qaldırdığı halda, СОг-in 50% azalması isə temperaturun
3,8°C aşağı düşməsinə şərait yaradır. Hər iki halda yer
üzərində iqlimin ciddi surətdə dəyişməsi baş verir. Belə ki,
yer səthindəki havanm temperaturunun 3,6°C artması qütb
lərdə buzların əriməsinə, bu isə dünya okeanının səviy
yəsinin qalxmasına, temperaturun 3,8°C aşağı düşməsi isə
yeni buzlaşma dövrünün başlanmasına səbəb ola bilər.
Plass buzlaşma dövrlərinin yeni nəzəriyyəsini vermiş
dir. O göstərir ki, buzlaşma dövründə ümumi hidrosferanın
10%-i buzlaşır ki, bu da onun tərkibində karbon qazının
miqdarının azalmasına səbəb olur. Beləliklə, həcmi azalmış
okeanlar tədricən atmosferə suda həll olmuş karbon qazı
ayırır və istixana effekti tədricən yüksəlir və buzlaşma dövrü
sona çatır. Yer səthinin qızması prosesi başlayır, buzlar
əriyərək dünya okeanının səviyyəsini artırır və o havada
olan karbon qazını udmağa başlayaraq infraqırmızı udmanı
tədricən aşağı salır və müəyyən dövrlər ərzində bu proseslər
təkrar olunur. Hadisənin təsirlik xarakteri göstərir ki, sistem
heç bir vaxt tarazlıq halını ala bilmir.
Başqa müəlliflərin hesablamalarına görə isə atmosfer
də karbon qazının miqdarının 10% artması, qlobal tempe
raturun 0,15°C yüksəlməsinə səbəb olur. Karbon qazının
ikiqat artımı isə temperaturun orta hesabla 1°C artmasına
səbəb ola bilər.
Okeanlar sənaye mənşəli karbon qazının udulmasında
əsas rol oynayırlar. Lakin canlı materiya da bu prosesdə
tənzimləyici rolunu oynayır. O, çalışır ki, artıq karbon qazı
atmosferdə azalsın, çünku fotosintezin intensivliyi СОг-nin
havadakı miqdarından asılı olaraq yüksəlir.
Karbonun okeandakı dövranı, onun atmosferdə və
quru ekosistemlərdəki dövranından asılı deyil. Doğrudan da
biosferada olan СОг-nin çox hissəsi həll olmuş şəkildə hid-
rosferada toplanmışdır. Atmosferdə СОг-nin miqdarı
7-101 't, hidrosferdə isə 4-10,2t-dur. Göründüyü kimi hid
94
rosferdə СОг-nin miqdarı atmosferə nisbətən təqribən 6 dəfə
çoxdur. Okeanlarda olan fıtoplauktonlar suda olan karbon
qazını udaraq onu oksigenə çevirir və o da suda həll olur.
Lakin bu o demək deyildir ki, okeanlarda olan karbon
qazı ilə atmosferdə olan karbon qazı arasında heç bir asılılıq
yoxdur. Okeanla atmosferin sərhədləri arasında daimi qaz
mübadiləsi gedir.
Alim Bolinin apardığı təqribi hesablamalar əsasında
müəyyən olunub ki, sənaye mənşəli 5,08-109 ton kütlə at
mosferdə qalıb ki, bunun da təsirindən СОг-nin miqdarı 0,7
m ln 1 qədər artıb. Yerdə qalanın 10% CO
2 biokütlənin tərki
binə daxil olur. Biosenozda toplanan üzvi maddələrin miq
darı havada СОг-nin konsentrasiyası artdıqda yüksəlir. Mə
lumdur ki, məhdudlaşdırıcı amillər olmadıqda СОг-nin 10%
artımı fotosintezin intensivliyini artırır və nəticədə ilkin
məhsuldarlıq 5-8% artmış olur. Bolinə görə axırıncı yüz ildə
planetin bitki biokütləsi l,5T010t artmışdır. Beləliklə, insan
kömür və nefti yandırmaqla özü də bilmədən çöl və meşə
lərin məhsuldarlığını artırır.
Karbon qazının miqdarının atmosferdə artması tem
peraturun yüksəlməsinə şərait yaratdığı halda, sənaye qarı
şıqlarının atmosferə buraxılması əks effekt yaradır. Atmo
sferdə qarışıqların miqdarının 4 dəfə artması yer səthinin
yaxınlığında temperaturun 3,5°C aşağı düşməsinə şərait
yaradır. Temperaturun bu intensivlikdə aşağı düşməsi yeni
buzlaşma dövrünün başlanmasının əsasını qoya bilər.
Temperaturun dəyişməsinə karbon qazının təsiri ilə
yanaşı atmosferdə sənaye tullantılarının təsir dərəcəsini də
qiymətləndirmək lazımdır. Müəyyən olunmuşdur ki, əgər
atmosferdə karbon qazının iki dəfə artması üçün tələb
olunan vaxt 23 il, sənaye qarışıqlarının 2 dəfə artması üçün
tələb olunan vaxt 10 il olarsa, bu iki amilin temperatura tə
siri tarazlaşar və yer üzərində temperatur çox cüzi dərəcədə
aşağı düşər. İnsan bilavasitə və dolayı yollarla havanm
95
rütubətinə də təsir göstərir. Müasir texnologiya nəticəsində
yer səthinə və atmosferə düşən günəş radiasiyası dəyişilir.
