Kurikulum üzrə dərs nümunəsi
Şükür ƏLİZADƏ,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru
VI SİNİF
FİZİKA FƏNNİ
Kurikulum üzrə təlim əzbərçiliyə deyil, həyati bacarıqlara, başlıca nəticəyə aparan yoldur. Bu yolda
müəllim və şagirdlərin fəaliyyət mexanizmi dəyişir. Müəllim də, şagird də axtarır, tədqiq edir. Müəllim
şagirdləri
müstəqil,
yaradıcı
fəaliyyətə
istiqamətləndirməklə
onun
öz
fəaliyyətinin
nəticələrini
qiymətləndirməyi bacaran şəxsiyyət kimi formalaşmasına bələdçilik edir. O, "Öyrənməyi öyrətmək"lə biliyi
müstəqil əldə etmə bacarığı formalaşdırır.
Kurikulum üzrə təlim prosesində müəllim dərsin mövzusunu elan etmir, motivasiyanı elə qurur ki,
dərsin mövzusu şagirdlərdən alınsın.
Kurikulum üzrə təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində biliklər daha müstəqil, sərbəst
qavranılır və mənimsənilir; məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul
edilməsi üzrə vərdişlər, elmi-tədqiqat aparmaq bacarığı formalaşdırılır; qarşılıqlı hörmət hissi və əməkdaşlıq
vərdişləri aşılanır; təlimin səmərəliliyi xeyli artır.
Buradan görünür ki, kurikulum üzrə dərslərin quruluşu taksonomiyanın mərhələləri üzrə aşağıdakı
kimi təşkil olunmalıdır: motivasiyanın yaradılması və problemin qoyuluşu; tədqiqatın aparılması; informasiya
mübadiləsi; informasiya müzakirəsi və təşkili; müqayisə, ümumiləşdirmə və nəticə; yaradıcı tətbiqetmə;
qiymətləndirmə və refleksiya; evə tapşırıq.
Mövzu: "Ölçü cihazları".
Standart: 3.1.5, 3.1.2, 3.2.1.
Dərsin məqsədləri: Həyatda müxtəlif fiziki kəmiyyətləri ölçmək üçün:
* Ölçü cihazları ilə tanış olmaq;
* bu cihazların ölçü həddini, bir bölgüsünün qiymətini müəyyən etmək;
* alınan ərzağın kütləsini, avtomobilin sürətini, yolun uzunluğu, sinfin uzunluğu və enini, keçən vaxtı
təyin etmək;
* temperatur, təzyiq və suyun həcmini ölçmək.
Resurslar: ruletka, tərəzi, kurvimetr, odometr, menzurka, ştangenpərgar, təzyiqölçən, termometr,
xətkeş, saniyəölçən, elektron tərəzisi, saat, su, kurə və daşlar, sap, karandaş, işçi vərəqləri.
Təlim formaları: Əməkdaşlıq, kiçik qruplarla iş, cütlərlə iş.
Təlim üsulu: Əqli hücum, müsahibə, nümayiş, tədqiqat, yaradıcı tətbiqetmə, BİBÖ.
Dərsin gedişi. 1.Sinfin təşkili - 2 dəq.
Müəllim sinfə daxil olub, salamlaşdıqdan sonra davamiyyəti yoxlayıb, dərsdə iştirak etməyənləri qeyd
edir, lazım gələrsə qısa tərbiyəvi söhbət aparır. Sinfi 4 qrupa bölür, işçi vərəqləri, fizika dərsliyi, elektron və
mexaniki tərəzi, çəki daşı dəsti, kütləsi təyin ediləcək cisimlər, içərisində su olan qab, menzurka, ruletka,
xətkeş, termometr, saat, təzyiqölçən, kurvimetr, ştangenpərgar, odometr, saniyəölçən, bölgülü qabı kiçik
qruplara paylayır.
Motivasiya və problemin qoyuluşu - 5 dəq.
Bu məqsədlə sinfə aşağıdakı suallarla müraciət olunur:
- Həyatda fiziki kəmiyyətləri ölçmək üçün nə etməliyik?
- Hansı ölçü cihazlarından istifadə etməliyik?
