L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

19-cu çalışmada müvafiq durğu işarəsi və bağlayıcılar artırılır, cümlələrin
məzmunundan çıxış edərək onların komponentləri arasındakı məna əlaqələri
müəyyənləşdirilir.
20-ci çalışma da müxtəlif məna əlaqəli tabesiz mürəkkəb cümlələrin ya -
ranma prosesini izləməyə imkan verir. Belə ki, eyni sadə cümləyə ayrı-ay rı -
lıqda müxtəlif sadə cümlələr əlavə edilir. Yaranmış tabesiz mürəkkəb cüm lələr
arasındakı məna əlaqələri müəyyənləşdirilir.
1. Azərbaycan idmançıları I Avropa oyunları zamanı yüksək qələbə əzmi
nümayiş etdirdilər; milli komandamız medal sayına görə turnirin ikincisi oldu.
(aydınlaşdırma)
2. Azərbaycan idmançıları I Avropa oyunları zamanı yüksək qələbə əzmi
nümayiş etdirdilər, dövlətimiz onların əməyini yüksək qiymətləndirdi. (ardıcıllıq)
3. Azərbaycan idmançıları I Avropa oyunları zamanı yüksək qələbə əzmi
nümayiş etdirdilər, lakin turnirin qalibi Rusiya komandası oldu. (qarşılaşdırma)
21-ci çalışma müzakirə üçün verilmişdir. Mürəkkəb cümlədə bölüşdürmə
bağla yı cısı işlənməsinə baxmayaraq, o, bölüşdürmə əlaqəli tabesiz mürəkkəb
cümlə deyil. Çünki bölüşdürmə bağlayıcısı mürəkkəb cümlənin komponent -
lərini deyil, onun tərkibindəki həmcins üzvləri bağlayıb. Müzakirə zamanı hər
bir fikrə diqqətlə yanaşmaq lazımdır.
Mətnin kompleks təhlili
Fəndaxili inteqrasiya:
6-cı sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm
məqamları vurğulayır.
9-cu sinif. 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını
şərh edir. 
6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 
9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
“Bolqar bibəri” mətni üzərində aparılacaq kompleks təhlil də əvvəlkilərdə
olduğu kimi həm “Oxu”, həm də “Dil qaydaları” məzmun xətləri üzrə əldə edilmiş
bacarıqları işə salmağı tələb edir.
1-4-cü tapşırıqlar mətnin hissələrini müəyyənləşdirməyi, əlavə biliklərdən is ti -
fadə etməklə bəzi məqamlara aydınlıq gətirməyi, tanış olmayan sözün mə nasını
aydınlaşdırmağı tələb edir.
5-7-ci tapşırıqlar tabesiz mürəkkəb cümlənin komponentləri arasındakı məna
əlaqələrini, onları bağlayan bağlayıcı vasitələri müəyyənləşdirməyi nəzərdə tutur.
8 və 9-cu tapşırıqlar fəndaxili şaquli inteqrasiyanı nəzərdə tutur. Bu zaman
şagirdlərə “Xatırla!” rubrikasında verilmiş “Zərf və onun məna növləri” ilə bağlı
sualları nəzərdən keçirmək tövsiyə oluna bilər.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
74
II 
BÖLMƏ 


Dərs 8. EPONİMLƏR (3 saat)
Motivasiya
Müəllim dərslikdə motivasiya üçün qoyulmuş sualla bağlı şagird lərin fikir -
lərini öyrənir.
Şəkildə əks olunmuş tarixi şəx siy -
yətin və tortun adı (Napoleon) ey ni ləş -
dirildikdən sonra şagirdlər dən mətnin
adı (eponim) ilə bağlı ehti 
malları
soruşulur.
Oxu vä söz ehtiyatı
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
Şagirdlər qruplara bölünərək mətnin hissələrini oxuyurlar. Hər bir hissənin
sonunda müvafiq hissənin mövzusu ilə bağlı şagirdlərə eyni tipli tapşırıq veri -
lib: onlar müəyyən sözlərin mənşəyi ilə bağlı araşdırma aparıb təqdimat et -
məlidirlər. Sinif şəraitində şagirdlərin internetə çıxışı olarsa, onlar müstəqil
şə kil də araşdırma aparıb təqdimata hazırlaşa bilərlər. Belə bir şəraitin ol ma -
dığı təqdirdə isə müəllim aşağıdakı mətnləri qruplara verə bilər ki, onlar bu
məlumatlardan istifadə etməklə oxuduqları hissəni genişləndirib nəql et sinlər.
Bunun üçün onlar məlumatları aşağıdakı cədvələ uyğun qruplaşdıra bilərlər.
Standartlar
Təlim nəticələri
2.2.2. Tərkib hissələri arasında əlaqəni
gözləməklə mətni genişləndirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları
mət nin müvafiq hissələrinə əlavə edir.
2.1.1. Tanış olmayan söz və ifadələrin
kontekstə uyğun mənasını şərh edir.
Çoxmənalı sözlərin kontekstə uyğun
mənasını izah edir.
3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif
tipli (nəqli, təsviri, mühakimə) və for ma -
lı  (inşa, esse, hekayə) mətnlər yazır.
Verilmiş mövzuya uyğun esse yazır.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz
nitqdə durğu işarələrindən istifadə
edir.
Tabesiz mürəkkəb cümlənin kom 
po -
nentləri arasında müvafiq durğu işa rə -
lərindən istifadə edir.
1. Şəkildə gördüyünüz şəxs kim 
dir?
Onun qarşısındakı tort ne cə ad la nır?
Şəkildəki yazını şərh edin. Siz cə, bu
mətndə söh bət nədən gedəcək?
75
SÖZLƏRİN TARİXİ
Mən artıq
insan deyiləm.
Mən tortam.


