19
ağzının altında qulaqcıqşəkilli relyef ornament vardır. Bu tip ornamentlə
naxışlanmış keramika Aknaşen-Xatunarx [Badalyan S. et al., 2010: fig. 9, 22,
24], I Kültəpə [Абибуллаев, 1982: таблица IX, 1-4], Şomutəpə [Ахундов,
2012: 56, таблица 208, 4-108, 8-675], Arataşen [Palumbi, 2007: tabl. 1, 6] və
digər abidələrdən məlumdur. Məlum olduğu kimi, bu tip ornament Cənubi
Qafqazın, o cümlədən Azərbaycanın Neolit abidələrində geniş yayılmışdır.
Bu tip bəzəmə Göytəpə və Aruxlodan da məlumdur [Гулиев, Гусейнов,
Алмамедов, 2009: 26-30; 9, figure 9, 1-2].
Çölməklər xaricə qatlanmış ağız kənarlı, geniş ağızlı, qabarıq
gövdəlidir. Çölmək tipli qablar Şomutəpədən məlumdur [Ахундов, 2012: 56,
таблица 208, 8-258]. Bu tip qablar həmçinin I Kültəpənin «1б» təbəqəsindən
aşkar olunmuşdur [Абибуллаев, 1982: 60].
Kasalar daha geniş yayılmış formalardandır. Onlar qabarıq, silindrik-
konusvari və konusvari gövdəlidir. Bəzi kasaların ağzının altı yuvarlaq
deşiklərlə naxışlanmışdır. Bəzən içəridən açılan bu deşiklər natamam
qalmışdır. Bəzi kasalarda isə deşiklər iki cərgədə yerləşir (Şəkil 7, 1, 3, 7).
Ağız kənarında yuvarlaq deşik açılmış kasalar Qafqazın, o cümlədən
Azərbaycanın Neolit abidələrindən məlumdur. Onlar I Kültəpədən
[Həbibullayev, 1959: тablo 19, 3] Şomutəpədən [Ахундов, 2012: 56,
таблица 203, 7-14; 9-3; 10-458], Xatunarxdan [Badalyan S. et al., 2010: fig.
9-2, 1-4] və Ararat vadisinin abidələrindən aşkar olunmuşdur [Kushnareva,
1997: figure 10, 2-5]. Bu tip ornament həmçinin Macarıstanda Neolit dövrünə
aid Böyük mədəniyyətinə aid keramika məmulatında rast gəlinir
[Археология Венгрии, 1980: рис. 125, 2; рис. 130]. Ağız kənarında deşik
açılmış kasalar həmçinin Eneolit dövrünün müxtəlif mərhələlərində istifadə
olunmuşdur. Onlar Araz vadisində Köhnə Pasqah [Maziar Sepideh, 2010: fig.
6], Ovçulartəpəsi, Хələc [Seyidov, Baxşəliyev, 2010: şəkil 14, 4] və digər
abidələrdən məlumdur. Bu onu göstərir ki, bu tip ornamentasiyadan uzun
müddət istifadə olunmuşdur. Şorsu yaşayış yerində bu qabların müxtəlif
tiplərinə rast gəlinir. Bəzi kasaların ağız kənarında qövsşəkilli çıxıntılar
vardır. Bu qabların bənzərlərinə Macarıstanda Böyük mədəniyyətinin
keramikasında rast gəlinir [Археология Венгрии, 1980: рис. 125, 1]. Qeyd
etmək lazımdır ki, naxışsız Şorsu çölməklərinin yaxın bənzərləri Hacı-
Firuzdan məlumdur [Voigt, 1983: fig. 74]. Konus formalı kasalar xüsusi ilə
bənzərdir.
20
Silindrik gövdəli, yaxud banka tipli qablar dörd nümunə ilə təmsil
olunmuşdur. Onlardan birinin ağzının kənarında deşik açılmışdır. Bu tip
qablar I Kültəpənin «1а» və «1б» təbəqəsindən [Həbibullayev, 1959: c. 59]
məlumdur. Onlar formaca Hacı-Firuz yaşayış yerinin analoji qabları ilə
bənzərdir [Voigt, 1983: fig. 74, f, g]. Belə qablar həmçinin Xatunarxdan
məlumdur [Badalyan S. et al., 2010: fig. 9-3, 1, 4, 6]. Qədəh tipli qab bir
nümunə ilə təmsil olunub. Bu tip qablar I Kültəpə yaşayış yerinin «1б»
təbəqəsində [Həbibullayev, 1959: tablo 24, 4-8] və Оvçulartəpəsində [Mаrrо,
Bаkhchaliyev, Ashurov, 2009: pl.XVIII, 4] aşkar olunmuşdur ki, bu da
onların uzun müddət istifadə olunduğunu göstərir.
Bəzi qabların gövdəsində qabarıq çıxıntılar vardır. Bu tip ornament
Neolit abidələrinin keramika məmulatı üçün xarakterikdir. Cənubi Qafqaz, o
cümlədən Azərbaycan abidələrində bu ornamentlərin müxtəlif formalarına
rast gəlinir [Həbibullayev,1959: tablo 22, 3-4; Badalyan S. et al., 2010: fig. 9-
2, 2, 3, 5; Mellart, 1965: таблица VI, 7].
