MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
19
YÜKSƏK ƏXLAQİ KEYFİYYƏTLƏRƏ MALİK İNSAN
Bünyadov Sabir Bünyad oğlu
Bünyadov Sabir Bünyad oğlu 1933-cü ildə
Göyçay rayonunda anadan olmuşdur. Onun uşaqlıq
və məktəb illəri Azərbaycanın bu səfalı guşəsində
keçmişdir.
1950-ci ildə Göyçay rayonunda orta məktəbi
bitirdikdən sonra Bakı Neft Texnologiya texnikumu-
na daxil olub oranı 1953-cü ildə bitirmişdir.
Onun atası Bünyadov Bünyad Yaqub oğlu Böyük Vətən müharibəsi əlili
olmuşdur. Anası Bünyadova Səfurə Şamil qızı öz həyatını övladlarının tərbiyəsinə
həsr etmişdir.
Texnikumu bitirdikdən sonra Sabir müəllim əmək fəaliyyətinə (1953-1962-
ci illərdə) Leytenant Şmidt adına maşınqayırma zavodunda başlamışdır. O, həmin
zavodda əvvəlcə texnoloq, sonra növbə rəisi, daha sonra isə ştanq sexində rəis
vəzifəsində çalışmışdır. Bu müddət ərzində 20-dən çox səmərələşdirici təklif irəli
sürmüşdür.
1956-cı ildə o, istehsalatdan ayrılmamaqla öz təhsilini davam etdirmək üçün
M.Əzizbəyov adına Neft və Kimya institutunun «Neft-mexanika» fakültəsinə daxil
olur. 1962-ci ildə oranı bitirdikdən sonra, böyük istehsalat təcrübəsi olduğu nəzərə
alınmaqla, institutun «Metallar texnologiyası» kafedrasına işə dəvət olunur.
1963-cü ildə müsabiqə əsasında baş müəllim seçilir. Elmi-tədqiqat işlərinə
olan böyük marağı onu aspiranturaya daxil olmağa həvəsləndirir. Bütün varlığı ilə
tədqiqatlara başlayan Sabir müəllim 1967-ci ildə «Исследование сплавов на
цинковой основе применительно к условиям работы некоторых деталей
нефтяного оборудования» mövzusunda namizədlik dissertasiyası müdafiə edir.
Onun bu uğuru M.Əzizbəyov adına Neft və Kimya institutunun rəhbərliyi
İbrahim Həbibov
20
tərəfindən layiqincə qiymətləndirilir və 1969-cu ildə Sabir müəllim «Metallar
texnologiyası» kafedrasına müsabiqə əsasında dosent seçilir.
1973-cü ildə S.Bünyadov Moskva Polad və Xəlitələr institutunda
ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vuraraq öz elmi-pedaqoji fəaliyyə-
tini genişləndirir.
Sabir müəllim institut və şəhər səviyyəsində böyük ictimai fəaliyyət
göstərirdi. O, institutun Xalq Nəzarəti komitəsinin sədri, Nəsimi rayon və Bakı
şəhər xalq nəzarəti idarələrinin daimi üzvü idi. Onun obyektivliyi və düzgünlüyü
hamı tərəfindən qeyd edilirdi.
Sabir müəllim 1976-1985-cı illərdə «Metallar texnologiyası» kafedrasının
müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildə «Mühəndis qrafikası» kafedrasına
müdir vəzifəsinə seçilmiş və 1992-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir.
Bünyadov Sabir yüksək erudisiyalı, geniş dünya görünüşünə malik alim
olaraq çalışdığı böyük kollektivin hörmətini qazanmışdır.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
21
GÖRKƏMLİ ALİM, MEHRİBAN OĞUL VƏ ATA
Bəxtiyarov Səyavur İsfəndiyar oğlu
Bəxtiyarov Səyavur İsfəndiyar oğlu
1952-ci il may ayının 18-də Bakı şəhərində
ziyalı ailəsində anadan olmuşdur.
Onun atası İsfəndiyar Bəxtiyar oğlu
(1925-ci il təvəllüdlü) mətbəədə retuşçu işləyib.
