kontinental sularda olan kükürdün 3A atmosferdən daxil
olur. Atmosferdə isə bunun səbəbi kükürdün uçucu birləş
mələri olan kükürd hidroksid və kükürd qazlarının oksid-
ləşməsi nəticəsində yaranan aerozollardır.
Müəyyən olunmuşdur ki, torpağın eroziyası nəticə
sində çaylara 14-106 ton sulfatlar şəklində kükürd töküldüyü
halda, yağıntılar nəticəsində onun miqdarı 48-106 ton miq
darında olur. Buna əlavə olaraq insan özü torpağa ildə
mineral gübrə kimi 11 • 106 ton kükürd daxil edir.
Nəhayət, kükürdün mənbələrindən biri də yanacaqdan
istifadə olunmasıdır. Yanacağın hesabına hər il atmosferə
kükürd qazı şəklində 70* 106 ton kükürd buraxılır. Bu qazın
çox hissəsi troposferdə və stratosferdə sulfata, az bir hissəsi
isə sulfat turşusuna çevrilir. Həm birinci, həm də ikinci
halda kükürd yağıntılar vəsaitəsilə yer səthinə qayıdır. Bu
yağıntılar artıq «turşulu yağışlar» kimi bir çox ölkələrin
leksikonuna daxil edilib. Deyilənlərdən belə nəticə çıxarmaq
olar ki, insanın kükürdün biogeokimyəvi dövranına təsiri
ildən ilə böyük həyəcan doğurur. Artıq inkişaf etmiş cəmiy
yət yanacaqdan istifadə olunma texnikasına yenidən bax
maq və kükürdün ayrılmasının təhlükəsiz üsullarını işləyib
hazırlamalıdır.
Biosferin tərkib hissəsi kimi canlı varlıqlardan kasıb
olan atmosferdə antropogen təsirlərdən törənən qlobal miq
yaslı ekoloji təzadlar atmosferin çirklənməsi ilə bilavasitə
bağlıdır.
Məlumdur ki, atmosferi çirkləndirən əsas mənbələr
istehsal proseslərindən və nəqliyyatdan ayrılan zəhərli qaz
lardır. İstehsalın intensivləşməsi və nəqliyyatın sayının art
ması atmosferin daha da çirklənməsinə səbəb olduğundan
iri sənaye şəhərlərində atmosferin mühafizəsi üzrə bir sıra
tədbirlər həyata keçirilir ki, bunlar da əsasən üç istiqamətdə
aparılır.
98
1.
Atmosferə buraxılan maddələrin (çırkləndiricilərin)
ümumi miqdarının azaldılması və zərərsizləşdirilməsi
2.
Çirkləndiricilərin neytrallaşdırılması və zərərsizləş
dirilməsi
3.
Çirkləndirici müəssisələrin təbii şəraiti nəzərə alaraq
şəhər ətrafında plana uyğun yerləşdirilməsi
Bu vasitələrlə zərərli nəticələri nisbətən aradan qal
dırmaq mümkün olur.
Ətraf mühitin mühafizə olunub saxlanılmasına bütün
dövlətlər çoxlu vəsaitlər ayırırlar. Ümumiyyətlə, ekoloji
problemlərin həllini iki əsas yolla həyata keçirmək olar.
1.Sənayedə istehsal tullantılarının qarşısını alan
texnoloji proseslərin yaradılması. Bu, tullantısız və az
tullantılı texnologiyaların tətbiqini nəzərdə tutur.
2.Yaranan sənaye tullantılarının zəhərləyici və çirklən-
dirici maddələrdən təmizlənməsi. Bu proses üç istiqamətdə
aparılır: 1) istehsal prosesindən alınan çirkab suların təmiz
lənməsi. 2) bərk tullantıların təmizlənməsi və onlardan ye
nidən xammal kimi istifadə edilməsi. 3) qaz halında olan
tullantıların təmizlənməsi və onlardan istifadə.
Tullantı qazların atmosferi çirkləndirməsinin, yəni
ətraf mühitin ekologiyasının pozulmasının qarşısım almaq
üçün göstərilən bu tədbirlərin həyata keçirilməsi vacib
sayılır.
Qaz halında olan sənaye tullantılarını zərərli qarışıq
lardan təmizləmək sənaye müəssisələrinin əsas prob
lemlərindən biridir. Tullantı qazlarda olan zəhərli maddələr
ekoloji şərait üçün daha təhlükəlidir. Zəhərli qazlar geniş
sahədə bitkiləri, heyvanları və insanları zəhərləyərək ətraf
mühiti daha çox korlayır. Ona görə də tullantı qazların tə
mizlənmədən və zərərsizləşmədən atmosferə ötürülməsi
yeni-yeni problemlər yaradır. Bunun qarşısını qismən də
olsa almaq üçün bir sıra təmizlənmə üsulları hazırlanmışdır.
99
Bu üsullar əsasən iki qrupa bölünür: fiziki və kimyəvi
təmizləmə üsulları.