Podnos tipli qablar beş nümunə ilə təmsil olunmuşdur. Bu tip qablar
konusvari gövdəli olmuşdur. Ağız kənarında horizontal qulpları var. Ağız
kənarının altı yuvarlaq deşiklərlə naxışlanmışdır. Qabların bəzisi səliqəli,
bəzisi isə olduqca qaba hazırlanmış, hər iki üzdən sığallanmışdır. Bu tip
qablar Ararat vadisinin Neolit abidələrindən məlumdur [Kushnareva,1997:
figure 10, 2]. Eneolit dövrünün orta mərhələsinə aid edilən bu tip qablar
həmçinin Köhnə Pasqah yaşayış yerindən aşkar olunmuşdur [Maziar Sepideh,
2010: fig. 7, 3-4]. Araşdırmalar bu tip qabların Araz vadisi üçün xarakterik
olduğunu və uzun müddət istifadə olunduğunu göstərir.
Aşkar olunan keramikanın araşdırılması göstərir ki, qabların oturacağı
yastı və bir qədər xaricə doğru çıxıntılı olmuşdur. Onların bəzisi olduqca
kobud hazırlanmışdır. Üzərində qabarıq zolaqlar vardır. Ehtimal ki, bunlar
barmaq izləridir. Qabların oturacaqlarının forması Neolit qablarının
oturacaqları ilə bənzərdir. Bu tip oturacaqlı qablar I Kültəpənin «1а»
təbəqəsindən [Həbibullayev, 1959: tablo 20, 1-4], Şomutəpədən [Ахундов,
2012: рис. 10; 3, таблица 211-216], Molla Nağı təpəsində [Мусеибли, 2012:
таблица VI, 3-6] və digər yaşayış yerlərindən məlumdur. Qablardan birinin
oturacağında hörmə izləri saxlanmışdır. Bu qabların hörmə modellər əsasında
hazırlandığını təsdiq edən faktlardan biridir. Maraqlıdır ki, digər yaşayış
yerlərində bu tip izlər qabların xarici səthində olduğu halda [Мусеибли,
2012: таблица VI, 3, 4], Şorsu keramikasında içəri tərəfdədir.
21
Məlum olduğu kimi Azərbaycanın şimal rayonlarında, Şomutəpə tipli
abidələrdə başlıca olaraq qum qarışıq keramika üstünlük təşkil etmişdir.
İ.H.Nərimanovun fikrinə görə, bu tip keramika başlıca olaraq Kür çayının
orta axarlarında yayılmışdır. Şimalda bu tip keramika Dağıstana, cənubda isə
Araz çayına və Ararat vadisinədək yayılmışdır [Нариманов, 1987: 117].
Şomutəpə yaşayış yerində qum qarışıq keramika 85%, saman qarışıq
keramika isə 15% -dir [Ахундов, 2012: 53]. Başqa yaşayış yerlərində bu
nisbət bir qədər dəyişir. Göytəpədə qum qarışıq keramika 38,9 %-dir
[Гулиев, Гусейнов, Алмамедов, 2009: 28]. Buna bənzər faiz nisbəti
həmçinin Ararat vadisinin abidələrində izlənməkdədir [Badalyan et al., 2010:
192]. Lakin bu abidələrdən fərqli olaraq Naxçıvan abidələrində samanlı
keramika üstünlük təşkil edir. Bu I Kültəpənin [Абибуллаев, 1982: 223] və
Şorsunun keramikasında da izlənir. Qeyd etmək lazımdır ki, I Kültəpənin
keramikası sıx saman qarışığının olması ilə fərqlənir. İ.H.Nərimanovun
fikrinə görə, Ararat vadisindən şərqdə qum qarışıq keramika məlum deyil
[Нариманов, 1987: 117]. Bu həmçinin Naxçıvanda son illərin araşdırmaları
ilə də təsdiqlənir və Cənubi Azərbaycan, Mil-Muğan düzünün abidələri ilə
bağlanan Naxçıvanın qədim mədəniyyətinin özünəməxsus inkişaf yolu
olduğunu təsdiq edir.
Keramika məmulatının tipoloji analizi göstərir ki, Şorsu keramikası
başlıca olaraq Urmiya hövzəsi, Şimal-Qərbi İran, Şərqi Anadolu, həmçinin
Şərqi Avropanın materialları ilə bənzərdir. Bu abidələr e.ə VI-V minilliklərə
aid edilir. Xatunarxın Neolit dövrü təbəqəsi e.ə. 5986-5054 –ci illərə aiddir
[Badalyan et al., 2010: 210]. I Həsənsudan götürülmüş kömür analizinin
nəticələri e.ə. 5994-cü ili göstərmişdir [Мусеибли, 2012: 43]. Hacı-Firuz
[Mellart, 1965: 74] və Şomutəpə [Нариманов, 1987: 78] yaşayış yerləri də
təxminən bu dövrə aiddir. Bu baxımdan ağzının kənarı deşikli podnosşəkilli
qabların dövrü xüsusilə diqqətçəkicidir. Məlum olduğu kimi, bu tip qablar e.ə.
IV minilliyin birinci yarısı ilə tarixlənən Son Eneolit dövrü abidələrində də
vardır. R.S.Badalyan belə bir fikir irəli sürmüşdür ki, Xatunarx keramikasında
deşiklərlə naxışlanan qablar kasa və qədəhlərlə təmsil olunmuşdu, daha
doğrusu tava tipli qablar bu abidədə yoxdur [Badalyan et al., 2010: 192].
Lakin Ararat vadisində bu tip qablar Neolit abidələrindən məlumdur. Köhnə
Pasqah yaşayış yerində isə onlar e.ə. IV minilliyin əvvəli ilə, daha doğrusu,
3955-ci illə dövrləşdirilmişdir [Maziar Sepideh, 2010:171]. Ovçulartəpəsində
isə bu tip ornament e.ə. 4600-4000-ci illərə aid keramika məmulatında
Dostları ilə paylaş: |