G İ R İ Ş
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin
inkişafında çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza
bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi
və səmərəli idarə olunmasıdır. Ekoloji tarazlığı, onun mürəkkəb
və bir-birilə bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə
dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli
istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı
proqnozlaşdırmaq mümkün deyildir. Bu mənada, ekologiya el
minə tələbat və maraq daima artır.
Hazırda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar və
təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir ekolo
giyada xüsusi sahələrin inkişaf etməsinə səbəb olmuşdur: tor
pağın ekologiyası, bitkilərin ekologiyası, coğrafi ekologiya, su
ların, dənizlərin, atmosferin, hidrosferin ekologiyası, kənd təsərrü
fatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, geokimyəvi
ekologiya, sosial ekologiya, kosmik ekologiya və s.
Orqanizmlərin həyat fəaliyyətinə, onun işgüzarlıq qabiliyyə
tinə və sağlamlığına ətraf mühitin ayrı-ayn sahələri və orada baş
verən hadisələr daimi mənfi təsir göstərir. Bunun baş verməməsi
üçün təbiətin inkişaf qanunlarını, onun cəmiyyətlə qarşılıqlı mü
nasibət formalarını, təbii sistemə yol verilə bilən təsir dərəcələrini
əsaslı surətdə öyrənib bilmək ən vacib məsələlərdən biridir.
Ekologiya ətraf mühitin və təbiətdən istifadənin elmi əsasıdır.
Ətraf mühitin mühafizəsi təbiətə zərərli təsir göstərən hər hansı bir
vasitə və ya vəsaitin aradan qaldırılması üçün kompleks təd
birlərin işlənib hazırlanması ilə məşğul olur. Bu kompleksə qa
nunvericilik, təşkilatçılıq, sanitar-gigiyenik və mühəndis - texniki
tədbirlər daxildir.
Təbiət üçün təhlükəli olan müxtəlif maddələrin ətraf mü
hitə atılması ekoloji
tarazlığın pozulmasına gətirib çıxarır.
Hətta təbiətdən səmərəsiz istifadə ekoloji böhranlara səbəb
olur, külli miqdarda dövlət və ya xüsusi vəsaitlərin artıq xərc
4
lənməsi ilə nəticələnir. Təbiətdən səmərəli istifadə və ekoloji
problemlərin həlli iqtisadi kateqoriya kimi təbii ehityatlardan
və ətraf mühitdən istifadə sahəsində iqtisadi münasibətlər sis
temini sanki əks etdirir. Bu proseslərin cəmi ekoloji - iqtisadi
potensialın optimal səviyyədə dəstəklənməsinə yönəlməlidir.
Hazırlanmış dərs vəsaiti ADİU-nun bakalavr pilləsi üzrə
təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. “Ekologiya”
fənnini dərindən mənimsəyən tələbələr gələcək iqtisadi fəa
liyyət sahələrində ekoloji norma və qaydaları əsas tutmaqla ət
raf mühitin mühafizəsi, təbiətdən səmərəli, kompleks və təkrar
istifadə məsələlərinə xüsusi diqqət edəcəklər.
5
MÖVZU 1. EKOLOGİYA FƏNNİNİN PREDMETİ,
TƏDQİQAT OBYEKTİ VƏ VƏZİFƏLƏRİ. EKOLOJİ
FAKTORLAR VƏ QANUNAUYĞUNLUQLAR
İnsanlar özləri üçün gərəkli olan havanı, suyu, ərzaq
məhsullarının xammallarını, digər maddi nemətləri, sənaye
üçün xammalları təbiət hesabına əldə edirlər. Təbii sərvət
lərdən çox yüzilliklərdir ki, kortəbii, səmərəsiz istifadə olun
ması nəticəsində təbii mühit dünya miqyasında əsaslı
dəyişikliyə məruz qalmışdır. Yer kürəsinin quru sahəsinin 97
mln kv km ərazisi antropogen təsirə məruz qalmışdır. 52
mln kv km ərazi isə hələlik öz təbii halını saxlamaqdadır.