Əgər troposferin aşağı sərhədində süni yollarla alınmış su
buxarlarının miqdarı, təbii yolla formalaşmış su buxarla
rının miqdarından azdırsa, troposferin yuxarı qatlarında xü
susən statosferdə su buxarlarının qiyməti müqayisə olu
nandır.
Reaktiv təyyarələrin uçuşu atmosferin su tutumunun
lokal dəyişməsinə təsir göstərir. Bunun nəticəsində həmin
hündürlükdə buludların sayı artır ki, bu da yer səthində
insolyasiya prosesini dəyişdirir.
Son illərdə isə aviasiyada səsdən sürətli təyyarələrdən
istifadə olunması bu problemi daha da mürəkkəbləşdirmiş
dir. Nəzəri hesablamalar göstərir ki, bu ahulin təsirindən
stratosferdə su buxarlarının miqdarı kütləyə görə 0,2 mln.'1-
ə qədər arta bilər. Belə təyyarələrdən geniş istifadə aşağıdakı
mənfi nəticələrə gətirə bilər:
1. Su buxarı infraqırmızı diapazonda güclü udulma
yaratdığından istixana effekti yüksəlir.
2.
Su
buxarlarının
kondensasiyası
nəticəsində
stratosferdə buludluluq şəraiti dəyişir.
3. Stratosferdə ozonun konsentrasiyasını aşağı salır.
İnsan fəaliyyəti nəticəsində hələ ki, oksigenin döv
ranında dəyişikliklər qeydə alınmayıb. Hal-hazırda təbiətdə
fotosintez nəticəsində alman oksigenin miqdarı ilə, tənəffüs
zamanı udulan oksigenin miqdarı arasında dayanıqlı ta
razlıq mövcuddur.
Atmosferdə olan oksigenin illik artımı ümumi oksi
genin 1,5* 10'5 hissəsini təşkil edir. Oksigenin artığı müxtəlif
geokimyəvi proseslərdə karbon, dəmir və kükürdün oksid-
ləşməsinə sərf olunur.
İstifadə olunan yanacaqların miqdarının artması və
uyğun olaraq onların yandırılmasından yaranan tullantı
qazların atmosferə yayılması oksigenin azalması barədə
96
müəyyən fərziyyələr irəli sürür. Son illər ərzində sənaye
mənşəli karbon qazının artımı onun atmosferdəki ümumi
miqdarının 18%-ni təşkil etmişdir ki, buna da atmosferdə
olan oksigenin 7/ıoooo hissəsi sərf olunmuşdur. Hesablama
lara görə litosferdə olan bütün karbon ehtiyatları yara
dılarsa, atmosferdə olan oksigenin miqdarı ancaq 3% aşağı
düşə bilər, başqa sözlə desək orta hesabla havada olan
oksigenin miqdarı 20,95-dən 20,8-ə kimi azalır.
Müasir sivilizasiyanın dənizə buraxdığı tullantılar də
niz suyunda oksigenin miqdanna necə təsir göstərər? Dəniz
suyunda İm2 sahədə vertikal istiqamətdə 250 mol oksigen
həll olmuşdur. Hesablamalar nəticəsində müəyyən olun
muşdur ki, əgər bəşəriyyət bütün istehsal etdiyi məhsulların
tullantılarının hamısını dənizə buraxarsa, təqribən 50 ildən
sonra sudakı bütün oksigen məhv ola bilər.
Əgər yer kürəsinin əhalisinin hər biri il ərzində okeana
100 kq tullantı atarsa, 2500 ildən sonra okeanlarda oksige
nin ehtiyatı tükənə bilər. İnsanın azotun dövriyyəsinə təsiri
çox mürəkkəb xarakter daşıyır. Azotun dövranında
atmosfer çirklənmələri həlledici rol oynamasalar da bu
amillər bir sıra proseslərə təsir göstərir ki, bu da bu və ya di
gər dərəcədə azotun dövranını səciyyələndirir. Müəyyən
olunmuşdur ki, orta hesabla hər bir avtomobil il ərzində at
mosferə 60 kq azot oksidləri buraxır. Müəyyən olunmuşdur
ki, sərf olunmuş benzinin miqdarı ilə yağış suyunda mineral-
laşmış azotun miqdarı arasında korrelyasiya mövcuddur.
Lakin gübrə sənayesində atmosfer azotundan istifadə olun
ması azotun dövranına təsir göstərən əsas amil hesab
olunur.
Kükürd öz-özlüyündə litosferdə çox az təsadüf olunan
elementlərdir. Analizlər göstərir ki, qaya süxurlarında bu
elementin miqdarı çox azdır. Əgər onun miqdarı mövcud
qiymətdən üç dəfə artıq olardısa, fərz etmək olardı ki, onlar
çaylara torpağın eroziyası nəticəsində düşür. Həqiqətdə isə
97
Dostları ilə paylaş: |