80
yarısına aid Erkən Eneolit təbəqəsi arasında boş təbii təbəqə vardır. Şübhəsiz
ki, bu təbəqə güclü yağmurlar zamanı təpənin eroziyası nəticəsində
yaranmışdır.
Bu boş təbəqədən altda Eneolit dövrünə aid keramika məmulatı və
obsidian qalıqları olan mədəni təbəqə aşkar olundu. Keramika məmulatı
arasında Kür-Araz mədəniyyətinə aid dörd keramika parçasının aşkar
olunması Ovçular Təpəsində aşkar olunmuş faktları təsdiq edərək bir daha
sübut edir ki, Naxçıvanda Kür-Araz mədəniyyəti tayfaları Eneolit tayfaları ilə
yanaşı yaşamışdır.
Şəkil 56. Duzdağ və Uçan Ağıldan aşkar
olunan əmək alətləri
2016-cı ildə Uçan Ağıl yaşayış yerində aparılan araşdırmalar iki
baxımdan əhəmiyyətlidir: 1) e. ə. V minilliyin birinci yarısına aid tapıntılar
həm birinci (sahə 1), həmdə ikinci sahədə (sahə 2) qeydə alınmışdır ki, bu da
Cənubi Qafqazda indiyədək qeydə alınmamış və öyrənilməmiş bir dövrü
83
VI FƏSİL. KƏŞFİYYAT XARAKTERLİ ARAŞDIRMALAR
I Kültəpə yaşayış yeri və onun ətrafında aparılan araşdırmalarla yanaşı
Naxçıvan MR-in müxtəlif rayonlarında, xüsusilə Ordubad, Culfa və Şahbuz
rayonları ərazisində kəşfiyyat xarakterli araşdırmalar da aparılmışdır.
Araşdırmaların əsas məqsədi yuxarıda da qeyd
etdiyimiz kimi, metal,
xüsusilə
mis filizi yataqlarını və köç yollarını müəyyənləşdirməkdən ibarət idi.
2015-ci ildə I Kültəpə ətrafında Uçan Ağıl yaşayış yerində apardığımız
araşdırmalar zamanı Ordubad rayonunun Göygöl bölgəsindən gələn
çobanlarla rastlaşmış və müəyyən məlumat almışdıq. Göygöl ətrafında mis
yataqlarının olması da bizə məlum idi. Buna görə ilk səfərimiz Göygölə oldu.
Bu ərazidə olduğumuz müddət ərzində yol boyu xeyli mövsümi yaşayış
yerlərinə rast gəldik. Bu yaşayış yerlərində yalnız Orta əsrlər keramikasına
rast gəlinirdi. Bununla yanaşı yaşayış yerlərində dairəvi və dördkünc formalı
binaların qalıqları da saxlanmışdı. Araşdırma zamanı müəyyən olundu ki, bu
binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə heyvan ağılı kimi istifadə
olunmuşdur. Yaşayış yerlərinin yaxınlığında kurqanlara da rast gəldik. Lakin
tədqiqat aparmadan onların dövrünü dəqiq demək mümkün deyildir.
Çobanlarla apardığımız sorğu nəticəsində müəyyən etdik ki, bu
ərazidən başlıca olaraq Kəngərli rayonununun maldarları yaylaq kimi istifadə
edir. Maldarlar Göygöl yaylaqlarına gəlmək üçün 5-6 gün vaxt sərf
edirmişlər. Onlar başlıca olaraq iyun ayının ortalarında gəlir və sentyabr
ayınadək yaylaqda qalırmışlar. Sonra havalar soyuduğu üçün Arazboyu
qışlaqlara dönürmüşlər. Ehtimal ki, qədim mədənçilər maldarlar arasından
çıxmışdır. Göygöl ərazisi qışda qarla örtülü olduğu üçün həm maldarların,
həm də mədənçilərin yaşaması üçün əlverişli deyildi. Şübhəsiz ki, bu
yaylaqlardan və mədənlərdən yay vaxtı istifadə olunmuşdur. Göygöl
yaxınlığında yol boyu bir neçə yerdə mis filizinin təzahürləri ilə rastlaşırdıq.
Yarğanlar sel sularının yuyub gətirdiyi mis filizinin mineralları olan malaxit
və azuritlə zəngin idi. Bəzi yerlərdə daşların və qayaların üzəri yaşıl mis
oksidi ilə örtülmüşdü.