İbrahim Həbibov
30
- Tez bir ərizə yaz, səni işə qəbul edirəm — deyir. Bu zaman qapı açılaraq bir
nəfər içəriyə daxil olur.
- Vaqon Ovanesov, sənin rəhbərlik etdiyin lay fizikası laboratoriyasındakı
vakant texnik yerinə bu cavan oğlanı qəbul edirəm, tanış ol və onu elə bu gün
laboratoriyanın işləri ilə tanış et. O, bu gündən laboratoriyanın işçisi sayılır —
deyərək Abduləli müəllimin yazdığı ərizəni tez imzalayaraq iş stolunun kənarına
çəkir.
- Biz o yerə başqa iki nəfəri seçmişik və fikrimiz onların birini qəbul
etməkdir.
- Sənin fikrin mənə aydındır, gətirdiyin Kukasyan və Vartanyan bu vakant
yerə layiq deyillər. İndi isə get, Əsədovun iş yerini ona göstər və məlumat ver, bizə
belə gənc işçilər lazımdır, bildin? — səsini bir qədər yüksəldərək, Ovanesova —
Gedə bilərsiniz — dedi. Sonradan məlum olur ki, Mahmud Əliyeviç ona deyib ki,
işə götürməyə azərbaycanlı gənc oğlanları dəvət etmək lazımdır. O isə özünün
ermənilərini hər vəchlə instituta soxmağa çalışırdı.
Mahmud müəllim Əsədovun işləyə-işləyə ali məktəbdə oxumasına şərait
yaradaraq, bir il sonra onun mühəndis vəzifəsinə seçilməsi üçün vakant yer ayırır.
Mühəndis vəzifəsinə keçdikdən sonra Nəriman Tahirov Abduləliyə elmi işlə
məşğul olmağı təklif edir və o, bu işə böyük həvəslə girişir. Uğurlu illər bir-birini
əvəz edir, institutdakı fəaliyyətinin üçüncü ili rəhbərlik Abduləli müəllimin ailə
qurmaq istəyində olduğu və fəallığı nəzərə alınmaqla öz tikdikləri yaşayış
binasından ona üç otaqlı mənzil verir.
O, 1961-ci ildən başlayaraq artıq öz elmi məqalələrini tanınmış jurnallarda
dərc etdirməyə başlayır. İlk məqaləsi «Azərbaycan Elmlər Akademiyasının
xəbərləri»ndə dərc olunanda çox sevincli bir gün yaşadığını xatırlayan Abduləli
müəllim, sonrakı illər məqalələrin sayının və əhatə diapazonunun genişləndiyini
kafedranın gənc tədqiqatçılarına həvəslə danışır. Bunlarla yanaşı işlədiyi lay
fizikası laboratoriyasında eksperimentlərin aparılmasında laboratoriya müdiri
Vaqon Ovanesovun hər növ maneçilik törətməyini və bu səylərin onda necə nifrət
hissi yaratdığını mənimlə bölməyə çalışırdı.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
31
Bir dəfə Nəriman müəllim ona təklif edir ki, məqalələrini toplayıb akademik
Azad Mirzəcanzadəyə göstərsin. Təklifi qəbul edən Abduləli müəllim Azad
müəllimin yanına gəldiyini və onunla söhbətdən çox xoş təəsüratla ayrıldığını
xatırlayır. Akademikin: - Seçdiyin mövzu aktual mövzudur, məqalələrin də
yaxşıdır — deməsindən çox fərəhləndiyini qeyd edərək Azad müəllimin ona — sən
A.V.Lıkovun kitabını tap, və orada 70-ci səhifədə sənin mövzuna aid olan
məsələlərə nəzər sal və bir neçə gündən sonra yanıma gəl - deməsinin ona yeni güc
və qüvvə verməsindən danışdıqca bu insanın uğurlarına sevinməmək olmur.
Təcrübə-sınaq işlərinin aparılması
Növbəti görüşdə Azad müəllimin bir neçə yeni tədqiqat işlərinin
aparılmasını təklif etdi. Eksperimentlərin nəticəsi onun çox xoşuna gəldiyi üçün o,
Abduləli müəllimin dissertasiya işinə rəhbər olmağa razılıq verir.
24.06.1966-cı il tarixdə Abduləli müəllim texnika elmlər namizədi elmi
dərəcəsi almaq üçün yazdığı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir.
Müdafiədən sonra Azad müəllim onu öz kafedrasında işləməyə dəvət edir.
26.06.1967-ci il tarixində Azərbaycan Neft və Kimya institutunun problem labora-
toriyasına baş elmi işçi vəzifəsinə qəbul olunaraq o, işlədiyi müddətdə elmi işlərlə
məşğul olmaqla yanaşı, həm də tədris yükünü aparırdı. Azad müəllim öz aspirant-
larının elmi təcrübələrinə nəzarəti ona tapşırmışdı. Kafedranın gənc mütəxəssisləri
İbrahim Həbibov
32
olan Qalib İsgəndərov, Çilidən gəlmiş Süleyman, Almaniyadan gəlmiş Daşdəmiri
Cabbarov və başqaları ilə xoş münasibətlər qura bilmişdi.
03.01.1969-cu ildə SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə ona
baş elmi işçi attestatı təqdim olunmuşdu.
Akademik Azad müəllimin tövsiyəsi ilə Abduləli Əsədov 07.02.1972-ci
ildən «Rəsmxət» (indiki «Mühəndis qrafikası») kafedrasında assistent vəzifəsinə
qəbul olunmuş və 13.10. 1976-cı ildə isə həmin kafedranın dosenti olmuşdur.
ADNA-da işlədiyi müddətdə iki dərs vəsaiti, 2 metodiki göstəriş, 90-a yaxın
elmi-metodiki məqalələri müəllif və həmmüəllif kimi nəşr etdirmişdir.
Elmi fəaliyyətinin nəticələrini şərh etmək məqsədi ilə beynəlxalq və
respublika kofranslarında maraqlı çıxışlar etmiş, Rusiya Federasiyasının aparıcı ali
məktəblərində və müəssisələrində təcrübələr keçmişdir.
Abduləli müəllim ADNA-nın ictimai həyatında aktiv iştirak edir. Onun bu
xidməti Təhsil nazirliyi, Azərbaycan Respublikası Həmkarlar ittifaqının, ADNA-
nın Fəxri fərmanları ilə qiymətləndirilmişdir.
O, kafedra müəllimləri ilə mehriban münasibətdədir. Onların ehtiram və hör-
mətini saxlamağı özünə borc bilir. Hər hansı bir müəllim ilə birgə imtahan apar-
dıqda müəllim razılığını nəzərə almadan tələbə haqda birmənalı qərar qəbul etmir.
Mühəndis qrafikası fənni üzrə imtahan
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
33
Ümumiyyətlə, harada olmağından asılı olmayaraq insanlarla xoş ünsiyyət
yaratmağa çalışır. Onun olduqca yaxşı yol yoldaşlığı vardır. Hər ilin iyul—avqust
aylarında Moskva, Sankt-Peterburq, Kiyev, Tiflis və başqa şəhərlərə səyahət
etməyi xoşlayır. Son illərə qədər kafedranın müəllimləri Cahangir, Zöhrab, Səfa,
Oqtay və digərləri ilə avtomobil səyahətlərinə çıxardılar.
Söhbətlərindən yadımda qalanından biri də İsmayılov Cahangir və Kərimov
Zöhrab müəllimlə Qara dəniz sahilləri ilə Yalta şəhərinə qədər maşınla
səyahətləridir. Bu səyahət zamanı baş verən hadisələri maraqla danışır.
Abduləli müəllim gözəl ailə başçısıdır.
Onun həyat yoldaşı Solmaz xanım ixtisasca
tibb bacısıdır. Onların iki oğul, bir qız
övladı və beş nəvələri vardır. Övladlarının
hər üçü ADNA-nın müxətlif fakültələrini
bitirmişlər. Onların tərbiyələrinin, ailəyə,
valideynlərə və insanlara qarşı münasibət-
lərinin formalaşmasında Abduləli müəl-
limin böyük zəhməti var. Baba olmasından
fərəhlə danışır və nəvəni dünyada ən böyük
Allah payı kimi qiymətləndirir.
Abduləli müəllim həmişə bir faktı qeyd edir: «Hər bir insanın həyatda
yaşamaq
–
yaratmaq arzusu, fiziki və ruhi durumu onun ailəsindəki vəziyyət ilə
bağlıdır. Əgər ailədə rahatlıq yoxsa, həyat normal ola bilməz».
Mən bu prinsipial insana, sədaqətli dost və yoldaşa, mehriban ataya ailə
səadəti və sağlam həyat arzulayıram.
Dostları ilə paylaş: |