A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
9 dekabr 2016-cı il № 81-84 (9087)
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
D
ekabrın 6-da “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəli-
yev “Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti
ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak
etmək üçün Astanada səfərdə olub.
“Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat
Alpısbayevlə görüş zamanı mühüm tədbirə dəvə-
tinə görə öz təşəkkürünü bildirən Rauf Vəliyev son
dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan
köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donan-
manın yenilənməsi istiqamətində görülən işlər və s.
məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, "Şərq-
Qərb" beynəlxalq nəqliyyat dəhlizi arasında ən
qısa yolun ölkələrimizin ərazisindən keçməsi hər
iki ölkəyə mövcud nəqliyyat potensialından daha
səmərəli istifadəyə imkan verir. İstər Azərbaycan-
da, istərsə də Qazaxıstanda nəqliyyat infrastruktu-
runun təkmilləşdirilməsi, tranzit potensialının artı-
rılması üçün çox böyük işlər həyata keçirilir. Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı, yaxınlarda inşa-
sı başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu
xətti, o cümlədən Qazaxıstanda dəmir yolları və
limanların genişləndirilməsi bu istiqamətdə əmək-
daşlığın inkişafı və birgə layihələrin icrası üçün ge-
niş imkanlar yaradır.
Azərbaycanın Qazaxıstandakı fövqəladə və
səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak
etdiyi görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu çərçivəsində əməkdaşlıq məsələləri də
diqqət mərkəzində olub. Öz növbəsində “Qazaxıs-
tan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev
də Gəmiçiliklə əməkdaşlıqdan məmnun olduğunu
və bu əməkdaşlığın eyni zamanda nəzərdə tutulan
layihələrin gerçəkləşdirilməsinə zəmin yaratdığını
bildirib.
Danışıqlardan sonra Rauf Vəliyev və Kanat
Alpısbayev iki qurum arasında strateji əməkdaş-
lıq və birgə müəssisənin yaradılmasına dair müqa-
vilə imzalayıblar. Strateji əməkdaşlıq haqqında
müqaviləyə əsasən tərəflər nəqliyyat sahəsində
cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan
layihələrə investisiyaların cəlb edilməsi, Azərbay-
can və Qazaxıstan limanlarından yükdaşımaların
həcminin artırılması, müxtəlif istiqamətlər üzrə da-
şımalara dair iş planının hazırlanması, hər iki quru-
mun mövcud infrastruktur, xüsusilə də gəmiqayır-
ma, gəmi təmiri, yükaşırma və digər imkanlarından
istifadə edilməsi, logistika və gəmilərə agent xid-
mətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inki-
şaf etdirmək üzrə razılığa gəliblər.
Qazaxıstana səfəri çərçivəsində “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Və-
liyev bu ölkənin baş nazirinin birinci müavini
Askar Maminlə də görüşüb. Görüş zamanı iki ölkə
arasında birgə həyata keçirilən nəqliyyat layihələ-
rindən danışılıb. Bildirilib ki, hər iki ölkə preziden-
tinin müxtəlif sahələrdə həyata keçirdiyi uğurlu
əməkdaşlıq siyasəti münasibətlərimizin daha da
möhkəmlənməsinə xidmət edir. Tərəflər yaxın gələ-
cəkdə reallaşması nəzərdə tutulan birgə nəqliyyat
layihələri, bu layihələrin hər iki ölkənin iqtisadiy-
yatına verəcəyi töhfələr haqqında da müzakirələr
aparıblar.
Sonra Gəmiçiliyin nümayəndə heyəti Qazaxıs-
tan Respublikasının Prezidenti Nursultan Nazar-
bayev və digər dövlət rəsmilərinin iştirakı ilə ke-
çirilən “Sənayeləşdirmə Günü” tədbirində iştirak
edib. Telekörpü vasitəsilə tədbir iştirakçılarına
Qazaxıstanda başa çatdırılan müxtəlif infrastruktur
layihələri, o cümlədən “Almatı - Şu istiqamətində
ikinci dəmiryol xətti” və “Kurık bərə kompleksi”
təqdim edilib və istismara verilib.
Kurık limanında istismara verilən yeni bərə
kompleksindən yüklərin vaqonlardan boşaldılma-
dan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə,
ordan isə Avropaya daşınması mümkün olacaq.
Ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə
4 milyon ton yükün aşırılmasına imkan yaradacaq.
Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni za-
manda limanda suyun dərinliyinin böyük tutumlu
gəmilərin yan alması üçün münasib olması gələcək-
də bu limandan ən müxtəlif təyinatlı yüklərin yola
salınması və qəbuluna imkan verir. Bu kompleks
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə
artan konteyner həcmlərinin qarşılanmasında mü-
hüm rol oynayacaq. Buradan Azərbaycan istiqamə-
tində səfərlər zamanı mövcud və yeni bərələrdən
istifadə olunacaq.
Qeyd edək ki, bu günə kimi Qazaxıstan ərazi-
sindən tranzit yükdaşımaları yalnız Aktau limanın-
dan həyata keçirilirdi. Aktau limanının yük aşırma
imkanlarının məhdud olması və eyni zamanda li-
manın coğrafi yerləşməsi, onun küləklərin birbaşa
təsirinə məruz qalması yükdaşımalara mənfi təsir
göstərirdi. Yeni Kurık bərə kompleksinin istismara
verilməsi isə Xəzər dənizində yükdaşımanın həc-
minin artmasına səbəb olacaq. Kurık kompleksinin
Bakı Limanına daha yaxın məsafədə yerləşməsi
yüklərin daha tez zaman kəsiyində ünvana çatma-
sına imkan yaradacaq.