Bu suallara cavab vermək üçün lövhədə bir tablo asılır. Tabloda göstərilmiş böyük sual işarəsinin
altında bir anlayış gizlənib. Bu anlayışı müəyyən etməkdən ötrü əvvəl bir neçə kiçik suala cavab verməliyik
(şəkil 1).
M.: Sinfin uzunluğu hansı cihazla ölçülür?
Ş.: Ruletka ilə.
M.: Qüvvə hansı cihazla ölçülür?
Ş.: Dinamometrlə.
M.: Vaxt hansı cihazla ölçülür?
Ş.: Saatla.
M.: Həcm hansı cihazla ölçülür?
Ş.: Həcm menzurka ilə ölçülür.
M.: Əyri xətlərin uzunluğu hansı cihazla ölçülür?
Ş.: Kurvimetrlə və s.
Bu qaydada cədvəldəki bütün suallar şagirdlərə verilərək müvafiq cavablar alınır. Sonra şagirdlərə
belə bir sualla müraciət olunur:
M.: Bu cihazların hamısının üzərində bir hissə vardır. O nədir?
Ş.: Bu cihazların hamısının üstündə şkala vardır.
M: Fiziki kəmiyyətin ölçülməsində cihazların şkalasında nələri bilmək lazımdır?
Ş: Şkalanın ölçü həddini və bir bölgüsünün qiymətini bilmək lazımdır.
M.: Xətkeşin bir bölgüsünün qiyməti necə təyin edilir?
Ş.: Bunun üçün xətkeşin şkalasında ixtiyarı iki ən yaxın a və b cizgiləri qeyd edilib, onların fərqi
hesablanır və həmin cizgilər arasındakı bölgülərin n sayına bölünür:
Sinfin
uzunluğu
hansı cihazla
ölçülür?
Qüvvə hansı
cihazla
ölçülür?
Vaxt hansı
cihazla
ölçülür?
?
?
?
?
?
?
?
Ötən vaxt
hansı cihazla
ölçülür?
Təkərin
fırlanmasına
görə yolun
uzunluğu
hansı cihazla
ölçülür?
Təzyiq hansı
cihazla
ölçülür?
?
?
?
?
?
?
Həcm hansı
cihazla
ölçülür?
Əyri xətlərin
uzunluğu
hansı cihazla
ölçülür?
Cisimlərin
daxili və
xarici ölçüləri
hansı cihazla
ölçülür?
Şəkərin
kütləsi hansı
cihazla
ölçülür?
Dəftərin
uzunluğu
hansı cihazla
ölçülür?
Temperatur
hansı cihazla
ölçülür?
Şəkil 1
M.: Kitabınızda səh.30-da menzurka, termometr və üç xətkeş təsvir olunmuşdur. Bu cihazların ölçü
həddi və bir bölgüsünün qiyməti nə qədərdir?
Ş.: Bu cihazların ölçmə həddi:menzurkada 250 ml, termometrdə 50°C, I xətkeşdə 4 sm, II xətkeşdə 40
sm, III xətkeşdə 25 sm-dir; bir bölgüsünün qiyməti: menzurkada 5 ml, termometrdə 5°C, I xətkeşdə 0,1 sm, II
xətkeşdə 2 sm, III xətkeşdə 1 sm-dir.
M.: Cihaz xətası nəyə deyilir?
Ş.: Cihazın şkalasının bir bölgüsünün qiymətinin yarısına cihaz xətası deyilir.
Kompüterdə istifadə edib ölçü cihazları nümayiş etdirilir.
M.: İndi də gəlin kiçik sualların yerində cavabları yazaq (şəkil.2).
M.: Bütün bunlar birlikdə nə adlanır?
Ş.: Bütün bunlar birlikdə "Ölçü cihazları" adlanır.
M.: Demək, bugünkü dərsimiz "Ölçü cihazları" olur. Onda, böyük sual işarəsinin yerində "Ölçü
cihazları" olmalıdır (şəkil 3).
Sinfin
uzunluğu
hansı cihazla
ölçülür?
Qüvvə hansı
cihazla
ölçülür?