I qrup. 
3. Altından xətt çəkilmiş söz və ifadələr haqqında əlavə biliklərinizdən istifadə
etməklə mətni genişləndirib nəql edin. 
Nyuton qanunu və Pifaqor teoremi, eləcə də mətndə adı çəkilən ölçü va -
hidləri (amper, volt, vatt, hers) haqqında şagirdlər fizika və riyaziyyat fən lə rin -
dən məlumat almışlar. Onlara digər eponimlər haqqında aşağıdakı mə lumatları
vermək olar.
Nərgiz sindromu – fövqəladə özünəvurğunluqda ifadə olunan xarakter cizgisi.
Termin Nərgiz haqqında qədim yunan əsatirindən yaranmışdır. Əsatirə görə, Nərgiz
çay ilahı Kefisin və nimfa Liriopanın oğludur. Uşaq doğularkən gələcəkdən xəbər
verən Tiresi onun uzun və xoşbəxt ömür sürəcəyini bildirir. Lakin bircə şərtlə: o
gərək heç vəchlə öz əksini görməsin. Nərgiz böyüyüb son dərəcə gözəl oğlana
çevrilir. Rast gəldiyi bütün qızlar, gəlinlər, hətta gözəllər gözəli nimfa Exo da Nərgizə
aşiq olur. Lakin Nərgiz heç kəsə könül vermir. Məhəbbət ilahəsi Afrodita onu dəhşətli
cəzaya məhkum edir: bir dəfə bulaqdan su içmək üçün əyilən Nərgiz suda öz əksini
görür və ona vurulur. Dünyada hər şeyi unudan gənc saatlarla sudakı əksinə tamaşa
edir, nəhayət, eşqin əzabına tab gətirməyib həlak olur. Onun öldüyü yerdə ağ rəngli,
ətirli bir çiçək bitir. Həmin çiçəyi “nərgiz” adlandırırlar.
Daun sindromu (yaxud “Trisomiya 21”) – ilk dəfə 1866-cı ildə ingilis alimi Con
Lanq don Haydon Daun tərəfindən təsvir edilmiş xəstəlik. Bu sindromla doğulan
uşaqlar əqli cəhətdən geri qalır və bir-birinə oxşayırlar; boyları qısa, kəlləsi kiçik və
yumru olub üz nahiyəsində yastılaşır, gözləri uzunsov və kiçik olur. Xarakterik xarici
görü nüşünə, yəni monqoloid irqinə mənsub insanlara bənzədiklərinə görə Daun bu
xəstəliyi “monqolizm” adlandırmışdı. Lakin asiyalı alimlərin etirazından sonra xəstəli -
yə onu ilk dəfə müəyyən etmiş alimin adı verilmişdir. Xəstəliyin yaranma səbəbi 1956-cı
ildə fransız genetiki Cerom Lejen tərəfindən aşkar edilmişdir. Belə ki, bu xəstəlik za -
manı 21-ci xromosom cütlüyündə normal iki əvəzinə üç xromosom olur. 2006-cı ildə
ilk Beynəlxalq Daun sindromlu insan gününün martın 21-də qeyd edil məsi də məhz
bu nunla əlaqədardır. Gün və ay xromosom cütlüyünün sıra nöm rəsi və cütlükdəki
xro mosomların sayına uyğun seçilmişdir. 
Söz (ifadə)
Mənşəyi
Eponim mənası
İstisu
Azərbaycan Respublikasının Kəl 
bə cər
rayonunun inzibati ərazi vahidində qə sə -
bədir. Kəlbəcər İstisu mineral eh tiyatı və
“İstisu” sa natoriyası ilə dünyada tanınıb.
“İstisu” sanatoriyası Kəlbəcərin qərb
hissə sində – silsilə dağ yamac la rın dadır.
İstisu mineral bulaqları 1138-ci ildə güclü
zəl zələ zamanı Yerin qabar ması, çatla -
ması nəti cə sində əmələ gəlib.
Müalicəvi əhəmiyyətə
malik mineral su
76
II 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə