Yosunlar - öz hüceyrələrində xlorofil saxlayır. Onlar işıq şə
raitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq qa
biliyyətinə malikdir (fotosintez).
Bəzi göbələklərlə birlikdə yosunlar da СОг-dən istifadə
edərək üzvi maddələrin toplanmasında iştirak edirlər.
Şibyələr - yerüstü yosunlar olub birgə yaşayan göbələklər
qrupudur. Şibyələr həm ağaclarda, həm yerdə, qayalarda, daş
üzərində, dəmir üzərində, hətta şüşə üzərində rast gəlmək olar.
Mamırlar - şibyə və yosunlardan fərqli olaraq daha inkişaf et
miş regetativ və çoxalma üzvlərilə seçilir. Mamırlar yaxşı in
kişaf etmiş xloroplastı olan avtotrof orqanizmilərdir. Boylan
20-30 sm-dən hündür olmur. Mamırlar bataqlıqlarda və ba
taqlıq meşələrdə əsas torfəmələgətirən bitki sayılır.
İbtidailər - torpaqda yaşayan qamçılılar, kök ayaqlılar və in-
füzorlar daxildir. İbtidailər-aerobdurlar.
Heyvanlar aləmi. Torpaqda çoxlu miqdarda soxulcanlar,
qurdlar, gəmiricilər və həşəratlann sürfələri yaşayır. Onlar öz
həzm yolundan xırdalanmış üzvi maddələri keçirərək torpağı
ifrazatları ilə zənginləşdirir və torpağın mikro və makrostruk-
turunun yaranmasına şərait yaradır. Bu canlılar həm də torpağı
qarışdırır, xırdalayır, bununla da torpağın aerasiyası yaxşılaşır
və torpaqəmələgəlmə prosesi sürətlənir.
Torpaq soxulcanları öz orqanizmilərindən il ərzində bir hek
tara 25 ton torpaq keçirir. Soxulcanların ifrazatları azot və fos
forla zəngin olub, suyadavamlı aqreqatlar yaradır. Bu orqa-
nizmilər öz həyat fəaliyyətləri nəticəsində torpağın fiziki xassə
lərini yaxşılaşdırırlar (məsaməliyi su sızdırmanı).
Ali bitkilərin torpaqəmələgəlmədə rolu, xüsusilə V.R.Vilyam
tərəfindən aşkara çıxarılmışdır. O üzvi maddələr yaradan 3 ali
yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər qrupu ayırır.
l.Ağac formasiyası - anaerob mikroblannın zəif iştirakı ilə
ağac bitkilərinin göbələk orqanizmilərilə birliyi.
2 .
0 t çəmən formasiyası - əsasən mezofil çəmən bitkilərinin
anaerob və aerob bakteriyalarla birliyi.
156
3.0t çöl (bozqır) formasiyası - kserofıl çöl otlarının aerob
bakteriyalarla birliyi.
İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında
podzoləmələgəlmə prosesi gedir və podzol torpaqlar yaramr.
Mezofil çəmən ot bitkiləri altında rütubətli çimli-podzol,
çimli-çəmən və çimli torpaqlar yaranır.
Çöl (kserofıl) bitkiləri altında çöl (bozqır) torpaqları (qarator
paq, şabalıdı torpaq) və səhra torpaqları (boz-qonur) əmələ
gəlir.
Torpağın üst qatında hər hektarda bakteriyalann ümumi
kütləsi 5-7 tona çatır.
Canlı heyvan orqanizmilərinin həyat fəaliyyəti nəticəsində
torpağa külli miqdarda üzvi maddə daxil olur.
Qurunt sulan torpaq əmələgətirən amil kimi. Torpaqəmə
ləgəlmə prosesinə təsir edən təbii amillərdən biri də qurunt
sularıdır.
Təbiətdə kimyəvi və bioloji reaksiyalar
əsasən su mühitində
gedir. Qurunt sulan müəyyən qədər minerallaşmış olur. Çünki
torpağın və ana süxurun tərkibindəki suda həll olunan kimyəvi
maddələr qurunt sulannın tərkibinə daxil olur. Əgər qurunt
suları səthdən çox dərində yerləşməyibsə onlar torpağa fəal
təsir göstərir, onu müxtəlif kimyəvi maddələrlə zənginləşdirir,
torpağın su və hava rejiminə təsir edir. Müəyyən şəraitdə qu
runt sulannın təsirindən torpaqlar şoranlaşa bilər. Qurunt sulan
üzdə olduqda torpaq izafi rütubətlənir və oksigen çatışmazlı
ğına səbəb olur. Bunun da nəticəsində bəzi mikroorqanizmilər
fəaliyyətdən qalır.
Quraq ərazilərdə buxarlanma çox olduğuna görə torpaqda
olan duz birləşmələrinin miqdan artır. Şoran torpaqlaqda asan
həll olan xloridlər, sulfatlar və karbonatlar 0.25%-dən çox olur.
Onlar şoranlıqlardan və şorakətlərdən ibarətdir. Tərkibində
çoxlu miqdarda duzlar olan qurunt sulan yer səthinə çıxır. Sula-
nn buxarlanması güclü gedən sahələrdə duzlar torpağın üst
qatında toplanır və şoranlaşır. Rütubətli dövrlərdə həmin duzlar
157