Anası Hüseynova Züleyxa (1932-ci il təvəllüdlü) uşaq baxçasında tərbiyəçi
işləyib. Bu ailədə Səyavur müəllimdən başqa iki qız uşağı da böyüyürdü -1953-cü
il təvəllüdlü Gülnaz və 1959-cu il təvəllüdlü Gülsədəf. Səyavur Bəxtiyarov Bakı
şəhəri 18 saylı orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Neft və
Kimya institutunun “Qazneftmədən” fakültəsinə daxil olmuş və 1974-cü ildə
institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, 1975-ci ildə aspiranturaya daxil
olmuş, 1978-ci ildən «Nəzəri mexanika» kafedarsında assistent vəzifəsində
çalışmışdır. 1983-cü ildə müsabiqə əsasında kafedrada dosent vəzifəsinə
seçilmişdir. «Nəzəri mexanika» kafedrasında işlədiyi müddətdə o özünü yüksək
pedaqoji qabiliyyətə malik savadlı və vicdanlı müəllim kimi göstərmişdir. Onun
gərgin əməyi nəticəsində 10-dan çox tədris-metodik iş hazırlanmışdır.
Gənc yaşlarından aktiv elmi fəaliyyətlə məşğul olan Səyavur müəllim qısa
bir müddətdə hidromexanika və reologiya sahəsində dərin professional biliklər
qazanaraq respublikamızda və ondan kənarlarda tanınmış mütəxəssisə çevrilir.
Onun 40-dan çox elmi işi müxtəlif səviyyəli nəşrlərdə çap olunur. 1982-ci ildə onu
Britaniya reoloqlar cəmiyyətinə üzv seçirlər.
Səyavur müəllim 1991-ci ildə müvəffəqiyyətlə doktorluq dissertasiyasını
müdafiə etmiş və texnika elmlər doktoru alimlik dərəcəsi almışdır.
1992-94-cü illərdə «Mühəndis qrafikası» kafedrasında müdir işləmişdir. O,
kafedranın, eləcə də akademiyanın professor-müəllim və tələbə heyəti arasında
yüksək nüfuz qazanmışdır.
Səyavur müəllim gözəl ailə başçısıdır. Onun bir oğlu, bir qızı və 2 nəvəsi
var. O, hal-hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır.
İbrahim Həbibov
22
SƏNƏTİNİN VURĞUNU, ÖVLADLARININ DOSTU
İsmayılov Cahangir Xalıq oğlu
Cahangir müəllim haqda olan bu yazımı
başlamazdan əvvəl onunla söhbət etdim. O,
ixtisasartırma kurslarından yenicə qayıtmışdı. Ali
təhsil sistemində belə bir qayda var - hər bir müəllim
beş ildə bir dəfə ixtisasartırma kurslarına göndərilir.
Məqsəd müəllimin pedaqoji və tədris etdiyi fənlərlə
bağlı biliklərinin yüksəldilməsidir.
Azərbaycan Dövlət Neft Akademiyası üzrə təsdiqlənmiş ixtisasartırma
planına əsasən Cahangir müəllim 2011-2012-ci tədris ilinin yaz semestrində
Azərbaycan müəllimlər institutuna ezam olunmuşdu. Söhbətimizin əsas mövzusu
kafedranın 80 illik yubileyi ilə bağlı idi. Bizim kafedra 1932-ci ildə yaradılmışdı.
Cahangir müəllimlə uzun illər birgə əməkdaşlıq etdiyimizdən onun
tərcümeyi-halı mənə yaxşı bəlli idi, lakin mən onunla bağlı yazımda bu şəxsiyyətin
insani keyfiyyətlərini, gənclik illəri və ümumiyyətlə onun üçün əziz və yadda qalan
günləri də əks etdirmək istəyirəm.
Xeyli söhbətimiz oldu Cahangir müəllimlə. Onun haqqında məndə olan
məlumatları və söhbətimizdən yararlandıqlarımı qələmə almağı qərara aldım.
Cahangir müəllim 1936-cı ilin 5 dekabrında vətənimizin paytaxtı Bakı şəhə-
rində anadan olmuşdur. Uşaqlıq illəri haylı-küylu, dava-dalaşlı, o dövrdə Ostrov-
ski (indiki Süleyman Tağızadə) küçəsi kimi tanınan məhəllədə keçmişdir. Söhbət
zamanı o, tez-tez məhəllədəki 21 saylı dalanı və doğma evlərini yada salırdı.
Atası - Xalıq Həmid oğlu (1881-ci il təvəllüdlü) və anası - Çimnaz Rəsul
qızı da (1901-ci il təvəllüdlü) Bakı şəhərində dünyaya göz açmışdılar. Xalıq kişi
dərzi, Çimnaz xanım isə evdar qadın idi. Özləri savadsız olsalar da, hər üç övladla-
rını savadlı görmək istəyirdilər və bunun üçün əllərindən gələni əsirgəmirdilər.
Dostları ilə paylaş: |