min ton qaz-neft kondensatı axmışdır. 1995-ci ildə Cənubi və
Orta xəzərin sərhəddində qruntda 270 m. dərinlikdə 1 kq. lildə
0,86 q. konsentrasiyalı neftin olması qeydə alınmışdır. Bakı
buxtasında 5 -7 m-dən çöküntülərin ətəyinə qədər qurunt neft
məhsulları ilə doymuşdur.
Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri
mənbəyin çoxluğu, ətraf mühitin demək olar ki, bütün kom
ponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi,
dib çöküntülərində toplanması və s.-dir. Neftin həll olan və ağır
komponentləri - fraksiyaları su kütləsində digər toksikantları, o
cümlədən toksik metalları adsorbsiya edir, onların miqrasi
yasına səbəb olur. Onlar suyun keyfiyyətini pisləşdirir, oksigen
rejiminə mənfi təsir göstərir, suyun üst qatlarının atmosferlə
balanslaşdırılmış əlaqəsini pozur.
Antropogen neftlə çirklənmə indiki vaxtda da davam et
məkdədir və istehsalın eskalasıyası, kəşfiyyat işləri, “Böyük
Xəzər neftinin” Xəzəryanı dövlətlərin bütün sektorlarında nəql
edilməsi bu problemi daha da dərinləşdirir.
Cənubi Xəzərdə çirklənmə dərəcəsinə görə “ölü zona”
adlandırılan bir sıra sahələr mövcuddur. Bura Neft daşları
akvatoriyası, Bakı, Türkmənbaşı buxtaları və Çələkən yarım
adası sahilləri aiddir. Bu sahələrin sularında neftin miqdarı
1,26-3,83 mq/l-ə çatır.
Xəzər dənizində ekoloji vəziyyətin gərginləşməsində
neftlə yanaşı politsiklik aromatik karbohidrogenlər (PAK) də
ciddi təhlükə yaradır. Ciddi ekoloji nəticələr PAK-in dəniz eko
sistemlərinin elementlərində toplanmasıdır. PAK əsasən neft
məhsullarının və üzvi maddələrin yanması, emal və istifadəsi
proseslərində əmələ gəlir. Dənizə daxil olan PAK-ın mənbə
lərindən 3-ü çay axınları, atmosfer axınları və şəhər axınları
əsas sayılır. Əhalisi çox olan, sənaye cəhətdən inkişaf etmiş də
nizkənarı şəhərlər bu baxımdan PAK-m əmələ gəlməsində
mənbə sayılır. Müəyyən olunmuşdur ki, 1 m3 - avtomobilin
buraxdığı qazdan 800-900 mkq-a qədər 3,4 benzopin aynlir.
122
Ətraf mühit üçün təhlükəli PAK-a 17-dən artıq karbohidrogen
daxildir, bunlardan 7-si 3,4; 1,12; 2-5,6; 3,4-9-10 benzoprin
əsaslıdır.
Quyuların tikilişində və qazılmasında Xəzər dənizinin
çirklənməsi Xəzərin flora və faunası üçün müəyyən təhlükə
yaradır. Qazma zamanı həcminə görə tullantılar arasında qazma
çirkab suları (QÇS) üstünlük təşkil edir. Qazma zamanı bir qu
yudan sutka ərzində 40 m3 -ə qədər həcmində su, su hövzəsinə -
dənizə axıdılır. Bununla yanaşı QÇS -da həm qazma məhlulu,
onun komponentləri, kimyəvi reagentlər, neft və neft məhsulları
və s. olduğu üçün su hövzəsi ən çox çirklənməyə məruz qalır.
Qazma tullantılarının ən təhlükəli növləri işlənmiş qazma
məhlulu, qazma şlam və qazılmış süxurlar hesab olunur.
Biogen elementlərin, ilk növbədə məişət və kənd təsər
rüfatı mənşəli üzvi maddələrin Xəzərə daxil olmasının əsas
mənbələri çaylar, şəhərlər və yaşayış məntəqələridir. Apanlan
tədqiqatlar göstərir ki, bioloji yükün antropogen dəyişməsi tez-
tez dəniz ekosisteminin strukturunun dəyişməsinə gətirib çıxa-
nr; bioməhsuldarlığın səviyyəsi artır, bioloji qruplaşdırmanın
növ tərkibi dəyişir, trofık əlaqələrin davamlılığı pozulur, suyun
fiziki və kimyəvi xassələri dəyişir. Balanslaşdırılmış ekosistem
lərdə üzvi maddələrin əmələ gəlməsi ilə parçalanması, həm
çinin oksigenin ayrılması və mənimsənilməsi arasında tarazlıq
saxlanılır. Xəzər dənizinin bəzi evtrofıkasiyaya uğramış sahə
lərində bu tarazlığın pozulması bioloji-kimyəvi dəyişikliyə sə
bəb olmuşdur. Belə dəyişiklər çay cstuarilərinin akvatoriyaları
və stasionar çirkab sularının daxil olduğu zamanlar üçün səciy
yəvidir. Bu sahələrdə suyun alloxton və avtoxton mənşəli asan
mənimsənilən üzvi maddələrlə zənginləşməsi nəticəsində tə
nəffüsün sürəti suyun oksigenlə zənginləşməsi sürətindən çox
olur. Bu xüsusən Xəzərin hər üç-Şimal, Orta və Cənub hissə
sinin dərin yerində suyun aşağı qatlarında nəzərə çarpır. İlk
dəfə antropogen evtrafıkasiya Şimali Xəzərdə qeydə alınmışdır,
bu əsasən biogen elementlər və üzvi maddələrlə zənginləşən
123
Volqa çayının sularının axınları ilə əlaqədardır. Volqa çayının
axınında fosfat, azot və üzvi maddələrin cəmi 3 dəfə artmışdır.
