69
J sahəsi (5x10)
2016-cı ilin avqust-sentyabr aylarında I Kültəpə yaşayış yerində J
sahəsi açılmış və bu sahədə aparılan tədqiqatlar zamanı 3 tikinti qatı qeydə
alınmışdır. Birinci tikinti qatına F sahəsində hələ ötən ildən (2015) üzə
çıxarılmış dairəvi divarın J sahəsində davam edən hissələri aiddir (Şəkil 49).
Sahənin şimal hissəsində aşkar edilən divar qalığı şərq kəsiyindən qərb
kəsiyinə qədər ovalvari şəkildə davam edirdi (010). Divarın şimal hissəsi
üzərində sonrakı dövrlərdə ocaq salındığı üçün divar kəsilmiş və dağıdılmışdı.
Ensizləşmiş divarın salamat qalan hissəsinin eni 20 sm idi. Sonrakı
tədqiqatlar zamanı bu divarın planı tamamilə müəyyənləşdirildi. Cənubdakı
divar daha sağlam qaldığından kərpiclərin forması və düzülüşü aydın
görünürdü. Divarın eni 36-45 sm, kərpiclərinin eni 7, uzunluğu isə16 sm-ə
çatırdı (021). Divarın 35 sm-lik hündürlüyündə üst-üstə qoyulmuş 6 kərpicin
hər birinin hündürlüyünün 5 sm olması aydın müşahidə olunurdu. Bu divar
sahənin şərq kəsiyinə 1 m qalmış bitirdi. Onun paralelində sahənin şərq
kəsiyinə bitişik halda qeydə alınmiş dirək çuxuru (J-031) aradakı 1 metrlik
boşluğun qapı yeri olmasını düşünməyə əsas verir.
Dirək çuxurunu əhatə edən
aypara şəkilli, sarı rəngli torpaq təbəqənin eni 8 sm olub içərisində bir neçə
daş dairəvi formada yerləşdirilmişdi. Divarların əmələ gətirdiyi ovalşəkilli
tikilinin diametri 7 metrə yaxın idi. Onun içərisində insan
skeleti bükülü halda
aşkar edildi (018) Kərpic çöküntülərinin altında qalıb əzilmiş skeletin
yerləşdiyi çuxurun ölçüsü 70x110 sm-ə çatırdı. Skelet kərpic platforma
üzərində yerləşirdi. Platformanın eni 0, 9 m, uzunu 1, 2 m idi.
Oval tikilinin içərisində qeydə alınan 3 ocaqdan biri mərkəz hissədə
yerləşirdi (J-005). Onun diametri 50x70 sm olub, ətrafındakı maili formada
düzülmüş kərpiclərdən ibarət divarının eni 12 sm, hündürlüyü 20 sm-ə çatırdı.
İçərisi qazılarkən qum qarışıqlı kül, döşəməsində sarı-qırmızı rəngli ocaq
badının qalıqları üzə çıxarıldı. İkinci ocaq (J-016) sahənin şərq kəsiyinin
yaxınlığında yerləşirdi. Diametri 75x88 sm arasında olan ocağın içərisində
maral buynuzları, xeyli sümük qalığı, kömür qalıqları, qırmızı-narıncı rəngli
saxsı parçaları, yanmış torpaq və kül qalıqları qeydə alındı. Onun cənub-
şərqində üzə çıxarılmış üçüncü ocağın içərisində də xeyli miqdarda kül və
heyvan sümüklərinin qalıqları aşkar edildi.
Oval tikilinin içərisindən qara rəngli obsidian, az miqdarda qırmızı
rəngli, qalın divarının (1,8 sm) kəsiyində boz təbəqə izlənilən keramika