rışıqlar daşqıran maşınlar vasitəsilə xırdalanır. Süzdürülmə
yolla sudakı iri qarışıqlar ( ölçüləri 15-20 mm-n çox) tutulur.
Süzdürüldükdən və iri hissəciklərdən azad olunduqdan
sonra su xüsusi qum tutucuya ötürülür. Burada 0, 25 mm-n çox
olan hissəciklər çökür. Çökən hissəciklər xüsusi bunkerlərə yı
ğılaraq qum meydançalarına ötürülür. Burada onlar zərərsiz-
ləşdirildikdən sonra müxtəlif məqsədlər üçün istifadə olunur.
Daha kiçik hissəciklərin çökdürülməsi üçün durulducu-
lardan istifadə olunur. Burada xüsusi çəkisi vahiddən az olan
hissəciklər çökür, yüngül hissəciklər isə suyun səthinə yığılır.
Durulducudakı su axınının sürəti qumtutucudakından xeyli az
dır. Durulducular konstruksiyasına görə üfüqi, şaquli və radial
tikilirlər. Üfüqi durulducuda suyun hərəkəti üfüqidir. Onların
en kəsiyi adətən düzbucaq şəklində qəbul olunur.
Şaquli durulducuda suyun axım şaqulidir. Burada üzən
çöküntülər suyun hərəkətinə əks istiqamətdə çökür. Radial du
rulducuda suyun axını radialdır. Burada su mərkəzdən kənara
hərəkət edərkən sudakı üzən hissəciklər durulducunun dibinə
çökür. Bəzi hallarda su sanitar cəhətdən yararlı olduğundan
onun içərisindən yalnız mexaniki qarışıqların xaric olunması ki-
fayətləndirici hesab olunur. Belə hallarda durulducular müstəqil
təmizləyici kimi istifadə olunur.
Suyun içərisindəki çox kiçik hissəciklərin xaric edilməsi
üçün sızan qum laylarından və sızan layları olan xüsusi tor
lardan istifadə olunur. Bu cəhətdən diatomit süzgəclər daha sə
mərəlidir, onlar suyun yüksək dərəcədə təmizlənməsini təmin
edir.
Suyun mexaniki qarışıqlardan təmizlənmək üçün hidro-
siklonlardan da istifadə olunur. Hidrosiklonda su dairəvi hərə
kət etdirilir və onun içərisindəki çöküntülər mərkəzdənqaçma
qüvvəsi nəticəsində ayrılır.
Suyun səthindəki yüngül çirkləndirici maddələr (yağ,
neft, qatran və s.) xüsusi yağtutan, nefttutan və s. qurğular va
sitəsilə tutulurlar.
130
Mexaniki təmizləmə üsulu ilə suda olan əriməmiş mad
dələrin 60-90% -nə qədəri təmizlənir. Burada oksigenə bioloji
tələbatı 20-%-ə qədər azaltmaq mümkündür. Çirkab sular du-
rulduculardan əvvəl aerasiyaya uğradıldıqda ( hava ilə qarış
dırıldıqda) sudakı oksigenə bioloji tələbatı 40-45%-ə qədər
azaltmaq olar. Çirkab suların mexaniki təmizlənmə qurğusu
nun sxemi aşağıda göstərilən quruluşda həyata keçirilir.
Şəkil S. Çirkab suların mexaniki təmizlənməsi
1-tor; 2-daşqırıcı; 3-qumtutan; 4-qum m eydançası; 5- durul-
ducu; 6-metantek; 7-lil meydançası; 8-qarışdırıcı; 9- xlorator;
10-kontakt çəni; 11-gübrə m əqsədilə istifadə; 12- suyun su hövzəsinə
ötürülməsi; 13-m əqsədyönlü istifadə üçün;
131
Şəkildə göründüyü kimi durulducudan sonra su qanşdı-
ncıya verilir. Burada su xloratdan xlorianaraq kontakt çəninə
ötürülür, buradan da su hövzəsinə axıdılır. Durulducudan çirk-
ləndirici üzvi çökmələr metantekə yönəldilir. Oraya həm də
daşqıncıdan çıxan qarışıqlar ötürülür. Metantek böyük çəndən
ibarətdir, burada üzvi çökmələr bakteriya və s. mikroorqanizm-
lər vasitəsilə bioloji emala uğrayır. Metantekdəki lil xüsusi lil
meydançalarına ötürülür və kənd təsərrüfatında gübrə kimi
istifadə olunur.
Mexaniki təmizləmə üsulu çirkab suların ilkin təmiz
lənmə üsuludur. Bu üsulla təmizlənmiş sular sonradan başqa
üsullarla da təmizlənir.
