- ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimat
landırılmasını təmin etmək;
- ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə
müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Təhlükəli ekoloji vəziyyətlərin, o cümlədən onların gələ
cək nəticələrinin tam həcmdə aradan qaldırılması üçün ma
liyyə mənbələri aşağıdakılardır:
- təhlükəli ekoloji vəziyyətin yaranmasında təq
sirkar olan təsərrüfat subyektlərinin vəsaiti;
- təhlükəli ekoloji vəziyyətin yaranması nəticəsində
ətraf mühitə vurulan zərərə görə sığorta ödənişləri;
- ətraf mühitin mühafizə üzrə dövlət fondları və
dövlət büdcəsinin digər məqsədli vəsaiti;
- qrantlar və beynəlxalq qurumların maliyyə yar
dımı;
- qanunvericiliklə müəyyən edilmiş mənbələr.
Təhlükəli ekoloji vəziyyətin yaranmasında təqsir
kar olan ekoloji təhlükənin subyektinin
aşkar edilməsi
mümkün olmadıqda və ya onun vəsaiti çatmadıqda yaran
mış vəziyyətin nəticələri dövlət büdcəsi və digər mənbələr
hesabına aradan qaldırılır.
İndiki zamanda ekoloji problemlər universal xarakter
almışdır. Bu problemlərin qloballığı və universallığı ondan
ibarətdir ki, o, ictimai-siyasi quruluşundan və iqtisadi səviy
yəsindən asılı olmayaraq yer kürəsinin bütün ölkələrinə aid
edilir.
Ekoloji problemlər dünya ölkələrinin sosial-iqtisadi inki
şafına mənfi təsir göstərdiyi üçün onun həlli gecikdirilmə-
məlidir.
Müasir dövrdə dünya miqyasında qlobal ekoloji prob
lemlərə aşağıdakıları aid etmək olar:
— ətraf mühitin çirkləndirilməsi;
—
iqlim dəyişkənliyi;
56
— kosmosun və dünya okeanının ekoloji təhlükəsiz
fəthi;
— ozon təbəqəsinin dağılma təhlükəsi;
— ərzaq problemi və s.
Göstərilən problemlərin həlli üçün aşağıdakıların həlli
vacib sayılmalıdır:
1. Dünya iqtisadiyyatının möhkəmləndirilməsi və inkişaf
etdirilməsi üçün hərbi xərclərin azaldılması. Hal hazırda bu
xərclərin illik miqdarı 1 trl. dollar təşkil edir. Azaldılacaq
vəsait təbiətin mühafizəsi və bərpası işlərinə sərf oluna bilər.
2. İqtisadiyyatın stabilliyinin təmini, bütün dünya ölkə
lərinə öz təsərrüfat fəaliyyətlərində ekoloji cəhətdən təhlü
kəsiz olan qlobal texnologiyaların tətbiqinə imkan yaradar.
3. Ekoloji sahə üzrə beynəlxalq əməkdaşlığın möhkəm
ləndirilməsi və genişləndirilməsi.
Ekoloji problemlərin işlənməsi və həlli əsasən aşağıdakı
tədbirlərdən ibarətdir:
— Düzgün ekoloji fikirin formalaşdırılması;
— Ekoloji problemlərin baş verməməsi üzrə profilaktik
tədbirlər;
— Ciddi ekoloji fəlakətlərin törətdiyi nəticələrin aradan
qaldırılması və ləğvi üçün müxtəlif dövlətlərin vaxtlı-vax-
tında operativ surətdə birgə fəaliyyəti.
Dünya ictimaiyyətinin ekoloji problemlərə lazımi diqqət
verməməsi ekoloji böhranın intensiv surətdə baş verməsinə
səbəb ola bilər.
«Ekoloji böhran» termini XX əsrin 70-ci illərində inkişaf
etmiş kapitalist ölkələrində işlənmişdir. Bu termin həmin
ölkələrdə məhsuldar qüvvələrlə ətraf mühit arasında yara
nan ziddiyyət nəticəsində yaranmışdır.
İndiki zamanda təbiət və cəmiyyətin birgə fəaliyyəti mər
hələsində, ətraf mühitin mühafizəsinin təmini üzrə, ekoloji
tələbatla cəmiyyətin təbii resurslardan istifadəsinə olan ma
57