Bu qurğu eyni zamanda avtomobilin səsini də xeyli azaltmış
olur
8.Elektromobil problemi: Məlumdur ki, atmosferi
çirkləndirən benzinlə işləyən nəqliyyat vasitələridir. Ona
görə alimlər qarşısında yeni bir problem durur - benzinlə
işləməyən maşınlar yaratmaq. Artıq belə maşınlar vardır.
Onlar elektromobil adlanır. Ona «təmiz maşınlar»da deyilir.
Belə tip maşınlar artıq dünyanın bir sıra ölkələrində kütləvi
istehsal olunmağa başlanmışdır.
Atmosferin çirklənməsinin qarşısını almaq və çirklən
məni zərərsizləşdirmədə yaşıllıqların xüsusi əhəmiyyəti var
dır. Ağac, kol və ot bitkiləri havaya daxil olan toz, his, müx
təlif qazları tutur, karbon qazını udaraq fotosintezlə ətraf
mühitə oksigen buraxır. Sənaye şəhərlərinin havasmdakı toz
hissəciklərinin 72%-i, kükürd qazının 60%-ə qədəri bitkilər
tərəfindən tutulur, hətta balaca bir bağça və ya xiyaban
tozların miqdarını açıq sahələrdəkinə nisbətən 30% azaldır.
Atmosferin Ozon qatının vəziyyətinin dəyişməsi də mühüm
amillərdən biri hesab olunur.
Ozon təbəqəsi günəşin ultrabənövşəyi radiasiyasının
böyük bir qismini udaraq, yer kürəsində canlı orqanizmləri
radiasiyanın məhvedici təsirindən qoruyur. Ozon (Оз)
yunanca iy saçıram deməkdir. Ozon ilk dəfə Holland alimi
Marum tərəfindən kəşf edilmişdir. 1939-cu ildə Şonbeyn
tərəfindən laboratoriya şəraitində alınmışdır. Təbii şəraitdə
havadan elektrik qığılcımı keçdikdə, şimşək çaxdıqda Оз
yaranır. Ozonun əsas kütləsi atmosferin 10-15 km hündür
lüyündə toplanmışdır, lakin onun ən sıx qatı yer səthindən
20-25 km hündürlükdədir. Və bu ozonosfera adlanır. Öz
həcminə görə yer atmosfer havasının təxminən yüz mində
bir hissəsinə bərabər olan ozon təbəqəsi olduqca zəif və na
zikdir. Normal təzyiq və temperatur şəraitində atmosferdəki
ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon
təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz. Müqayisə üçün
90
göstərmək olar ki, eyni ölçüyə görə atmosfer havasının qa
lınlığı kilometrlərə bərabərdir.
Ozon atmosferdə aşağıdakı mexanizm üzrə əmələ gəlir.
Mexanizmin mahiyyəti ondan ibarətdir ki, 20-45 km hün
dürlükdə günəşin ultrabənövşəyi şüaları təsirindən mo-
lekulyar oksigen atomlara parçalanır, yəni
Ö
2
+ h o ^ O + O
Parçalanmış atomlar dərhal ətrafdakı başqa oksigen
molekullarına yapışaraq ozon molekuluna çevrilir.
O+O
2
+ M -> O
3
+M
*
Bu zaman ayrılan rabitə enerjisi istənilən kənar
molekul tərəfindən udula bilər (məs. N
2, yaxud O2, yəni M
ayrılan rabitə enerjisini udaraq M* çevrilir).
Yaranmış ozon molekulu oksigen atomları ilə reak
siyaya daxil olaraq 2 oksigen molekulu əmələ gətirir.
O+O5 —>2 0 2
Bu o vaxta qədər davam edir ki, ozonun sənaye tul
lantılarının atmosferə düşməsi nəticəsində azotlu-oksidli,
haloidli birləşmələrin iştirakı ilə dağılmasının zəncirvari
proseslərinin yaranması başlasın. Təbəqənin taleyi barədə
narahatlıq 70-ci illərdən bəllidir. Onun nazilməsi və yarıq
ların əmələ gəlməsi Antarktida üzərində müşahidə edilmiş
dir. Müəyyən edilmişdir ki, təbəqənin qalınlığı bahar fəs
lində 2 dəfə azalmış və ozon yarıqları əmələ gəlmişdir. Ozon
üçün təhlükə yaradan əsas səbəblər atmosferi çirkləndirən
maddələrdən xlorftor üzvi sintez maddələrdir ki, onlardan
freonu göstərmək olar. Xlorflor üzvi sintez maddələr süni
yolla çox asan sintez olunur və sənayenin bir çox sahə
lərində, o cümlədən də məişətdə geniş istifadə edilir. Belə ki,
soyuducularda, kondisionerlərdə, lakların, rəng-boyaları
nın, aerozol qablamalarında məhz freonlardan istifadə edi
lir. Atmosferin yerin səthinə yaxın olan sahəsində kənar tə
sirlərə davamlı və uzunömürlü olan xlorftor maddəsi hava
cərəyanı ilə atmosferə paylanır. Ozon qatına çatdıqda ultra
91
bənövşəyi şüaların təsirindən parçalanaraq sərbəst xlora
çevrilir və öz ətrafındakı ozonu dağıdır.
CI2 + ho
->2
Cl
а+ о3-^ сю
+
o
2
CIO
+
o - > c ı + o
2
Bir xlor atomu 10000 ozon molekulunu məhv etməyə
kifayət edir.
Bundan əlavə atmosferdə nəmliyin artması stratosfer-
də ozonun azalmasına səbəb olur. Nəmlik, su molekulları
fotokimyəvi təsirdən parçalanır, sərbəst hidrogen yaranır. O
isə öz növbəsində müvafiq həcmdə ozonu azaldır.
Stratosfer ozonunun azalmasına atmosferdə ildən ilə
artan N, S, C - oksidləri və başqa maddələr də təsir göstərir.
Digər tərəfdən ozonun azalmasına reaktiv təyyarələrin
uçuşları, kosmosa minlərlə peyk daşıyan raketlər, nüvə sı
naqları, atmosferdə hidrooksil birləşmələrinin artması və s.
səbəb olur. Nəticədə stratosfer, ozon qatında qazların bir-
birinə nisbəti pozulur. Bu səbəbdən də ozonun təbii yolla
parçalanması və bərpaolunma intensivliyi dəyişir. Lakin
parçalanma prosesi üstünlük təşkil edən zaman mənfi ba
lans yaranır və bərpaolunan ozon itirilən ozonun yerini dol
dura bilmir. Mənfi ozon balansının əmələ gəlməsini dayan
dırmaq üçün tədqiqat işləri aparılır.
1987-ci ildə 56 ölkənin hökumətləri Monreal (Kanada)
protokolunu imzaladılar. Bu protokola əsasən yaxın
onillikdə ozon qatını dağıdan flor-flüor üzvi birləşmələrin və
digər ozon dağıdıcı maddələrin (ODM) istehsalını 2 dəfə
azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni
1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in
istehsalının tədricən və 1997-ci ildə Monrealda dayandırıl
ması haqqında protokolu irəli sürüldü.
1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr
freonların istehsalını tamamilə dayandırdı. İnkişaf etməkdə
92
olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ilə
qədər atmağı xahiş etdilər.
1990-1996-cı ildə Rusiyada ODM-ın istehsalı 10 dəfə
azaldılaraq 205.000 tondan 13.000 tona endirilmişdir. 1997-ci
ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7
fabrikinə freonların istehsalının dayandırılması üçün 1 mln.
dollar ayırmışdır.
1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il
keçmişdir. Həmin dövr ərzində ozon təbəqəsinin mühafizəsi
üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Bey
nəlxalq cəmiyyətlərin razılaşdırılmış gücü ilə həmin illər
ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və
istifadəsi 2 dəfədən çox azalmışdır. Alimlərin fikrincə yaxın
illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və
XXI əsrin ortalarına qədər öz təbii hahna düşəcək.
Azərbaycan Respublikası 1996-cı ildə ozondağıdıcı
maddələrin istifadəsindən mərhələlər üzrə çıxarılmasına dair
Vyana konvensiyasım, Monreal protokolunu və müvafiq
düzəlişləri ratifikasiya etmişdir.
Atmosferdə karbon qazının çoxalması iqlimdə ciddi
dəyişikliklər yarada bilər. Məlum olduğu kimi yer - at
mosfer sistemi günəşlə nisbi tarazlıqdadır, yəni yer tərə
findən kosmik fəzaya şüalandırılan enerji günəşdən gələn
enerjisi tarazlaşdırır. Hesablamalar göstərir ki, yer səthinin
şüalanma temperaturu 20°C-ə yaxındır. Tədqiqatlar nəticə
sində müəyyən olunmuşdur ki, atmosferdə karbon qazının
çoxalması qlobal iqlimin dəyişməsinə təsir göstərir. Hələ
1896-cı ildə məşhur İsveç alimi Arrenius hesablamışdır ki,
atmosferdə karbon qazının 3 dəfə artması yer səthində
havanın orta temperaturunu 9° C qaldırır.
Plass (1959-cu ildə) ilk dəfə olaraq atmosferdə karbon
qazının artmasının nəticələrini qiymətləndirmişdir. O,
müəyyən etmişdir ki, atmosferdə karbon qazının konsentra-
siyasının iki dəfə artması, qlobal temperaturu 3,6°C
93
Dostları ilə paylaş: |