18
formalı daş düzümü, onun içəri tərəfində küpə, kasa və dolça tipli qabların
parçaları aşkar olunmuşdur. Dördkünc formalı evin ətrafında da gil qabların
parçaları, daş alətlər var idi. Dördkünc formalı binaların qalıqları 2013-cü ildə
aparılan araşdırmalar zamanı da aşkar olunmuşdu. Aşkar olunan materialların
əksəriyyəti keramika məmulatından ibarətdir. Keramika məmulatının analizi
onların müxtəlif dövrlü olduğunu göstərir. Onların müəyyən qrupu Son
Eneolit dövrünə aiddir. Bununla belə Neolit dövrünün sonunu (Şəkil 6) və
Eneolitin əvvəllərini əks etdirən keramika da vardır. Obsidian və
çaxmaqdaşından hazırlanan əmək alətləri olduqca az miqdardadır. Araşdırma
zamanı
yaşayış
yerinin
yalnız
təpənin
ətəyini
əhatə
etdiyi
müəyyənləşdirilmişdir (Şəkil 9; Şəkil 10).
2014-cü ildə Şorsuda aşkar olunmuş arxeoloji tapıntıların böyük bir
qismi keramika məmulatı ilə təmsil olunmuşdur. Hazırlanma texnologiyasına
görə onları iki qrupa bölmək olar. Birinci qrupdakılar dörd nümunə ilə təmsil
olunmuşdur. Onlar saman qarışığı olan qumsuz gildən hazırlanmış, qırmızı
rəngdə yaxşı bişirilmiş, sarı rənglə anqoblanmış və yüngülcə cilalanmışdır.
Onların üçü küpə tipli qabın parçasıdır, biri isə forma verməyən parçadır.
Onun üzəri qırmızı boya ilə örtülmüşdür.
Keramika məmulatının böyük bir qismi ikinci qrupa aiddir. Keramika
nümunələri hələlik petroqrafik analiz edilməmişdir. Bu qrupdakıların
əksəriyyəti qum və saman qarışığı olan gildən hazırlanmışdır (90,1%).
Bununla belə saman qarışığı bəzi nümunələrdə az, bəzilərində isə yüksək
konsentratdadır. Qabların gilinə bəzən iri qum və çınqıl da qatılmışdır. Yalnız
qum qarışığı olan keramika olduqca azdır (9,9%). Qablar qaba hazırlanmışdır.
Onların xarici səthi nahamar və kələ-kötürdür. Lakin yaxşı sığallanmış qablar
da vardır. Cilalama yoxdur. Onların hamısı əldə hazırlanmışdır. Bəzilərinin
ağız kənarları əyri, bəzilərinin üzərində isə əl izləri var. Qablar yaxşı
bişirilmişdir. Lakin pis bişirilən və divarlarında qalın bişməmiş lay olan
nümunələr də çoxdur. Rəng tonları qırmızı rəngin müxtəlif çalarları ilə təmsil
olunub. Sarı rəngli keramika azdır (4 ədəd). Onlar sarı rənglə də
anqoblanmışdır. Boz-qara rəngdə bişirilən qablar azdır (3 ədəd). Bəzən boz-
qəhvəyi rəngli və hislənmiş nümunələrə də rastlanır. Bu rəng çalarları Hacı-
Firuz yaşayış yerinin keramikasında da vardır [Voigt, 1983: 99]. Keramika
məmulatı küpə, kasa, çölmək, banka, kasa və podnoslarla təmsil olunmuşdur.
Küpələr xaricə qatlanmış ağız kənarlı, silindrik, bəzən isə konusvari
formalıdır. Onlar ağız kənarlarının formasına görə fərqlənirlər. Onların
birinin