L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

84
III 
BÖLMƏ 
III BÖLMƏ
TARİXİ ŞƏXSİYYƏTLƏR
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
9.
Topçubaşovlar 
Tabeli mürəkkəb cümlələr
2.2.1, 2.2.2, 2.2.3,
1.1.1, 4.1.1, 4.1.2
3
60-65
85-92
10.
Mirzə Kazım bəy
Baş və budaq cümləni
bağlayan vasitələr 
2.2.3, 2.1.1, 2.2.2,
3.1.2, 1.2.3, 4.1.1,
4.1.3
2
66-71
93-98
11.
Kölgədə qalmayanlar
Tabeli mürəkkəb cümlədə
baş və budaq cümlənin yeri
2.2.3, 2.2.2, 1.1.1,
1.2.1, 4.1.1, 4.1.2,
3.1.3
3
72-79
98-106
12.
Nəriman Nərimanovun
oğluna məktubu
Tabeli mürəkkəb cümlədə
əvəzliyin rolu
2.2.1, 2.2.3, 2.2.2,
1.1.1, 1.2.4, 4.1.1
2
80-86
107-112
Kiçik summativ qiymətləndirmə
1
113-114
Böyük summativ qiymətləndirmə
1
Yekun
12


Dərs 9. TOPÇUBAŞOVLAR  (3 saat)
Motivasiya
Müəllim şagirdlərin diqqətini mövzu ətrafında cəmləşdirmək və təfəkkürünü
fəallaşdırmaq məqsədilə aşağıdakı sualla müraciət edə bilər:
1. Azərbaycan tarixində məşhur şəxsiyyətləri ilə yadda qalmış hansı
nəsilləri tanıyırsınız?
Alınan cavablar klaster şəklində qeyd edilir. Topçubaşovlar soyadı səs lə -
nə nə qədər klasteri davam etdirmək olar. Prosesi sürətləndirmək üçün müəl -
lim yönəldici suallardan istifadə edə bilər.
Oxu vä söz ehtiyatı
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Mətnin xarakterindən asılı olaraq oxu sürətini tənzimləyir və məntiqi
vurğudan əvvəl pauza edir.
Mətni səsli oxu  texnikası ilə oxutmaq məqsədəuyğundur. Mətnin düzgün
intonasiya, müvafiq səs tonu ilə oxunmasına diqqət yetirmək lazımdır. Səsin
məkana və dinləyiciyə görə tənzimlənməsi, oxu zamanı pauzaya nəzarət et -
mə yin əhə miyyəti barədə şagirdləri məlumatlandırmaq tövsiyə olunur. Müəllim
bildirir ki, yeknəsəq tonda oxunan mətn dinləyiciləri tez yorur. Hər bir cümlənin
bir hissəsi sürətlə oxuna bilər, lakin yeri gəldikcə pauza edilməlidir ki,
dinləyicilər həm indiyə qədər oxunmuş hissəni qavrasınlar, həm də pau za -
dan sonra deyiləcək söz və ya ifadəni diqqətlə dinləsinlər.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə
oxu yur.
Mətnin xarakterindən asılı olaraq oxu
sürətini tənzimləyir və məntiqi vurğu -
dan düzgün istifadə edir.
2.2.2. Tərkib hissələri arasında əla -
qə ni gözləməklə mətni genişlən dirir.
Mövzu üzrə əldə etdiyi məlumatları
mət nin müvafiq hissələrinə əlavə
edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Elmi mətndəki ziddiyyətli məqamları
aşkar edir və onlara münasibət bildirir.
1.1.1. Danışanın mövzuya müna si -
bə tini müəyyən etmək üçün tədqi qat
xarakterli suallar verir. 
Dinlədiyi mətndəki mübahisəli mə qam -
ları aydınlaşdırmaq üçün suallar tərtib
edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Tabeli mürəkkəb cümlədə baş və
budaq cümlənin yerini müəyyənləşdirir.
4.1.2. Sözləri və söz birləşmələrini
müx təlif sintaktik vəzifələrdə işlədir.
Tabeli mürəkkəb cümləni sadə ləş dirə -
rək budaq cümləni baş cümlənin mü-
vafiq üzvü vəzifəsində işlədir.
85
TARİXİ ŞƏXSİYYƏTLƏR


2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -
dirir.
t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
Mətnin birinci hissəsi oxunub qurtardıqdan sonra şagirdlərin diqqətini 2-ci
mətndaxili tapşırığa yönəltməklə Azərbaycan tarixi ilə fənlərarası inteqrasiya
yaradılır.
Qeyd.
Şagirdləri bu tapşırıqla əvvəlki dərsdə də tanış etmək olar ki, onlar bu
dərsə daha hazırlıqlı gəlsinlər. Lakin nəzərə almaq lazımdır ki, tapşırıqda
qoyulmuş mövzular şagirdlərə 8-ci sinifdən tanışdır. Belə ki, bu mövzular
8-ci sinif üçün Azərbaycan tarixi fənn kurikulumuna uyğundur.
2. Azərbaycan tarixi fənnindən aldığınız məlumatlardan istifadə etməklə
mətni tarixi faktlarla zənginləşdirin:
– Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşü
Müəllim üçün əlavə məlumat:
1791-ci ildə Ağa Məhəmməd şah Qacar Azərbaycan ərazisində zəifləmiş möv -
qelərini gücləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallara
amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. Bu zaman xəbər
tutur ki, Rusiya tabeliyini qəbul etmiş gürcu çarı II İrakli Qarabağ və İrəvan xan lıq la -
rının da belə bir qərar qəbul etməsinə çalışır. Qarabağın Rusiyanın tabeliyinə keçməsi
fikrindən dəhşətə gələn Ağa Məhəmməd şah Qacar 1795-ci ildə 60 minlik ordu ilə
Qafqaza yürüş edir.
Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyir
və Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə
Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Ağa Məhəmməd şah Qacar
Tiflis istiqamətində hücuma keçir. O heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəri
darmadağın edir.
1797-ci ildə Ağa Məhəmməd şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə
Qafqaza yürüş edir. Qacar qoşununun Arazı keçdiyini eşidən kimi İbrahimxəlil xan
Azərbaycanın şimalına – Car-Balakənə qaçıb gizlənir. Ağa Məhəmməd şah Qacar
dəbdəbəli şəkildə, bir fateh kimi Şuşa qalasına daxil olur. Bir neçə gün sonra – iyun
ayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətgahında qətlə
yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cənazəsini böyük
ehtiramla Tehrana yola salır. Beləliklə, Azərbaycan xanlıqlarını birləşdirmək Ağa
Məhəmməd şaha nəsib olmur.
– General Sisianovun Gəncəyə hücumu
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik müna -
sibət lər saxlayırdı. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhə -
miyyət verirdi. O, Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli olaraq
Gən cə xanlığına daha amansız tələblər irəli sürürdü. Sisianov Cavad xandan ildə 20
min çervon (qızıl pul), yəni Şəki, Qarabağ və Şirvan xanlıqları üçün müəyyən edilmiş
məbləğdən 3 dəfə çox ödənc tələb edirdi. Sisianovun Rusiyanın himayəsini qəbul
etmək tələbinə Cavad xan belə cavab verdi: “1796-cı ildə sənin padşahın fərman
göndərdi, mən də onun təklifini qəbul edib qalanı təhvil verdim. Əgər indi də sənin
86
III 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə