vətəndaşların (xəstələrin) diaqnostika və müalicə zamanı
rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar da
xil edilmir. Şüalanma dozalarının qəbul olunmuş hədləri in
san orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanma
ya məruz qalması zamanı yol verilə bilən dozaların müəy
yənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər.
Qanunda eyni zamanda göstərilir ki, radiasiya qəzası şə
raitində məhdud zaman intervalında sanitariya-gigiyena
norma və qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq
dozalara da yol verilə bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası vətən
daşları ilə yanaşı əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də
radiasiya təhlükəsizliyi hüququna malikdirlər. Radiasiya
təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetir
məyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Res
publikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-
hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar.
Azərbaycan
Respublikası
Ekologiya
və
Təbii
Sərvətlər Nazirliyinin məlumatına görə ayrı-ayrı regionlarda
gündəlik radiasiya fonu aşağıdakı kimi dəyişilir:
Abşeron
yarımadasının
radiasiya
fonu
6-18
mikrorentgensaat (mkr/saat);
- neft və lay suları ilə çirklənmiş ərazilərdə isə 30-40
mikrorentgensaat təşkil edir;
- Naxçıvanda 10-19 mkr/saat;
- Gəncə-Qazaxda 6-16 mkr/saat;
- Şəki-Zaqatalada və Şamaxı-Qubada 7-23 mkr/saat;
-Mərkəzi Aranda 5-18 mkr/saat;
-Lənkəran-Astarada 5-17 mkr/saat təşkil edir.
74
MÖVZU 3. ATMOSFERİ ÇİRKLƏNDİRƏN
MƏNBƏLƏR, ONLARIN ƏTRAF
MÜHİTƏ
ZƏRƏRLİ TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ
Atmosfer müxtəlif qaz qatlarından ibarət olub, Yer kürə
sini əhatə edən müəyyən qalınlıqh bir təbəqədir. Atmosferin
kütləsi litosferin kütləsindən milyon, hidrosferin kütləsindən
200 min dəfə azdır. Bütün atmosfer kütləsinin 90%-i onun
aşağı 5 km-lik qatında cəmləşmişdir. 3000 km-dən yuxarı at
mosferin sıxlığı çox az olduğu üçün bu hündürlükdən yuxarı
kosmik fəza hesablanır.
Temperaturun dəyişməsinə görə atmosfer 5 təbəqəyə
bölünür.
l.Troposfer (11-16 km)
2.Stratosfer (16 km-dən 50-55 km-ə qədər)
3. Mezosfer (50-55 km-dən 80 km-ə qədər)
4. Termosfer (80 km-dən 600-800 km-ə qədər)
5. Ekzosfer (600-800 km-dən yuxarı)
Troposfer - atmosferin aşağı qatı olub, atmosfer küt
ləsinin 90%-nin cəmləşdiyi bir sferadır. Troposferdə demək
olar ki, atmosferin bütün su kütləsi toplanmışdır. Tro-
posferin yuxarı sərhədinin hündürlüyü temperaturdan asılı
olaraq formalaşır. Belə ki, qışda bu sərhəd yerə yaxın, yayda
isə uzaq olur. Gün ərzində troposferin sərhədinin hündür
lüyü 2-3 km həddində dəyişə bilər. Troposferin qızmasının
əsas səbəbi yer səthinin istilik şüalanmasıdır. Ona görə də
yer səthindən yuxarı qalxdıqca hər 100 metrdə temperatur
0,6 S° aşağı düşür. Troposferin əsas xarakterik xüsusiyyət
lərindən biri də, burada havanın fasiləsiz qarışması və ya
ğıntıların formalaşmasıdır.
Ozon atmosferin bütün qatlarında rast gəlinsə də onun
əsas toplaşdığı sfera troposferadır. Burada ozon özünə
məxsus qat yaradıb ki, buna bəzən ozon ekranı da deyilir.
75
Stratosfer - havanın olduqca seyrək olması və su bu
xarlarının tamamilə olmaması ilə xarakterizə olunur. Ek
vatorda stratosferin aşağı sərhədində temperatur - 55 S°,
qütblərdə isə nisbətən yuxarı olur. Bu səbəbdən horizontal
müstəvidə havanın yerdəyişməsi baş verir.
Mezosfer - hava daha da seyrəkdir və temperatur aşağı
düşür (-75 S°). Yerdən təqribən 80 km hündürlükdən
başlayaraq temperatur tədricən artmağa başlayır.
Termosfer - bəzən ionosfera da deyilir. Bu sfera seyrək
ionlaşmış qazlardan ibarətdir. Termosferin elektrik keçi-
riciliyinin yüksək olması ionlaşma ilə izah edilir. Burada
güclü elektrik cərəyanları axır. Termosferin yer səthindən
100 km hündürlükdə temperatur 0° S-ni keçir. Bu qatda qaz
hissəcikləri çox böyük sürətlə hərəkət edirlər. Lakin seyrək
ləşmənin qiyməti çox böyük olduğu üçün onların bir-biri ilə
toqquşma ehtimalı çox az olur.
Ekzosfer - Yer atmosferinin yuxarı sərhədidir. Bu
sferada qaz hissəciklərinin hərəkət sürəti böhran sürətinə -
11,2 km/san-ə çatır. Bunun təsirindən həmin hissəciklər
planetlərarası fəzaya səpələnir. Bu birinci növbədə hidro-
genə aiddir. Hidrogen yerin cazibə qüvvəsinin təsirindən
çıxaraq Yer kürəsinin yer tacını yaradır ki, onun da yer
səthindən hündürlüyü 20 000 km-dən çox olur.
Atmosfer: 1. Gündüz Yer səthinin həddən qızmasının,
gecə isə tez soyumasının qarşısını alır. 2. İnsanı hava ilə tə
min edir. 3. Yerdə - enerji, maddələr və qaz dövranının hə
yata keçməsində mühüm rol oynayır. 4. Yerdə suyun olma
sına səbəb olur. 5. Atmosfer olmasaydı Günəş şüaları səpə
ləməz, səs yayılmazdı. 6. Kosmosdan gələn metioritlər at
mosferə daxil olduqda hava ilə sürtünərək alışıb yanır və ək
səriyyəti Yerə çatmır.
Atmosfer havası daim hərəkət edir, ona görə də çirk-
ləndirici maddələr atmosferdə yayılırlar. Müəyyən olunmuş
dur ki, bütün zəhərli qazlar troposfer və stratosferdə çox
76
uzun müddət qala bilmirlər. Qazaoxşar maddələr ya suda
həll olur, ya da torpaq tərəfindən udulur, nəticədə onlar
mikroorqanizmlər tərəfindən mənimsənilərək başqa maddə
lərə çevrilirlər. Sabit şəkildə atmosfer havasının tərkib hissə
sini təşkil edən qazların miqdarı aşağıdakı cədvəldə veril
mişdir.
Cədvəl 6
Quru havanın tərkibi
Tərkib hissəsi
Həcmi miqdar, %
Azot
78-80
Oksigen
20,95
Arqon
0,93
Karbon qazı
0,032
Neon
1,8 • 10-3
Helium
5,24- 10-4
Metan
1,4 • 10-4
Kripton
1,4- 1 O'4
A zot oksidi
5 • 10‘5
Bundan əlavə havanın tərkibində çox cüzi miqdarda
hidrogen, ozon, kükürd anhidridi, dəm qazı, ammonyak və s.
vardır. Qazların hündürlüyə görə paylanması bərabər
olmayıb, bir çox amillərdən asılı olaraq dəyişir.
Atmosferin çirklənməsi bir tərəfdən onu təşkil edən
qazların miqdarının daim kəmiyyətcə dəyişməsi ilə, eləcə də
ona yeni maddələrin (xüsusən radioaktiv maddələrin) daxil
olması nəticəsində baş verir. Atmosferi çirkləndirən bütün
maddələri şərti olaraq 2 qrupa bölmək olar: qaz və bərk ha
lında olan hissəciklər. Atmosferə buraxılan zəhərli maddə
lərin 90%-ni qazlar, 10%-ni isə bərk hissəciklər təşkil edir.
Məlumdur ki, atmosferi çirkləndirən mənbələr və on
ların ətraf mühitə zərərli təsiri müxtəlifdir. Havada qazların
(buxarların), bərk və maye halında olan müxtəlif maddə
lərin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin
həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına
77
Dostları ilə paylaş: |