Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə35/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   31   32   33   34   35   36   37   38   ...   172

www.vivo-book.com 

 

206 



– ―Xeyr‖ cavabı qəbul olunmur,  – acıqlanır. – Mənim 

mənzilimə  köçərsən,  hətta  saçlarından  tutub  sürümək  lazım 

gəlsə də belə olacaq. 

Heyrətlə  ona  baxıram.  Ġnanılmazdır.  Əlli  çalar 

möhtəĢəm, parlaq çoxsimalılıqdadır. 

–Məncə, sən təhlükəni ĢiĢirdirsən. 

– Yox. Gedək. Söhbəti evimdə davam etdirərik. 

Mən  hirsli  halda  ona  baxıram,  qollarımı  sinəmdə 

çarpazlamıĢam. О, lap ağ eləyib. 

– Yox, – inadkarlıqla təkrarlayıram. 

– Ya öz xoĢunla gedəcəksən, ya da mən səni aparacam. 

Məni hər iki variant təmin edir. 

–  Cəsarətin  çatmaz,  –  gülümsəyirəm.  Axı  o,  Ġkinci 

avenyuda məzhəkə çıxara bilməyəcək. 

Kristian gülümsəyir, amma gözlərindən sərtlik oxunur. 

–  Hə,  balaca,  hər  ikimiz  bilirik  ki,  mənim  səbrimlə 

oynamağın axırı necə bitir. 

Acıqlı halda bir-birimizə baxırıq və qəfildən o əyilir və 

ombalarımdan  tutub  məni  yuxarı  qaldırır.  Hələ  özümə 

gəlməmiĢ gördüm ki, qarnımla onun çiyni üstəyəm. 




www.vivo-book.com 

 

207 



– Məni rahat burax! – ciyildəyirəm. Ох, qıĢqırmaq necə 

də xoĢuma gəlir! 

QıĢqırıqlarıma  əhəmiyyət  vermədən  məni  çiynində 

Ġkinci  avenyu  ilə  aparır.  Bir  əliylə  möhkəm  tutub,  o  biri 

əliylə isə yanımı Ģapalaqlayır. 

–  Kristian!  –  qıĢqırıram.  Yoldan  keçənlər  çönüb  bizə 

baxır.  Utandığımdan  nə  edəcəyimi  bilmirəm.  –  Özüm 

gedərəm! Özüm gedərəm! 

О, məni yerə qoyur və qədini düzəltməyə macal tapmır 

ki,  öz  evimə  tərəf  addımlamağa  baĢlayıram,  qəzəbdən 

cingildəyirəm,  onu  heç  vecimə  də  almıram.  Hə,  əlbəttə, 

bəzən  o,  yanımla  addımlayır,  amma  ona  hələ  də  əhəmiyyət 

vermirəm. Nə etməliyəm? Elə hirslənirəm ki, nəyə daha çox 

hirslənməyimi də heç bilmirəm. 

Yol gedərkən təxmini bir siyahı tərtib edirəm: 

 

О, məni çiynində apardı, bu, mənimçün yolverilməzdir, 



altı yaĢdan yuxarı istənilən adam üçün olduğu kimi. 

О, məni salona apardı, bu salon isə keçmiĢ məĢuqəsi ilə 

birgə ona məxsusdur, – bu səfehlik deyilmi? 



www.vivo-book.com 

 

208 



Elə  həmin  salona  o,  keçmiĢ  kölələrini  gətirib,  bu  da 

səfehlikdir. 

О, hətta anlamadı ki, bu ədəbsizlikdir, – hələ bir ağıllı 

adam hesab olunur. 

Dəli  məĢuqələrin  varlığı,  hərgah  keçmiĢ  də  olsa.  Onu 

bunda  ittiham  eləyə  bilərəmmi?  Ġndi  elə  qəzəbliyəm  ki, 

ittiham eləyə bilərəm. 

О, bank hesabımı bilir – bu, həddən artıq ədəbsizlikdir. 

Onun SĠP-i satın alması – pulu ağlından çoxdur. 

O  məni  öz  evinə  köçməyimi  təkid  edir  –  Leyla 

tərəfindən  təhdid,  görünür,  onun  düĢündüyündən  də 

ciddidir… Buna görə mənə dünən heç nə deməyib? 

 

Beynimdə  tapmacalara  cavab  dövr  edir.  Nəsə  dəyiĢib. 



Amma  nə?  Ayaq  saxlayıram,  Kristian  da  mənimlə  birgə 

dayanır. 

– Nə baĢ verib? – qəzəblə soruĢuram. 

