32
F sahəsindəki F-056 nömrəli ocaq təmizlənərkən D sahəsində 2014-cü
ildə aşkar olunan olunan dairəvi formalı otağa aid divarların davamı da aşkar
olundu. Dairəvi formalı bu otaq təmizlənərkən mərkəzi hissəsində oval
formalı ocaq qalıqları aşkar olundu. Ocağın divarları və döşəməsi odun
təsirindən qızarmışdı (Şəkil 17). Araşdırmaya əsasən deyə bilərik ki, bu otaq
dördüncü tikinti qatına aid edilə bilər. Dördüncü tikinti qatına həmçinin D
sahəsində aşkar olunan dairəvi formalı iri binanın qalıqlarını da aid etmək
olar (D-153). Bu binanın divarları 30-40 sm hündürlükdə qalmışdı. Divarların
bəzi qismləri güclü aşınmaya məruz qalmışdı. Bu binanın içərisi
təmizlənərkən bəzi hissələrdə gil döşəmənin qalıqları və döşəməyə
basdırılmış iri gil qab aşkar edildi. Bu binanın içərisindən çəhrayı rəngli,
saman qarışıq gil məmulatı, heyvan sümükləri və obsidian parçaları aşkar
olundu. Bu tikinti qatına həmçinin F sahəsində aşkar olunan dairəvi formalı
ocağın qalıqlarını da aid etmək olar (F-077). Ocağın diametri 110 sm idi.
Ocaq təmizləndikdən sonra altdakı təbəqələrdən eni 37 sm olan kərpic divarın
qalıqları aşkar olundu (F-106). Bu divarın əksər hissəsi digər tikintilərin
altında qaldığından onun planını tamamilə müəyyən etmək mümkün olmadı.
Onu beşinci tikinti qatına aid etmək olar. Araşdırma zamanı divarın ətrafında
keramika məmulatı, obsidian parçaları və sümük alət aşkar olunmuşdur.
D sahəsində 2014-cü ildə aşkar olunan tikinti qalıqları götürüldükdən
sonra yalnız sahənin cənub-qərb hissəsində dairəvi formalı bina qalığı (Şəkil
16), onun içərisində döşəməyə basdırılmış çanaq (Şəkil 23) aşkar olundu.
Digər sahələrdə, xüsusilə şimal tərəfdə tikintilər erroziyaya uğradığından
onları təsbit etmək mümkün olmadı. Bu hissədə yalnızca qalın kül qatlarının
olduğu müəyyənləşdirilmiş, heyvan sümükləri, obsidian parçaları aşkar
olunmuşdur. Qazıntı mövsümünün sonunda sahənin şərq hissəsində iki divar
qalığı aşkar olundu. Lakin divarlar üst təbəqələrin altında qaldığından onların
planını tam müəyyən etmək mümkün olmadı.
E sahəsinin ölçüsü 5x10 m idi. Tədqiqat zamanı buradan beş tikinti
qatı aşkar olundu. I tikinti mərhələsinin arxitektura qalıqları Eneolit dövrünə
aid 2 ev və ocaqlarla təmsil olunurdu (Şəkil 18). Künclərdə yuvarlaqlaşdırılan
dördkünc formalı birinci evin ümumi uzunluğunun 3, 80 m olduğu
müəyyənləşdirildi. Onun cənub-qərb divarı müasir təndirin divarı ilə
kəsilmişdi. Qərb divarına bitişik sahədə skelet qalıqları qeydə alındı. Qazıntı
sahəsinin cənubundan qərbinə doğru uzanan əsas divarın uzunluğu 2, 80 sm,
eni 60 sm idi. Ona interyer hissədən bitişik olan ikinci divar qalığı şimal-şərq
33
istiqamətində kiçik çıxıntı şəklində uzanır və uzunluğu 71, eni 30 sm-ə
çatırdı. Üçüncü divar sahənin şimalında olub şərqə doğru küncdə
yuvarlaqlaşdırılmışdı. Eni 50-55 sm olan bu divarı cənubdakı ümumi divara
birləşdirən qərb divarının bir hissəsi yaxşı qalmadığından, sağlam hissəsinin
eninin 26 sm olduğu müəyyən edildi.
İkinci ev kvadratın şərqində qeydə alındı. Diametri şimal-şərq
istiqamətində 3, 10 m, cənub-qərb istiqamətində isə 2, 80 m olan ovalşəkilli
evin yalnız şimal-qərb divarı yaxşı saxlanmış, şərq divarının isə yarısı qazıntı
sahəsinin altında qalmışdı. Divarın eni 55 sm idi. Bu mərhələyə aid 5 ocaq
qeydə alındı. Onlardan biri qərbdəki evin şimal qərb küncündə aşkar edildi.
Dağıntıya məruz qalması ocağın ölçüsünü dəqiqləşdirməyə çətinlik törədirdi.
Onun içərisindən xeyli miqdarda kül qalığı götürüldü, az miqdarda isə sümük
və keramika hissələri əldə edildi. İkinci və üçüncü ocaqlar kvadratın
şərqindəki evin içərisində idi. Onlardan birinin diametri 40-55 sm, digərininki
isə 45 sm idi. Qazıntı zamanı ocaqların içərisindən oddan qızarmış torpaq, kül
qalığı, həmçinin bir neçə kiçik parça heyvan sümüyü götürüldü. Dördüncü və
beşinci ocaq kvadratın şimal divarı ilə I evin şimal divarı arasındakı ensiz
sahədə qeydə alındı. Diametrləri 55-65 sm arasında dəyişən bu ocaqların
digərlərindən fərqi keramikanın daha çox üzə çıxarılması idi. Görünür ki,
onlardan əsasən saxsı qabların bişirilməsində istifadə edilmişdir.
Bu mərhələnin əsas tapıntıları kvadratın qərbində qeydə alınan insan
skeleti, şərq hissədə tapılan daş alətlər toplusu, qırmızı-qəhvəyi rəngli
keramika, çaxmaqdaşı və müxtəlif heyvan sümüklərindən ibarət idi. Aşkar
edilən materiallar Neolit keramikasının əsas əlamətlərindən olan saman
qarışıqlı, həmçinin sarı-çəhrayı, qırmızı rəngli və qalın divarlı olması ilə
fərqlənirdi. Birinci mərhələdə aşkar edilən saxsı fraqmentlərindən biri qalın
divarlı (1, 5 sm), qırmızı rəngli olub oturacaqla divar maili şəkildə birləşirdi.
Diametri 30 sm olan oturacaq hissə hisdən qaralsa da bu, interyerindəki sarı
anqobu və səthindəki cilanı izləməyə maneçilik törətmirdi (KT-15, №E42).
Tünd qırmızı keramika parçaları üstünlük təşkil edirdi. Onlar əsasən qum və
saman qarışıqlı idi, həmçinin yaxşı bişirilmişdilər. Sarı-çəhrayı rəngli saxsı
nümunələrindən birinin üzərindəki qulp şəkilli çıxıntı diqqəti cəlb edirdi (KT-
15, №A087). Bu tip ornamentlərə vaxtı ilə Yeni yol yaşayış yerindən,
Qafqazdakı Aruxlo [Kushnareva, 1997: figure 9, 1-2] həmçinin, Arataşen
abidəsindən aşkar edilən keramika nümunələrində rast gəlinmişdir [Palumbi,
2007: table 1, 6].
Dostları ilə paylaş: |