Fiziki üsul: Bu üsulla çirkli qazlar təmizləndikdə heç
bir kimyəvi proses getmir. Zərərli qazlar müxtəlif yollarla
tutulur. Fiziki üsulun ən çox yayılanları aşağıdakılardır:
quru mexaniki toztutucularda tozların təmizlənməsi, filtrdə
qazın təmizlənməsi, yaş toztutucularda qazın tutulması,
elektrik filtrlərində qazın təmizlənməsi.
Quru mexaniki toztutucularda tozların təmizlənməsi
«qravitasiya», «ətalət», «mərkəzdənqaçma» prinsipinə əsas
lanan toztutucularla təmizlənir. Bu üsullarla işləyən apa
ratlarda tozun tutulması əksər hallarda kifayət qədər olmur.
Bu üsullardan qazların ilkin təmizlənməsi üçün istifadə
olunur. «Ətalət» prinsipi toztutucularda ölçüləri 25-30 mkm
olan hissəciklərin çökməsi 65-80% olur. «Filtrdə qazın
tutulması» toztutucularında ölçüləri 10-15 mkm, sıxlıqları
0,5 - 50 m4/m3 dispers halında olan tozlar tutulur. Tozları
tutmaq üçün məsaməli arakəsmələrdən istifadə edilir. Odur
ki, qaz axını məsaməli arakəsmələrdən keçən zaman qazm
tərkibindəki hissəciklər bu məsamələrdə ilişib qalır. Adətən
filtrləyici arakəsmələr lifli və dənəli elementlərdən ibarət
olur. Dənəli filtrlər bir qayda olaraq, yüksək təzyiq və
temperatur şəraitində aqressiv mühitdə işlədilir.
«Yaş toztutumlarda» isladıcı maye olaraq su götürü
lür. Suyun qazm axınına təsir üsullarından asılı olaraq belə
tutucularm 8 növü vardır. Qaz axını maye ilə görüşdükdə,
fazalararası toxunma səthləri yaranır və bu səthlər qaz qa-
barcıqlarından, qaz və maye şırnağından, damcı və maye
pərdəsindən ibarət olur.
Elektrik filtrlərində qazların təmizlənməsi, elektrik
qüvvəsi təsirindən baş verir. Bu tutucular vasitəsilə böyük
həcmdə olan toz və yağ dumanlarını təmizləmək üçün
istifadə edilir. Elektrik filtrləri ölçüsü 0.001-100 mkm olan
100
hissəcikləri 400-450°S temperatur şəraitində güclü qaz
axınından ayırmaq qabiliyyətinə malikdir.
Kimyəvi metodlar: Tullantı qazların tərkibində zərərli
qazların konsentrasiyası az olduqda kimyəvi təmizləmə
metodlarından istifadə olunur. Bu metodun absorbsiya və
katalitik təmizləmə kimi üsullarından daha geniş istifadə
edilir.
Kimyəvi absorbsiya zamanı absorbsiya olunan qaz
molekulları absorbentin aktiv komponentləri ilə reaksiyaya
daxil olur. Baş verən kimyəvi proseslər nəticəsində tullantı
qazlar zəhərli qazlardan azad olur.
Absorbsiya üsulu ilə təmizləmədə məsaməli adsorbent-
lərdən istifadə olunur. Absorbent olaraq aktivləşdirilmiş kö
mürdən, selikageldən, seolitdən istifadə olunur. Bu absor-
bentlər zəhərli qarışıqları aşağı təzyiqlərdə udmaqla onlarla
reaksiyaya daxil olur və tullantı zəhərli qazlardan azad olur.
Absobsiya prosesi həm fasiləli, həm də fasiləsiz gedir.
Fasiləli prosesdə işlənmiş absorbent ya yenisi ilə əvəz edilir,
yaxud da su buxarı ilə yuyularaq aktivliyini bərpa edir.
Fasiləsiz prosesdə bəzən təmizlənəcək qaz qarışığı aparatda
adsorbent ilə əks axm üzrə hərəkət edirlər.
Katalitik təmizləmə üsullarında tullantı qaz qarışığın-
dakı komponentlərdən biri katalizatorun iştirakı ilə digər
komponent ilə qarşılıqlı təsirdə olur. Bu zaman yeni mad
dələr yaranır. Katalizator bu prosesdə elə seçilir ki, yeni
əmələ gələn maddələr zərərsiz olsun və qarışıqdan asanlıqla
ayrılsın. Əksər hallarda tullantı qazlarda olan faydalı
qazları ayırmaq üçün katalitik oksidləşmə metodundan isti
fadə edilir. Prosesdə tətbiq olunan katalizator müxtəlif amil
lər nəzərə alınmaqla seçilir. Tullantı qazlarda karbohidro
genlər olduqda tətbiq olunan katalizatorları üç qrupa
bölmək olar:
1)
odadavamlı daşıyıcı üzərinə hopdurulmuş metal
katalizatorlar (platin, polladium, nikel, mis, gümüş)
101
Dostları ilə paylaş: |