Oksigen kimi azot heyvanların nəfəsalması üçün əsas
element sayılır. Azot bir çox üzvi birləşmələrin, xüsusilə zü
lalların tərkibinə daxildir. Azot zülalların tərkibində karbon
və ya hidrogenlə möhkəm amid birləşməsi yaradır. C-N
amid əlaqəsi zülal molekullarmın əsas sintez mexanizmidir.
Bu yer üzərində canlıların mövcudluğunun əsas şərtlərin
dəndir.
Azotun əsas mənbəyi atmosfer sayılır. Atmosferdən azot
torpağa, oradan da bitkilərin tərkibinə
NO3
formasında
daxil olur.
Azotun ikinci mənbəyi üzvi maddələrin çürüməsidir.
Üzvi birləşmələrin çürüməsindən əvvəlcə ammiak
(NH3)
ya
ranır. Ammiak nitratlı bakteriyalarm təsirindən nitrit
(NO2)
və nitrata
(NO3)
çevrilir.
Okeanlara kifayət qədər azot axıdılır. Bu azot su foto-
sintezləyici orqanizmlər tərəfindən istifadə olunur. Həmin
orqanizmlər dəniz heyvanları tərəfindən qida şəklində
istifadə olunur. Həmin heyvanlar tərəfindən bu azotun bir
hissəsi quruya qaytarılır. Okeanların dibinə çökən azotlu
birləşmələr dövri sistemdə iştirak etmir. Bu azotun dövrü
bir neçə milyon ildən sonra baş verə bilər. Amerikan alimi
Y.Oduma görə «bu itki vulkan püskürməsindən ayrılan
azot tərəfindən bərpa olunur». Buna görə də yer üzərində
bütün vulkanların püskürməsinin qarşısı alınsa onda
insanların acından ölməsi baş verə bilər.
Azotun dövri sistemi kifayət qədər öyrənilib. Müəyyən
edilmişdir ki, biosfer tərəfindən qəbul olunan 109 ton
azotun 80%-i sudan və qurudan dövri sistemə daxil olur.
Gübrə şəklində istifadə olunan azotun cüzi hissəsi təkrar
istifadəyə qayıdır.
Kükürdün dövretməsi.
Kükürd ətraf mühiti çırkləndirən aqressiv maddə hesab
olunur.
40
Tərkibində kükürdlü birləşmələr olan mikroorqanizmlər
torpağın üzvi maddələri ilə reaksiyaya girib onlardan SO
2
ayırırlar ki, bu da bitkilər tərəfindən udularaq dövri sistemə
qoşulur.
Kükürdün dövretmə sxemi aşağıda verilmişdir:
Su hövzələri dibində olan müxtəlif kimyəvi birləşmələr
sulfat tərkibli mikroorqanizmlərin təsirinə məruz qalaraq
kükürdün regenerasiyasma səbəb olur. Bu zaman su da
xilində vertikal H
2S axını yaranır.
Şəkil 3. Kükürdün dövretmə sxemi
Kükürdün dövretməsinə mənfi təsir göstərən amillərdən
əsas kükürd tərkibli maddələrin yanması ilə əlaqədardır.
Belə maddələrin yanması ilə əlaqədar atmosferə əsasən
toksik maddə olan SO
2 atılır. Yüksək aqressivliyə malik
41
olan SO
2 qaz şəklində və ya turş yağışlar şəklində təbiətə və
müxtəlif obyektlərə dağıdıcı təsir göstərir.
Fosforun dövretməsi.
Fosfor canlı orqanizmlərin qidasında və bitkilərin inki
şafında böyük rol oynayan bir elementdir.
Fosforun əsas mənbəyi keçmiş geoloji əsrlərdə yaranmış
dağ süxurları və digər çöküntülərdir. Mineral fosfor bir çox
dağ süxurlarının tərkibinə daxildir. Bu süxurlar eroziyaya
məruz qaldıqda su hövzələrinə axıdılır və orada lil şəklində
çökür.
Fosfor canlı orqanizmlərin sümüklərinə və toxumalarına
üzvi birləşmələrin tərkib hissəsi kimi daxil olur.
Üzvi birləşmələrin minerallaşdırılması və canlı orqa
nizmlərin çürüməsi (parçalanması) nəticəsində fosfor fosfat
şəklində yenidən bitkilər tərəfindən istifadə olunaraq dövri
sistemə qoşulur.
Fosforun dövri sistemdən çıxmasına əsas səbəb onun
dibdə çökməsidir. Müəyyən edilib ki, fosforun dövri sistemə
kifayət qədər qayıtmayan miqdarım texnogen tullantılar
belə əvəz edə bilmir.
Quş və balıq ovu təbiətin fosfor balansını pozur. Müəy
yən edilmişdir ki, ildə balıq ovundan 60000 ton fosfor
quruya geri qayıdır. Gübrə üçün 1-2 mln ton fosforlu süxur
çıxarılır. Bu fosforların çox hissəsi yuyularaq su hövzələrinə
axıdılır və beləliklə dövri sistemdən çıxarılır.
Həyatı əhəmiyyət kəsb edən fosforun dövretməsinin yax
şılaşdırılması günün əsas tələblərindən biridir.
Suyun dövr etməsi.
Su biosferin əsas hissəsini təşkil edir. Bütün canlı orqa
nizmlərin tərkibinin 90% -i sudan ibarətdir. Yer üzərində su
okeanlarda, buzlaqlarda, çaylarda, göllərdə, digər su hövzə
lərində, litosferin yuxarı hissəsində məsamələrdə və s.
yerləşir.
42
Su bütün mənbələrdən buxarlanaraq atmosferə qalxır,
orada kondensasiya olaraq son nəticədə çöküntü forma
sında su obyektlərinə qayıdır. Bu proses “Suyun böyük
dövretməsi” adlanır. Buxarlanaraq öz mənbəyinə qayıt
mayan, lakin digər sahəyə çökən suyun dövrü “Kiçik dövr
etmə” adlanır.
Biosenoz həddində suyun dövretməsində “Tutm a”,
“transpirasiya”, “infiltrasiya” və “yığılma” proseslərinin bö
yük əhəmiyyəti vardır. “Transpirasiya” qrunt sularının bir
hissəsinin buxarlanaraq atmosferə qayıtma prosesidir.
“Tutma” düşən çöküntünün yer üzərinə çatmamış bitkilər
tərəfindən tutulmasıdır. «İnfiltrasiya» torpaq üzərində olan
suyun torpağa hopmasıdır. “Yığılma” dedikdə torpağın
səthində toplanan su başa düşülür.
Müasir şəraitdə ekologiya həyat üçün zəruri olan bir
elmi fənn hesab edilir. Ekosistem ekologiyanın əsas funk
sional vahididir. Bü haqda müxtəlif təyinatlar olsa da belə,
onların hamısının mənası eynidir. Y.Oduma görə «Canlı or
qanizm və onları əhatə edən cansız aləm bir-birindən ayrıl
maz olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliy
yətdədir. Bunlar arasında olan enerji axını onların biotik
strukturunu, maddələrin dövri sistemini dəqiq müəyyən
ləşdirir. Bax bu münasibət ekoloji sistem deməkdir». Deməli
ekoloji sistemi canlı aləmlə onların məskunlaşdığı mühit
arasında olan birgə fəaliyyət təşkil edir. Bunlarda maddələr
və enerji mübadiləsi qarşılıqlı olaraq baş verir.
Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi
A.Tensli tərəfindən təklif olunmuşdur. Lakin orqanizmlə
mühitin birgəliyi konsepsiyası çox qədimdən məlum ol
muşdur.
XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir
ki, mühitdən asılı olmayaraq təbiətdəki fəaliyyətlər eyni
qanunauyğunluqla baş verir. Məsələn, dəniz suyu, yeraltı
su, içməli su təbiətcə vahidlik sistemi təşkil edir.
43
Dostları ilə paylaş: |