75
İkinci divar qalığı isə cənubda əvvəlki tikinti qatlarında mövcud olmuş
ovalşəkilli divarın bitdiyi yerdən başlayaraq şimala doğru uzanırdı.
Ocaqların
tez-tez dəyişməsi şübhəsiz ki, bu tikinti qatında aralıq
Şəkil 51. J sahəsində III tikinti qatı.
mərhələlərin olduğunu göstərir. Ocaqlardan biri qərb tərəfdən aypara
formasında yastı daşlarla çevrələnmişdi (J-088). İkinci ocaq ona bitişik olub,
qəhvəyi-qırmızı rəngli bişmiş torpaq təbəqə ilə örtülmüşdü. Ocaqların
çevrəsində relyef qurşaqlı narıncı rəngli keramika, sümük, kül və dağılmış
kərpic qalıqları qeydə alındı.
J kvadartından aşkar edilən tikinti qatlarına aid materialların ilkin
təhlili onların fərqli xüsusiyyətlərə malik olduğunu göstərməkdədir. Birinci
mərhələdə qeydə alınan insan skeleti, maral buynuzları, qırmızı-qəhvəyi
rəngli döşəmə qalıqları sonrakı mərhələlərdə izlənilmir. Yalnız dairəvi
tikilinin istifadə olunması, mərkəz hissədə-kvadratın şərq kəsiyinə bitişik
kərpic platforma, həmçinin narıncı-qırmızı rəngli keramika, qara-qəhvəyi
rəngli obsidian qalıqları hər iki mərhələnin oxşar xüsusiyyətlərindəndir. Lakin
ikinci tikinti qatı iki fərqli mədəni təbəqənin olması ilə də diqqət çəkir. Kül
qarışıq qumlu təbəqə ocaq yerləri və onların içərisində aşkar edilən keramika,
obsidian və sümük qalıqlarının çox olması ilə diqqət çəkir. Bu sahə
dulusçuluq və obsidian emalatxanalarını xatırladır. Saxsı parçaları və
obsidian, çaxmaqdaşı qalıqlarının əsasən bu sahədəki ocaqların içərisində,
77
V FƏSİL. KÜLTƏPƏ ƏTRAFINDA ARXEOLOJİ ARAŞDIRMALAR
Uçan Ağıl
Uçan Ağıl yaşayış yeri Araz çayı vadisini Sirab dağlarının ətəkləri ilə
birləşdirən dərənin sonundakı burunda yerləşir (Şəkil 52). Bu yaşayış yeri
2010-2013-cü illərin tədqiqatları zamanı qeydə alınmış, 2013-cü ildə burada
kəşfiyyat qazıntısı aparılmışdır. 2014-cü ildə isə Duzdağ tipli mədən
alətlərinin, Eneolit və Kür-Araz mədəniyyətinə aid keramikanın tapılması bu
yaşayış yerinin köçmə maldarlıq, həmçinin mədənçiliklə bağlı mövsümi
məskən olduğunu deməyə imkan vermişdi.
Şəkil 52. Uçan Ağıl yaşayış yerində qazıntılar.
2016-cı ildə 10 gün (12-21sentyabr) davam edən arxeoloji qazıntılar
başlıca olaraq 1-ci və 2-ci sahələrdə cəmləşdirilmişdi (Şəkil 53). 2015-ci ildə
5x5 m sahəni əhatə edən 2-ci sahə 2016-cı ildə genişləndirildi və sahənin
həcmi 10x10 m oldu (Şəkil 54). Bu il Uçan Ağıl yaşayış yerinin köçmə
maldarlıq və mədənçiliklə bağlı köçərilər tərəfindən məskunlaşdırılması
hipotezini sübut edən bir neçə tapıntı aşkar olundu. 2-ci sahədə böyük mis
filizi(166 q) parçası (Şəkil 55) 2045-ci kompleksdə Eneolit dövrünə aid
ocağın kənarında 2012-ci ildə Duzdağda Kür-Araz mədəniyyətinə aid