Kimyəvi təmizlənmə üsulu çirkab suları çox kiçik hissə
ciklərdən (kolloid hissəciklər) və ərimiş maddələrdən azad et
mək məqsədi ilə aparılır. Kimyəvi təmizlənmə üsuluna koaqul-
yantlama (pıxtalaşdırma), neytrallaşdırma və oksidləşdirmə
üsulları da aid edilir. Çirkab sulara müxtəlif kimyəvi reagentlər
(koaqulyantlar) daxil edildikdə kolloid və ərimiş maddələr tez
liklə xaric olunur. Koaqulyant kimi alüminium, dəmir duzları,
poliakrilamid və s. maddələr istifadə olunur. Bundan əlavə ad-
sorbsiya xassələri (öz səthinə hopdurma qabiliyyəti olan mad
dələr) güclü olan maddələr ( kül, gil, şlak, kömür və s.) koaqul
yant adlanır. Kimyəvi koaqulyantlar ən çox hamamların , cama-
şırxanaların, kimya, neft, neft emalı, toxuculuq və s. sənaye
müəssisələri çirkab sularının təmizlənməsində istifadə olunur.
Tərkibində çoxlu turşu və qələvilər olan çirkab sularının təmiz
lənməsi üçün neytrallaşdırıcı kimyəvi maddələrdən istifadə
olunur. Turşu və qələvilər, kimya, maşınqayırma, metallurgiya
və s. sənaye sahələrinin çirkab sularında müşahidə olunur.
Neytrallaşdırıcı reagent müəyyən miqdarda bilavasitə çirkab
suya daxil edilir, bu məqsədlə çirkab su həm də neytrallaşdırım
süzgəcdən keçirilir. Çox hallarda çirkab suya müəyyən nisbətdə
turşu və yaxud qələvi daxil edilir.
132
Kimyəvi təmizləmə üsulu ilə sudakı həll olmuş çirklən-
dirici maddələri tam təmizləmək mümkün deyildir. Bu məq
sədlə fıziki-kimyəvi təmizləmə üsullarından istifadə olunur.
Suyun fıziki-kimyəvi təmizlənməsində sorbsiya, ekstrak
siya, flotasiya, evaperasiya, kristallaşma, deminerallaşma, elek-
troliz, ion mübadilə və yandırma üsullarından istifadə olunur.
Sorbsiya üsulu çirkab suların daxilindəki çirkləndirici
qazlar, buxarlar və ərimiş maddələrin hər hansı cisimlə (sor-
bentlə) hopdurulması ilə əlaqədardır. Absorbsiyada çirkləndi
rici maddələr sorbentin səthinə hopur. Baha başa gəlməsinə
baxmayaraq, sorbsiya üsulu ilə çirkab sulan tam təmizləmək
mümkündür.
Flotasiya üsulu - çirkab su daxilindəki çirkləndirici mad
dələrin suyun səthinə qaldırılması ilə əlaqədardır. Bu məqsədlə
çirkab suyun daxilinə kiçik hava qabarcıqlan verilir. Həmin
hava qabarcıqlan aşağıdan yuxanya doğru hərəkət edərək çirk
ləndirici maddələri özü ilə bərabər suyun səthinə çıxanr. Bu
radan isə həmin maddələr xaric olunur. Bəzi hallarda çirkab
suya hava qabarcıqlan ilə yanaşı həm də koaqulyantlar (pıxta-
laşdırıcılar) daxil edilir. Bu da daha yaxşı təmizlənməni təmin
edir.
Evoperasiya çirkab suları buxarlanan maddələrdən təmiz
ləmək məqsədilə aparılır. Bu məqsədlə qızdırılmış çirkab su
içərisindən buxar buraxılır, proses xüsusi aparat daxilində apa
rılır. Misal üçün, fenolun çirkab su içərisindən buraxılmasını
göstərmək olar. Bu üsulla çirkab suların üzvi turşulardan tə
mizlənməsində istifadə olunur.
Kristallaşma suyun təbii və ya süni şəkildə buxarlanma-
sının sürətlənməsi nəticəsində çirkləndirici maddələrin kristal
larının xaric edilməsi ilə həyata keçirilir.
Minerallaşdırma təmizlənmiş çirkab sulardan duzlann
çıxarılmasını həyata keçirən prosesdir. Bunun üçün bir sıra
üsullar vardır. Elektrodializ prosesini misal çəkmək olar: bu
üsulla elektrik cərəyanı təsiri altında çirkab sulardan duz ionları
133
Dostları ilə paylaş: |