Belə hal müasir elmi-texniki tərəqqinin (ETT) sürətli inki
şafı təsirindən get-gedə gərginləşməkdədir. Belə ki, dünya
əhalisinin hər il 80 mln nəfərdən çox artımı, onun gündəlik
tələbatının yüksəlməsi, təbii sərvətlərin istifadəsinin durma
dan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı və nəq
liyyat kompleksində yeni texnologiyaların tətbiqi, istehsalın
genişlənməsi, dünya ərazisi təbii örtüyünün getdikcə daha
çox antropogen dəyişikliklərə uğraması, təsərrüfat əlaqələ
rinin beynəlxalq miqyasda genişlənməsi və daha da mürək
kəbləşməsi və sair digər amillər göründüyü kimi ətraf mü
hitlə canlıların qarşılıqlı əlaqəsinin güclənməsinə və insanları
əhatə edən mühitə antropogen təzyiqin artmasına səbəb
olmaqdadır.
Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birinə sıx bağlı
mexanizmlərini, təbiətin-ətraf mühitin insanların təzyiqinə
hissiyyatını, təbii sistemlərə yol verilə biləcək yükü bil
mədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən,
onun yeraltı, yerüstü ehtiyatlarından rentabclli, səmərəli is
tifadə etmək, gələcək nəslə onlardan ehtiyat saxlamaq, eləcə
də təbii mühiti gələcək üçün yararlı halda qoruyub
saxlamağı proqnozlaşdırmaq indiki inkişaf baxımından bir
o qədər də asan görünməməlidir.
6
Bəşəriyyət, yarandığı gündən müasir dövr də daxil ol
maqla onu əhatə edən təbii mühitdən öz xeyri üçün istifadə
etmək məqsədilə ona hər cür müdaxilə etməkdən çəkinmə
mişdir. Ekoloji amillər nəzərə alınmaqla yeni texnika və tex
nologiyanın kompleks qiymətləndirilməsi elmi-texniki tərəq
qi qarşısında qoyulan tələbləri əvvəlcədən müəyyən edə bilir.
Deyilənlər baxımından ekologiya elminə tələbat, eləcə
də maraq günü-gündən artmaqdadır. Ona görə də, müasir
dövrdə ekologiya elmi bütün dövlət və müəssisə rəhbər
lərinin, alimlərin, mütəxəssislərin, sənət adamlarının, tələbə
və digər gənclərin diqqət mərkəzinə çevrilmişdir.
Ekologiya sahəsində gərginlik o yerə çatmışdır ki, məs
kun sahələrinin, bütövlükdə biosferin mühafizəsi üzrə təcili
tədbirlər görmək haqqında düşünülməyə başlanılmışdır. Bu
mürəkkəb məsələnin həlli qlobal xarakter almaqdadır. Bu
əsasdan da ekoloji problemlər dünyada mövcud olan 45
problemdən ən əsasına çevrilmişdir.
«Ekologiya” termini mənşəyinə görə iki yunan sözün
dən əmələ gələrək oykos -ev, yaşayış məskəni, loqos isə elm,
təlim mənasını verməkdədir. Lakin ekologiya yunan mənşəli
olsa da onu ilk dəfə 1869-cu ildə elmə daxil edən və tərifini
verən tanınmış alman zooloqu Ernst Hekkel olmuşdur.
E.Hekkclə görə ekologiya canlı orqanizmlərin onları əhatə
edən aləmə münasibətini müəyyən edən müstəqil bir elm
sahəsidir. Digər tərəfdən, o qeyd edir ki, ekologiya canlı
aləmin mövcud olmaq, yaşamaq şərtlərini müəyyən edən bir
amildir. Göstərilən tərifdən də bəzən ekologiyanı canlı orqa
nizmlərin məskun sahələri ilə əlaqələrini öyrənən, tədqiq
edən bir elm sahəsi kimi də təqdim edirlər. Bu fikir onda öz
doğruluğunu tapır ki, məskun sahələrini canlı orqanizmlər
dən ayrı öyrənmək mümkün sayılmaz. Dünyanın tanınmış
alim və tədqiqatçıları E.Hekkelin bu fikirlərini yüksək
dəyərləndirmişlər.
7
Dostları ilə paylaş: |