İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları
İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması Qaydaları (bundan sonra -
Qaydalar) "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa uygun işlənib hazırlanmışdır.
"İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması Qayadaları" Dövlət Elm
və Texnika Komitəsinin 5 iyul 1999-cu il tarixli 09 saylı Əmri ilə təsdiqlənib.
İxtisarların siyahısı:
Qanun - "Patent haqqında" Azərbaycan Respublikasının Qanunu
Patent idarəsi - Azərbaycan Respublikası Elm və Texnika Komitəsinin Patent-lisenziya idarəsi
(PLİ) və Milli patent ekspertizası mərkəzi (MPEM)
İddia sənədi - İxtiraya patentin verilməsi üçün müəyyən edilmiş qaydada tərtib olunan sənədlər
toplusu.
Konvensiya ilkinliyi - Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına uyğun olaraq
verilmiş iddia sənədi
Beynəlxalq iddia sənədi - Patent Kooperasiyası haqqında Mügaviləyə və Avrasiya Patent
konvensiyasının təlimatına uyğun tərtib olunmuş sənədlər toplusu
BPT - Beynəlxalq Patent Təsnifatı
1-ci hissə
1. Ixtira barəsində iddia sənədi.
1.1. İxlira obyektləri.
Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndinə uyğun olaraq ixtira obyektləri aşağıda göstərilənlər
ola bilər:
qurğu, üsul, maddə, mikroorqanizm ştammları, bitki və heyvan huceyrələrinin kulturaları, həmçinin
əvvəllər məlum olan qurğunun, usulun, maddənin, mikroorqanizm ştammının yeni təyinatla tətbiqi.
1.1.1. İxtira obyekti sayılan qurğu və onun əlamətləri.
Qurğular, konstruksiyalar, məmulatlar İxtira obyektləri sayılaraq aşağıdakı əlamətlərlə
səçiyyələndirilir;
elementlər arasında əlaqənin olması;
elementlərin qarşılıqlı yerləşməsi;
elementin (elementlərin) və ya qurğunun bütövlükdə yerinə yetirilmə
forması, o cumlədən, həndəsi forması;
elementlərin əlaqələrinin yerinə yetirilmə forması;
elementin (elementlərin) parametrləri, başqa xarakteristikaları və onların qarşılıqlı əlaqəsi;
elementin (elementlərin) materialı və ya elementin funksiyasını yerinə yetirən qurğu, mühit.
1.1.2. İxtira obyekti sayılan üsul və onun əlamətləri.
Ixtira obyektləri kimi istifadə olunan üsul, bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi
obyekt üzərində yerinə yetirilməsidir və onu səciyyələndirən əlamətlər aşağıdakılardır:
təsir və ya təsirlər cəminin mövcudluğu;
zamandan asılı olaraq bu cür təsirlərin yerinə yetirilmə qaydaları (ardıcıl, eyni vaxtda, muxtəlif
variantlarda və s.);
təsirin həyata keçirilmə şərtləri, rejimləri, maddənin (ilk xammal, reagent, katalizator və s.),
qurğunun (ləvazimat, alət, avadanlıq və s.), mikroorqanizm ştammlarının, bitki və heyvan
huceyrələrinin quruluşlarının istifadə olunması.
1.1.3. İxtira obyekti sayılan maddələr, onların növləri və əlamətləri.
İxtira obyekti kimi süni surətdə yaradılan maddi törəmələrin növlərinə aşağıdakılar aid edilir:
fərdi kimyəvi birləşmələr və onlara şərti aid edilən yüksək molekulyar birləşmələr və gen
mühəndisliyı obyektləri (plazmalar, vektorlar, nuklein turşularının rekombinat molekulları və
nuklein turşularının fraqmentləri) və onları səciyyələndirən əlamətlər aşağıdakılardır;
kompozisiyalar (tərkiblər, qarışıqlar);
nüvə çevrilmələrinin məhsulları.
1.1.4. İxtira obyekti sayılan mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələrinin kulturası.
