53
idi. Tədqiqat zamanı burada bir qəbir (A192) də aşkar olundu (Şəkil 31).
Qəbir bina tərk edildikdən və dağıldıqdan sonra qazılmışdı. Skelet yaşlı
adama aid idi. Qəbirdə heç bir avadanlığa rast gəlinməmişdir. Skeletin
dişlərindən birində ip izi qalmışdı. Ehtimal ki, bu iz onun həyat tərzi ilə bağlı
olmuşdu.
Şəkil 32.
Daha sonra tərk edildikdən sonra binanın içərisinə dolan torpaq tədqiq
edilməyə başladı. Bu dolğu təbəqəsi başlıca olaraq kül yığınlarından ibarət
idi.
Araşdırma zamanı biz binanın iç divarını müəyyənləşdirdik. Binanın
böyük bir hissəsi yanmış və divarlar odun təsirindən qızarmışdı. Müəyyən
edildi ki, bu divar əvvəlcə düşündüyümüz kimi dairəvi planlı deyil düz planlı
olmuşdur. Divar qərbdə düz bucaq altında şimala dönürdü. Lakin bu hissədə
divar çox az qalmışdı. Həmçinin müəyyənləşdirildi ki, bu binanın girişi cənub
tərəfdən olmuş və yanğından sonra bu giriş qapanmışdır (Şəkil 32; Şəkil 33).
54
Şəkil 33.
Şəkil 34.
55
Şəkil 35.
Sahənin cənub tərəfində dairəvi planlı binanın içəri tərəfində qazıntılar
aparıldı. Müəyyən edildi ki, bu binanın da qərb tərəfdən girişi olmuş və
sonradan qapanmışdır. Binanın iç tərəfində aşkar olunan qapı daşı divarda
yerləşən girişin qapanmasından əvvəlki dövrə aiddir (Şəkil 34).
Tədqiqat zamanı həmçinin bu binanın iki tikinti dövrü ərzində mövcud
olduğu müəyyən olundu. Birinci mərhələdə divarın tikintisində kiçik həcmli
gil bloklardan, ikincidə isə daha böyük bloklardan istifadə olunmuşdu. İkinci
divar birincinin üzərində inşa olunmuşdu (Şəkil 35).
G sahəsi
Bu sahədəki tədqiqatların məqsədi 2015-ci ilin qazıntıları zamanı aşkar
olunan binanın qalıqlarını müəyyənləşdirməkdən ibarət idi. Əslində bu sahə
əvvəlki dövrlərdə, xüsusilə də Orta əsrlərdə aparılan torpaq işləri zamanı
böyük dağıntıya uğramışdır.
Biz tədqiq etmək istədiyimiz Neolit dövrünə aid binaın bir qismi kərpic
divarın uçub-tökülmüş qalıqları ilə örtülmüşdü (Şəkil 36).
56
Şəkil 36.
Uçub-tökülmüş kərpiclərin üzərində iki qəbir abidəsi aşkar olundu.
Onlar binanın dağıldığı dövrdən sonrakı mərhələyə, ola bilsin ya Eneolit, ya
da Erkən Tunc dövrünə aiddir.
Şəkil 37.
57
Birinci qəbirdə (G069) üç skelet var idi (Şəkil 37). Onlar yaşlı, orta
yaşlı və yeniyetməyə aid idi. Yaşlı adam ilk dəfə dəfn olunmuş, digər iki
nəfər dəfn edilərkən yaşlı adama məxsus skelet qismən dağıdılmışdır.
Qəbirlərdə heç bir avadanlığa rast gəlinmədi. Lakin skeletlərdən
birinin baş, digərinin isə ayaq tərəbində üç obsidian qəlpəsi aşkar olundu.
İkinci qəbir (G107) daha dərin olub uçub-tökülmüş kərpic təbəqəsində
qazılmışdı. Qəbir çuxuru daşlarla qapadılmışdı. Qəbirdə yeniyetməyə aid
skelet aşkar olundu. Onun yanında çaxmaqdaşı lövhəsi və keramika var idi.
Skeletin bir hissəsi oxra ilə örtülmüşdü. Skeletin əl sümükləri yaxınlığında
kiçik ağ rəngli pastadan hazırlanmış qolbaq aşkar olundu (Şəkil 38).
Neolit dövrünə aid binanın araşdırılması zamanı heç bir maddi-
mədəniyyət qalığı aşkar olunmadı. Qazıntılar zamanı binanın şimal divar
müəyyənləşdirildi və onun dairəvi planlı olduğu müəyyən olundu. Bu binanın
son dövrlərə aid arxeoloji materiallarla örtülməsinə baxmayaraq deyə bilərik
ki, bu yaşayış yerində Neolit dövrünə aid sonuncu binanın qalığı olmuşdur.
Buna görə də demək olar ki, binaların dairəvi, yaxud dördkünc olması
xronologiya ilə bağlı deyil.
Həmçinin müəyyən olundu ki, Neolit dövrünə aid binanın divarında iki
tikinti mərhələsi var. İlk divar kiçik həcmli, açıq rəngli kərpiclərdən inşa
edilərək tünd rəngli məhlulla bərkidilmişdir. İkinci divar isə onun
yaxınlığında bir qədər yuxarıda iri həcmli kərpiclərlə inşa edilmişdi. Kərpiclər
bərkidici məhluldan daha tünd rənglidir (Şəkil 39).
E sahəsi
E sahəsində aparılan tədqiqatların əsas məqsədi yaşayış yerinin alt
qatlarındakı təbəqələri öyrənməkdən ibarət idi. Bunun üçün tədqiqat işlərinin
dərininə davam etdirilməsi əsas məsələlərdən biri idi. 2016-cı ilin
mövsümündə tədqiqatları başa çatdırmaq üçün 2015-ci ildə seçilmiş qazıntı
sahəsi bir qədər kiçildilərək tədqiqatlar 5x5 m sahədə aparıldı. İlk olaraq
seçilmiş sahənin kəsikləri təmizlənərək hamarlandı və təbəqələrin arxeoloji
komplekslərə uyğun olaraq yuxarıdan aşağıya doğru nömrələnməsinə
başlandı. Qazıntı sahəsinin cənub-qərbində dairəvi formalı divarın qalığı
aşkar olundu (Şəkil 40). Divarın eni 80 sm, hündürlüyü 10 sm idi. Bu divarın
ön tərəfində kiçik həcmlı daşların toplandığı oval formalı sahə aşkar olundu.
58
Bu tip daş yığınları digər sahələrin tədqiqi zamanı da aşkar olunmuşdu.
Onların yaşayış yerində nə məqsədlə istifadə olunduğu tam müəyyən
olunmamışdır. Sahədə aparılan araşdırmalar zamanı keramika, obsidian
parçaları, sümükdən hazırlanmış alətlər aşkar olunmuşdur. Divardan bir qədər
aralıda diametri 35 sm olan dirək yeri və onun ətrafında dairəvi daş düzümü
aşkar olunmuşdur.
Şəkil 38.
Dostları ilə paylaş: |