rəsini günəş spektrinin ultrabənövşəyi şüalarından mühafizə
edir.
- Ətraf mühitin temperaturu. Yer üzərində temperatur
əsasən atmosferin istilik rejimi və günəş şüalan ilə yaranır.
Temperatur mühitin məhdudlaşdırıcı faktorlarından biridir.
Müxtəlif növlərin yer üzərində yerləşməsi (yayılması) və po-
pulyasiyalarm sayı temperatur faktorundan köklü surətdə
asılıdır. Yer üzərində bitki və heyvanların yerləşdiyi mühitin
optimal temperaturu 15-30° C həddində olur. Bəzi bakte-
riya, su bitkiləri qaynar mühitdə, yəni 70-90°C temperatur
mühitində yaşayırlar. Sərt soyuq şəraiti bir çox cücülərin,
balıqların və dəniz otlarının həyatlarının dayanmasına səbəb
olur (anabioz). Lakin yaz vaxtı don açılanda onlar öz
əvvəlki həyat tərzlərini davam etdirirlər. Canlıların öz
bədənlərinin temperaturu isə sabit qalır. Bunun üçün
onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.
- Su hövzələrinin abiotik faktoru. Yer kürəsi səthinin
71%-i okeanların payına düşür. Suyun sıxlığı havanın sıx
lığından 800 dəfə, özlülüyü isə 55 dəfə çoxdur. Su hövzəsi
axarlığı, şəffaflığı, duzluluğu, temperatur tutumluğu ilə baş
qa sahələrdən seçilir. Bu xüsusiyyət bakteriyaların, plank-
tonların fotosintez proseslərinə böyük təsir edir.
Ətraf mühitin biotik faktoru. Biotik faktor dedikdə bir
orqanizmin digərlərinin həyat fəaliyyətinə təsirləri başa
düşülür.
Biotik faktorlar əsasən üç istiqamətdə inkişaf edir:
- Qida əlaqəsilə;
- Sahə əlaqəsilə;
- Nəslvermə əlaqəsilə.
Canlılar arasında ən əsas əlaqə qida əlaqəsi sayılır. Bu
əlaqə təbii olaraq elə yaradılmışdır ki, eyni ərazidə eyni
vaxtda yaşayan heyvanlar bir-birinə qarşı olmur. Qida rə
qabəti təbiət tərəfindən tənzim olunur. Məsələn, heyvanlar
28
təbii olaraq gecə və gündüz qruplarına bölünmüş və bu
nunla da qida barəsində bir-birinə mane olmamışlar.
Canlıların sahə əlaqələri müxtəlif olur. Onlar növ daxi
lində güclü, növlərarasmda isə zəif olur. Eyni bir sahədə
növün fərdləri çoxaldıqda onlar arasında rəqabət artır,
yaşayış səviyyəsi aşağı düşür. Müxtəlif növlərin yaşadığı
sahədə hər kəsin öz yeni növü olduğu üçün onlar bir-birinə
rəqib olmurlar.
Nəsilvermə, yəni reproduktiv əlaqə əsasən növ daxilin
dəki fərdlər arasında gedir. Süni olaraq eyni növ daxilində
müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər.
Lakin hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.
Ətraf mühitin antropogen faktora. Antropogen faktor de
dikdə insanların istehsalat və məişət fəaliyyəti nəticəsində ət
raf mühitə edilən təsiri nəzərdə tutulur. İstehsalat fəaliyyəti
dedikdə sənayedə, kənd təsərrüfatında, neft-qazçıxarma,
dağ-mədən işlərində və s. göstərilən fəaliyyət nəzərdə tu
tulur.
Məhdudlaşdırıcı faktorlar: minimum və tolerant. Mini
mum qanunu 1840-cı ildə U.Libix tərəfindən irəli sürülmüş
dür. Bu qanuna əsasən bitkilərin inkişafı onların torpaqda
çoxluq təşkil edən maddələr ilə yox, orada olan elementlərin
cüzi miqdarı ilə limitləşdirilir (məhdudlaşdırılır). Minimum
haqqında qanun özünün doğruluğunu xüsusilə insanlarda
və heyvanlarda sübut edir. Məsələn, insanların sağlamlığı
onların bədənində cüzi miqdarda olan maddələrdən - vita
minlərdən asılıdır.
Bütün canlı orqanizmlərə temperatur, nəmlik, qida ümu
milikdə tam yox, yalnız onların müəyyən həddi lazımdır.
Ekoloji minimum ilə ekoloji maksimum arasındakı
diapazon dəyanətlilik həddi adlandırılır. Başqa sözlə bu
orqanizmin tolerantlığı (tolerant qanunu) adlandırılır. Bu
qanun 1910-cu ildə V.Şelferd tərəfindən irəli sürülmüşdür.
29
Məhdudiyyət faktorunun qiyməti ondan ibarətdir ki, o,
ən mürəkkəb ekoloji halların tədqiq edilməsinə imkan verir.
Əgər orqanizm geniş tolerant faktoru diapazonuna malik-
dirsə, onda belə faktor məhdudlaşdmcı ola bilməz. Orqa
nizm kiçik diapazon tolerantlığa malikdirsə, bu hal tədqiq
olunmalıdır.
30
MÖVZU 2. BİOSFER, EKOSİSTEMLƏR, ONLARDA
MADDƏLƏRİN DÖVR ETMƏSİ VƏ EKOLOJİ
TƏHLÜKƏSİZLİK
Biosfer anlayışım elmi ədəbiyyata 1875-ci ildə avstriyalı
geoloq-alim Eduard Zyuss gətirmişdir. O, biosferə canlı or
qanizmlərin mövcud olduğu atmosfer, litosfer və hidrosfer
sahələrini aid etmişdir.
Biosfer anlayışını elmi cəhətdən hərtərəfli izah edən və
biosfer təlimini yaradan rus alimi V.İ.Vemadski olmuşdur. O,
biosferdə canlı maddə və yaşayış mühitinin bir-biri ilə əlaqəli
vahid sistem təşkil etdiyini qeyd etmişdir.
Biosferin hal-hazırda canlı orqanizmlər mövcud olan sa
hələri neobiosfer, qədim zamanlarda canlı orqanizmlərin ya
şadığı sahələr isə paleobiosfer və ya ağ biosfer adlandırılır.
Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi
(qütblərdə 8-10 km, ekvatorda 17-18 km, yer səthinin qalan
hissələrində 20-25 km) aid edilir. Ozon qatından yuxarı his
sədə kosmik ultrabənövşəyi şüaların təsiri nəticəsində həyat
mümkün deyil. Bütün hidrosfer, o cümlədən ən böyük də
rinliyə malik olan okeanın Marian çökəkliyi (11022 m) belə
neobiosferə aid olunur.
Litosferin yalnız münbit torpaq hissəsi neobiosferə aid
edilir.
Paleobiosfcrin neobiosferlə atmosferdə olan sərhədləri
üst-üstə düşür. Hidrosferin dib hissəsində olan çöküntü sü
xurlar paleobiosferə aid olunur. Yer qabığının bütün çökmə
süxur sahələri paleobiosferə aid edilir.
Beləliklə, demək olar ki, biosfer canlı orqanizmin özü
nün və ya izinin mövcud olduğu sahə adlanır.
Biosfer bir sistem kimi bir neçə xüsusiyyətlərə malikdir.
Bunlardan başlıcası mərkəzləşdirilmiş sistemdir. Bu sistemin
mərkəzi bölməsini canlı orqanizmlər təşkil edir. Bu xüsu
siyyət V.İ.Vemadski tərəfindən hərtərəfli təhlil edilmişdir.
31
Dostları ilə paylaş: |