä danışma
1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton)
ilə ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.
t Debat zamanı emosiyaya qapılmadan səsinin ucalığını, jest və mimi -
kalarını tənzimləyir.
Şagirdlər esse yazarkən Mirzə Kazım bəyin xristianlığı qəbul etməsi ilə bağlı
öz fikirlərini formalaşdırırlar. Bu onlara 7-ci tapşırıqda qoyulmuş debatda da ha
sərbəst və fəal iştirak etməyə imkan verir. Mövzu kifayət qədər maraqlı və
95
TARİXİ ŞƏXSİYYƏTLƏR


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə