L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

İsgəndəriyyə mayakı – dünyanın 7 möcüzəsindən biri. M.ö. təqribən 280-ci ildə
Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar
Knidli Sostrat tərəfindən inşa edilmişdi. Bu üçqatlı qüllənin hündürlüyü 120 metrə
çatırdı. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı. Bunun
üçün qullar dayanmadan qüllənin yuxarısına odun daşıyırdılar.
İsgəndəriyyə kitabxanası — Misirdə M.ö. II Ptolemey Filadelfin dövründə ya ra -
dılmış kitabxana. Antik dövrün ən böyük kitabxanası sayılır. Roma imperatorla rı nın
Misirə hərbi yürüşləri zamanı yandırılmışdı. Bəzi tarixçilər hesab edirlər ki, İs  gən -
dəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. 
IV qrup. 
7. 
Linç məhkəməsi, boykot, xuliqan, şovinizm, “Molotov kokteyli”
söz və
ifa dələrinin məna və mənşəyi haqqında topladığınız məlumatlardan isti -
fadə etməklə mətni genişləndirin.
Linç məhkəməsi – cinayətdə şübhəli bilinən insanın məhkəmənin qərarı olmadan
kütlə tərəfindən edam edilməsi (əsasən, həmin insanı asmaqla). Versi ya ların birinə
görə, amerikalı hakim Çarlz Linçin adı ilə bağlıdır. O, Ame rikada və tən daş müharibəsi
illərində ilk dəfə olaraq bu cür edamların tə şəbbüskarı olmuş dur. İkinci versiyaya görə,
bu ifadə kapitan Uilyam Linçin adından götürülmüşdür. “Linç məh kəməsi” termini
ABŞ-da yaranmışdı. Bu cür edamlar XIX əsrin sonu–XX əsrin əvvəl lərində Birləşmiş
Ştatlarda geniş yayılmışdı. Dünyada baş verən Linç məh kəmələrinin 85%-i məhz bu
dövrün Amerikasının payına düşür. Linç məhkə məsinə qarşı ən sərt mübarizə de -
mokrat-prezidentlər F.Ruzvelt və H.Trumen tə rəfindən həyata keçirilmişdir.
“Boykot” sözünün də maraqlı tarixçəsi var. XIX əsrin II yarısında İrlan di yada tor-
paq mülkiyyətçiləri ingilislər idi. Onlar öz torpaq və təsərrüfatlarını yerli müvək killər
vasitəsilə idarə edirdilər. 1879-cu ildə İrlandiya aclıq təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə olduqda İrlandiyanın parlamentdəki baş nüma yən dəsi torpağın icarə haqqını
aşağı salmaq haqda çağırış etdi. İngilis par lamentariləri bu çağırışa səs vermək
istəyirdilər ki, irlandiyalı müvək kil lərdən biri öz ağasına xoş gəlmək üçün  ica rə haqqını
aşağı salmağın əley hinə çıxış etdi və vax tında pulu ödəməyən icarədarları – öz
həmyerlilərini köçürmək tək lifini irəli sürdü. Bu vaxt parlamentarilər ona arxalarını
çevirdilər, sanki həmin insanın mövcudluğunu belə duy mur dular. Belə bir münasibətə
dözə bilməyən müvəkkil İrlan diyanı tərk etməli oldu. Həmin mü vəkkilin adı isə Çarlz
Kanningem Boykot idi. O vaxtdan da “boy kot” sözü bir adam və ya bir qrup insanla
ünsiyyətdən imtina etmək, onu saymamaq mə na sında işlənməyə başlandı.
Şovinizm – millətçiliyin ifrat, mürtəce formalarından biridir. Başqa millət və xalq -
lara nifrət və ədavəti qızışdırmağa yönəlmişdir. Şovinizm siyasəti “ikincidərəcəli” millət
və irqlər üzərində hökmranlıq etməli bir millətin milli müs təs nalığını təbliğ edir. Bu söz
1831-ci ildə Fransada yazılmış komediyalardan biri nin qəhrəmanı – Napo leonun
işğalçılıq siyasətinin pərəstişkarı Nikola Şo venin adından yaranmışdır. 