Vaxt hansı
cihazla
ölçülür?
?
Ruletka
Dinamometr
Saat
Saniyəölçən
Odometr
Təzyiqölçən
Ötən vaxt
hansı cihazla
ölçülür?
Təkərin
fırlanmasına
görə yolun
uzunluğu
hansı cihazla
ölçülür?
Təzyiq hansı
cihazla
ölçülür?
Tərəzi
Xətkeş
Termometr
Menzurka
Kurvimetr
Ştangenpərgar
Həcm hansı
cihazla
ölçülür?
Əyri xətlərin
uzunluğu
hansı cihazla
ölçülür?
Cisimlərin
daxili və
xarici ölçüləri
hansı cihazla
ölçülür?
Şəkərin
kütləsi hansı
cihazla
ölçülür?
Dəftərin
uzunluğu
hansı cihazla
ölçülür?
Temperatur
hansı cihazla
ölçülür?
Şəkil 2
Bu iş aparıldıqdan sonra aşağıdakı kimi tədqiqat sualı (sualları) müəyyənləşdirilir.
* Biz ölçü cihazlarını nə üçün öyrənirik?
* Bu cihazlardan istifadə edərkən nəyi bilmək lazımdır?
* Cihazın ölçmə həddini necə təyin edirik?
* Cihazın şkalasındakı bir bölgüsünün qiyməti necə təyin olunur?
Tədqiqatın aparılması - 10 dəq.
Şagirdlər 4 kiçik qruplara ("İstilik", "Elektrik", "Maqnit" və "İşıq") bölünür. Qruplara tapşırıqlar verilir:
1. "İstilik" qrupu: Elektron və mexaniki tərəzi ilə çəki daşı dəstindən istifadə edib verilmiş cismin
kütləsini təyin edin.
2. "Elektrik" qrupu: Termometrdən istifadə edib, verilmiş suyun temperaturunu ölçün.
3. "Maqnit" qrupu: Menzurkadan istifadə edib verilmiş suyun həcmini təyin edin.
4. "İşıq" qrupu: Ruletka və xətkeşdən istifadə edib fizika kitabının və sinif otağının uzunluğunu təyin
edin.
Hər qrupun şagirdləri tədqiqat sualı əsasında axtarış aparır, fikirləşir, verilmiş tapşırıqlar icra edilir və
iş vərəqlərində müvafiq qeydlər aparılır.
İnformasiya mübadiləsi - 5 dəq.
Kiçik qrupun üzvləri öz aralarında informasiya mübadiləsi aparır və gəldikləri nəticəni işçi vərəqlərində
qeyd edirlər.
İnformasiya müzakirəsi - 5 dəq.
İnformasiya müzakirəsi zamanı aşağıdakı kimi suallar verilir:
- Temperatur hansı cihazla ölçülür?
- Cismin kütləsi hansı cihazla ölçülür?
- Təzyiqi ölçmək üçün hansı cihazdan istifadə edilir?
- Xəritədə olan əyri xətlərin (yolların, çayların) uzunluğu hansı cihazla ölçülür?
Şəkil 3
Sinfin
uzunluğu
hansı cihazla
ölçülür?
Qüvvə hansı
cihazla
ölçülür?
Vaxt hansı
cihazla
ölçülür?
Ölçü
cihazları
Ruletka
Dinamometr
Saat
Saniyəölçən
Odometr
Təzyiqölçən
Ötən vaxt
hansı cihazla
ölçülür?
Təkərin
fırlanmasına
görə yolun
uzunluğu
hansı cihazla
ölçülür?
Təzyiq hansı
cihazla
ölçülür?
Tərəzi
Xətkeş
Termometr
Menzurka
Kurvimetr
Ştangenpərgar
Həcm hansı
cihazla
ölçülür?
Əyri xətlərin
uzunluğu
hansı cihazla
ölçülür?
Cisimlərin
daxili və
xarici ölçüləri
hansı cihazla
ölçülür?
Şəkərin
kütləsi hansı
cihazla
ölçülür?
Dəftərin
uzunluğu
hansı cihazla
ölçülür?
Temperatur
hansı cihazla
ölçülür?