İxtira obyekti sayılan mikroorqanizm ştammlarına, bitki və heyvan hüceyrələri kulturasına
aşağıdakılar aiddir:
fərdi mikroorqanizm ştammları, bitki və heyvan huceyrələrinin kulturaları;
mikroorqanizm, bitki və heyvan hüceyrələri kulturalarının konsorsiumları.
1.1.5. Əvvəllər məlum olan qurğunun, üsulun, maddənin, ştammın yeni təyinatla tətbiqi ixtira
obyektidir.
Əvvəllər məlum olan qurğunun, üsulun, maddənin, ştammın ixtira obyekti kimi yeni təyinatla
tətbiqinə, onun məlum olmayan başqa bir təyinata, uyğun istifadəsi aiddir.
Içtimai tələbatı ödəmək məqsədilə məlum olan maddələrin (təbii və ya süni surətdə alınmış
maddələrin) yeni təyinatla ilk tətbiqi, onların yeni təyinatla istifadəsinə bərabər tutulur.
1.1.6. İxtira sayılmayan obyektlər
Aşağıda göstərilən obyektlər ixtira obyektləri sayılmır:
elmi nəzəriyyələr;
riyazi metodlar;
bədii-konstruktor işlərinin nəticələri (dizayn);
təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları;
oyun qaydaları və metodları;
kompüter alqoritmləri və proqramları;
informasiyanın təqdimi üsulları;
şərti işarələr, cədvəllər və qaydalar;
qurğu, bina, ərazi layihələri və planlaşdırma sxemləri;
bitki sortları və heyvan cinsləri (mikrobioloji üsullar və bu üsulla alınan
məhsullar istisna olmaq şərti ilə);
inteqral mikroşxemlərin topologiyaları;
insan və heyvan orqanizmlərinn müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostika
metodları.
1.1.7. İxtiranın vəhdətlik tələbi
Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədi bir ixtiraya və ya öz aralarında
vəhdət təşkil edən bir qrup ixtiraya aid olmalıdır.
Ixtiranın vəhdətlik tələbi o zaman gözlənilmiş sayılır ki:
bir asılı olmayan bəndi olan ixtira düsturunda bir ixtira xarakterizə
olunsun;
ixtiranın düsturunda bir neçə asılı olmayan bənddə aşağıdakı ixtiralar qrupu xarakterizə edilsin:
onlardan biri digərinin alınması (hazırlanması) üçün nəzərdə tutulsun (məsələn: qurğu və ya maddə
və qurğu və ya maddənin bütövlükdə və ya bir hissəsinin alınması (hazırlanması üsulu);
onlardan biri digərinin həyata keçirilməsi üçün nəzərdə tutulsun (məsələn: üsul və üsulun
bütövlükdə və ya hərəkətlərindən birinin həyata keçirilməsi üçün qurğu);
onlardan biri digərinin istifadəsi (digərində istifadə) üçün nəzərdə tutulsun (məsələn: üsulda istifadə
üçün nəzərdə tutulmuş üsul və maddə; üsul və ya qurğu və onun bir hissəsi; üsul yə ya maddənin
yeni təyinat üzrə tətbiqi və bu yeni təyinatla onlardan istifadə üsulu; qurğu və ya maddənin yeni
təyinat üzrə tətbiqi və tərkibinə bu qurğu və ya maddə daxil olan qurğu və ya maddə);
eyni texniki nəticə alınmasını təmin edən, eyni təyinatlı, bir növdən olan obyektlərə aiddirlər.
2. İxtira barəsində iddia sənədi
2.1. Iddia sənədinin tərkibi
Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədinin tərkibi aşağıdakılardan
ibarətdir:
patent verilməsi haqqında ərizə;
ixtiranı həyata keçirmək üçün onu tam şəkildə açıqlayan ixtiranın təsviri;
ixtiranın mahiyyətini ifadə edən və tamamilə ixtiranın təsvirinə əsaslanan ixtiranın düsturu
(ixtiranın düsturu azərbaycan, rus və ingilis dillərində tərtib olunur);
ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar;
referat (azərbaycan, rus və ingilis dillərində tərtib olunur);
2.2. İddia sənədinə qoşulan sənədlər:
iddia sənədinin verilməsi üçün müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən
sənəd, zəruri olduqda isə rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd;
Dostları ilə paylaş: |