“Molotov kokteyli”ndən ilk dəfə 20 iyul 1895-ci ildə Kubanın azadlığı uğ run da
mübarizə zamanı istifadə olunub. Bu “kokteyl”dən növbəti istifadə 1936-cı ildə İs-
paniyada baş verən vətəndaş müharibəsi zamanı qeydə alınıb. Lakin içində tez alışan
maye olan bu şüşə butulkalar “Molotov kokteyli” adını sovet-fin müharibəsi zamanı
alıb. 1939-40-cı illərdə SSRİ Helsinkini havadan bomba ladığı üçün ciddi qı na ğa tuş
79
SÖZLƏRİN TARİXİ


gəldi. Beynəlxalq ictimaiyyətin tənqidlərinə cavab olaraq SSRİ xarici işlər naziri Vya -
çeslav Molotov rəsmi bəyanat verir ki, sovet hərbi təyyarələri Finlan diyanın paytaxtına
bomba deyil, acından əziyyət çəkən əhali üçün humanitar yar dım paketləri atır. Bu
bəyanatdan sonra fin əsgərləri ölkə ərazisinə soxulan sovet tanklarına atdıqları şüşə
butulkaları “Molotov üçün kokteyl” adlandırmağa başla dı lar. Tezliklə bu butulkalar,
sadəcə, “Molotov kokteyli” adı ilə məşhurlaşdı.
Xuliqan – Klarens Rukun 1899-cu ildə nəşr edilmiş “Xuliqan gecələri” adlı kita -
bın da bildirilir ki, bu kəlmə Londonda yaşamış mühafizəçi və oğru Patrik Xuli qanın
adın dan götürülmüşdür. O, tez-tez cinayətlər törətməklə, qarətlər etməklə ad çıxar -
mışdı. Patrik Xuliqan hətta polis işçisini qətlə yetirmiş, həbs xanaya düşmüş və
ömür lük həbs cəzası almışdır.
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.
t Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.
8-9-cu çalışmalar yerinə yetirildikdən sonra “orijinal” və “aksiya” sözlərinin
mənaları müəyyənləşdirilir və mətndəki mənası tapılır.
Orijinal:
1. Bir yazının, şəklin və s.-nin əsli (surətin antonim qarşılığı).   
2. Başqa dilə tərcümə üçün əsas olan mətn.
3. Başqalarına oxşamayan, təqlidçilikdən uzaq olan.
Aksiya:
1. Şirkətə kapital qoyuluşunu təsdiq edən qiymətli kağız.  
2. İctimaiyyətin diqqətini cəlb etmək üçün keçirilən kütləvi tədbir.
Yazı
3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə)
və formalı  (inşa, esse, hekayə) mətnlər yazır. 
t Verilmiş mövzuya uyğun esse yazır.
10. Gəncə şəhərinin adı ilə bağlı aşağıdakı məlumatdan çıxış edərək  mü -
ha kimə xarakterli mətn yazın.
Tapşırıqda verilmiş xronologiyada Gəncə şəhərinin müxtəlif illərdə necə
adlandırıldığı göstərilir. Şagirdlər tarix üzrə biliklərindən istifadə etməklə bu də -
 yişikliklərin səbəblərini göstərməli və buna öz münasibətlərini bildirməlidir lər.
Dil qaydaları
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə
edir.
t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında müvafiq durğu
işarələrindən istifadə edir.
11-ci çalışma dil qaydaları üçün motivasiya rolunu oynayır. Verilmiş tabesiz
mürəkkəb cümlələrin komponentləri müəyyən edilir. Onları bağlayan məna
əla qə ləri və bağlayıcı vasitələr tapılır. Sonra komponentlər arasındakı bağ -
80
II 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə