İbrahim Həbibov
2
İbrahim Həbibov.
Mühəndis qrafikası kafedrası: 80 illik şərəfli yolun tarixi.
Bakı, ADNA-nın mətbəəsi, 2013, 156 səh.
Bu kitabda əsası 1932-ci ildə qoyulmuş və respublikada ilk dəfə olaraq «Tərsimi
həndəsə» fənninin tədrisi ilə məşğul olan ali məktəb kafedrasının keçdiyi şərəfli yolun tarixi, bu
yolda bilik və bacarıqlarını əsirgəməyən şəxsiyyətlər haqda məlumatlar toplanmışdır. Bu
insanların hər birinin ali məktəblərdə texniki biliklərin inkişafında, respublikada qrafiki
mədəniyyətin
yüksəldilməsində, yanacaq-enerji kompleksi üçün savadlı və yüksək ixtisaslı
mütəxəssislərin yetişdirilməsində böyük və əvəz olunmaz rolu olmuşdur.
Kitab mühəndis hazırlığı prosesində iştirak edən professor-müəllim heyəti, texniki profilli
ali məktəlbərdə təhsil alan bakalavr, magistr və gənc tədqiqatçılar üçün yararlı vəsait ola bilər.
ISBN 978-9952-440-39-9
© İbrahim Həbibov, 2013
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
3
ÖN SÖZ ƏVƏZİ
Azərbaycan Dövlət Neft Akademiyasının «Mühəndis qrafikası» kafedrası
onun strukturuna daxil olan, zəngin tarixi və özünəməxsus idarəçilik prinsipləri ilə
fərqlənən, illər boyu formalaşmış ənənələrini saxlayan kafedralardan biridir.
Keçdiyi 80 illik şərəfli yol boyunca bu kafedrada dahi şəxsiyyətlər,
peşəkar
müəllimlər, öz işini dərindən sevən fədailər, həyatını təhsil sahəsinə həsr edənlər,
burada illər boyu formalaşan adət və ənənələri qoruyub saxlayan insanlar yaşayıb
yaratmışdır.
Bu insanların zəhməti nəticəsində «Mühəndis qrafikası» kafedrasının şöhrəti
Azərbaycanın sərhədlərini aşaraq dünyanın müxtəlif guşələrinə yayılmışdır. Kafed-
ranın yetirmələri Azərbaycan iqtisadiyyatının bütün sahələrində çalışaraq hansı ali
məktəbin tələbələri olduqlarını uğurla təsdiqləyərək ona baş ucalığı gətirirlər.
Bu gün tam əminliklə demək olar ki, «Mühəndis qrafikası» kafedrası
ölkəmizin təhsil sisteminin qızıl üzüyü
olan Azərbaycan Dövlət Neft
Akademiyasının ən dəyərli bəzək daşıdır.
Kafedranın kollektivi bu ilin payızında onun yaradılmasının 80 ilinin qeyd
olunmasına hazırlaşır.
Bu kitabın yazılmasının əsas səbəbi «Mühəndis qrafikası» kafedrasının
yaranmasında və formalaşmasında xidmətləri olan insanları yad etmək, onların
adlarını layiq olduqları səviyyədə əks etdirməkdir.
Bu, kafedranın tarixini özündə əks etdirən ilk kitabdır. Kitabla tanış olanlar
burada bəzi müəllimlər haqda məlumatların olmadığını qeyd edə bilərlər. Bəri
başdan onlardan üzr istəyərək deməliyəm ki, bu arxiv materiallarının olmaması,
müəyyən şəxslərin yaşayış məkanlarının dəyişməsi və ya əlaqələrin tam itməsi ilə
bağlı olmuşdur. Məqsəd mümkün qədər kafedranın qısa tarixini və burada çalışan
insanlar haqqında əldə olunmuş materialları əbədiləşdirməkdir.
Hörmətlə,
İbrahim Həbibov
İbrahim Həbibov
4
«Mühəndis qrafikası» kafedrasının qısa tarixi
Əsası 1920-ci
ildə qoyulan, neft elminin beşiyi hesab edilən Azərbaycan
Dövlət Neft Akademiyasında mühəndis hazırlığında xüsusi yeri olan kafedralardan
biri də «Mühəndis qrafikası» kafedrasıdır.
1924-1925-ci tədris ilinə qədər,
Azərbaycan Politexnik İnstitutu adını
daşıyan
bu ali məktəbdə, «Tərsimi həndəsə» və «Rəsmxət» fənləri institutun
aparıcı professor-müəllim heyətinə həvalə edilmişdi. Belə ki, «Tərsimi həndəsə»
fənni professor D.N.Qolovin, B.Q.Pobedinski, L.İ.Yelkin, «Rəsmxət» fənni isə
tanınmış mühəndislər A.Q.Babayev, B.A.Bayer, V.S.Qridin, B.Y.Starodub və
başqaları tərəfindən tədris olunurdu. Adları çəkilən fənlərə metodiki təminat və
onların tədrisi ilə bağlı problemlərin həlli institutda yaradılmış «Fənn
komissiyaları» tərəfindən həyata keçirilirdi. İnstitut
inkişaf etdikcə, tələbə
kontingenti artdıqca və bu fənlərin mühəndis hazırlığındakı vacibliyi zəruriliyi
nəzərə alınmaqla, onların tədrisinin konkret kafedralar tərəfindən aparılması
aktuallaşmağa başlayır. Bu məqsədlə institutda 1924-1925-ci tədris ilində «Maşın
hissələri, yük qaldıran mexanizmlər, tərsimi həndəsə və rəsmxət» kafedrası
yaradılır. Kafedrada «Tərsimi həndəsə» və «Rəsmxət» dərslərini V.F.Puzırevski,
Ə.Məmmədov, K.Məmmədov və digər müəllimlər aparmağa başlayırlar. 1930-
1931-ci tədris ilində kafedraya yeni gənc müəllimlər qəbul olunur. Bunların
sırasında İ.İ.Qarayev, Ə.A.Əliyev və V.N.Qorsenskinin adlarını çəkmək olar.
1930-cu ilin may ayının 29-da Azərbaycan
Poitexnik institutu M.Əzizbəyov
adına Azərbaycan Neft İnstitutuna (ANİ) çevrilir. Az sonra, 1932-ci ildə
Dekanlar Şurasının qərarı ilə ilk dəfə olaraq «Tərsimi həndəsə və rəsmxət» adlı
müstəqil kafedra yaradılır və kafedraya rəhbərlik V.F. Puzırevskiyə tapşırılır.
1934-cü ildə bu təhsil ocağının adı dəyişdirilərək
Azərbaycan Sənaye
İnstitutu (ASİ) adlandırılır. İnstitutda müəyyən struktur çevrilmələri aparılır və
kafedra yenidən «Maşın hissələri və maşınqayırma mexanizmləri» kafedrası ilə
birləşdirilir. Bu vəziyyət 1938-ci ilə qədər davam edir. Sonradan kafedra müstəqil