Kurık limanından ilk yola salınan gəmilərdən
biri Gəmiçiliyin “Şahdağ” gəmi-bərəsi olub. Əsaslı
təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərə-
si Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda
dəmir yolu vaqonları və sərnişin daşıyacaq.
Xatırladaq ki, Gəmiçilik Xəzərdə yeganə bərə
operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gə-
mi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marş-
rutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətəda-
vamlı xidmət göstərmək üçün istənilən gəmiçilik
şirkəti kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
də donanmasında gəmi-bərələrinin sayını artır-
mağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik
2016-cı ilin oktyabr ayında daha 2 unikal Ro-Pax
tipli gəmi-bərənin tikintisini Bakı Gəmiqayırma
Zavodunda sifariş verib. Bununla da "Şərq-Qərb"
və əks istiqamətdə artması gözlənilən yüklərin da-
şınması heç bir maneə olmadan həyata keçiriləcək.
Bərələrin sayının artırılması həm də Azərbaycanın
regionda nəqliyyat-loqistika qovşağına çevrilməsi,
ölkənin tranzit potensialının gücləndirilməsi üçün
də çox böyük əhəmiyyətə malikdir.
BU SAYIMIZDA
AzərbAycAnın dəniz nəqliyyAtı sistemi
AvrAsiyA məkAnının ən mühüm nəqliyyAt-
trAnzit qovşAqlArındAn birinə çevrilib
Azərbaycan tarixən qədim ipək yolunun keçdiyi və bir-bi-
rinə uzaq məsafədə yerləşən dövlətləri ən qısa yolla birləşdirən,
ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Ölkəmizin bu
sahədəki tarixi rolu indi - qloballaşan dünyanın yeni geoiqtisadi
çağırışları kontekstində daha da artaraq strateji əhəmiyyət kəsb
edir. Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə
çevrilən Azərbaycan həm də bu sahədə yeni təşəbbüslərin müəlli-
fidir. ipək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal
dəstəkçisi olan respublikamız müxtəlif
istiqamətlərə tranzit daşımalarının
səmərəli təşkilinə də etibarlı təminat
verir.
səh. 3
12 dekabr ümummilli liderin anım günüdür
UlU Öndər heydər əliyev dühAsını, UcAlığını,
bÖyüklüyünü həmişə xAtırlAyAcAğıq
Tarixdə elə şəxsiyyətlər
yetişib ki, onlara nəinki təmsil
etdikləri xalqın taleyində, eləcə
də dünya siyasətində olduqca
böyük missiyanı həyata keçir-
mək səadəti nəsib olub.
səh. 2
AUdit yoxlAmAsınA
hAzırlıq işləri ApArılır
Azərbaycan
respublikasının
dövlət dəniz Ad-
ministrasiyasında
beynəlxalq dəniz
təşkilatına üzv
dövlətlərin audit
sxeminə (ımsAs)
əsasən keçirilməsi
nəzərdə tutulan
audit yoxlamasına hazırlıq işlərinin
aparılması məqsədilə görüş keçirilib.
“Al JAzeerA” telekAnAlı bAkı limAnı
hAqqındA videomAteriAl hAzırlAyıb
kArAte üzrə respUblikA çempionAtının
qAlibləri müəyyənləşib
Biznes forumda enli də-
mir yoluna malik ölkələrin
milli dəmiryol şirkətlərinin,
aparıcı nəqliyyat, logistika
və maşınqayırma müəs-
sisələrinin, Azərbaycanın və
Rusiyanın əlaqədar dövlət
idarəetmə orqanlarının rəh-
bərləri iştirak ediblər.
Azərbaycanın Baş nazirinin müavini
Abid Şərifov biznes forumda çıxış edərək,
iştirakçıları Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev adından salamla-
yıb, onlara uğurlar və rifah arzu edib.
Yeniyetmə və gənclər arasın-
da 17-ci, böyüklərin isə karate
üzrə 24-cü respublika çempiona-
tının qalibləri məlum olub.
“Sərhədçi” İdman Olimpi-
ya Mərkəzində keçirilmiş yarışda
paytaxt və müxtəlif regionlardan
41 klubu təmsil edən 430 idmançı
iştirak edib.
“Əl Cəzirə” (Al Jazeera Arabic) telekanalının hazırladığı videoma-
terialda bildirilir ki, Azərbaycanda həyata keçirilən böyük investisiya
layihələri bu ölkədə neft-qaz sektoruna alternativ layihələrdir.
Kanalın hazırladığı videomaterialda Ələt qəsəbəsində yaradı-
lan yeni Bakı Limanı və onun ətrafında yerləşəcək Azad Ticarət
Zonası tipli xüsusi iqtisadi zona barədə məlumat verən limanın
baş direktorunun müşaviri Zaur Həsənov bildirib ki, Azərbaycanın
Xəzər dənizi sahilində, dəmir yollarının
və su yollarının kəsişdiyi yerdə yerləşmə-
si, onu Asiya və Avropanı birləşdirən bir
mərkəzə çevirir.
səh. 5
səh. 7
“AzərbAycAn xəzər dəniz Gəmiçiliyi” qsc və
“qAzAxıstAn dəmir yollArı” sc ArAsındA
əməkdAşlıq hAqqındA müqAvilə imzAlAnıb
bAkıdA “strAteJi tərəfdAşlıq 1520: dünyAnın
dÖrd tərəfini birləşdirən - xəzər reGionU”
mÖvzUsUndA beynəlxAlq biznes forUm keçirilib
səh. 4
səh. 8