- Təkərlərin fırlanması nəticəsində gedilən yolun uzunluğu hansı cihazla ölçülür?
- Mayelərin həcmləri hansı cihazla ölçülür və s.
Şagirdlər verilən sualları cavablandırırlar.
Ş.: - Müqayisə, ümumiləşdirmə və nəticə - 5 dəq.
Bu məqsədlə şagirdlərə aşağıdakı suallar verilir.
M.: Bugünkü dərsimiz nə oldu?
Ş.: Bugünkü dərsimiz "Ölçü cihazları" oldu.
M.: Hansı ölçü cihazlarını tanıyırsınız?
Xətkeş, ruletka, menzurka, tərəzi, saat, termometr, təzyiqölçən, kurvimetr, ştangenpərgar, odometr,
saniyəölçən, ölçü lenti, bölgülü qab.
M.: Müasir dövrdə fiziki kəmiyyətlərin ölçülməsində dəqiqliyi artırmaq məqsədilə hansı cihazlardan
istifadə edilir?
Ş.: Müasir dövrdə şkalaları rəqəmlə əvəz edilən elektron cihazlardan istifadə edilir.
M.: Beləliklə, nə öyrəndiniz?
Ş.: Fiziki kəmiyyətlərin qiymətləri ölçü cihazları vasitəsilə təyin edilir. Bütün ölçü cihazlarının şkalası
vardır. Ölçü cihazlarından istifadə edərkən onun bir bölgüsünün qiymətini təyin etmək vacibdir. Cisimlərin
həcmi menzurka, temperaturu termometrlə, uzunluğu xətkeşlə, kütləsi tərəzi vasitəsilə və s.ölçülür.
Səhifə 29-da iki termometr şəkli verilmişdir. Birinci termometrdə ölçmə həddi 50°C, ikinci termometrin
ölçmə həddi 80°C-dir. Ölçü nəticəsində birinci termometr 26°C, ikinci termometr 23°C göstərir. Birinci
termometrin bir bölgüsünün qiyməti 1°C, ikinci termometrin bir bölgüsünün qiyməti 2°C-dir. Karandaşın
uzunluğu 13,7 sm-lə 13,8 sm arasında olur. Yəni: 13,7 sm < l < 13,8 sm.
Səhifə 32-də iki müxtəlif xətkeşlə tirciklərin ölçülməsi təsvir olunmuşdur. Məlum olur ki, a cisminin
uzunluğu 42 mm, b cisminin uzunluğu 42,5 mm-dir.
Yaradıcı tətbiqetmə - 6 dəq.
Bu məqsədlə aşağıdakı kimi test tapşırıqları verilir:
M.: Sizə aşağıdakı məqsədlər üçün cihazlar almaq lazımdır. Hansını seçərdiniz?
- Otağınızın temperaturunu ölçmək üçün:
A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.
- Cismin uzunluğunu ölçmək üçün:
A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.
- Zamanı ölçmək üçün:
A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.
- Həcmi ölçmək üçün:
A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.
Qiymətləndirmə və refleksiya - 5 dəq.
İş vərəqləri toplanılır, təhlil edilir və qruplar təqdim olunan qiymətləndirmə cədvəlindəki kimi
qiymətləndirilir:
Evə tapşırıq - 2 dəq.
V sinfin fizika dərsliyindən "Ölçü cihazları" mətnini öyrənmək, xətkeşdən istifadə edib iş stolunun
uzunluğu və enini, evdə işlədiyiniz otağın ölçülərini təyin etmək və keçilənləri təkrarlamaq.
Qiymətləndirmə cədvəli
Kiçik qruplar
Meyarlar
“İstilik”
qrupu
“Elektrik”
qrupu
“Maqnit”
qrupu
“İşıq”
qrupu
Ölçü cihazlarını tanıyır
*****
*****
*****
****
Ölçü cihazlarından istifadə
etməyi bacarır
*****
*****
*****
****
Ölçü cihazlarının bir
bölgüsünün qiymətini təyin
etməyi bacarır
*****
*****
****
***
Ölçü cihazlarını tətbiq etməyi
bacarır
*****
*****
****
****
Dostları ilə paylaş: |