– Nəyi deyirsən? – dəqiqləĢdirir o və qaĢlarını sual dolu 

nəzərlə qaldırır. 

– Leylayla nə baĢ verib. 




www.vivo-book.com 

 

209 



– Artıq sənə dedim. 

– Yox, demədin. Daha nəsə var. Dünən təkid eləyirdin 

ki, sənin evinə köçüm. Axı nə baĢ verib? 

О, qərarsız halda zənn eləyir. 

– Kristian! Cavab ver! – tələb edirəm. 

–  Dünən  o,  hiyləyə  əl  ataraq  silah  saxlamaq  üçün 

razılıq əldə edib. 

ĠĢə  bir  bax.  Kristiana  baxıram,  səfeh  görkəmlə 

gözlərimi döyürəm və bu xəbəri həzm edə-edə hiss eləyirəm 

ki, rəngim solur. Ġndi ürəyim gedəcək. Bəlkə Leyla Kristianı 

öldürmək istəyir? Yox!.. 

– Deməli. O, özünə silah da ala bilir, – pıçıldayıram. 

– Аnа, – o, qayğılı tərzdə tələffüz eləyir və çiynimdən 

tutur,  –  Leylanın  səfeh  bir  hoqqa  çıxaracağına  inanmıram, 

amma sənin hər hansı bir riskə düĢməyini də istəmirəm. 

– Mən hələ heç… bəs sən? – pıçıldayıram. 

О,  qüssəli  simayla  mənə  baxır,  qollarımla  ondan 

yapıĢıram,  möhkəm  qucaqlayıram  və  burnumu  Kristianın 

sinəsinə dirəyirəm. Deyəsən, o, etiraz eləmir. 

– Gedək geriyə, – mızıldanır, əyilir və məni öpür. 




www.vivo-book.com 

 

210 



 

Vəssalam.  Bütün  qəzəbim  keçib  getdi,  amma 

unudulmadı.  Kristian  üçün  təhlükə  təhdidi  olduğu  üçün 

əsəbim  soyudu.  Bu  haqda  düĢünmək  belə  mənimçün 

dözülməzdir. 

 

Ən 



bədbin 

əhval-ruhiyyədə 

əĢyalarımı 

kiçik 


çamadanımı 

yığıram, 

arxa 

çantaya 


noutbukumu, 

―blekberi‖ni, aypad və ―çarli Tanqo‖ Ģarını qoyuram. 

–  ―Çarli  Tanqo‖nu  da  özünlə  götürürsən?  –  Kristian 

təəccüblənir. 

BaĢımın  hərəkətiylə  təsdiqləyirəm  və  o,  mərhəmətlə 

gülümsəyir. 

– ÇərĢənbə axĢamı Ġtan qayıdacaq, – mızıldanıram. 

– Ġtan? 


– Keytin qardaĢı. Sietldə özünə ev tapana qədər burda 

yaĢayacaq. 

Kristian  laqeyd  halda  mənə  baxır,  amma  onun 

gözlərində buz parçalarının peyda olmasını sezirəm. 




www.vivo-book.com 

 

211 



– Çox yaxĢı ki, mənim evimə köçürsən. Onun yeri dar 

olmayacaq, – sakitcə deyir o. 

–  Bilmirəm  onun  açarı  var,  ya  yox.  ÇərĢənbə  axĢamı 

bura gəlməli olacam. 

Kristian cavab vermir. 

– ƏĢyaların hamısını topladım. 

O,  çamadandan  yapıĢır,  küçəyə  çıxırıq  və  evin 

arxasındakı  dayanacağa  yönəlirik.  ―Audi‖m  ordadır. 

Ġxtiyarsız  çiynimin  üstündən  geriyə  baxıram  və  baĢa 

düĢmürəm  ki,  bu, paranoyadır,  ya  da  həqiqətən,  kimsə  bizi 

izləyir.  Kristian  sərniĢin  oturacağı  olan  hissənin  qapısını 

mənimçün açır və intizarla gözləyir. 

– Oturursan? 

– DüĢünürdüm ki, sükan arxasında oturacam. 

– Yox, maĢını mən sürəcəm. 

–  Məgər  mən  pis  sürürəm?  Bircə  demə  ki,  sürücülük 

üzrə  neçə  bal  aldığımı  bilirsən.  Səni  casusluq  meyllərin 

məni  artıq  təəccübləndirmir,  –  bəlkə  də  o,  yazılı  imtahanı 

güclə adlaya bildiyimi baĢa düĢüb. 

– Otur maĢına, AnasteyĢa, – Kristian acıqlanır. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə