73
qalıqları, qara-qəhvəyi obsidian və çaxmaqdaşları üstünlük təşkil edir.
Diqqəti
cəlb edən xüsusiyyətlərdən biri də çəhrayı rəngli təbəqə ilə suvanmış küllü
döşəmənin bu mərhələdə də izlənilməsi idi. İkinci tikinti qatı bu təbəqədən
sonra başa çatır və yerini yeni ocaqlar və fərqli rənglə təmsil olunan digər
təbəqəyə verirdi.
Bu təbəqə əsasən qum qarışıq torpaq və kül layları ilə müşaiyət
olunurdu. Bu xüsusiyyət sahənin cənubundakı ensiz sahədə daha dəqiq
izlənilirdi. Belə ki, 2x5 metrlik ensiz zolaqdan ibarət olan bu sahənin
qərbindəki təbəqə küldən (1x2 m), şərqindəki təbəqə isə sərtləşmiş boz-sarı
rəngli torpaq laylarından ibarət idi. Qərb tərəfdəki təbəqədə kiçik ocaq (J-
059-diametri=31x40 sm), sümük qalıqları və xeyli miqdarda kül qeydə alındı.
Şərqdəki təbəqədə isə yastı daşların düzülüşü ilə yaradılmış kiçik oval-trapes
şəkilli döşəmə (J-062), ocaq (J-061) üzə çıxarıldı. Diametri 70x88 sm olan
ocağın içərisində qumla qarışmış kül təbəqəsi və sümük alət aşkar edildi.
Alətin uzunluğu 9,5, eni 0,5/1,2 sm arasında idi. Bu sahədən ağız kənarında
dairəvi deşikli keramika parçası (d/q-1 sm), qara rəngli obsidian, çaxmaqdaşı,
sümük qalıqları, həmçinin ağ rəngli daş alət üzə çıxarıldı. Bu sahənin şimal
hissəsi (2,20x5) qazılarkən xeyli miqdarda qum qarışıq kül təbəqəsi içərisində
dən daşının alt (67) və üst (68) hissələri, iri həcmli qab (69), obsidian, sümük
qalıqları və qırmızı rəngli bişmiş torpaq qeydə alındı. 20 sm qalınlığında kül
qatı altında döşəmə izləri, onun üzərində isə qırmızı rəngli yanmış torpaq
izləri ilə birlikdə xeyli saxsı hissəsi, qəhvəyi rəngli obsidian və sümük
qalıqları aşkar edildi. Bu sahə oval evin içərisindən fərqli olaraq, qumlu
yumşaq torpaq və kül qatı
ilə örtülüb, həmçinin keramikanın çox olması
ilə də
diqqət çəkirdi. Buradan üzə çıxarılan qab qırmızı rəngli, qalın divarlı olub
(d/q-1,8-2 sm), oturacaq diametri 35 sm-dir.
Dairəvi tikilinin içərisində də iki fərqli təbəqə izlənilir. Şimal tərəfdəki
təbəqə kül və qum qarışıqlı yumşaq olması ilə diqqəti cəlb edir (2x5 m).
Dairəvi tikilinin divarları bu mərhələdə artıq başa çatır. Onun üzərində
divarın interyerində izlənilən ağ rəngli eyni məhlulla suvaq çəkilmişdir (yer
səthindən 60, divarın üstündən 48 sm aşağıda). Döşəmənin üzərində qabın
ağız fraqmenti, onun yaxınlığında isə qəhvəyi-qara rəngli obsidian qalıqları
qeydə alındı. Obsidianlardan biri qəhvəyi-qara rəngli nukleusdur. Uzunluğu
4,2, eni 2,2, qalınlığı 2,5-dən 0,5-dək nazilir. İkincisi isə 5,5x3,2/0,5sm
ölçüsündə olan və hər iki tərəfi retuşlanmış alətdir. Onun yarısı sınmışdır.
Cənub hissəyə doğru küllü təbəqə sarı rəngli torpaq təbəqəsi ilə əvəz olunur.