Xəzər dənizi şəraitində 1 kq fosfor və azotun 1000 kq-dan
artıq plankton bakteriyalannm biokütləsini əmələ gətirə bilməsi
əmsalına əsaslanaraq antropogen evtrofikasiyanın intensivliyin
təsəvvür etmək olar. Şimali Xəzərdə suyun evtrofıkasiyası ildən
ilə genişlənir. Məlum olduğu kimi evtrofikasiya zamanı asan
mineral laşan üzvi maddələrin toplanması və bidestruktorların
miqdarının artması nəticəsində Xəzər dənizi ekosisteminin sta-
billiyi kəsgin pozulur. Bu zaman su kütləsi və dib çöküntüləri
yosun metabolitləri və mikroorqanizmlər tərəfindən parçalanan
substrantlann aralıq məhsulları ilə zənginləşir.
Şimali Xəzərin antopogen evtrofıkasiyası hidrokimyəvi
rejimi, suyun və dib çöküntülərinin kəmiyyət-keyfiyyət tərki
bini dəyişmişdir. Suyun üst qatlarında ümumi mikroorqanizm-
lərin miqdarı orta hesabla bütün sahələr üzrə 3-3,5mln/ml,
saprofit bakteriyalar 600-700 kl/ml artmışdır. Çayların axınla
rının, biogen elementlərinin alloxfon üzvi maddələrin artması
təkcə Şimali Xəzərin deyil, həm də bütün Xəzər dənizi üçün
ekoloji təhlükə hesab olunur. Çünki antropogen evtrofikasiya
və onun nəticələri haqqında həyəcanlı faktlar dənizin bütün
şelflərində müşahidə olunur.
Orta Xəzərdə də antropogen evtrofikasiya prosesləri hər
yerdə baş verir, ən çox qərb şelfdə müşahidə olunur.
Dənizin qərb şelfındə, Sumqayıt sahilindən başlayaraq cə
nuba doğru Ələt sahəsinə qədər, akvatoriyaların 25-35 m izo-
bata kimi 30 ildən artıq müddətdə fitoplanktonun, fito və
zoobentosun kütləvi inkişafı sıxışdınlmışdır. Regionun ibtidai
fauna və florasının əsas nümayəndələrinin deqradasiyasının
əsas səbəbi əvvəldə qeyd olunduğu kimi dənizin ümumi çirk
lənməsi olmuşdur. İntensiv antropogen evtrofikasiya Cənubi
Xəzərdə də baş verir. Bu proses çirkab sulan ilə kontaktda olan
zonada daha davamlıdır. Fitoplanktonun deqradasiyası nisbətən
dayaz sulu zonalannda Sumqayıt, Pirallahı, Şıxov, Qaradağ -
124
Ələt akvatoriyalannda qeyd olunmuşdur. Kürboyu, Kürbumu,
Lənkəran və Astara şəhərində antropogen evtrofikasiya prosesi
sahildən formalaşmağa başlayır.
Beş Xəzəryanı dövlətlərin hamısı beynəlxalq sazişlərə
qoşulmuş və hər bir ölkə özünü Xəzər dənizi ilə sərhəddi daxi
lində dənizin çirklənməsinin qarşısım almaq üçün müəyyən təd
birlər proqram və planını işləyib hazırlamış və bunu tədricən
yerinə yetirməkdədir.
Azərbaycan Respublikası 2006-2010-cu illərdə Xəzərin
çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirləri işləyib
hazırlamış və yerinə yetirilməsini təmin etmişdir.
1. şəhərdaxili təsərrüfat - məişət kanalzasiya şəbəkəsinin
yağış kanalizasiya şəbəkəsindən təcrid edilməsi ilə Bakı buxta
sına axıdılan fekal-tullantı sularının qarşısının alınması (2006-
2008-ci illərdə yerinə yetirilmişdir).
2. buxtanın sahil zonasında fəaliyyət göstərən sənaye
obyektlərində yaranan tullantı sularının müasir tələblərə uyğun
təmizlənməsini təmin edən lokal təmizləyici qurğuların qu
raşdırılması (2006-2009-cu illər).
3. Hövsan Aerasiya stansiyasında və digər təmizləyici
qurğularda müasir tələblərə uyğun təmizlənmiş suların təkrar
istifadə edilməsi (2006-2007).
4. Pirallahı, Cilov, Qum adalan və Neft Daşlanndakı tə
mizləyici qurğuların müasir tələblərə uyğun yenidən qurulması
(2006-2007).
5. neft və qaz yataqlarında quyuların qazılması və təmiri
zamanı yaranan şlam və qazma məhlullarının və digər təhlükəli
tullantıların poliqonlarda zərərsizləşdirilməsini təmin edilməsi
(2006-2010).
6. Xəzər dənizinin sahil boyu (Abşeron yarımadası da
daxil olmaqla) fəaliyyət göstərən Kurort - müalicə, turizm və
iaşə müəssisələrində, çimərliklərdə və fərdi yaşayış massiv
lərində kanalizasiya şəbəkəsinin və tullantı suların təmizlən-
125
Dostları ilə paylaş: |